Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3367/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı «iddiaçıya bakalavr səviyyəsində təhsil barədə dövlət sənədinin verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7348/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 17 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı «iddiaçıya bakalavr səviyyəsində təhsil barədə dövlət sənədinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7348/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-7348/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Hazırki işdə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olundu ki, şikayət cavabdehin adından onun nümayəndləri qismində göstərilən şəxslər X2 və X4 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X2 Azərbaycan Memarlıq və İnşaat Universitetində əlavə iş yeri üzrə 0,5 ştat hüquq məsləhətçisi kimi işləyir. Həmçinin, iş materiallarında olan etibarnamlərdə həmin şəxslərin cavabdehin adından apellyasiya şikayəti vermək və onu imzalamaq üçün səlahiyyətli olmaları qeyd edilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası cavabdeh tərəfə göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişlə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətini səlahiyyəti olmayan şəxslər tərəfindən imzalanmadığını və bununla bağlı şikayəti imzalayan şəxslərin səlahiyyətli olmasını təsdiq edən etibarnamənin verilməsini təklif etmişdir. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yeni etibarnamə təqdim edərək, apellyasiyanın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil verilmiş apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxslər tərəfindən imzalandığını və bu əsasla apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin 2-1(112)-7348/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 69.2 maddəsindən göründüyü kimi hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki Prosessual Məcəlləsinin 74.2 maddəsindən göründüyü kimi iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırki iş üzrə cavabdehin əsas iş yeri üzrə nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilən etibarnamədə məhkəmə aktından şikayət vermək səlahiyyəti xüsusi olaraq qeyd edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin adından nümayəndə X4 və X2 tərəfindən imzalanmış apellyasiya şikayəti onu imzalamaq səlahiyyəti olmayan şəxslər tərəfindən verildiyi üçün qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2-1(112)-7348/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və buna görə də onun qəbulundan imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3367/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3367/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver