Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3352/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) “qeydiyyatdan çıxarılması tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8905/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X7 məhkəməyə müraciət edərək, ünvan 1 ünvanından üçüncü şəxs X4 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi tələbini irəli sürmüşdürlər. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1984-cü il tarixli 69/11 saylı əvvəlki Şaumyan rayonunun (indiki Xətai rayonunun) rəhbərliyi tərəfindən verilmiş sərəncama əsasən X9 ailə başçısı kimi X11 isə ailə üzvü qismində xx.xx.1985-ci ildən özləri tikdiyi evə rəsmi pasport qeydiyyatına düşmüş, sonradan isə ailəsinin digər üzvləri də daimi pasport qeydiyyatına düşmüşlər. X1 qeyri-rəsmi həyat yoldaşı X8 onun Xətai rayonu A.Qurban küçəsi 25/19 ünvanında yerləşən mənzilə 1991-ci ildə gəlin gələndən sonra müvafiq sənədlərlə bəlli olmuşdur ki, 2005-ci ildən iddiaçılardan xəbərsiz Xətai rayonu MKTB-nin 66 saylı MKİSdən mövcud tikilinin eskizini MİKS-in rəhbərliyinə çəkdirib, onların ünvanının, yəni ünvan 2avə etdirməklə özü üçün süni və ya saxta uydurma ünvan, yəni ünvan 3nvan eskizi əsasında qaçqın statusundan sui-istifadə edərək mövcud tikilini qanunsuz olaraq iddiaçıların xəbəri olmadan sənədləşdirib özü üçün mülkiyyət etmək istəmişdir. Sonradan müxtəlif iddia ərizələri ilə məhkəməyə müraciət etsə də, üçüncü şəxs Ə.Cəlilovanın heç bir iddiası təmin edilməmişdir və sonda heç bir hüquqi əhəmiyyət kəsb etməyən “Protokoldan çıxarış” sənədi ilə Xətai RPİ-nin X3 tərəfindən qanunsuz olaraq Xətai rayonu, A.Qurban küçəsi 25/19A ünvanına pasport qeydiyyatına götürülmüşdür. Üçüncü şəxs X8 faktiki olaraq iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən mənzili özününküləşdirmək məqsədilə qaçqın statusundan sui-istifadə edib iddiaçılara məxsus 1982-1984-cü illərdə tikilmiş mövcud özbaşına tikilini ələ keçirmək məqsədilə qanunsuz yolla pasport qeydiyyatına düşmüşdür. ünvan 5 ünvanı iddiaçıların mülkiyyətində olan yaşayış evindən fərqli yaşayış sahəsi deyil. Mübahisəsi gedən yaşayış sahəsi ümumi tikili olmaqla iddiaçıların hamısına məxsusdur. Qeyd edilən ünvan özbaşına tikili olsa da, həmin tikili uzun müddət bir ünvanla, yəni, ünvan 6ş, həmin yaşayış sahəsinə 25/19A ünvanın verilməsi isə 2006-cı ildən sonra mümkün olmuşdur. 20 ildən uzun müddət ərzində eyni ünvan olan yaşayış sahəsindən saxtalaşdırılaraq 25/19A ünvanı ayrılmışdır. ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8905/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı2 apellyasia şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləriənə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Hazırki iş üzrə üçüncü şəxs Ə.Cəlilovanın qanunsuz olaraq mübahisəli ünvana pasport qeydiyyatına düşməsinə dair kifayət qədər sənəd və sübutlar olmasına baxmayaraq, məhkəmə dövlət orqanının qanunsuz hərəkəti ilə əlaqədar mövcud faktlar əsasında işi icraata qəbul edib, qanuni qərar çıxarmaq istəmir və subyektiv hüquq olmaması əsası ilə iddianı mümkünsüz sayır. Məhkəmə qanunun normalarını səhv tövsif edir. Qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş icraata götürülüb mahiyyəti üzrə baxılmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iş materiallarından, o cümlədən, iddiaçının iddia ərizəsinə və onun apellyasiya şikayətinin dəlillərinə əsasən birincisi, müəyyən olunur ki, iddiaçların ünvanı ünvan 8ydiyyatından çıxarılmasını tələb etdikləri üçüncü şəxsin yaşayış ünvanı - Bakı şəhəri, ünvan 10 ünvanlardır. Digər tərəfdən, mübahisələndirilən hər iki ünvan üzrə yaşayış sahəsi özbaşına tikilidir. Yəni, istən həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair torpaqayırma sənədi, istərsə də həmin tiklinin özünün şəhərsalma və tikinti normalarına uyğun inşa edilməsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, iddiaçıların mübahisəli ünvanda yerləşən özbaşına tikiliyə dair sərəncam vermək, o cümlədən, həmin tikilidən yaşayış sahəsi kimi istifadə edən və orada qeydiyyatda üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malik deyillər, yəni subyektiv hüquqları yoxdur. Ən azından, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış sahəsinə köçmək, 9-cu maddəsində isə ondan çıxarılmasına əsas olan konkret əsaslar (tələb olunan sənədlərin sırası) sadalanmışdır. Belə əsaslar (sənədlər) sırasından isə iddiaçının mübahisəli ünvana dair hər hansı biri mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının hazırkı iddiası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 35.3-cü maddəsinin tələbinə uyğun qaydada çıxarılmış qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun hesab edilməlidir. Ona görə də, məhkəmə kollegiyası, İddiaçı2 apellyasiya şikayətinin məhkəmə tərəfindən qanunun səhv şərh edilməsi ilə əsassız qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8905/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8905/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3352/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3352/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver