Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3367/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Mirzəzadə Mehri qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2716/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 05.2018-ci il tarixli, 860 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ömürlük 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir.
4. Cavabdehin əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixlli, **********4 nömrəli qərarından görünür ki, DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən xx.xx.2017-ci il tarixdən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Qərardan görünür ki, sonuncu pensiya məbləğinin ödənildiyi tarix xx.xx.2020-ci il olaraq göstərilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 198 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1993cü ildən (əmr 69-k xx.xx.2007-ci il) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul edilmişdir. Hal-hazıradək həmin şöbədə sanitar qadın (xadimə) zərərli iş şəraitində tam iş günü ərzində fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işçilərinin vəzifələri üzrə tarif ixtisas xüsusiyyətlərində sanitar qadın (xadimə) vəzifəsi kiçik tibb heyətinə daxil edilmişdir. Buna görə də İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə (Bölmə 19, Səhiyyə və Sosial təminat idarələri, ə-bəndi onkoloji idarələrin kimya terapiya bölmələrində və kabinetlərində; həkimlər, orta və kiçik tibb heyəti) güzəştli şərtlərlə pensiya hüququ qazanır. İddiaçı 1989-cu il tarixdən 1991-cı il tarixədək indiki Milli Onkologiya Mərkəzi adlanan Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun nəzdində olan Vivari şöbəsində çalışmışdır və 2 (iki) il birbaşa kimyəvi zərərli maddələr ilə təmasda olmuşdur. 2003-cü ildən hal-hazıradək Milli Onkologiya Mərkəzinin rentgen şöbəsində fəaliyyət göstərir. 35 illik iş müddəti ərzində səhhəti ilə bağlı problemlər yaranıb.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2024- cü il tarixli, 199 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul olunmuşdur. Hal-hazırda İddiaçı kimya terapiya bölməsində kiçik tibb işçisi kimi fəaliyyət göstərmir. Rentgen diaqnostikası şöbəsində sanitar qadın (xadimə) vəzifəsində çalışır.
7. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-205149/2023 saylı məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona xx.xx.2017-ci il tarixindən Fondun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajının olmaması səbəbindən xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Həmin dövrlərdə artıq ödənilmiş pul vəsaiti haqqında ona 3 mart 2021-ci il tarixli **********7 nömrəli və 19 may 2021-ci il tarixli **********6 nömrəli məktublarla ətraflı məlumat verilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona ümumilikdə 7966,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılmasını xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il tarixindən ona güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2020-ci il tarixindən dayandırılması və artıq ödənilmə hesab edilən 7966,77 manat vəsaitin büdcəyə bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə205149/2023 saylı cavab məktubunun əsassız hesab edilməsi və xx.xx.2021-ci il tarixindən ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyamın ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2020-ci il tarixdən dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********4 saylı qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
11. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixində anadan olmuşdur. xx.xx.2006-cı il tarixinə kimi kimi 22 il 03 ay ümumi, 10 il 02 ay güzəştli iş stajı olduğuna görə 52 yaşı tamam olan gündən, yəni xx.xx.2017-ci il tarixindən ona DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2020-ci tarixinə kimi ödənilmişdir. Ona təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyamın hansı səbəbdən dayandırılması barədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəfələrlə müraciət etməsinə baxmayaraq ona ətraflı məlumat verilməmişdir. Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 336 saylı arayışdan da göründüyü kimi, o həqiqətən xx.xx.1993-cü il tarixindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetində təssərüfat bacısı vəzifəsinə işə qəbul edilmişdir. Halhazıradək həmin şöbədə sanitar qadın kimi zərərli iş şəralində tam iş günü ərzində fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işçilərinin vəzifələri üzrə tarif ixtisas xüsusiyyətlərində sanitar qadın vəzifəsi kiçik tibb heyyətinə daxil edilmişdir. Ona görə də arayışda qeyd edilir ki, onun Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə (Bölmə 19, Səhiyyə və Sosial təminat idarələri, ə-bəndi: Onkoloji idarələrin kimya terapeya bölmələrində və kabinetlərində; həkimlər, orta və kiçik tibb heyyəti) güzəştli şərtlərlə pensiya hüququ vardır. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il trixinə kimi olan dövr ərzində Milli Onkologiya Mərkəzinin rentgen-diaqnostika kabinetində sanitar işləməyini əsas götürərək pensiyanın ödənişini dayandırmışdır. NK-nin "Azərbaycan Respublikasının büdcədən maliyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 2.2.1 (“Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə) bəndinə uyğun olaraq hər ay vəzifə (tarif) maaşının 15% miqdarında əlavə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli 8 nömrəli Kollegiya qərarı ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin vahid tarif X7” təsdiq edilmişdir. Həmin qərarla səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş diapazonu cədvəlinin İV Bölməsində sanitar qadın (sanitar)- kiçik tibb heyyətinə daxil edilmişdir.
12. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) onkoloji idarələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində bəndində (ə) rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya dair 27 sentyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Milli Onkologiya Mərkəzinin rentgen diaqnostika kabinetində sanitar vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi vəzifə isə yuxarıda qeyd olunan rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göründüyü kimi, iddiaçıya xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya ümumilikdə 7966,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********4 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamışdir. İşin faktiki hallarını tam hərtərəfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (https://e-qanun.az/framework/49851xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 37.8. həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
20.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (6 mart 2007-ci il tarixədək qüvvədə olan): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» (13 may 2022-ci il tarixədək qüvvədə olan): Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: ... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
23. “İnzibati İcraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ə) onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində: həkimlər, orta və kiçik tibb heyəti rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir.
25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X3”na əsasən Sanitar qadın (sanitar) kiçik tibb heyətinə daxil edilmişdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İşin hallarından göründüyü kimi cavabdeh may 2018-ci il tarixdə xx.xx.2017-ci ildən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMFnin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar, yaxud dayandırma barədə inzibati akt qəbul etmədən xx.xx.2020-ci il tarixdə İddiaçı təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız daha sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir.
31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları nəzərə alaraq hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi.
32. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz.
33. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır.
34. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə, cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir.
35. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı).
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, prosessual normaların pozulmasına yol verməklə qüvvədə olan aktını ləğv etmədən pensiya ödənişini dayandırmış, daha sonra isə iddiaçının dinlənilmə hüququnu təmin etmədən əsaslandırılmamış inzibati akt qəbul etmiş, bununla da əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə İddiaçı hüquqlarının pozulmasına yol vermişdir.
37. İşdən görünür ki, işəgötürən də məhz iddiaçının işlədiyi sanitar qadın (xadimə) vəzifəsinin onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində işləyən kiçik tibb heyətinə daxil olduğunu bildirmişdir.
38. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajının olmadığına istinad edərək, ona pensiya təyin edilməsinin qanunsuz olduğunu bildirir. Əsas kimi isə göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) onkoloji idarələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində bəndində (ə) rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları nəzərdə tutulmuşdur. Araşdırma zamanı 27 sentyabr 1983cü il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Milli Onkologiya Mərkəzinin rentgen diaqnostika kabinetində sanitar vəzifəsində işlədiyi müəyyən edilmişdir. Həmin əzifə isə yuxarıda qeyd olunan rentgen bölmələ (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının pensiya hüququ yarandığı xx.xx.1017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
40. İşdən görünür ki, cavabdeh iddiaçının xx.xx.2017-ci il tarixə 20 il ümumi iş stajının olmasını mübahisələndirmir. Buna görə də məhkəmə həmin dövrün yoxlanılmasına zərurət görmür.
41. İddiaçının həmin tarixə 10 il güzəştli iş stajının olmasına gəldikdə, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 335 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü ildən (əmr 69-k xx.xx.2007-ci il) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgendiaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul edilmişdir. Hal-hazıradək həmin şöbədə sanitar qadın (xadimə) zərərli iş şəraitində tam iş günü ərzində fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işçilərinin vəzifələri üzrə tariff ixtisas xüsusiyyətlərində sanitar qadın (xadimə) vəzifəsi kiçik tibb heyətinə daxil edilmişdir. Buna görə də İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə (Bölmə 19, Səhiyyə və Sosial təminat idarələri, ə-bəndi onkoloji idarələrin kimya terapiya bölmələrində və kabinetlərində; həkimlər, orta və kiçik tibb heyəti) güzəştli şərtlərlə pensiya hüququ qazanır.
42. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 198 nömrəli aydınlaşdırıcı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü ildən (əmr 69-k xx.xx.2007-ci il) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul edilmişdir. Hal-hazıradək həmin şöbədə sanitar qadın (xadimə) zərərli iş şəraitində tam iş günü ərzində fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işçilərinin vəzifələri üzrə tarif ixtisas xüsusiyyətlərində sanitar qadın (xadimə) vəzifəsi kiçik tibb heyətinə daxil edilmişdir. Buna görə də İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə (Bölmə 19, Səhiyyə və Sosial təminat idarələri, ə-bəndi onkoloji idarələrin kimya terapiya bölmələrində və kabinetlərində; həkimlər, orta və kiçik tibb heyəti) güzəştli şərtlərlə pensiya hüququ qazanır. İddiaçı 1989-cu il tarixdən 1991-cı il tarixədək indiki Milli Onkologiya Mərkəzi adlanan Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun nəzdində olan Vivari şöbəsində çalışmışdır və 2 (iki) il birbaşa kimyəvi zərərli maddələr ilə təmasda olmuşdur. 2003-cü ildən hal-hazıradək Milli Onkologiya Mərkəzinin rentgen şöbəsində fəaliyyət göstərir. 35 illik iş müddəti ərzində səhhəti ilə bağlı problemlər yaranıb.
43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2024- cü il tarixli, 199 nömrəli arayışda isə göstərilmişdir ki, İddiaçı 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul olunmuşdur. Hal-hazırda İddiaçı kimya terapiya bölməsində kiçik tibb işçisi kimi fəaliyyət göstərmir. Rentgen diaqnostikası şöbəsində sanitar qadın (xadimə) vəzifəsində çalışır.
44. İşdən görünür ki, işəgötürən də məhz iddiaçının işlədiyi sanitar qadın (xadimə) vəzifəsinin onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində işləyən kiçik tibb heyətinə daxil olduğunu bildirmişdir.
45. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının rentgen bölməsində (kabinetində) deyil, şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetində işləməsi, işlədiyi vəzifənin isə kiçik tibb bacısı deyil, kiçik tibb heyətinə aid olması işin mübahisəsiz halıdır. Belə olan halda cavabdehin hansı əsasla iddiaçının işlədiyi vəzifənin onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində kiçik tibb heyəti deyil, rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacılsı vəzifəsi ilə müqayisə etməsi başa düşülən deyil. Cavabdeh bununla bağlı hər hansı bir əsaslandırmanı nə qəbul etdiyi qərarda, nə də məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir.
46. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, Milli Onkologiya Mərkəzi Azərbaycanda bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan böyük aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisədir və həmin müəssisə öz sahəsində ixtisaslaşmış qurum kimi hansı vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid olmasını müstəqil müəyyən etmək imkanına malikdir. Buna görə də əgər cavabdeh onun verdiyi arayışı şübhə altına alırsa, bu zaman mülahizəyə deyil, təkzibolunmaz sübutlara istinad etməlidir, hansı ki, hazırkı iş üzrə belə bir sübut məhkəməyə təqdim edilməmişdir.
47. Buna görə də məhkəmə kollegiyası cavabdehin iddiaçının güzəştli iş stajının olmaması barədə dəlilini qəbul etmir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı “pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2716/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı “pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Nigar Nəbizadə Pərviz Hüseynov