Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3366/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka yüklülüyün olub-olmaması barədə forma 8 arayışının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1895/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Xəzər b\y 28 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışina, 27\30-2989\2990 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********1, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına, 28\2988 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına, 29\2987 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına, 28 "a" saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsus olan daşınmaz əmlaka üzərində yüklülüyün olub-olmamasına dair forma №1 Arayışının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 saylı bağ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 29.0.3.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklüİüyün olub-olmamasına dair forma №1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan ”SİMVOL” MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27\30-2989\2990 saylı bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********1, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklülüyün olubolmamasına dair forma №1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X9 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28\2988 saylı bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklülüyün olubolmamasına dair forma № 1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X9 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət huquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 29\2987 saylı bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yükİüİüyün olub-olmamasına dair forma №1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X9 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət huquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Xəzər b\y 28 "a” say 11 bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklülüyün olub-olmamasına dair forma № 1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X9 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət huquqları kobud şəkildə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1895/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28a saylı bağ sahəsinin bir hissəsi, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27\30-2989\2990 bağ sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28/2988 saylı bağ sahəsi,xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 a saylı bağ sahəsinn bir hissəsi, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 5nə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahələrinə dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışların verilməsi üçün elektron qaydada müraciət edilməsi məqsədəuyğundur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan sənədlər : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 saylı bağ sahəsinin bir hissəsi 0.06 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27\30-2989\2990 bağ sahəsi 0,12 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 29/2988 saylı bağ sahəsi 0.05934 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, ünvan 5 0.06 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 a saylı bağ sahəsinn bir hissəsi 0,06 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı M-6/22 nömrəli, 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 saylı bağ sahəsinin torpağının bir hissəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestr nömrəsi: **********33). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə fonu a № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 27\30- 2989\2990 bağ sahəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur, (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestr nömrəsi: **********51). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə forma № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı M-4/22 nömrəli, 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 29/2988 bağ sahəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur, (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestı nömrəsi: **********34). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə forma № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş Simvol MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı M-3/22 nömrəli, 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 29/2987 bağ sahəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur, (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestı nömrəsi: **********42). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə forma № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-nin nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubda bildirilmişdir ki, Sizin, qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27/30- 2989/2990 saylı bağ sahəsində yerləşən torpağa dair Məhdudiyyət və yüklülüklər haqqında arayışın alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli ərizənizə (qeydiyyat nömrəsi **********) və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair Məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın verilməsi üçün elektron qaydada müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-nin nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubda bildirilmişdir ki, Sizin, qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28a saylı bağ sahəsinin bir hissəsində yerləşən torpağa dair Məhdudiyyət və yüklülüklər haqqında arayışın alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli ərizənizə (qeydiyyat nömrəsi **********) və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair Məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın verilməsi üçün elektron qaydada müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-nin nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubda bildirilmişdir ki, Sizin, qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəian qəsəbəsi, 28a saylı bağ sahəsində yerləşən torpağa dair Məhdudiyyət və yüklülüklər haqqında arayışın alınması iiə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli ərizənizə (qeydiyyat nömrəsi **********) və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair Məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın verilməsi üçün elektron qaydada müraciət etməyiniz məqsədəuyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********57 nömrəli məktubuilə təqdim edilmiş sənədlərin surətindən görünür ki: -29 noyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən Babayeva X8 adından çıxış edən X10 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, xx/xx-2989/2990 saylı bağ sahəsi ünvanında yerləşən 0.12 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X6) mülkiyyətinə vermişdir. -07 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X4 adından çıxış edən X10 ünvan 5 ünvanında yerləşən 0.06 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X6) mülkiyyətinə vermişdir. -19 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X14 adından çıxış edən X10 ünvan 6 ünvanında yerləşən 0.05934 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X6) mülkiyyətinə vermişdir. -07 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X2 adından çıxış edən X10 ünvan 7 ünvanında yerləşən 0.06 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X6) mülkiyyətinə vermişdir. -19 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X5 adından çıxış edən X10 ünvan 7 ünvanında yerləşən 0.06 hektar olan torpaq sahəsini alıcı İddiaçı (qanuni təmsilçi X6) mülkiyyətinə vermişdir. İşin hallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 28a saylı bağ sahəsinin bir hissəsi, 28/2988 saylı bağ sahəsi, xx/xx-2989/2990 saylı, 29/2987 saylı, 28a saylı bağ sahəsinin bir hissəsi ilə bağlı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsini xahiş etsə də, müraciəti təmin edilməmiş, daha sonra hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Cavabdeh imtina əsası kimi və apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, torpaq sahələrinə dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışların verilməsi üçün elektron qaydada müraciət edilməsi məqsədəuyğundur. Cavabdeh ilə razılaşmayan Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi ünvanında xx/xx-2989/2990 saylı, 29/2987 saylı, 29/2988 saylı, 28 a saylı cəmi 5 ədəd bağ sahələri alqı-satqı müqavilələri əsasında iddiaçının adına qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrindəki iddiaçının adına aparılmış həmin qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş və hazırda da qüvvədədir. Odur ki, iddiaçının həmin bağ sahələrinə dair arayış (forma 1) almaq iddiaçının hüququdur. Həmin arayışın alınması üçün müraciət qaydaları ilə bağlı isə Kollegiya aşağıda qeyd olunan hüquq normalarına diqqət çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın: -2.1-ci bəndinə əsasən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. -4.1-ci bəndinə görə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda aşağıdakı məlumatlar göstərilir: 4.1.1. hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı); 4.1.2. daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi; 4.1.3. mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi); 4.1.4. hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi); 4.1.5 daşınmaz əmlakın təsviri: 4.1.5.1. torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi; 4.1.5.2. su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.3. çoxmənzilli yaşayış binası haqqında binanın tikildiyi il, mərtəbəliliyi, mənzillərin sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, çoxmənzilli yaşayış binasının tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müəyyən edilən torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.4. qeyri-yaşayış binasının binanın tikildiyi il, mərtəbəliliyi, ümumi sahəsi (kv.m), tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha)); 4.1.5.5. qurğunun, çoxillik əkmənin, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.6. qeyri-yaşayış sahəsinin binanın tikildiyi il, mərtəbəliliyi, qeyri-yaşayış sahəsinin mərtəbəsi (yerləşdiyi mərtəbə), ümumi sahəsi (kv.m); 4.1.5.7. mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m); 4.1.5.8. fərdi yaşayış evi haqqında- liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.9. bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.10. əmlak kompleksi kimi müəssisə haqqında liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.11. müəssisə filialının hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), müəssisə filialının tərkibi haqqında məlumat (liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.6. məhdudlaşdırılma (yüklülük) haqqında məlumat; 4.1.7. “Arayış qeydiyyata alındığı gündən 30 (otuz) gün müddətində etibarlıdır.” yazısı. -8.1-ci bəndinə görə arayış qeydiyyata alındıqdan sonra hüquq sahibinə və ya onun vəkil etdiyi şəxsə Xidmətin ərazi idarəsində və ya onun rayon (şəhər) şöbəsində icraçı tərəfindən təqdim edilir. Arayışı almaq hüququ olan şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə jurnalda imza edir, tarix qoyur və bundan sonra ona arayış verilir. -8.2-ci bəndinə görə müraciət etmiş şəxsə arayışın və ya arayış verilməsindən imtina edilməsi üçün bu Təlimatın 8.3-cü bəndində nəzərdə tutulmuş imtina halları mövcud olduqda əsaslandırılmış imtina məktubunun yazılı və ya elektron formada verilməsi 1 (bir) iş günü müddətində təmin edilməlidir. 8.3-cü bəndinə əsasən arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər: 8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə; 8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə. Göründüyü kimi qanunla yüklülük barədə arayış şəxsin yazılı və yaxud elektron müraciəti əsasında verilir və iş materiallarından da iddiaçının cavabdeh inzibati orqana yazılı müraciətləri mövcuddur. Müraciətin elektron qaydada olunmasının daha məqsədəuyğun olması ilə bağlı cavabdehin dəlili isə əsassızdır, qanunvericiliyin yuxarda sadalanan normaları ilə ziddiyyət təşkil edir. İnzibati Prosessual Məcəllənin : Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda şərh olunanlara əsasən, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1895/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3366/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3366/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver