Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3364/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarının və FHN Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2023-cü il tarixi rəyinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10462/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 319 saylı, xx.xx.2018-ci il tarixli və 180 saylı, xx.xx.2023-cü il tarixli sərəncamlarının və eyni zamanda Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən xx.xx.2023- cü il tarixli rəyinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatda olan ünvan 1 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri İddiaçı1 Mirzəhüseyn oğlu, ailə üzvləri və digər iddiaçıların mülkiyyətlərindədir. “X6” MMC cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı6, İddiaçı8, İddiaçı7 və İddiaçı2 qarşı “mülkiyyətlərində olan əmlakların “X6” MMC-yə təhvil verilməsi, həmin əmlakların əvəzinə yerində tikiləcək binalardan mənzillərin verilməsi və həmin əvəzləşmiş mənzillərin 2 il müddətinə təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iş hal-hazırda Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Sözügedən işlə bağlı bildiriş və iddia ərizəsi onların ünvanlarına göndərilmiş və bundan sonra həmin işə qoşularaq iş materialları ilə tanış olan zaman bəlli olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllədə yerləşən 1,505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 319 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamı verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə verilən və özündə heç bir reallığı və qanuniliyi əsaslandırmayan rəyində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllədə yerləşən Bülbül küçəsi 90/92, Əfəndiyev küçəsi döngə 1, Kərpiçniy küçəsi 43/47/49, Ş.Abdullayev küçəsində yerləşən fərdi yaşayış həyət evlərinin qəzalı vəziyyətdə və istismara uyğun olmaması göstərilmiş, bu rəyi daha da qanuni göstərmək məqsədilə isə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X2 X1 Ekspertiza Baş idarəsi tərəfindən 37081 saylı ekspertiza rəyi layihə üzrə razılaşdırılmışdır. Verilmiş qanunsuz sərəncam və rəylərə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 3-35/2-1773/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllədə şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Həm rəy, həm də sərəncam qanunsuz və əsassızdı. Belə ki, həmin şəxlərin mülkiyyətində olan əmlaklar qəzalı vəziyyətdə deyildir və istismar müddəti bitməmişdir. Bundan əlavə əgər qəzalı vəziyyətdə olmuş olsa idi belə, bu fərdi yaşayış evidir və mülkiyyətçi tərəfindən təmir edilə bilər. Göründüyü kimi, sərəncamın məqsədi mülkiyyətçiləri mülkiyyət hüququndan məhrum etməkdir ki, bu da yolverilməzdir. Mülkiyyətçilər İddiaçı1 və digər 7 torpaq sahibləri olan İddiaçı4, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı6, İddiaçı8, İddiaçı7, İddiaçı2, İddiaçı5 öz mülkiyyətində olan əmlakları verməkdən imtina edir və öz mülklərində yaşamağa davam edirlər. Çünki onların mülkiyyətində olan əmlaklar qəzalı vəziyyətdə deyildir və yaşamaq üçün yararlıdır. Bu hal dövlətin konstitusiya ilə qorunan mülkiyyət hüququna müdaxilədir. Belə ki, həmin əmlaklar heç bir təhlükə ehtiva etmir, qəzalı vəziyyətdə deyillər və istismar müddətləri də keçməmişdir. Göründüyü kimi, belə olan halda açıq şəkildə görünür ki, həmin sərəncam və rəylər real vəziyyəti ifadə etmir və qanuni deyildir. Sadəcə həmin sahənin MMC-yə ayrılması üçün formal bəhanə olaraq əsassız olaraq verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “X6” məhdud məsuliyyətli cəmiyyəti iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10462/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 319 saylı, xx.xx.2018-ci il tarixli və 180 saylı, xx.xx.2023-cü il tarixli sərəncamlarının və FHN Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2023-cü il tarixi rəyinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, yaranmış zərurət ilə əlaqədar verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10462/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10462/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3364/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3364/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver