Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3368/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X14 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7280/2025 nömrəli, 02 may 2025-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Qanuni nümayəndə Bakı şəhərində doğulmuşdur, Baakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. UKR seriyalı PU584219 nömrəli pasportdan görünür ki, X20 Respublikası vətəndaşıdır. xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur.
3. AZE seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2029-cu il tarixdir.
4. UKR seriyalı PU584221 nömrəli pasportdan görünür ki, İddiaçı2 Ukrayna Respublikası vətəndaşıdır, xx.xx.2009-cü il tarixdə İspaniyada doğulmuşdur.
5. UKR seriyalı PU584224 nömrəli pasportdan görünür ki, İddiaçı1 Ukrayna vətəndaşıdır və xx.xx.2007-ci il tarixdə İspaniyada doğulmuşdur.
6. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2381/2023 nömrəli qətnaməyə əsasən, iddia tələbi təmin edilmiş, iddiaçı Qanuni nümayəndə ilə cavabdeh X10 arasında Siyəzən Rayon Gil-Gilçay İƏV-də nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2005-ci il tarixli nikah pozulmuşdur. İddiaçı X6 ilə cavabdeh X8 birgə nikahlarında doğulmuş xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 iddiaçı X3 himayəsində saxlanılmışdır. X7 xx.xx.2023-cü il tarixdən etibarən cavabdeh X10 ilə iddiaçı X3 birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 yetkinlik yajına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməsi və 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması və Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir.
7. AZ-İ seriyalı 463708 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, X10 və Qanuni nümayəndə arasında bağlanmış nikah Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 646 nömrəsi ilə qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərarında göstərilmişdir ki, vətəndaşlıq məsələləri baş idarəsində xx xxx 2007-ci il təvəllüdlü İddiaçı1-in avqust 2022-ci il tarixli 264733/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılaraq müəyyən edildi: İddiaçı1 11 avqust 2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlıı mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq, qərara alındı : 1. xx xxx 2007-ci il təvəllüdlü İddiaçı1-in Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın.
2. Qərarın surəti sorğu verən tərəfə təqdim edilsin. 3. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.
9. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərarında göstərilmişdir ki, İddiaçı2 11 avqust 2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq, qərara aldı: xx xxxx 2009-cu il təvəllüdlü İddiaçı2-in Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın.
10. Qanuni nümayəndə tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, övladları İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinin iddiaçı tərəfə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, X18 Xidmətinə xx.xx.2025-ci il tarixdə 3- 37/1-H-223-26-1 /2025 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğulara baxılarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.1-ci bəndində nəzərdə tutulan hallar mövcud olduğu təqdirdə sözügedən Qaydanın 4.4-cü bəndində göstərilmiş şərtlər yoxlanılır. Həmin bəndin tələbinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1 -ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 30 avqust tarixli 1961-ci il Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tərəfimizdən araşdırılmış və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli qərarları ilə qanunvericiliyin yuxarıda qeyd olunan halları müəyyən edilərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmamışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
12. İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasınının vətəndaşlığı mənsubiyyətinin tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7280/2025 nömrəli qərardadı ilə iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı1 Asəf oğlu, İddiaçı2 ilə əvəz edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov küçəsi 4090 /94 ev /2 mənzil 69-da daimi qeydiyyatda olmaqla uşaqları ilə birlikdə yaşayır, Azərbaycan Respublikasının vətəndaşıdır. X5 Azərbaycan Respublikasının vətəndaşı X10 ilə 05.avqust 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahı Siyəzən rayonu Gil-gil çay kənd nümayəndəliyində nikah qeydi ilə rəsmləşdirmişdir. X10 ilə birgə nikahından 25.may 2007-ci il təvəlüdlü İddiaçı1 və xx xxxx 2009-cu il təvəlüdlü İddiaçı2 adlı- soyadlı övladları olmuşdur. X10 nikaha daxil olduğdan sonra həyat yoldaşı ilə işləmək üçün İspaniya Respublikasına getmiş və oğlu 25.may 2007-ci il təvəlüdlü İddiaçı1 və oğlu xx xxxx 2009-cu il təvəlüdlü İddiaçı2 adlı- soyadlı övladları X1 doğulmuşdur. Sonradan o daimi yaşamaq üşün vətəndaşı olduğu Azərbaycan Respublikasına övladları ilə birlikdə qayıtmış və uzun müddətdir ki, Azərbaycanda qeyd etdiyi ünvanda daimi qeydiyyatda olmaqla birgə yaşayırlar. Ailə münasibətləri alınmadığından yoldaşı ilə Hasilova Səkinənin ailə münasibətləri pozulmuşdur. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-238/2023- cü il tarixli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X10 ilə arasında bağlanmış nikahı ləğv olunmuş saxlanması qət olunmuşdur. Qanuni qüvvəyə minmiş Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 238/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə uşaqlar ananın himayəsində saxlanılmışdır. Hazırda o daimi qeydiyyatda olmaqla yuxarıda qeyd olunan ünvanda uşaqları ilə birgə yaşayır. Lakin uşaqlarının X1 doğulması və İspaniyada doğum şəhadətnaməsi alması, Ukraina Respublikasında şəxsiyyət vəsiqəsi alması və sair hallar mənə onlara dair hər hansı sənədləşmə işinin aparılmasında onlar dair qəyyumluq işlərinin aparılmasında maneələr yaradır.
15. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında şəxslər barəsində Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarlar qəbul edilmişdir. Hesab edirəm ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxslər Ukrayna vətəndaşlığını əldə etmiş və Ukraynaya məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdirlər (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, şəxslər DMX-nin araşdırmasına qədər Ukrayna vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsəhəmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla).
16. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-7280/2025 nömrəli, 02 may 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
17. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına və qəbul olunmuş qərara nəzər salsaq görərik ki, Bakı İnzibati Məhkəməsinin qərarı düzgün əsaslandırılmamış, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində bəzi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələbinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Aşağıda qeyd edəcəyimiz səbəblərə görə hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7280/2025 saylı qərarı ləğv edilməli, iddia tələbimizin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, cavabdeh orqanın onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması barədə qərar qəbul etməsinin əsası onların Ukrayna Respublikasının vətəndaşlığını əldə etməsi və Ukraynaya məxsus pasportla müxtəlif vaxtlarda öklə ərazisinə giriş-çıxış etməyi, DMX-nın araşdırmasına qədər Ukrayna vətəndaşı olmağı və heç bir halda vətəndaşzışlıq halında olmamağı qeyd etmişdir. Məhkəmə də cavabdeh orqanın mövqeyi ilə razılaşaraq iddia tələbini təmin etməmişdir. Lakin nə Məhkəmə nə də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onların valideynlərinin Azərbaycan Respublikasının vətəndaşları olmasını, onların 2022-ci il tarixdən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşamağını və milliyətcə azərbaycanlı olmağını nəzərə almamışdır. Biz azərbaycanlıyıq, valieynlərimiz Azərbaycan Respublikasının vətəndaşlarıdır. Bizim də Azərbaycan vətəndaşlığına qəbul edilmək hüquqları var və hesab edirik ki, bu hüquq təmin edilməlidir. Qeyd olunanlara əsasən hesab edirik ki, işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam olaraq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul etmişdir. Hesab edirlər ki, onların anası Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün onların də Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək hüququ vardır. Hesab edirik məhkəmənin onların milliyətcə azərbaycanlı olmağını, valideynlərinin də Azərbaycan Respublikasının vətəndaşları olmasını, bizim daimi olaraq Azərbaycan Respublikasında yaşamağımızı nəzərə almadan, cavabdeh orqanın vətəndaşlıq mənsubiyyətininin tanınmaması barədə qərarının əsaslı olması nəticəsinə gəlməsi məhkəmə qərarının əsassız olması ilə nəticələnmişdir. Hesab edir ki, Bakı İnziati Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə onların daimi olaraq yaşayış yerini valideynlərimin Azərbaycan vətəndaşı olması halını, bizim Azərbaycan Respublikasının vətəndaşından doğulmağımızı, əvvəllər oxşar hallarla bağlı işlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vətəndaşların vətəndaşlıq mənsubiyyətini tanıması hallarını aydınlaşdırmamışdır. Hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bizim Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimizin tanınmaması barədə qəbul etdiyi qərarın əsaslı olması nəticəsinə gəlməsi sübut edilməmiş və bu səbəbdən də qətnamə düzgün əsaslandırılmamışdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
20. 09 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçılar və onların qanuni nümayəndəsi məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
21. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, onların qanuni nümayəndəsi Qanuni nümayəndə qızı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Konstitusiyası:
52. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
23. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu:
Maddə 1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; ... Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3. Həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
27. Hazırki işdə apellyatorlar birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
28. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarlarının tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçıların həmin qərarları nə vaxt alması iş materialları ilə müəyyən olunmur. Cavabdeh orqan iddiaçılar tərəfindən iddianın vaxtında verilməmə məsələsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.
29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
31. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
32. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “onların Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “işdə olan iddiaçılara məxsus UKR seriyalı PU584221 nömrəli və UKR seriyalı PU584224 nömrəli pasportlardan görünür ki, iddiaçılar Ukrayna Respublikasının vətəndaşlarıdır. Belə olan halda iddiaçıların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün qanunla nəzərdə tutulmuş hal- digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi halı mövcuddur.”
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
34. İşin faktiki hallarından görünür ki, iddiaçılar Ukrayna Respublikası vətəndaşı olmaqla xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü Hasilov X11 doğulmuş, anası Qanuni nümayəndə Azərbaycan Respublikası vətəndaşı, atası X2 Respublikası vətəndaşıdır.
35. İddiaçılar tərəfindən cavabdehə təqdim edilmiş tərcümeyi haldan və sərhədkeçmə məlumatlarından görünür ki, onlar vaxtaşırı həmin ölkənin pasportu ilə Azərbaycan Respublikasını tərk etmiş və gəlmişlər. Belə ki, Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi İddiaçı1 sərhədkeçmə məlumatlarından görünür ki: xx.xx.2018-Çıxış-Rusiya Federasiyası xx.xx.2018-Giriş-Rusiya Federasiyası xx.xx.2022- Giriş-Polşa xx.xx.2019-Çıxış-Rusiya Federasiyası xx.xx.2019-Giriş-Rusiya Federiyası. -Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi İddiaçı2 sərhədkeçmə məlumatlarından görünür ki: xx.xx.2022-Giriş-Polşa
36. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-cü və 24-cü bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
37. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçılar İspaniya Krallığında doğulmuş və Ukrayna Respublikası vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçıların Ukrayna Respublikası vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina üçün əsasdır.
38. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
39. Hazırki işdə cavabdeh orqan mübahisələndirilən qərarının qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirdiyi üçün və həmin qərarın ləğvi üçün hər hansı hal müəyyən edilmədiyindən iddiaçının iddiası əsassızdır və təmin oluna bilməz.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7280/2025 nömrəli, 02 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7280/2025 nömrəli, 02 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev