Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3354/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Nəsib qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 323512 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə Vəliyyədin oğlu ilə X8 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. 2.Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İİ 022098 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş, atası Qanuni nümayəndə Vəliyyədin oğlu, anası X5r. 3.Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayonu sektoru tərəfindən verilmiş 358 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan Məmmədov X1 rayonundan məcburi köçkündür. 4.Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 65 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 575 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən, Məmmədov X1 rayonundan məcburi köçkün kimi ünvan 3 ünvanında ailəsi (qızı İddiaçı da daxil olmaqla) ilə birgə məskunlaşmışdır. 5.Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 4 ünvanında daimi qeydiyyatdadır və hazırda məcburi köçkün kimi ona müavinət pulu ödənilir. 6.Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavininin 5-31/2/1-97/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 iyun 2024-cü il tarixli, 5-31-12/2-81/2024 nömrəli arayışına əsasən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilir. 7.Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli imtinasından müəyyən olunur ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunun verilməsinin nəzərdə tutulması, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı anası X3 qeydiyyatının ünvan 5 olduğu üçün müraciətin müsbət həllinin Komitənin imkanı xaricində olması Qanuni nümayəndə Vəliyyədin oğluna bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası Qanuni nümayəndə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 60, mənzil 50-də Ağdam rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmış, məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. Qanuni nümayəndə xx.xx.2007-ci il tarixdə X6 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə Vəliyyədin oğlunun məcburi köçkün kimi məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. İddiaçı isə yalnız yemək pulu xərci alır. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi İddiaçı məcburi köçkünlüyünü təsdiq edən vəsiqəni verməkdən imtina edərək imtinasını onun anası X3 qeydiyyatının ünvan 5 olması ilə əsaslandırmışdır. Qanuni nümayəndə Vəliyyədin oğlu ailə başçısı olaraq hesab edir ki, məcburi köçkün olduğu üçün övladı da bu statusu əldə edə bilər. Ona görə də xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması xahiş olunur. 10.Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə “övladına məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılmış, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verildiyi qeyd edilmişdir. xx.xx.2007-ci il təvəllüdlü İddiaçı anası X3 qeydiyyatı ünvan 5 ünvanında olduğu üçün onun istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Həmçinin, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, məcburi köçkünlərin elektron məlumat bazasında İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi aşkar edilməmişdir. Qanuni nümayəndə ilə əlaqə saxlanılmış, məcburi köçkün vəsiqəsi olduğu təqdirdə təqdim edilməsi istənilmiş, lakin vətəndaş vəsiqəsini itirdiyini qeyd etmiş və Komitəyə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin əldə edilməsi üçün müraciət etmişdir. Komitənin aidiyyəti şöbəsi tərəfindən lazımi sənədlər istənilmiş, lakin vətəndaş tərəfindən müvafiq sənədlər təqdim edilməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi xahiş olunur. 11.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək, İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. 12.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9090/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək bildirilir ki, sözügedən qərar əsassız qəbul olunduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, Məhkəmə kollegiyası tərəfindən ləğv edilməli və İddiaçı müvafiq iddia tələbi rədd edilməlidir. Belə ki, Məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Hazırda Komitənin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalar məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətləri tənzimləyən yeganə normativ aktdır. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, Məcburi köçkünlərin elektron məlumat bazasında İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi aşkar edilməmişdir. Qanuni nümayəndə ilə əlaqə saxlanılmış, məcburi köçkün vəsiqəsi olduğu təqdirdə təqdim edilməsi istənilmiş, lakin vətəndaş vəsiqəsini itirdiyini qeyd etmiş və Komitəyə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin əldə edilməsi üçün müraciət etmişdir. Komitənin aidiyyəti şöbəsi tərəfindən lazımi sənədlər istənilmiş, lakin vətəndaş müvafiq sənədləri indiyədək təqdim etməmişdir. Qanuni nümayəndə ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. X6 ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi aşkar edilmədiyindən və anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, Bakı şəhərinin Suraxanı rayonu olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, o uşaqlara məcburi köçkün statusu verilir ki, valideynlərindən atası "məcburi köçkün” statusuna malik olsun; hər iki valideynin qeydiyyatı daimi yaşayış veri üzrə işğal olunmuş rayon (şəhər) olsun; Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. “Valideynlərindən atası ’’məcburi köçkün” statusuna malik olsun” tələbinin ödənilməsi üçün ilk növbədə Komitə tərəfindən Qanuni nümayəndə istənilən sənədlər vətəndaş tərəfindən təqdim edilməli, araşdırılma nəticəsində Qaydalara uyğun olduğu halda vətəndaşa məcburi köçkün statusunu təsdiq edən vəsiqə verildikdən sonra müvafiq vəsiqə məhkəməyə təqdim edilməlidir. Yalnız o halda iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı yarımbəndinin 1-ci şərti ödənilmiş hesab oluna bilər. Hazırda İddiaçı münasibətdə yuxarıda salanan üç şərtdən ikisinin ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “... Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.” Məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı münasibətdə Qaydaların 4.1.6-cı yarımbəndində Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin heç bir tələbinin pozulmasına yol verilməmişdir. Qaydaların tələblərini yerinə yetirmək məqsədilə iddiaçının atasına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə kömək göstərilməsi üçün vətəndaş tərəfindən müvafiq sənədlərin təqdim edilməsi istənilmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası 17.Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
18. Maddə 25. İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ.Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV.Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V.Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
19. Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ.Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: - Konstitusiya; - referendumla qəbul edilmiş aktlar; - qanunlar; - fərmanlar; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. İİ. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 20.Maddə 149. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu 21.Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
22. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.
23. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
24. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. 25.Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı
26. Hissə 2. 1-ci bəndi ... həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı 27.Bənd 2. Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Əsasnaməsi 28.Bənd 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 29.Bənd 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; 30.Bənd 3.11. Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar
31. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
32. Bənd 3.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavinin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır.
33. Bənd 3.3. Şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir.
34. Bənd 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu
35. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
36. Maddə 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz; 37.Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
38. Maddə 20.2. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur;
39. Maddə 24.1. İinzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
40. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Uşaq hüquqları haqqında Konvensiya (BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilib) 41.Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
42. Maddə 22. İştirakçı dövlətlər qaçqın statusu almaq istəyən və ya tətbiq edilən beynəlxalq və ya daxili hüquqa və qaydalara müvafiq surətdə qaçqın sayılan, valideynləri və ya hər hansı digər şəxs tərəfindən istər müşayiət edilən, istərsə də müşayiət edilməyən uşağı bu Konvensiyada və həmin dövlətin iştirak etdiyi insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə və ya humanitar sənədlərdə şərh olunmuş tətbiq edilən hüquqlardan istifadə edilməsində lazımi müdafiə və humanitar yardımla təmin etmək üçün zəruri tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
43. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
44. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
45. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
46. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
48. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
49. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
51. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
52. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
53. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
54. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
55. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 56.“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmdişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). 58.Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
59. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
60. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya Məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 63.Cavabdeh iddiaçıya arzuladığı məcburi köçkün statusunun verilməsi barədə inzibati aktın qəbul edilməsindən imtinasını Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələbləri ilə əsaslandırarkən sonuncunun Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinə əsasən qorunmasına təminat verilən bərabərlik hüququnun təmin edilməsi barədə hüququnu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. 64.Cavabdehin istinad etdiyi Qaydaların tələbinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. 65.Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iddiaçının atası Qanuni nümayəndə (xx.xx.1975-ci il təvəllüdlü, Ağdam rayonunda doğulmuşdur) məcburi köçkün vəsiqəsi verilmişdir və o, Ağdam rayonundan məcburi köçkündür. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anasının qeydiyyatı Bakı şəhərindədir. İmtinanın digər səbəbi isə İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəsini itirməsi ilə bağlıdır, lakin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Nəsimi rayonu sektoru tərəfindən verilmiş 358 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, Məmmədov X1 rayonundan məcburi köçkün düşmüşdür. 66.Kollegiya qeyd edir ki, istinad olunan Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Qaydalar sonradan qəbul edildiyindən iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, iddiaçı məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə etmişdir. İddiaçıya məcburi köçkün statusu almış şəxslər kimi güzəştlər tətbiq edildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar isə iddiaçıya münasibətdə tətbiq edilə bilməz. 67.Bundan başqa övladların yaşayış və qeydiyyat ünvanının valideynlərlə eyni olmalı olduğu və işğaldan azad edilmiş torpaqlara məcburi köçkün olan valideynləri ilə birgə köçürülmə ehtimalı olduğundan valideynlərindən ən azı biri “məcburi köçkün” statusuna malik olan uşaqlara bu statusun verilməsindən imtina oluna bilməz.
68. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmalı, iddiaçının xeyrinə topladığı sübutlara düzgün qiymət verməli olduğu halda bu vəzifəsini icra etmədiyi araşdırma zamanı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə nəticəsi qanuni və əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
69. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.