Məhkəmə qərarları › İş №2-1(103)-336/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-336/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-336/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X9 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1527/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-1527/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2022ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edliməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixindən ikinci dərəcə əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz Göstəricisinin təyin edilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar.; Diaqnozun mətni: Kəllədaxili travma, Kəllədaxili travmanın nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik tutmalarla Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, qabarıq asteno-nevrotik sindrom Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu Diffuz kistoz mastopatiya, Süd vəzinin proliferasiyaedici fibroz-kistoz mastopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik =>2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9).” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit.; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.” səbəbi ilə imtina verilmişdir. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə tabe olan 1 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90-Başın … Diaqnozun mətni: Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonraki vəziyyət (xx.xx.2001). Baş beyin silkələnməsi. Posttravmatik ensefalo kəllə daxili hipertenziya. Posttravmatik epilepsiya. tez-tez təkrarlanan generalize olunmuş toniko-klonik qıcolmalarla (ayda 6-10 dəfə) Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi. Keçirilmiş poliradikı sonraki vəziyyət. C3-C4,C4-C5,C5-C6,C6-C7,Th2-Th3,Th3-Th4,L5-S1 fəqərəarası disklərdə protruziyalar, L3- L4,L4-L5 fəqərəarası diskin yırtığı. Boyun və bel osteoxondroz diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, tez-tez baş verən residivlərlə Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir - barədə qərar verilmişdir.” səbəbi ilə imtina verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilərək, 77 nəfərin rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik arasında uyğunsuzluqlar mövcud olduğu qeyd edilmişdir. Həmçinin stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Bunun əsasında cavabdeh tərəfindən göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (50-ci sıra) xx.xx.2021-ci il tarixdə “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı liə iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixli 4399003AAAUD nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixində mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 T248/2023 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur: “Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Başın travmalarının nəticələri, baş beyin silkələnməsi, keçirilmiş qapalı-kəllə beyin travmasından sonrakı vəziyyət (xx.xx.2001), posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya, posttravmatik epilepsiya tez-tez təkrarlanan generalize olunmuş toniko-klonik qıcolmalarla (ayda 6-10 dəfə), üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət, C3-C4, C4-C5, C5-C6, C6-C7, Th2- Th3, Th3-Th4, L5-S1 fəqərəarası disklərdə protruziyalar, L3- L4, L4-L5 fəqərəarası diskin yırtığı, boyun və bel osteoxondrozu, diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, tez-tez baş verən residivlərlə” diaqnozları şəxsin stasionarda müayinə və müalicələri zamanı laborator-instrumental müayinələr əsasında qoyulmuş və əyani müayinədə “Epilepsiya” xəstəliyi ilə əlaqədar elektroensefaloqrafiya müayinəsinə göndərilərkən diaqnoz öz təsdiqini bir daha tapmışdır. Xəstəliklər tam sağalmır, kəskinləşərkən qeydiyyatda olduğu yerdə müvafiq ixtisas həkimlərində müayinə və müalicəyə cəlb oluna bilərlər.” İddiaçının əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə nəzarət qaydasında ali komissiyada müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq barənizdə xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərar qəbul edilmişdir. Sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit” diaqnozu anamnestik məlumatlarda və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, Sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlər. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məktubunuzun işlə təmin edilmənizə köməklik göstərilməsinə dair hissəsinə Nazirliyin tabeliyində X4 məlumatını olduğu kimi nəzərinizə çatdırırıq: “X4 4 saylı Ərazi Məşğulluq filialının əməkdaşı tərəfindən F.Məmmədov ilə əlaqə (***-***-**-**) saxlanılmış, vətəndaşın məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib iş (“X5 Xidməti” MMC-də bölmə rəisi, əməkhaqqı - 635 manat) təklif olunmuş və bu barədə məlumatlar şəxsi kabinetinə yerləşdirilmişdir. İddiaçı münasib iş təklifini qəbul etmiş və Filial tərəfindən həmin müəssisəyə elektron göndəriş formalaşdırılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: İddiaçı xx.xx.2021-ci il tarixli 4399003AAAUD nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixində mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublarınıza Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin 1 nömrəli Poliklinikasının 4399003AAAUD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********0). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 4399003AAAUD nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********4). Yenidən əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3). Vətəndaş məhkəmə qərarına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərarı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 50 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı astenonevrotik vəziyyət. Baş beyin silkələnməsi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xidmət vəzifəsini yerinə yetirərkən alınmışdır” və “Böyrək daşı xəstəliyi. Xroniki prostatit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmət keçmə zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Nevroloji statusda əlillik təyinatına əsas verən funksional pozuntular müəyyən edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı “ürəkgetmə” tutmalarından şikayətlənmiş, klinik olaraq astenik əlamətlər qeyd olunmuşdur. Hazırda Romberqdə yüngül səndələmə, əllərdə tremor izlənilsə də, əlillik təyinatına əsas verən nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə ürəkbulanma, başgicəllənmədən şikayət etmiş, anamnestik məlumatlarda epitutmanın xarakterini izah edə bilməmiş, medikamentoz preparatlardan Depakin qəbul etdiyini ifadə etmişdir. Obyektiv baxış zamanı əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, aktiv psixoproduktiv əlamətlər, kobud davranış pozuntusu aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı avtoqəza nəticəsində travma aldığını, başında kista olduğunu bildirmiş, başağrıları, yaddaşsızlıq, ay ərzində 5-6 dəfə baş verən qıcolma tutmalarından şikayətlənmiş, ürəyinə stent qoyulmasını, sidik kisəsinin onkoloji xəstəliyindən əziyyət çəkməsini bildirmişdir. Təqdim edilmiş sənədlərdən 2001-ci ildə travma almasına baxmayaraq, 2006-cı ilə qədər xidmət etdiyi məlum olmuşdur. Medikamentoz preparatlardan gündə 2 dəfə Depakin 500 mg və Finlepsal 200 mg qəbul etdiyini, qıcolma tutmalarının qısa müddətdə olduğunu, həmin vaxt baş verənləri bilmədiyini, sonuncu tutmasının xx.xx.2023-cü ildə olduğunu bildirmişdir. Baxış zamanı sol təpə nahiyəsində təxminən 7 sm uzunluğunda kənarları girintili-çıxıntılı dəri çapığı izlənilmişdir. Müayinə zamanı dramatik cümlələrlə mövzudan yayınmağa çalışsa da, koqnitiv fəaliyyətində eniklik müşahidə edilməmişdir. Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində periventrikulyar sahədə T2, Flair hiperitens ocağlar. Sağ occipital pay bazalhissə lateralında 12x9 mm ölçüdə T2 hiperintens araxnoid kista” kimi qeyd olunmuş, əvvəlki müayinə nəticələrinə əsasən kistanın ölçüləri böyüməmiş, klinik əhəmiyyətli olmamışdır. X11 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotostimulyasiya sınağları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin gabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi orta strukturlarının disfunksiyası fonunda qıcolma qapısının daralması əlaməti və beyin kötüyünün disfunksiya əlaməti ilə qeyd olunur (pasient 19 aprel tarixində səhər, günorta, axşam və müayinə günü Tab. Depakin chrono 300 mg və Tab. Finlepsal 200 mg səhər və axşam qəbul edib)” kimi qeyd olunmuş, EEQ dalğalarında epikompleks aşkar edilməmiş, nəticədə ekspertiza üçün əhəmiyyətli olmayan ümumi xarakterli cümlələr qeyd edilmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli Arayışında diaqnoz “Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi pTaNOMO mərhələ 0. Sidik kisəsinin xərçəngi. Cərrahi əməliyyat və sidik kisəsi daxili (Mitomicin) MKT-dən sonrakı vəziyyət. pTaNOMO mərhələ 0” kimi qeyd olunmuş, “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq mərhələsi 0, non-invaziv, metastazsız olduğundan əlillik təyinatına əsas verməmişdir. Həmçinin “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamada) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” və digər ağırlaşmalar təsdiqlənmədiyindən əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunnması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2017-ci il tarixdən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik. Müayinə - ilkin, Diaqnoz: kəllədaxili travma, kəllədaxili travmanın nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik tutmalarla, Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, qabarıq asteno-nevrotik sindrom onurğanın osteoxondrozu, boyun fəqərələrinin osteoxondrozu diffuz kistoz mastopatiya süd vəzinin profilerasiyaedici fibroz-kistoz mastopatiyası. - İddiaçı xx.xx.2017-ci il tarixdən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi – Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar. Müayinə - təkrar, Diaqnoz: kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, keçirilmiş, posttravmatik ensefalopatiya, BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə.Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit. - İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli T248/2023 saylı ekspert rəyində qeyd edilir: 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Başın travmalarının nəticələri, baş beyin silkələnməsi, keçirilmiş qapalı-kəllə beyin travmasından sonrakı vəziyyət (xx.xx.2001), posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya, posttravmatik epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş toniko-klonik qıcolmalarla (ayda 6-10 dəfə), üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət, C3-C4, C4-C5, C5-C6, C6-C7, Th2-Th3, Th3-Th4, L5-S1 fəqərəarası disklərdə protruziyalar, L3- L4, L4-L5 fəqərəarası diskin yırtığı, boyun və bel osteoxondrozu, diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, tez-tez baş verən residivlərlə” diaqnozları şəxsin stasionarda müayinə və müalicələri zamanı laborator-instrumental müayinələr əsasında qoyulmuş və əyani müayinədə “Epilepsiya” xəstəliyi ilə əlaqədar elektroensefaloqrafiya müayinəsinə göndərilərkən diaqnoz öz təsdiqini bir daha tapmışdır. Xəstəliklər tam sağalmırlar, kəskinləşərkən qeydiyyatda olduğu yerdə müvafiq ixtisas həkimlərində müayinə və müalicəyə cəlb oluna bilərlər. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60- İ66.9,G80-G80.9, S06.0-S06.9). 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.1. Başın travmaları (S02-S09); Başın travmalarının nəticələri (T90) - (xx.xx.2023-cü ilədək olan redaksiya - 6.1. Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90)). 6.7. Epilepsiya (G40). İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: kəllədaxili travma, kəllədaxili travmanın nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik tutmalarla, Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, qabarıq asteno-nevrotik sindrom onurğanın osteoxondrozu, boyun fəqərələrinin osteoxondrozu diffuz kistoz mastopatiya süd vəzinin profilerasiyaedici fibroz-kistoz mastopatiyası). Daha sonra iddiaçıya xx.xx.2017-ci il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, keçirilmiş, posttravmatik ensefalopatiya, BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə.Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit). Daha sonra isə iddiaçıya xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadları ilə cavabdeh tərəfindən iddiaçı yenidən əyani müayinəyə cəlb edilsə də, hər iki halda cavabdeh tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin iş üzrə tibbi ekspertiza keçirilmiş və iddiaçı təkrar əyani olaraq məhkəmə-tibbi müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli T248/2023 saylı ekspert rəyindən görünür ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Başın travmalarının nəticələri, baş beyin silkələnməsi, keçirilmiş qapalı-kəllə beyin travmasından sonrakı vəziyyət (xx.xx.2001), posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya, posttravmatik epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş toniko-klonik qıcolmalarla (ayda 6-10 dəfə), üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət, C3-C4, C4-C5, C5-C6, C6-C7, Th2-Th3, Th3-Th4, L5-S1 fəqərəarası disklərdə protruziyalar, L3-L4, L4-L5 fəqərəarası diskin yırtığı, boyun və bel osteoxondrozu, diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, tez-tez baş verən residivlərlə” diaqnozları şəxsin stasionarda müayinə və müalicələri zamanı laborator-instrumental müayinələr əsasında qoyulmuş və əyani müayinədə “Epilepsiya” xəstəliyi ilə əlaqədar elektroensefaloqrafiya müayinəsinə göndərilərkən diaqnoz öz təsdiqini bir daha tapmışdır. Həmin ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, həmin xəstəliklər tam sağalmırlar, kəskinləşərkən qeydiyyatda olduğu yerdə müvafiq ixtisas həkimlərində müayinə və müalicəyə cəlb oluna bilərlər. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikasının tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4399003AAAUD nömrəli forma 88 arayışına əsasən: - status localis qrafasından görünür ki, iddiaçıda tez-tez təkrarlanan qıcolma tutmaları olur (ayda 6-10 dəfə), kəskin baş ağrıları, baş gicəllənmələr, ürək bulanma, görmənin torlaşması, bütün ətraflarda keyimə, onurğa sütunu boyu kəskin ağrılar narahat edir. - əsas diaqnoz T90 - Başın travmalarının nəticləri keşirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsi. - ağırlaşma S06.3 - Baş beynin ocaqlı travması keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vəziyyət. Post travmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. G40 - Epilepsiya postravmatik epilepsiya tez-tez təkrarlanan generalize olunmuş tonikoklonik qıcolmalarla (ayda 6-10 dəfə). - yanaşı xəstəliklər - M50.3 boyun şöbəsinin fəgərə arası disklərinin digər degenerasiyası C3-C4, C4-C5, C5-C6, C6-C7, Th2-Th3, Th3-Th4 fəgərəarası disklərdə protruziyalar. M50.1 Boyun şöbəsinin fəgərəarası disklərinin radikulopatiya ilə zədələnməsi C3-C4, C4-C5, C5-C6, C6-C7 Th2-Th3, Th3-Th4 fəgərələrarası diskləridə vprotruziyalar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və iddiaçıya əlillik təyin edilməsindən imtina edilən vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklər iddiaçıda mövcuddur. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda “Epilepsiya” xəstəliyi mövcuddur və xətsəlik tam sağalmır. Qeyd olunan Meyarlarda göstərilmiş xəstəliklərin iddiaçıda mövcud olması iddiaçının əyani tibbi müayinəsi nəticəsində öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh hər hansı əsaslandırma aparmadan “diaqnoz əlillik əlaməti təyin etməməsi” qeydi ilə kifayətlənmiş və növbəti müddətə əlillik təyinatından imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar