Məhkəmə qərarları › İş №2-1(103)-3354/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3354/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3354/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-990/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi və cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 oktyabr 2021-ci il tarixli **********3 №li “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021ci il tarixli **********9 №li, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 №li və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021ci il tarixli **********9 №li qərarlarının ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-2540/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı, AR Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarının qüvvəyə minməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Vaxtı ilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılması” haqqında qərarının və 11 yanvar 2024-cü il tarixli Aktın və 22.02 .2024-cü il tarixində daxil olmuş xx.xx.2024- cü il tarixli 3-1 7-1/2-33453/2024 saylı “ Əmək pensiyasının dayandırılması, 18258,86 manat məbləğində artıq pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması” haqqında qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021- ci il tarixli **********9 №li, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 №li və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021-ci il tarixli **********9 №li qərarlarının ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiasına mahiyyət üzrə baxılaraq iddia təmin olunmuşdur. Qeyd olunan iddia barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №U xx.xx.2022-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2- 1(103)- 2540/2022 №/i xx.xx.2022-ci il tarixli qərardad və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tamamilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayət təmin olunmamışdır. Eyni zamanda AR Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli Qərarından cavabdeh tərəfindən verilmiş Kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, qanuni qüvvəyə mindiyi üçün Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı Qərarı qəbul etmiş məhkəmə tərəfindən icraya yönəldilmiş və icra olunmaq üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qərar 2023-cü il dekabr ayında icraya yönəlməklə iddiaçıya bir aylıq ödəniş də icra edilmişdir. Lakin əsassız olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2024- cü ilin yanvar ayında yenidən ödəniş dayandırılmışdır. Cavabdeh tərəfindən ödənişin dayandırılması ilə əlaqədar “yeni icraat" başlanması barədə aktda mahiyyət üzrə baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar üzrə yeni icraatın başlanmasının yolverilməz və qanunsuz olması barədə qeydlər yazdığına və bu barədə məhkəmə qərarlarında qeyd olunanların icrasının məcburi olmasını bildirdiyinə baxmayaraq ödəniş bərpa olunmamışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli Qərarı ilə DSMF Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının DSMF Daxili Nəzarət Departamentinin **********1 №li məktubuna əsasən dayandırılması qərara alınmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli Qərarı ilə xx.xx.1958-ci il tarixində doğulmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 13578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “pul tələbinin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarının (icra sənədi) icraya yönəldilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə ləyin edilmiş əmək pensiyasının cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi və cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 oktyabr 2021- ci il tarixli **********3 №li “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili X4 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021ci il tarixli **********9 №li, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 №li və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021ci il tarixli **********9 №li qərarlarının ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaya mahiyyət üzrə baxılaraq iddia təmin olunmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2- 1(103)- 2540/2022 №/i xx.xx.2022-ci il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tamamilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayət təmin olunmamışdır. Eyni zamanda AR Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarından cavabdeh tərəfindən verilmiş Kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, qanuni qüvvəyə mindiyi üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı onu qəbul etmiş məhkəmə tərəfindən icraya yönəldilmiş və icra olunmaq üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qərar 2023-cü il dekabr ayında icraya yönəlməklə iddiaçıya bir aylıq ödəniş də icra edilmişdir. Lakin əsassız olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2024- cü ilin yanvar ayında yenidən ödəniş dayandırılmışdır. Cavabdeh tərəfindən ödənişin dayandırılması ilə əlaqədar “yeni icraat" başlanması barədə aktda tərəfindən mahiyyət üzrə baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar üzrə yeni icraatın başlanmasının yolverilməz və qanunsuz olması barədə qeydlər yazdığına və bu barədə məhkəmə qərarlarında qeyd olunanların icrasının məcburi olmasını bildirdiyinə baxmayaraq ödəniş bərpa olunmamışdır. İddiaya mahiyyəti üzr baxaraq iddianı təmin etmiş Qərarlarla müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin 22 aprel 2021-ci il tarixli **********9 №li "əmək pensiyasının dayandırılması haqqında" qərarın ləğv edilməsi və “24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissədə mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin 2-1(112)-3463/2022 №li xx.xx.2022ci il tarixli qərarı ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli (13578,15 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarının və 04 noyabr 2021-ci il tarixli **********9 nömrəli qərarının (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-3463/2022 №1i xx.xx.2022-ci il tarixli qərarından və qərardadından narazı qalan İddiaçı Gül dadaş oğlu apellyasiya şikayəti verərək, məhkəmədən qərarın ləğv edilərək, iddianın təmin olunmasını və qərardadın ləğv edilərək, iddianın həmin hissədə də mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)- 2540/2022 №H xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, iddianın - cavabdehin 22 aprel 2021-ci il tarixli **********9 saylı "əmək pensiyasının dayandırılması haqqında’’ qərarın ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi hissələrində mümkün sayılması, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2021ci il tarixli **********9 saylı Qərarı ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2021 -ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. "xxxx" ASC-nin “X1” TASC-nın xx.xx.2016-cı il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.2006-cı ilədək “X1” TASC-də (keçmiş F.Dzerjinski adma maşınqayırma zavodu) işləmişdir. İddiaçı 8 №-li sexdə itiləyici peşəsində müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin itilənməsini quru üsulla obraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. İddiaçı itiləyici işlədiyi vaxt əmək şəraiti zərərli olan işlərə aid olduğundan onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir və bu da ona güzəştli şərtlə yaşa görə pensiyaya getmək hüququ verir. İddiaçı işlədiyi itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” -nın qərarının Metal emalı bölməsinin 1.1.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq **********8 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, “xx.xx.1980xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" ASC-nin “X1” TASC-də itiləyiei peşəsində işlədiyi müəyyən edilmişdir. İşlədiyiniz itiləyici peşəsi Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13578,15 manat artıq pul vəsaitinin Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: - “X1” ASC- nin xx.xx.2021-ci il tarixli 11/176 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən “X1” ASC tərəfindən verimiş 08/191 №li 25 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, zavodun keçmiş işçisi İddiaçı əmək kitabçasında göstərilən itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə uyğun sayılır. Zavodun keçmiş işçisi İddiaçı məxsus əmək kitabçasında fəaliyyəti ilə bağlı aparılan qeydlərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin müvafiq kodlarına uyğunluğunu təqdim edilərək; - xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək F.Dzerjinski adma maşınqayırma zavodunda “formalaşdırılmış dairələrlə qəliblənmiş məhsulların alətlə itilənməsi üzrə itiləyici” vəzifəsində, 11.14. Metal emalının digər peşələria)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1982-ei il tarixdən xx.xx.1993-ci il tarixinədək F.Dzerjinski adma maşınqayırma zavodunda 7 saylı alət sexində itiləmə sahəsinin briqadiri vəzifəsində, 1 1.14. Metal emalının digər peşələri- ajfəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1993-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 3 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixinə kimi “X1’nda 8 saylı tədarük sahəsində zərərli şərtlərlə işləyən 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. Zavodun keçmiş işçisi İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi itiləyici peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmiş, onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir. Göstərilən dəlillər baxımından məhkəmə sorğular göndərmiş və Məhkəmənin müvafiq sorğularına əsasən: - "X1” ASC-nin xx.xx.2021-ci il tarixli 11/176 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarı ilə xx.xx.1958-ci il tarixində doğulmuş ünvan 3 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 13578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi haqda DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ei il tarixli **********3 nömrəli Qərarı ləğv edilmişdir. Məhkəmə Qərarı qüvvəyə minərək icraya yönəlmişdir. Lakin xx.xx.2023-cü il tarixli 3-1 7-1/2-C-309575/2023 saylı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” bildiriş İddiaçı xx.xx.2024-cü ildə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində onun vəkili olaraq 1 1.01.2024-cü il saat 15-də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gedərək orada mərkəzin X5 , Vüqar Əhmədov, Nizami Novruzovla iş üzrə müzakirə apam işıq və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icrata başlanılması və qanuni qüvvəyə minmiş məhkəmə Qərarı ilə təyin olunmuş pensiyanın dayandırılmasının qanunsuz və əsassız olduğunu bildirmişik və bu barədə tərtib olunmuş Akta öz mülahizə və etirazlarımızı yazılı olaraq qeyd etmişdir. Eyni zamanda xx.xx.2024- cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktorunun adına yazılı formada əsaslandırılmış ərizə ilə müraciət edərək (Məktubun tarixi: xx.xx.2024-cü il tarixli № 3-17- 1/1-C-14944/2024) əsassız və qanunsuz olaraq dayandırılmış güzəştli şərtlərlə yaşa görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının bərpa olunaraq ödənilməsinin təmin edilməsi barədə tapşırıq verməsi xahiş olunmuşdur. Lakin hal-hazıradək ərizəyə cavab verilməmişdir. xx.xx.2024-cü il tarixində (poçt zərfi üzərində ştampla xx.xx.2024 tarixi qeyd olunmuşdur) xx.xx.2024-cü il tarixli 3-17-1/2-33453/2024 saylı “ Əmək pensiyasının dayandırılması haqqında dərəcədə əsassız və ziddiyyətli sənəd daxil olmuşdur. Həmin sənəddə göstərilir ki, “ .... Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2545/2023 nömrəli Qərarına əsasən İddiaçı 57yaşının tamam olduğu 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Həmin qərarın icrası məqsə di ilə tərəfimizdən ona ötən dövr üzrə ödənilməli olan 9930, 55 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin məbləğ Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ğtən dövrdəki ayların sayma bölünməklə cari aydan etibarən hissə-hissə hər ay 292,08 manat olmaqla adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub . Yəni sözügedən məhkəmə qərarı tam icra olunub.” xx.xx.2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17- 1/2- 33453/2024 saylı “Əmək pensiyasının dayandırılması haqqında qeyd olunan sənəddə yazılanlarda dərin ziddiyyət və əlaqəsizlik mövcuddur. Bir tərəfdən məhkəmə qərarının tam icra olunması qeyd edilir, digər tərəfdən İddiaçı vaxtılə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilir. Eyni zamanda son dərəcə ziddiyyətli olaraq xx.xx.2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-33453/2024 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qeyd olunan sənəddə “ ..Həmin qərarın icras məqsədi ilə tərəfimizdən ona ötən dövr üzrə ödənilməli olan 9930,55 manat pensiya məbləği müəyyən edilmişdir" göstərilir , digər tərəfdən həmin sənəddə “adıçəkilən şəxsə son üç il üzrə 18258,86 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib” yazılmışdır. xx.xx.2024cü ildə iddiaçıya təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-309575/2023 saylı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” bildirişdə isə 13578,15 manat artıq pul vəsaitinin ödənildiyi bildirilmişdir. Həmçinin 22.02 .2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-33453/2024 saylı “Əmək pensiyasının dayandırılması” haqqında qeyd olunan sənəddə tamamilə əsassız olaraq göstərilmişdir ki, guya İddiaçı mülahizələrin dinlənilinəsi üçün Mərkəzi Filiala 11 yanvar 2024-cü il tarixində gəlib. Tərtib olunmuş akt onun tərəfindən imzalanmamışdır. Bu tamamilə yalan və əsassızdır. İddiaçı Mərkəzi Filiala heç vaxt gəlməmişdir. Onun nümayəndəsi və vəkili olaraq Seyfəddin X3muş, tərtib olunmuş aktda əsaslandırılmış qeydlərini edərək imza etmişdir. Bununla Aktı tərtib edənlər aktda qeyd olunan faktlatrı diqqətdən yayındırmaq üçün belə yalan qeyd aparmışlar. Qeyd olunanlarla tamamilə sübuta yetirilir ki, xx.xx.2024-cü ildə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-C309575/2023 saylı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” bildiriş, xx.xx.2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icrata başlanılması barədə Akt, xx.xx.2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-33453/2024 saylı Əmək pensiyasının dayandırılması haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Vaxtilə iddiaçının əmək pensiyasının təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası ‘Azneftkimyamaş" ASC-nin “X1" TASC-də itiləyici peşəsində işlədiyi müəyyən edilib. Göründüyü kimi, iddiaçının işlədiyi itiləyici peşəsi yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli 2-1(102)-2545/2023 nömrəli qərarına əsasən iddiaçının 57 yaşının tamamlandığı 24 sentyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Bundan başqa, məhkəmə qərarlarını pensiya ödənişinin dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırıb. Daha sonra “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 29 dekabr 2023-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi bildirilmişdir. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 11 yanvar 2024-cü il tarixində gəlmişdir. Tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmayıb. Sonra isə iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 16938,87 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-990/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-523/2024 nömrəli "Əmək pensiyasının dayandırılması haqqında" qərarının və xx.xx.2024-cü il tarixli 3-7-1/3- 3-522/2024 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında" qərarının ləğv edilməsi” şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-990/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-523/2024 nömrəli "Əmək pensiyasının dayandırılması haqqında" qərarı və xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-522/2024 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında" qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə sistemi məlumatlarından müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisələndirilən qərarı qəbul edərkən, iddiaçının vəfat etməsi halını nəzərə almamış, kobud prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hal nəzərə alınaraq,vəfat etmiş iddiaçının prosessual hüquq varisinin iş üzrə cəlb edilməsi məsələsinə baxılmalı və bundan sonra yekun məhkəmə aktı çıxarılmalıdır. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qanunsuz olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-990/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-990/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarların ləğvi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar