Məhkəmə qərarları › İş №2-1(103)-337/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-337/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-337/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil Mürüç oğlunun, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yan DSMF-nin X1rşı “pensiya” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3687/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx xxxxxx 2014-cü il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. Əmək kitabçası, diplomunun və hərbi biletinin surətlərindən görünür ki, xx xxxx 1971-ci il l tarixdən xx xxxxxx 1973-cü il tarixinədək 8 saylı Texniki-Peşə Məktəbində təhsil almış, xx xxxx 1973-cü il tarixdən xx xxxxx 1973-cü il tarixinədək “Bakıbaştikinti” İB-nin 1 saylı Bakışəhərtikinti İdarəsində dülgər peşəsində, xx xxxxx 1973-cü il tarixdən xx xxxxx 1975-ci il tarixinədək Bakı Gəmi Təmiri Zavodunda dülgər peşəsində işləmiş, xx xxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1977-ci il tairxinədək Bakı Portunda motorçumotros (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 21.2, bənd b), xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixinədək həmin İdarənin “Solyut” gəmisində matros (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 21.2, bənd b), 23 fevral 1983-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixinədək Qaradağ Rayon Neftkəmər İdarəsinin Puta stansiyasında texniki nasosların maşinisti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 10.5.1, bənd a), xx xxxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987-ci il tarixinədək Moskva vilayətində “Mosvilayəttikinti” trestində dülgər, xx xxxx 1987-ci il tarixdən 1xx xxxxxx 1988-ci il tarixinədək Qroznıy “Hidromexnikləşmə” xüsusi İdarəsinin Bakı tikinti sahəsində çilingər, xx xxxxxx 1988-ci il tarixdən xx xxxx 1989-cu il tarixinədək Azərbaycan qaz emalı zavodunda texnoloji nasosların maşinisti, xx xxxx 1989-cu il tarixdən xx xxxx 1991-ci il tarixinədək “Korgöz” mebel sexində dülgər, xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxx 1992-ci il tarixinədək RSFSR-də Miçurin şəhərinin Tikinti İdarəsində dülgər, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxx 1993-cü il tarixinədək və xx xxxxxxx 1993-cü il tarixdən xx xxxx 1995-ci il tarixinədək Miçurin şəhəri “Sukanal” İdarəsində qazanxana qurğularının maşinisti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 35), xx xxxxx 1995-ci il tarixdən xx xxxxxx 1995-ci il tarixinədək 616 saylı Hərbi Hissədə böyük mexanik, xx xxxxxxx 2000-ci il tarixdən xx xxxxxxx 2005-ci il tarixinədək və xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixinədək “xxxx” İstehsalat Kommersiya Şirkətində quraşdırıcı çilingər vəzifələrində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 29, bənd a) işləmişdir. Beləliklə, 57 yaşı tamam olduğu xx xxxxxx 2014-cü il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 33 il 1 ay 23 gün (25 ildən artıq) təşkil etmiş (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ümumi stajını toplamışdır), həmin staj illərindən 17 il 11 ay 23 gün müddətini xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da, xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğyun olaraq 57 yaşına çatdığı xx xxxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya, Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göstərilənləri nəzərə alaraq, o, pensiya almaq hüququ yarandığı xx xxxxxx 2014-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən bugünədək ödənilməmiş pensiya haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3687/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3687/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə işlədiyi gəmilərin üzən heyətə və çalışdığı texniki nasosların maşinisti vəzifəsinin emal sahəsinə aid olub-olmaması barədə hər-hansı məlumat qeyd olunmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək 8 saylı Texniki-Peşə məktəbində təhsil almış, xx.xx.1973-cü il tarixdən xx.xx.1973cü il tarixədək “Bakıbaştikinti” İB-nin 1 saylı Bakışəhərtikinti İdarəsində dülgər peşəsində, xx xxxxx 1973-cü il tarixdən xx xxxxx 1975-ci il tarixinədək Bakı Gəmi Təmiri Zavodunda dülgər peşəsində işləmiş, xx xxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1977-ci il tarixinədək Bakı Portunda motorçu-matros, xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixinədək həmin İdarənin “Solyut” gəmisində matros, xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixinədək Qaradağ Rayon Neftkəmər İdarəsinin Puta stansiyasında texniki nasosların maşinisti, xx xxxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987-ci il tarixinədək Moskva vilayətində “Mosvilayəttikinti” trestində dülgər, xx xxxx 1987-ci il tarixdən 1xx xxxxxx 1988-ci il tarixinədək Qroznıy “Hidromexnikləşmə” xüsusi İdarəsinin Bakı tikinti sahəsində çilingər, xx xxxxxx 1988-ci il tarixdən xx xxxx 1989-cu il tarixindək Azərbaycan qaz emalı zavodunda texnoloji nasosların maşinisti, xx xxxx 1989-cu il tarixdən xx xxxx 1991-ci il tarixinədək “Korgöz” əmək pensiyası hüququ verilir. “xxxx” QSC tərəfindən verilmiş İRD 050 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən iddiaçı həqiqətən xx.xx.1977-ci ildə Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 729/л saylı əmrə əsasən “Solyut” gəmisinə 1 dərəcəli motorçu-matros şagirdi vəzifəsinə təyin edilmişdir. 911/л saylı, xx.xx.1977-ci il tarixli əmrə əsasən “Solyut” gəmisində 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir. 217/л saylı, xx.xx.1983-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında 2mebel sexində dülgər, xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxx 1992-ci il tarixinədək RSFSR-də Miçurin şəhərinin Tikinti İdarəsində dülgər, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxx 1993-cü il tarixinədək və xx xxxxxxx 1993-cü il tarixdən xx xxxx 1995-ci il tarixinədək Miçurin şəhəri “Sukanal” İdarəsində qazanxana qurğularının maşinisti, xx xxxxx 1995-ci il tarixdən xx xxxxxx 1995-ci il tarixinədək 616 saylı Hərbi Hissədə böyük mexanik, xx xxxxxxx 2000-ci il tarixdən xx xxxxxxx 2005-ci il tarixinədək və xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixinədək “xxxx” İstehsalat Kommersiya Şirkətində quraşdırıcı çilingər peşələrində işləmişdir. Azərbaycan SSR Nazirlər Soveti Dövlət X9 Komitəsi tərəfindən verilmiş 6290 nömrəli attestatın surətinə əsasən iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək 8 saylı Texniki-Peşə məktəbində təhsil almışdır. İdiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx xxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixindək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. “xxxx” İstehsalat- Kommersiya Firması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışının surətinə əsasən iddiaçı həqiqətən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixindək Bakı Portunda motorçu-matros (xx.xx.1977-ci il tarixli, 729/p nömrəli əmr), xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixindən həmin İdarənin “Solyut” gəmisində matros (xx.xx.1977-ci il tarixli, 911/p saylı əmr), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək Qaradağ Rayon Neftkəmər İdarəsinin Puta stansiyasında texniki nasosların maşinisti (xx.xx.1983-cü il tarixli, 11/L nömrəli əmr), xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək “xxxx” İstehsalat Kommersiya Şirkətində quraşdırıcı (xx.xx.2000-ci il tarixli, 916 nömrəli əmr), xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək “xxxx” İstehsalat Kommersiya Şirkətində quraşdırıcı (xx.xx.2011-ci il tarixli, 903 nömrəli əmr) peşələrində çalışmışdır. Yuxarıda adları çəkilən peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının paraqraf 21.2, bənd “b”, paraqraf 10.5.1, bənd “a”, paraqraf 29, bənd “a” bəndləri ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə 1 saylı bölmənnin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmasına əsas verir. Güzəştli pensiya üçün staj: 5 il, 6 ay, 17 gün təşkil edir. SOCAR X8 tərəfindən verilmiş SOCAR**********80020115X00004 nömrəli, xx xxx 2020-ci il tarixli arxiv arayışın surətinə əsasən iddiaçı həqiqətən X3 X4 rayon X5 X10 Stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək texnoloji nasosların 4-cü dərəcəli maşinisti (əmr № 11/L, xx.xx.1983), xx.xx.1984-cü ildən isə xx.xx.1985-ci ilədək texnoloji nasosların 5-ci dərəcəli maşinisti (əmr №27/OK, xx.xx.1984; əmr № 45/L, xx.xx.1985) peşəsində işləmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iş materiallarına əlavə olunmuş sənədlərlə iddiaçının 57 yaşı tamam olduğu, xx.xx.2014-cü il tarixədək işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin siyahısı»nda nəzərdə tutulduğundan, bununla da, iddiaçının 25 ildən çox ümumi, 12 il 6 ayadək xüsusi iş stajının olması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, qanunvericiliyin normalarına əsasən inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar yetərli olmadığı təqdirdə cavabdeh inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X7 idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3042/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar