Məhkəmə qərarları › İş №2-1(103)-336/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-336/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-336/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı “əmrin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun öz arzusu ilə ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi, İddiaçı, vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı “əmrin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun öz arzusu ilə ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3903/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1976-cı il təvəllüdlüdür. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi Alışlar şöbəsinin rəisi vəzifəsini tutmuş İddiaçı Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinə ünvanladığı 09.11.2019-cu il tarixli raportda onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, ehtiyata buraxıldıqdan sonra SHXÇDX-nin Bakı şəhəri Yasamal rayonu İdarəsində qeydiyyata duracağı barədə üzərinə öhdəlik götürmüşdür. Raporta icra edilmiş ştampın surətindən aydın olur ki, iddiaçının qeyd edilən müraciəti 09 noyabr 2019-cu il tarixdə 19075 nömrəsi ilə “136” saylı hərbi hissəyə daxil olmuşdur. 11.11.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi tərəfindən Şəxsi heyətin uçot bölməsinin rəisinə İddiaçı raportuna baxılması və icra edilməsi barədə göstəriş verilmişdir. Müdafiə Nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-texniki Təminat Baş İdarəsinin rəisi tərəfindən İddiaçı verilmiş 06 may 2020-ci il tarixli xidməti xasiyyətnamədə göstərilmişdir ki, ehtiyatda olan polkovnik-leytenant Cəfərov X8 Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsində çalışdığı müddət ərzində özünü intizamlı, savadlı və işgüzar bir zabit kimi göstərmişdir. Zabit kimi öz vəzifəsini yaxşı bilir, verilən əmrləri və tapşırıqları sərbəst, tələb edilən səviyyədə keyfiyyətlə və vaxtında yerinə yetirir. Daima öz üzərində çalışır və biliklərini artırır. Rəhbəredici sənədlərin tələblərini bilir, tutduğu vəzifə üzrə nəzəri və praktiki biliklərə malikdir və həmin bilikləri əmək funksiyalarının icrası zamanı düzgün tətbiq etməyi bacarır. Xidməti sənəd və faktları diqqətlə təhlil edir, cari tapşırıqları və problemləri müəyyən edir, düzgün nəticəyə gəlmək üçün müxtəlif mənbələrdən olan məlumatlarla müqayisə edir və problemlərin həlli yollarını müəyyənləşdirir, qanunauyğun və məntiqi qərarlar qəbul edir. Səliqəli və intizamlıdır, subordinasiya qaydalarına və etik davranış qaydalarına riayət edir. Malik olduğu iş təcrübəsini kollektiv üzvləri ilə bölüşür və yeni təcrübəyə yiyələnməyə çalışır. İş yoldaşları arasında hörmətə malikdir. Mənəvi və fiziki cəhətdən sağlamdır. Dövlət sirrini qorumağı bacarır. Müdafiə nazirinin 22.11.2019-cu il tarixli əmrinə əsasən 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin “136” saylı hərbi hissəsi tərəfindən açılmış iddiaçıya aid xidmət vərəqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Əlaqələndirmə şöbəsinin rəisi vəzifəsini tutmuş polkovnik-leytenant İddiaçı barəsində 2018-ci tədris ilinin yekunlarına görə MTTBİ-nin rəisinin 052 saylı 26.12.2018-ci il tarixli əmri ilə “qiymətli hədiyyə”, Müdafiə nazirinin 094 t saylı 22.06.2019-cu il tarixli əmri ilə hərbi xidmətdə fərqlənməyə görə “3-cü dərəcəli medal” həvəsləndirmə tədbirləri tətbiq edilmiş, həmçinin cəzalandırılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0895 saylı 22.11.2019-cu il tarixli şəxsi heyət üzrə əmrdən çıxarışdan görünür ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin (Q4) (136 nömrəli hərbi hissə) Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. 324 saylı 20 noyabr 2019-cu il tarixli nizami hissə üzrə əmrdən çıxarışdan görünür ki, 9915 daxilolma nömrəli raportuna əsasən Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi, polkovnik-leytenant İddiaçı 19 noyabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək, Bakı şəhərində keçirməklə 25 (iyirmi beş) təqvim günü müddətinə, 2019-cu ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. 348 saylı 14 dekabr 2019-cu il tarixli nizami hissə üzrə əmrdən çıxarışdan görünür ki, polkovnik-leytenant Cəfərov X8 Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi, 2019-cu ilin hesabına növbəti məzuniyyətdən 14 dekabr 2019-cu il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İddiaçı 0895 saylı 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 136 saylı Hərbi Hissəsi tərəfindən iddiaçıya ünvanlanmış 2/514 saylı 10.02.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 09.11.2019-cu il tarixdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinə raportla müraciət edərək "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəyə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, 09.11.2019-cu il tarixdə Müdafiə nazirinin müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinə raportla müraciət edərək "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəyə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etməmişdən öncə 3-5 noyabr 2019-cu il tarixlərdə Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrdə aparılan kompleks yoxlama komissiyasının tərkibində olarkən Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 nömrəli və 14.10.2014-cü il tarixli 0166 nömrəli əmrlərinin tələblərini kobud şəkildə pozduğu üçün barəsində xidməti araşdırma aparılmışdır. Aparılan araşdırmaların nəticəsindən görünür ki, o, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin yuxarıda qeyd olunan əmrlərinin tələblərini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 22.11.2019-cu il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə uyğun olaraq xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılmışdır. Eyni zamanda Müdafiə Nazirliyinin “n” saylı hərbi hissəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 2/1986 saylı 08.05.2020-ci il tarixli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin 0895 saylı 22 noyabr 2019-cu il tarixli şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin (Q4) (136 nömrəli hərbi hissə) Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunan cavab məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin 0895 saylı 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 ildən artıq həqiqi hərbi xidmət keçmişdir. Xidmətinin 23-cü ilini zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi Alışlar şöbəsinin rəisi vəzifəsində xidmət edərkən 09.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-MTT Baş İdarəsinin rəisinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin “n” saylı hərbi hissəsinin kargüzarlığında 09.11.2019-cu il tarixdə 19075 nömrəsi ilə qeydiyyata alınmış və üzərinə müvafiq qaydada icra olunması barədə Maddi - Texniki Təminat Baş İdarəsi rəisinin müvafiq dərkənarı qoyulmuşdur. Lakin iddiaçının raportu cavabsız və nəticəsiz qalmışdır. Raporta əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq ehtiyata buraxılmaq əvəzinə iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 22.11.2019-cu il tarixli 0895 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağı haqqında əmr iddiaçı növbəti əmək məzuniyyətində olarkən verilmişdir. Ehtiyata buraxılmağı haqqında əmrin verilməsi iddiaçıya 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsində ehtiyata buraxıldıqdan sonra hərbi qeydiyyata durmaq üçün xidmət yerində təyinat vərəqəsi ona verilərkən məlum olmuşdur. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.11.2019-cu il tarixli, 0895 saylı əmri ilə iddiaçı indiyədək tanış edilməmişdir. Hesab edir ki, iddiaçının Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı ilə heç bir söhbətləşmə aparılmamış, onun tərxis olunmaq barədə müvafiq vəzifəli şəxs tərəfindən barəsində yuxarı instansiyaya müvafiq təqdimat göndərilməmişdir. İddiaçının “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağının heç bir əsası olmamışdır və buna əsas ola biləcək heç bir intizam pozuntusuna da yol verilməmişdir. Azərbaycan Respublikası Silahlı X1 67-ci bəndinə əsasən zabitlər üçün 7 növ intizam cəzası nəzərdə tutulmuşdur. Həmin Nizamnamənin 85-ci maddəsinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınmalıdır, 89-cu maddəsinə əsasən, dəfələrlə nalayiq hərəkətlər etdikdə, hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə, nalayiq hərəkəti xidməti vəzifəsini yerinə yetirərkən, döyüş növbəsində olarkən, ya da sərxoş halda törətdikdə, nalayiq hərəkət ictimai asayişin kobud sürətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir. Lakin iddiaçı xidmət müddəti ərzində heç bir intizam cəzası almadığı, birdən-birə heç bir intizam pozuntusuna, nalayiq hərəkətə yol vermədiyi halda komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığı “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Bundan başqa N saylı hərbi hissənin komandirinin 12.06.2020-ci il tarixdə təsdiqlədiyi xidməti xasiyyətnamədə qeyd olunub ki, iddiaçı 24.07.2012-ci il tarixdən 07.02.2018-ci il tarixədək N saylı hərbi hissənin tabeliyində olan hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Xasiyyətnamədə iddiaçının konkret hansı hərbi hissələrdə, hansı vəzifələrdə xidmət etdiyi qeyd olunmamışdır. Eyni zamanda, iddiaçının barəsində xasiyyətnaməni birbaşa rəisi, xidmət etdiyi hərbi hissənin komandiri deyil, həmin komandirin tabe olduğu yuxarı komandir imzalamışdır. Yuxarı komandir iddiaçı ilə şəxsi ünsiyyətdə olmamışdır və buradan da görünür ki, cavabdehin təqdim etdiyi xasiyyətnamə sifarişlə hazırlanmışdır. İkincisi, xasiyyətnamədə iddiaçının xidmət etdiyi hərbi hissələr, xidmət dövrləri əks olunmamışdır. Belə ki, iddiaçı 06.08.2011-ci ildən 24.04.2012-ci ilə kimi N saylı hərbi hissənin qərargah rəisinin baş köməkçisi vəzifəsində, 24.04.2012-ci ildən 17.03.2014-cü ilə kimi N saylı hərbi hissənin şəxsi heyət bölməsinin rəisi - qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsində, 17.03.2014-ci ildən 29.06.2015-ci ilə kimi N saylı hərbi hissənin avtomatlaşdırılmış komanda məntəqəsi rəisi - qərargah rəisinin döyüşü idarəetmə üzrə köməkçisi vəzifəsində xidmət etmişdir. 31.01.2017-ci ildə iddiaçı yuxarı vəzifəyə çəkilərək Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin Məxfilik rejiminə nəzarət bölməsinin baş zabiti vəzifəsinə təyin olunmuş və 07.02.2018-ci ilə kimi həmin vəzifədə xidmət etmişdir. Bundan sonra, 07.02.2018-ci ildə iddiaçı təkrarən yuxarı vəzifəyə çəkilərək, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Əlaqələndirmə şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və 22.10.2018-ci il tarixə kimi həmin vəzifədə xidmət etmişdir. Nəhayət, 26.02.2019-cu il tarixdə iddiaçı Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi Alışlar şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və ehtiyata buraxıldığı tarixə qədər həmin vəzifədə xidmət etmişdir. Beləliklə, N saylı hərbi hissənin tabeçiliyində olan hərbi hissələrdə xidmət etdikdən sonra 31.01.2017-ci il tarixdə iddiaçı Müdafiə Nazirliyində baş zabit, daha sonra isə şöbə rəisi vəzifəsinə təyin olunmuşdur. Buradan görünür ki, cavabdeh iddiaçının xidməti fəaliyyətini müsbət qiymətləndirmişdir və dəfələrlə onu yuxarı vəzifələrə təyin etmişdir. Cavabdeh bu faktları qəsdən məhkəmədən gizlədərək, iddiaçının haqqında mənfi fikir yaratmağa çalışır. Üçüncüsü, iddiaçı 08.06.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0187t saylı 25 iyun 2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmağı haqqında vəsiqənin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 094t saylı 22 iyun 2019-cü il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmağı haqqında vəsiqənin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0254t saylı 21 sentyabr 2018-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı ilə təltif olunmağı haqqında vəsiqənin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi A.Babayev tərəfindən iddiaçıya verilmiş Silahlı Qüvvələrin Veteranı S/V seriyalı 003273 saylı 24.10.2018-ci il tarixli vəsiqənin surətlərini məhkəməyə təqdim etmişdir. Bu vəsiqələrdən də görünür ki, cavabdeh iddiaçını dəfələrlə mükafatlandırmışdır. Dördüncüsü, N saylı hərbi hissənin komandirinin təsdiqlədiyi xasiyyətnamədə qeyd olunmuşdur ki, iddiaçıya Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanı tərəfindən 22.11.2014-cü il tarixdə töhmət, 15.04.2015-ci il tarixdə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq və 10.08.2016-cı il tarixdə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq cəzaları verilmişdir. Azərbaycan Respublikası Silahlı X2 3 saylı əlavəsinin (xidmət vərəqəsi) qeydində müəyyən olunmuşdur ki, gizir və miçman rütbələrindən məhrumetmə, həmçinin gizirlərin, miçmanların və zabitlərin hərbi rütbələrinin aşağı salınması cəzalarından başqa, hərbi qulluqçuya verilmiş bütün intizam cəzaları hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması gününədək götürülməmişsə, cəza bir il keçəndən sonra öz qüvvəsini itirir, bu şərtlə ki, həmin müddətdə hərbi qulluqçu yeni cəza almamış olsun. Beləliklə, cavabdehin nümayəndəsinin istinad etdiyi cəzalar müvafiq olaraq, 22.11.2015-ci ildə, 15.04.2016-cı ildə və 10.08.2016-cı ildə qüvvədən düşmüşlər və cavabdehin bu cəzalara istinadı tamamilə əsassızdır. Eyni zamanda, bildirilir ki, qeyd edilən intizam tənbehləri N saylı hərbi hissə komandirinin əmri ilə iddiaçının üzərindən götürülmüşdür. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi 11/3040 saylı 19.06.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 saylı əmrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı cəzalanma haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 18.11.2019-cu il tarixli 0139 saylı əmrini mübahisələndirməmiş və komandanlıq öz səlahiyyətindən istifadə edərək, onun “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 166-cı bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). İddiaçı məhz mübahisələndirdiyi əmrlə cəza növü kimi xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. 18.11.2019-cu il tarixli 0139 saylı əmr xidməti yoxlamanın nəticələrini təsdiq edib və iddiaçını Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 saylı əmrinin tələbini pozduğunu, hərbi hissədə mobil telefondan istifadə etdiyini təsdiqləmişdir. İddiaçı sonuncu əmri mübahisələndirməmişdir. Çünki o, qeyd olunan intizam pozuntusuna yol verdiyini təsdiq edir. Lakin iddiaçı hesab edir ki, onun uzun müddət qüsursuz xidməti, dəfələrlə mükafatlandırıldığı nəzərə alaraq, bu çür kiçik bir intizam pozuntusuna görə bu cür ağır intizam cəzasının tətbiq edilməsi ədalətsiz idi. Belə ki, eyni intizam pozuntusuna görə cavabdeh dəfələrlə zabitlərə xəbərdarlıq elan etməklə kifayətlənmişdir. Bundan başqa cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələblərini pozaraq, iddiaçını ehtiyata buraxmamışdan əvvəl ən azı iki fərdi söhbəti aparmamış, bu barədə söhbət vərəqələri tərtib etməmiş, həmin söhbət vərəqələrini məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 163-cü maddəsinin tələblərini pozaraq, iddiaçını ehtiyata buraxmamışdan əvvəl səhhətinin hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün onu hərbi-həkim komissiyasının müayinəsinə göndərməmiş, müvafiq müayinə aktını almamışdır. Eyni zamanda, cavabdeh “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 57-ci maddələrini, Azərbaycan Respublikası Silahlı X1 117-ci, 118-ci maddələrinin, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci maddəsinin tələblərini pozaraq, iddiaçının öz arzusu ilə ehtiyata buraxılmağı barədə 09.11.2019-cu il tarixli raporta baxmamış, ona cavab verməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 22.11.2019-cu il tarixli 0895 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Müdafiə nazirinin 18.11.2019-cü il tarixli 0139 saylı əmri olmuşdur. Lakin iddiaçı tərəfindən Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 saylı əmrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı cəzalanma haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 18.11.2019-cü il tarixli 0139 saylı əmri mübahisələndirilməmişdir. Ona görə də, komandanlıq öz səlahiyyətlərindən istifadə edərək, iddiaçını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxmışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, 09.11.2019-cu il tarixdə öz arzusu ilə ordu sıralarından təxris olunmaq xahişi ilə raport yazmış və bu raportun surətini məhkəməyə təqdim etmişdir. Bununla bağlı bildirir ki, iddiaçı qabaqcadan onun barəsində Müdafiə Nazirliyində araşdırma aparılmasından xəbərdar olmuş və bilərəkdən cəzadan boyun qaçırmaq məqsədilə belə bir raport yazmışdır. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi (azad edilməsi), xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılması, hərbi rütbələrin verilməsi (aşağı salınması, məhrum edilməsi) və sair Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi ilə tənzimlənir. Hərbi qulluqçuların yuxarıda sadalanan hallardan asılı olmayaraq məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağaedici müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara şamil edilmir. İddiaçı barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi X10 Nazirliyinin blankında 11/3039 nömrəsi ilə qeydiyyata alınmış 19.06.2020-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək xahiş etmişdir ki, Müdafiə Nazirliyinin MaddiTexniki Təminat Baş İdarəsinin rəisi, Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun imzası və möhürlə təsdiqlənmiş xasiyyətnamə nəzərə alınmasın və bunun əvəzində iddiaçının 24.07.2012-ci ildən 07.02.2018-ci il tarixədək xidmət etdiyi N saylı hərbi hissənin komandirinin təsdiqlədiyi xasiyyətnamə nəzərə alınsın. Cavabdehin nümayəndəsi vəsatətində qeyd etmişdir ki, onun qənaətinə görə N saylı hərbi hissəsinin komandirinin təsdiqlədiyi xasiyyətnamə iddiaçının xasiyyətini daha dolğun əks etdirir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3903/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Madditexniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 0895 saylı 22 noyabr 2019-cu il tarixli şəxsi heyət üzrə əmrin qanunsuz hesab edilərək, həmin əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.11.2019-cu il tarixli 0895 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Müdafiə Nazirinin 0139 saylı 18.11.29-cu il tarixli təşkilati əmri olmuşdur (əmr məhkəməyə təqdim edilib). Lakin iddiaçı tərəfindən Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 saylı əmrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı cəzalanma haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 18.11.2019-cü il tarixli 0139 saylı əmri mübahisələndirilməmişdir. Ona görə də, komandanlıq öz səlahiyyətlərindən istifadə edərək, iddiaçını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxmışdır. Qərarda qeyd edilib ki, “iddiaçının barəsində verilmiş bir məhdudlaşdırıcı inzibati aktın - intizam tənbeh tədbirinin verilməsi barədə əmrin mübahisələndirilməməsi onun barəsində digər məhdudlaşdırıcı inzibati aktın- “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin qəbul edilməsinə əsas ola bilməz. Çünki iddiaçı artıq intizam tənbeh tədbirinin verilməsi ilə müəyyən hüquqi məhrumiyyətlərə məruz qalır ki, iddiaçı əlavə xidməti pozuntu etmədiyi halda onun barəsində yenidən məhrumiyyətə məruz qalması ilə nəticələnən əlavə aktın qəbul edilməsi, ümumiyyətlə, anlaşılan deyildir və hüquqi baxımdan qəbuledilməzdir”. Buna etiraz edərək bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0895 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması Azərbaycan Respublikası Müdafiə Nazirinin 0139 saylı 18.11.2019-cü il tarixli əmrinin icrası ilə bağlı həyata keçirilmişdir, yəni sözügedən 22.11.2019-cu il tarixli 0895 saylı əmrə əsasən cəza növü tətbiq edilmişdir. Baş vermiş intizam pozuntusuna görə iddiaçı bir dəfə cəzalandırılıb, məhkəmənin gəldiyi nəticə doğru deyil. Məhkəmənin qərarında göstərilmişdir ki, “09.11.2019-cu il tarixdə öz arzumla ordu sıralarından təxris olunmaq xahişi ilə raport yazmışam”. Bununla bağlı bildirir ki, iddiaçı Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 saylı əmrinin tələblərini 411, 480, N və N saylı hərbi hissələrdə 04.11.2019-cu il tarixdə keçirilmiş yoxlamada iştirak edərkən pozmuşdur. Onun barəsində komandanlığa məruzə edilmiş, həmin vaxtdan məruzə əsasında qəbul edilmiş qərarla xidməti araşdırma təyin edilimişdir. İddiaçı qabaqcadan bilirdi ki, onun barəsində Müdafiə Nazirliyində araşdırma aparılır və bilərəkdən cəzadan boyun qaçırmaq məqsədilə belə bir raport yazmışdır. Məhkəmə qərarında göstərilmişdir ki, “iddiaçı məzuniyyətdə olarkən barəsində qərar qəbul edilib” Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi (azad edilməsi), xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılması, hərbi rütbələrin verilməsi (aşağı salınması, məhrum edilməsi) və sair Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsi ilə tənzimlənir. Hərbi qulluqçuların yuxarıda sadalanan hallardan asılı olmayaraq məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağa edici müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllə hərbi qulluqçulara şamil edilmir. Qərarda hakim “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin tələblərinin pozulmasını bildirib. Lakin həmin maddənin hansı tələblərinin pozulması məlum deyil. İddiaçı barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Cavabdeh mütəmadi olaraq iddiaçını nümunəvi xidmətinə görə mukafatlandırmışdır. N saylı hərbi hissənin komandirinin təsdiqlədiyi xasiyyətnamədə qeyd olunmuşdur ki, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandam tərəindən 22.11.2014-cü il tarixdə iddiaçıya töhmət verilmişdir, 15.04.2015-ci il və 10.08.2016-cı il tarixlərində isə ona “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq"lar verilmişdir. Azərbaycan Respublikası Silahlı X2 3 saylı əlavəsinin (Xidmət vərəqəsi) qeydinə əsasən, gizir və miçman rütbələrindən məhrumetmə, həmçinin gizirlərin, miçmanların və zabitlərin hərbi rütbələrinin aşağı salınması cəzalarından başqa, hərbi qulluqçuya verilmiş bütün intizam cəzaları hərbi qulluqçuların ehtiyyata və ya istefaya buraxılması gününədək götürülməmişsə, cəza bir il keçəndən sonra öz qüvvəsini itirir, bu şərtlə ki, həmin müddədə hərbi qulluqçu yeni cəza almamış olsun. Cavabdehin nümayəndəsinin istinad etdiyi cəzalar müvafiq olaraq, 22.11.2015-ci ildə, 15.04.2016-cı ildə və 10.08.2016-cı ildə qüvvədən düşmüşlər və cavabdehin bu cəzalara istinadı tamamilə əsassızdır. Cavabdehin gətirdiyi digər dəlil ondan ibarətdir ki, guya iddiaçının mübahisələndirdiyi əmrdən əvvəl cavabdeh iddiaçının barəsində başqa əmr qəbul elmişdir və iddiaçı həmin əmri mübahisələndirmədiyi üçün İddiaçının hazırki iddia tələbi də təmin olunmamalıdır. Bu yanaşma tamamilə qanunsuzdur. Birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında göstərmişdir ki, " iddiaçı barəsində verilmiş bir məhdudlaşdırma inzibati aktın - intizam tənbehinin verilməsi barədə əmrin mübahisələndirilməməsi onun barəsində digər məhdudlaşdırma inzibati aktın- "Hərbi xidmətkeçmə haqqında’' Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmrin qəbul edilməsinə əsas ola bilməz. Çünki iddiaçı artıq intizam tənbehinin verilməsi ilə müəyyən hüquqi məhrumiyyətlərə məruz qalır ki, iddiaçı əlavə xidməti pozuntu etmədiyi halda onun barəsində yenidən məhrumiyyətə məruz qalması ilə nəticələnən əlavə aktın qəbul edilməsi ümumiyyətlə anlaşılan deyildir və hüquqi baxımdan qəbuledilməzdir." İddiaçı 09 noyabr 2019-cu il tarixli raportla cavabdehə aidiyyəti qaydada müraciət edərək, onun "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə uyğun olaraq ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş və 9915 daxilolma saylı raportuna əsasən 19 noyabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. İddiaçıya mübahisələndirilən əmr isə 22 noyabr 2019-cu il tarixdə verilmişdir. Bununla da "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 165-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 165-ci maddəsinə əsasən "Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir." Bundan əlavə, cavabdeh şikayətində qeyd elmişdir ki, iddiaçı qabaqcadan bilirdi ki, onun barəsində Müdafiə Nazirliyində araşdırma aparılır və bilərəkdən cəzadan boyun qaçırmaq məqsədilə belə ehtiyyata buraxılması barədə raport yazmışdır. Cavabdehin bu qənaəti həqiqətə uyğun deyildir. Belə ki, cavabdeh tərəfindən iddiaçının onun barəsində xidməti araşdırma aparılmasından xəbərdar olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaçı barəsində toplanmış xidməti araşdırma materiallarında olan və iddiaçının əleyhinə olan raportlar, izahat və digər sənədlər iddiaçı barəsində onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə’nin 156-cı maddəsinin “j" bəndinə əsasən (öz arzusu ilə) və 164-cü maddəsinə uyğun olaraq ehtiyyata buraxılmağı barədə yuxarı komandanlığa ünvanladığı raportun Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə daxil olma tarixindən sonrakı tarixlərdə tərtib edilmişdir. Bu xüsusatla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “iddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin “j"’ bəndinə ( öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması barədə dəlilləri o vaxt əsassız hesab edilə bilər ki, intizam icraatı iddiaçının müvafiq raportla müraciət etmədən əvvəl başlamış olardı. Tərəflərin izahatları: 23 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 31.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının tamamilə ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdi. İddiaçı, onun vəkili X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bu barədə yazılı etiraz ərizəsi təqdim etmişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı tələbi iki hisədən ibarətdir. Məhkəmə kollegiyası iddiaçının “cavabdehin 0895 saylı 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi” ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 18-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Qeyd olunan Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. İşdən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 26 ildən artıq həqiqi hərbi xidmət keçmiş, bunun 23 ilini zabit kimi xidmət etmiş, sonuncu vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi Alışlar Şöbəsinin rəisi vəzifəsi olmuşdur. Həmin vəzifədə xidmət edərkən öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu 09.11.2019-cu il tarixdə müvafiq idarənin rəhbərliyinə təqdim etmişdir. Sözügedən raport 11.11.2019-cu il tarixdə İdarə rəisi tərəfindən X14 Bölməsinin rəisinə icra edilmək üçün göndərilmişdir. Lakin, müraciət (raport) araşdırılmadan, iddiaçının özü ilə söhbət aparılmadan, hərbi həkim komissiyasının müayinəsinə göndərilmədən, iddiaçı məzuniyyətdə olarkən Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.11.2019-cu il tarixli 0895 nömrəli əmri ilə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, iddiaçı həmin əmrlə tanış edilməmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnikleytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Həmin Əsasnamənin 20-ci maddəsinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu hesab edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə 6 saylı Əlavə – “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 9-cu hissəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər; məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda) göndərilir. İddiaçıya münasibətdə yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, hərbihəkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi. Lakin yuxarıda qeyd edilmiş ilk dörd qaydaya (beşinci qaydaya dair məhkəmənin hüquqi mövqeyi aşağıda ifadə edilmişdir) iddiaçının barəsində əmri vermiş cavabdeh orqan tərəfindən riayət edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir ki, bu hal da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh orqan müvafiq əmri qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsində qeyd edilmişdir ki, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0.9-cu maddəsinə görə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “136” saylı hərbi hissəsisinin 2/1526 saylı 07.04.2020-ci il taixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin sabiq hərbi qulluqçusu Cəfərov X8 Nazirliyinin nizami hissə üzrə 324 saylı 19.11.2019-cu il tarixli əmri ilə növbəti məzuniyyətə çıxmış və 14 dekabr 2019-cu il tarixində qayıtmışdır. Müdafiə Nazirinin müvafiq əmri hərbi hissəyə daxil olan müddətdə sabiq hərbi qulluqçu məzuniyyətdə olduğu üçün əmrlə tanış edilməmiş və əmrin tələblərinə uyğun sənədlər icra olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh tərəf mübahisələndirilən əmrin verilməsinə əsas olan hallar kimi xidmət dövründə mənfi xarakterizə olunduğuna, Azərbaycan Respublikası Müdafiə Nazirinin 18.11.2019-cü il tarixli 0139 saylı əmrinin mövcudluğuna, həmin əmrin iddiaçı tərəfindən mübahisələndirilmədiyinə, onun barəsində xəbərdarlıq cəzalarının tətbiqinə, barəsində aparılan araşdırma zamanı onun tərəfindən smartfon tipli mobil telefonların istifadəsinə qadağa qoyulması barədə əmrlərin tələblərinin kobud şəkildə pozulduğuna istinad edir. Belə ki, Xüsusi Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsini icra edən Ramil Səfərov tərəfindən Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin baş Qərargah rəisinə ünvanlanmış raportundan görünür ki, 13 noyabr 2019-cu il tarixli 7772 nömrəli dərkənara əsasən Müdafiə nazirinin müavini - Hərbi-Hava Qüvvələrinin komandanının tabeliyində olan hərbi hissələrdə Maddi-Texniki Təminat Baş İdarəsinin xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı tərəfindən müvafiq əmrlərlə istifadəsi qadağan edilmiş smartfon tipli telefonunun işlədilməsi haqqında raportla əlaqədar Xüsusi Təhlükəsizlik Baş İdarəsinin zabitləri tərəfindən xidməti araşdırma aparılmışdı. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, polkovnik-leytenant Ə.A. Cəfərov 03-05 noyabr 2019-cu il tarixlərdə Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrdə aparılan kompleks yoxlama komissiyasının tərkibində olarkən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin «Məlumat sızmasının qarşısının alınması haqqında» 16 fevral 2014-cü il tarixli 019 nömrəli və «İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında» 14 oktyabr 2014-cü il tarixli 0166 nömrəli əmrlərinin tələblərini pozaraq istifadəsi qadağan olunmuş və özündə olan «İpone X» markalı smartfon tipli telefonunun vasitəsilə N nömrəli hərbi hissənin məxfi hissəsində, qarovul otağında, avtomobil parkında, mühəndis- aerodrom xidmətinin anbarında, N nömrəli hərbi hissənin nəzarət yazma aparatları və məlumatların işlənilməsi qrupunun xidməti otağında, paraşüt desant və axtarış xilasetmə xidmətinin anbarında, məşq qurğularının hazırlanması və reqlament qrupunun rəisinin xidməti otağında, start komanda məntəqəsində rabitə postlarında, komanda məntəqəsində, N nömrəli hərbi hissənin nəzarət yazma aparatları və məlumatların işlənilməsi xidməti otağında, eləcə də N nömrəli hərbi hissənin qazanxananın və istifadə olunmayan yataqxananın fotoşəkillərini çəkmişdir. Həmçinin o, N nömrəli hərbi hissənin nəzarət yazma aparatları və məlumatların işlənilməsi xidməti otağında N nömrəli hərbi hissənin şturman xidmətinin operatoru qadın hərbi qulluqçu əsgər X3 məxsus şəxsi çantasına otaqda olan digər hərbi qulluqçularının yanında baxış keçirtmişdir. Yuxarıda göstərilənlər hərbi hissələrdə alınmış hərbi qulluqçuların izahatları ilə tam təsdiq olunmuşdur. Həmçinin fotoşəkillərin həmin smartfon tipli telefonla çəkilməsinə etiraz edən bəzi hərbi qulluqçulara isə, polkovnik-leytenant İddiaçı onda olan smartfon tipli mobil telefonun qeydiyyatdan keçdiyini və narahat olmamalarını demişdir. Xidməti araşdırma zamanı polkovnik-leytenant İddiaçı həmin smartfon tipli telefonunun onun olmadığını, telefonun ona 2019-cu ilin avqust ayında Müdafiə nazirinin Maddi- Texniki Təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Fuad Məmmədov tərəfindən tabeliyində olan hərbi hissələrdə yoxlama zamanı aşkar olunmuş nöqsanların həmin telefonla çəkib ona təqdim edilməsi məqsədilə verdiyini bildirmişdir. Yoxlama qurtardıqdan sonra o bildirmişdir ki, həmin telefonu general-leytenant F.Məmmədova təhvil verməmiş, öz məxfi çantasında məxfi bölmədə saxlamış və bu dəfə isə heç kimə məlumat vermədən yenidən bu telefonu götürərək yuxarıda göstərilən hərbi hissələrdə çəkiliş apararaq nöqsanları qeyd etmişdir. Bununla da o, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin smartfon tipli mobil telefonların istifadə qadağan olunmuş əmrlərin tələblərini pozmuşdur. Əlavə olaraq polkovnik-leytenant İddiaçı qadın hərbi qulluqçu T.V. Paşayevanın şəxsi çantasını yoxlatdırmadığını bildirmişdir. “Smartfon tipli mobil telefondan istifadə edilməsi və təqsirkar şəxsin cəzalandırılması haqqında” 0139 saylı 18 noyabr 2019-ci il tarixli əmrdən görünür ki, 3 - 5 noyabr 2019-cu il tarixlərdə Hərbi-Hava Qüvvələrinin tabeliyində olan hərbi hissələrdə aparılan kompleks yoxlama zamanı Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı tərəfindən smartfon tipli telefondan iştifadəsinin yolverilməzliyinə dair tələblərin kobud surətdə pozulması faktı üzrə Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik Baş İdarəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, polkovnik-leytenant İddiaçı 3-5 noyabr 2019-cu il tarixlərdə Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrdə aparılan kompleks yoxlama komissiyasının tərkibində olarkən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Məlumat sızmasının qarşısının alınması haqqında” 2014-cü il 16 fevral tarixli 019 nömrəli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 2014-cü il 14 oktyabr tarixli 0166 nömrəli əmrlərinin tələblərini kobud şəkildə pozaraq istifadəsi qadağan olunmuş “İpone X” markalı smartfon tipli telefondan istifadə etməklə N nömrəli hərbi hissənin məxfi hissəsində, qarovul otağında, avtomobil parkında, mühəndis-aerodrom xidmətinin anbarında, N nömrəli hərbi hissənin nəzarət yazma aparatları və məlumatların işlənilməsi qrupunun xidməti otağında, paraşüt desant və axtarış xilasetmə xidmətinin anbarında, məşq qurğularının hazırlanması və reqlament qrupunun rəisinin xidməti otağında, start komanda məntəqəsinin rabitə postlarında, komanda məntəqəsində, N nömrəli hərbi hissənin nəzarət yazma aparatları və məlumatların işlənilməsi xidməti otağında, eləcə də N nömrəli hərbi hissənin qazanxanasının və istifadə olunmayan yataqxananın fotoşəkillərini çəkmişdir. Fotoşəkillərin smartfon tipli telefonla çəkilməsinə etiraz edən bəzi hərbi qulluqçulara polkovnik- leytenant İddiaçı yalandan məlumat verərək onda olan smartfon tipli mobil telefonun müvafiq qeydiyyatdan keçdiyini və narahat olmamalarını bildirmişdir. Xidməti araşdırma zamanı həmçinin aşkar edilmişdir ki, polkovnik-leytenant İddiaçı, smartfon tipli mobil telefonu öz məxfi çantasında məxfi bölmədə saxladığını və bu yoxlama zamanı müvafiq icazə olmadan həmin telefonu götürərək yuxarıda göstərilən hərbi hissələrdə çəkiliş apararaq nöqsanları qeyd etmişdir. Əmrin məzmununa görə, yuxarıda qeyd olunanlardan görünür ki, polkovnikleytenant İddiaçı smartfon tipli mobil telefonlardan istifadə qadağan olunması sahəsində Müdafiə Nazirliyinin normativ hüquqi aktlarının tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlər nəzərə alınaraq və gələcəkdə bu kimi hallara yol verilməməsi, qanunvericiliyin, hərbi nizamnamələrin və Müdafiə nazirinin müvafiq sahə üzrə qərar və əmrlərinin tələblərinə dönmədən əməl olunmasının təmin olunması məqsədilə, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.5-ci və 5.7.9cu yarımbəndlərini rəhbər tutularaq Müdafiə nazirinin müavinləri, Azərbaycan Ordusunun qoşun (qüvvə) növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət rəisləri, birlik, birləşmə və hissə komandirləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri tərəfindən tabeliklərində olan bölmə və hissələrdə hərbi qulluqçular və mülki işçilər tərəfindən smartfon tipli telefonların istifadə edilməməsi nəzarətə götürsünlər və bu cür hallar aşkar edildikdə ciddi tədbirlər görsünlər. Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi smartfon tipli telefondan istifadəsi olunmasını qadağan edən Müdafiə Nazirliyinin normativ aktlarının tələblərini kobud şəkildə pozduğuna görə Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenantı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq həqiqi hərbi xidmətdən buraxılması təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən xidmət dövründə yuxarıda qeyd olunan nöqsanlara yol verilməsi, onun mənfi xarakterizə olunsa belə, barəsində intizam tədbirləri görülsə belə, bu hallar onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının qüsurlarla, yəni istər yuxarıda göstərilən hərbi qanunvericiliyin tələbləri, istərsə də inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilməsinə əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Buna görə də cavabdehin 22.11.2019-cu il tarixli əmri iddiaçıya aid hissədə qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün ona aid hissədə ləğv olunmalıdır. İddiaçının ikinci- onun 09.11.2019-cu il tarixli raportuna əsasən həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı əmr verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə gəldikdə isə, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki işdən iddiaçının 09.11.2019-cu il tarixdə verdiyi raportuna münasibətdə hərəkətsizlik göstərildiyi, belə ki, həmin raporta münasibətdə hər hansı inzibati aktın qəbul edilmədiyi müəyyən olunur. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbini də təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki iş üzrə verilmiş məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) isə iş üzrə qismən təsdiqini tapsa da, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığından (İPM-in 73.2-ci maddəsi), cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının müraciətinə baxılması öhdəliyinin qoyulması məqsədəmüvafiqdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tərxis olunması məsələsi cavabdeh tərəfindən həll edilməli məsələ olduğundan, sonuncu bu məsələyə dair hər hansı konkret münasibət bildirmədiyindən və bu əsasla iş üzrə konkret qərarın qəbul edilməsi mümkün olmadığından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3903/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı qismən, iddiaçının ikinci tələbinin təmin olunduğu- 09.11.2019-cu il tarixli raportuna əsasən həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı əmr verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qərar iddiaçının birinci tələbinin təmin olunduğucavabdeh inzibati orqanın 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə ləğv olunduğu hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3903/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı qismən, iddiaçının ikinci tələbinin təmin olunduğu- 09.11.2019-cu il tarixli raportuna əsasən həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı əmr verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə 09.11.2019-cu il tarixli müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərar iddiaçının birinci tələbinin təmin olunduğu- cavabdeh inzibati orqanın 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə ləğv olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar