Məhkəmə qərarları › İş №2-1(103)-337/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-337/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-337/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı (xx.xx.1966-cı il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hesablanmış pensiyanın kəsildiyi tarixdən bərpa olunması, əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5120/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 18.03.2021-ci il tarixində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmış pensiyasının kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 02.07.2008-ci ildən ədliyyə qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət və ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədi ilə hər il aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlər verilir. İddiaçı ədliyyə orqanlarından 13.05.2008-ci ildə işdən çıxmışdır. Pensiyası hesablanarkən aldığı bütün əlavələr nəzərə alınmamışdır. Eyni zamanda həmin əlavələr də nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqındakı sonrakı artırmlar da pensiyasının hesablanmasınada nəzərə alınmışdır və pensiyası 01.01.2021-ci ilədək tam məbləğdə hesablanmışdır. Cavabdeh onun pensiyasını 01.01.2021-ci ildə azaltmışdır və cavabdehin ona yazdığı 01.03.2021-ci il tarixli məktubda bunun əsaslı bir səbəbini göstərə bilməmişdir.İddiaçıya əmək pensiyası təyin edilərkən 11.12.1984-cü ildən 20.11.1986-cı ilədək hərbi xidmətdə olduğu 1 il 11 ay 9 gün müddəti də qulluq illərinə daxil edilməmişdir. Həmin müddət daxil edilərsə ədliyyə orqanlarında qulluq illəri 17 il 5 ay 13 gün təşkil edəcəkdir. İddiaçı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respubikası Qanunun 25.1, 23.2, 23.3, 25.6-cı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.19-cu, 29.2-ci maddələrinə istinad edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5120/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzuniyyətə çıxarkan onlara iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla İddiaçı hesablanmış pensiyasının kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq İddiaçı ödənilməsi öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya hesablanması zamanı əlavələrin nəzərə alınmalı olması heç bir şəkildə araşdırılmamış, iddiaçının pensiyasının hansı dövrün əmək haqqısı əsasında hesablanması və həmin dövrdə əlavələri alıb-almaması yoxlanılmamışdır. İddiaçı apellyasiya icraatı zamanı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - digər müavinətlər nəzərə alınması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddiaçıya ünvanlanmış 01.03.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 01.11.2008- 30.11.2013-cü illər arasındakı dövr ərzində 1264,53 manat əskik, 01.12.2013- 31.12.2020ci illər arasındakı dövr ərzində isə 58534,94 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 57270,41 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmışdır. Həmin artıq ödənilmiş 57270,41 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi iddiaçıdan xahiş olunmuşdur. Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən iddiaçının əmək pensiyası 1478,25 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin iddiaçıya ünvanlanmış 25.01.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ədliyyə orqanlarının işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşlarına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 02.02.2015-ci il tarixli arayışına əsasən 01.12.2013-cü ildən Ədliyyə Nazirliyinin aparatında idarə rəisi müavininin aylıq vəzifə maaşı 845 manat təşkil edir.Ədliyyə orqanları işçilərinin mükafatlandırılması məqsədilə hər il büdcədə aylıq vəzifə maaşının 3 misli həcmində vəsait nəzərdə tutulur.Həmçinin işçilərin müalicə olunmaları ilə əlaqədr onlara ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, məzuniyyətə çıxdıqda iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. - İddiaçının əmək kitabçasına əsasən iddiaçı 12.07.1983-cü ildən 10.12.1987-ci ilə qədər kolxoz üzvü olmuşdur, 09.11.1992-ci ildən 04.10.2006-cı ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxslərin qeydiyyatı idarəsində İ dərəcəli mütəxəssis, normativ-hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin rəis müavini işləmişdir, 29.12.2006-cı ildən 10.02.2008-ci ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sərəncamında olan Azərbaycan ETMEK və KPİ məhkəmə ballistik-trasoloji ekspertizası EP-nin elmi işçisi, 08.02.2008-ci ildən 13.05.2008ci ilə qədər həmin təşkilatda aparıcı ekspert işləmişdir. - İddiaçının hərbi biletinə əsasən iddiaçı 11.12.1984-cü ildən 20.11.1986-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən iddiaçı işlədiyi müddətdə ona orta aylıq əmək haqqı vəzifə maaşından,qulluq stajına və rütbəyə görə əlavələrdən, mükafatlardan, müavinətlərdən, məzuniyyət pullarından ibarət olmuşdur. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının pensiya işinə aid sənədlərə əsasən: DSMF-nin Yasamal şöbəsinin 919135 nömrəli qərarına əsasən iddiaçıya 18.07.2008-ci ildə İİ qrup əlilliyə görə ilk dəfə pensiya təyinatı aparılmışdır; DSMF-nin Yasamal şöbəsinin 919135 nömrəli qərarına əsasən iddiaçıya 15.01.2016-cı ildə 1550.07 manat məbləğində pensiya təyin edilmişdir; 11.12.2019-cu ildə iddiaçının pensiyasının yenidən hesablanması aparılaraq 2146,13 manat məbləğində pensiya təyin edilmişdir; Cavabdehin **********7 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanmış və 1478,25 manat müəyyən edilmişdir, pensiya hesablanan zaman vəzifə maaşı 1395 manat, ixtisas dərəcəsinə görə əlavə 134 manat, qulluq stajına görə əlavə 25 faiz götürülməklə 382.25 manat, mükafatlar 211,14 manat nəzərə alınmışdır. Dövlət qulluğunda iş müddəti kimi 01.01.1991-ci ildən 01.01.2006-cı ilə qədər olan dövr - 15 il 6 ay 4 gün gün qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir, həmin qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:...21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”nın 2.2.7-ci bəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir; İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 01.01.1991-ci ildən 01.01.2006-cı ilə qədər ədliyyə orqanlarında işlədiyi qulluq illəri 15 il 6 ay 4 gün nəzərə alınmaqla iddiaçıya ədliyyə qulluqçusu kimi 2008-ci ilin iyul ayından əlilliyə görə pensiya təyin edilmişdir,11.12.2019- cu ildə iddiaçının pensiyasının yenidən hesablanması aparılaraq 2146,13 manat məbləğində pensiya təyin edilərək ödənilməyə başlasa da sonradan 2020-ci ilin yanvar ayından onun pensiyasının məbləği 1478,25 manat müəyyən edilmişdir.Hazırda iddiaçı xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzunuyyətə çıxarkan onlara iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmış pensiyasının kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğinin fərqinin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçıya ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsinə baxmayaraq sonuncu dəfə onun pensiyasının məbləği müəyyən edilən zaman “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara ödənilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, ədliyyə işçiləri hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı həcmində müavinət və hər il ödənilən aylıq əmək haqqının 3 misli həcmində əlavə vəsait ödənilməsi, habelə müddətli hərbi xidmətdə olduğu müddət də nəzərə alınmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 39.1ci maddəsinin tələblərini pozaraq, iddiaçının razılığı olmadan iddiaçının əmək pensiyasından tutmalar aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində “digər müavinətlər”in nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablanmasını xahiş etsə də, qeyd edilən “digər müavinətlər”in konkret olaraq hansı müavinət və ödənişlərdən ibarət olmasını açıqlamamışdır. İşin apellyasiya icraatı zamanı iddiaçı digər müavinətlərin nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “digər müavinətlər”-in nəzərə alınması hissəsində qeyri-müəyyən xarakter daşıdığından , tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçıya pensiya hesablanması zamanı əlavələrin nəzərə alınmalı olmasının araşdırılmaması ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı iddia tələbində konkret olaraq hansı əlavələrin nəzərə alınmasını göstərmiş və birinci instansiya məhkəməsi tərəfindən bu əlavələrin alınıbalınmaması araşdırılaraq yekun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının tələbi pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin birinci instansiya icraatı zamanı məhkəmə xidməti vəzifəsinə uyğun olaraq tam araşdırma aparmamış, “digər müavinətlərin nəzərə alınması” və “pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi” hissələrində iddianı təmin etmiş və nəticədə əsassız olaraq iddia tələbini tam təmin etmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “digər müavinətlərin nəzərə alınması” və “pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli,qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5120/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı qismən - “digər müavinətlərin nəzərə alınması” və “pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi” hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar