Məhkəmə qərarları › İş №2-1(103)-337/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-337/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-337/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3799/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2016-cı ildən iddiaçıya əmək haqqı məbləğinin 80 faizi məbləğində pensiya təyin edilməsi və xx.xx.2016-cı ildən təyin edilmiş əmək haqqı məbləğinin 65 faizi məbləğində pensiyanın kəsr hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixdən ona əmək pensiyasının yenidən hesablanması və pensiyanın 3 illik kəsr hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1988-xx.xx.1990-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra əmək fəaliyyətinə başlamış, 13 mart 1995-ci il tarixdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin daxili işlər orqanlarında xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. 31 may 2016-cı il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən yazılı ərizə verməklə öz arzusu ilə xidmətdən azad olunmuşdur. Sonuncu dəfə iddiaçı Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti Bakı şəhəri Xəzər rayon X2 hissəsinin böyük sürücüsü vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etmişdir. xx.xx.2016-cı il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 65 faizi məbləğində 353,28 manat pensiya təyin edilmişdir. Halbuki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək əmək pensiyanın yenidən hesablanmaqla əmək haqqının 80 faizi miqdarında təyin edilərək ödənilməsini və xx.xx.2016-cı il tarixdən təyin edilmiş əmək haqqının 65 faizi məbləğində əmək pensiyasının kəsr hissəsinin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12 iyul 2016-cı il tarixli 12/12/xr-2790 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Filial tərəfindən iddiaçıya 1 iyul 2014-cü il tarixində 25 il 2 ay 29 gün (təqvimi xidmət illəri 23 il 1 ay 11 gün, güzəştli xidmət illəri 2 il 1 ay 18 gün) xidmət müddətinə görə təminat xərcliyinin (543,50 manat) 65 faizi - 353,28 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq əmək pensiyası 372,59 manat iddiaçıya ödənilmişdir. İddiaçının 1 mart 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifənizə uyğun olaraq əmək pensiyasının 391,90 manat olmaqla ona ödənilmişdir. 1 may 2019-cu il tarixindən etibarən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq əmək pensiyası 440,17 manat olmaqla iddiaçıya ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 378,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi - 123,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 94,50 manat, sürücülük dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi - 37,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 815,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (5 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (5x2) təminat xərci iyinin 10 faizi; natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün iddiaçının təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 60,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (543,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (815,05 manat) arasındakı fərq məbləğinin (271,55 manat) 60,34 faizi - 163,85 manat 1 mart 2018-ci il tarixidək olan pensiyasının (353,28 manat) üzərinə əlavə olunmaqla 517,13 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi -51,71 manat maddi yardım ödənilir». İddiaçı Fövqəladə Hallar Nazirliyinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu rütbəsində xidmət etdiyi halda, ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi 01 iyun 2016-cı il tarixdən 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, qalan 5 ilin hər ili üçün 3 faiz olmaqla cəmi təminat xərcliyinin 65 faizi miqdarında pensiya təyin edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, fövqəladə hallar orqanlarında 25 il 2 ay 29 gün xidmət ilinə görə iddiaçıya 15 il üçün aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı xidmət stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək pensiyası təyin olunmalı idi. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3799/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən ona əmək pensiyasının yenidən hesablanması və pensiyanın 3 illik kəsr hissəsinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müvafiq Qərarında qeyd edilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək, yəni iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan redaksiyası şamil olunmalıdır. Bu halda iddiaçının 25 xidmət ili olması tələb olunur ki, iş materiallarından göründüyü kimi həmin staj mövcuddur. Ona görə də iddiaçının daxili xidmət baş çavuşu hərbi rütbəsi olduğu üçün fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən çox xidmət ili olduğundan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrində nəzərdə tutulmuş pensiya hüququ yaranmışdır. Bununla bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3799/2023 nömrəli qərarında istinad edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya yuxarıda sözügedən Qanunun 9.7-2-ci maddəsinin xx.xx.2017ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən onun xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, müvafiq qanunvericilik normasında fövqəladə hallar orqanlarında çalışan xüsusi rütbəli şəxslərə münasibətdə xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınması ilə baqlı hər hansı qeyd mövcud olmamışdır. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 12/12/xr-2790 nömrəli məlumat vərəqəsində İddiaçı təqvim üzrə xidmət illəri 23 il 01 ay 11 gün, güzəştli xidmət illəri 02 il 01 ay 18 gün təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən hər hansı araşdırılma aparılmadan, güzəştli xidmət illərinin xüsusi rütbələr nəzərdə tutulan vəzifələr kimi nəzərə alınıb-alınmaması ilə bağlı sorğular verilməmiş, yalnız İddiaçı 25 il 02 ay 29 gün xidmət ili olduğunu əsas gətirərək Qanunun 9.7-2-ci maddəsinə istinad edilməklə iddia tələbi əsassız olaraq təmin edilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3799/2023 nömrəli qərarında iddiaçının daxili xidmət baş çavuşu hərbi rütbəsi olduğu üçün fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən çox xidmət ili olduğundan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrində nəzərdə tutulmuş pensiya hüququ yaranmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.28-ci maddəsinə əsasən bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin Qanunun 20.1.20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) təyin edilir. Azərbaycan Respublikasının İnibati Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə tərəfindən iddiaçının qanunla müəyyən edilmiş yaş həddinə çatıb- çatmamaı və ya əlilliyinin mövcud olub-olmaması araşdırılmamışdır. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 18.1.1-ci maddəsinə əsasən sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün fövqəladə hallar orqanlarında xidmətkeçmənin yaş həddi (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) - 50 yaş müəyyən edilmişdir. İş materiallarından da göründüyü kimi İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur və 50 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Tərəflərin izahatı : Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinini mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçı müraciəti Mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********6 nömrə məktubu ilə cavablandırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12 iyul 2016-cı il tarixli 12/12/xr-2790 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, 1 iyul 2014-cü il tarixdə 25 il 2 ay 29 gün (təqvimi xidmət illəri 23 il 1 ay 11 gün, güzəştli xidmət illəri 2 il 1 ay 18 güm xidmət müddətinə görə təminat xərcliyinin (543,50 manat) 65 faizi- 353,28 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. 1 mart 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyasının məbləği 372,59 manat olmaqla ödənilmişdir. 1 mart 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyasının məbləği 391,90 manat olmaqla ödənilmişdir. 1 may 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyasının məbləği 440,17 manat olmaqla ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 378,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə-123,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə-94,50 manat, sürücülük dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə - 37,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla cəmi təminat xərcliyi 815,05 manat təşkil etmişdir. Həmçinin bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə avələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikas Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindək faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır. 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (5 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (5x2) təminat xərcliyinin 10 faizi; natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0.3-4 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 60,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018- ci tarixədək olan təminat xərcliyi (543,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (815,05 manat) arasındakı fərq məbləğinin (271,55 manat) 60,34 faizi-163.85 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (353,28 manat) üzərinə əlavə olunmaqla 517,13 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022- ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-51,71 manat maddi yardım ödənilir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir, onun xx.xx.2016-cı il tarixə 25 ildən çox (25 il 02 ay 29 gün) xidmət ili vardır. Cavabdehin mövqeyinə görə iddiaçının qanunla tələb edilən 35 il xidmət ili olmadığından o, fövqəladə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdi. Ona görə də ona hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının xüsusi rütbəli şəxs kimi pensiya hüququ xx.xx.2017-ci ilədək yaranmışdır. Belə olan halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək, yəni iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan redaksiyası şamil olunmalıdır. Bu halda iddiaçının 25 xidmət ili olması tələb olunur ki, iş materiallarından göründüyü kimi həmin staj mövcuddur. Ona görə də iddiaçının daxili xidmət baş çavuşu hərbi rütbəsi olduğu üçün fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən çox xidmət ili olduğundan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrində nəzərdə tutulmuş pensiya hüququ yaranmışdır. Lakin cavabdeh tərəfindən ona pensiya təyin edilərkən qanunvericiliyin normaları iddiaçıya münasibətdə düzgün tətbiq edilməmişdir” Cavabdeh apelyasiya şikayətində 2 dəlilə istinad edir: 1- İddiacının “Əmək pensiyaları haqqında” 9.7-2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən onun xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə azı 25 il xidmət stajı olmalıdır. (İddiaçı təqvim üzrə xidmət illəri isə 23 il 01 ay 11 gün, güzəştli xidmət illəri 02 il 01 ay 18 gün təşkil edir. 2- “Fövqəladə hallar orqanlarında xidmətkecmə haqqında” AR Qanununun 18.1.1-ci maddəsinə əsasən sıravi heyət və kicik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar ücün fövqəladə hallar orqanlarında xidmətkecmənin yaş həddi (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə catdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər)-50 yaş müyyən edildiyi halda, iddiacı İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmaqla 50 yaşı 22 mart 2020-ci il tarixdə tamam olmuşdur. Cavabdehin apelyasiya şikayətinin birinci dəlilinə münasibətdə Kollegiya bildirir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 saylı, 28 aprel 2022-ci il tarixli Qərarının 4.3-cü maddəsinə əsasən “Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.” “ Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli Qərarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, micmanlara, müddətdən atıq həqiqi hərbi xidmət hərbi qulluqcularaına, daxili işlər, əddliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi ücün uzun müddət xidmətə aşağadakılar aiddir: Azərbaycan ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla. Qeyd edilən normaların təlili onu deməyə əsas verir ki, iddiacının daxili işlər orqanında xidmət etdiyi illər cavabdeh orqan tərəfindən nəzərə alınırsa, onda güzəştli şərtlərlə uzun müddət xidmət illəri də ümumi xidmət illərinə aid edilməlidir. İş materiallarından müəyyən olunur ki, idddiacının xx.xx.1988-xx.xx.1990-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1995-xx.xx.1998-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xüsusi rütbəli vəzifələrdə xidmət dövrü (xx.xx.1995-xx.xx.1997-ci illərdə xidmətin bir ayı iki ay sayılmaqla), xx.xx.1998-xx.xx.2006cı illərdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyində xüsusi rütbəli vəzifələrdə xidmət dövrü və xx.xx.2006-xx.xx.2016-cı illərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xüsusi rütbəli vəzifələrdə xidmət dövrü olmaqla iddiacının xüsusi rütbəli vəzifələrdə, cəmi 25 il 2 ay 29 gün xidmət stajı vardır. Apelyasiya şikayətinin ikinci dəlili də əsassızdır. Belə ki, “Fövqaladə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun 6 mart 2018ci ilədək qüvvədə olan redaksiyasında qeyd olunmuşdur ki, yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar” (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Yuxardada qeyd edildiyi kimi, iddiaçının 50 yaşı tamam olanadək xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələr də 25 il 2 ay 29 gün xidmət stajı olmuşdur. İddiaçının 25 ildən artıq xidmət stajı olduğundan, iddiaçının 50 yaşına çatmadan yəni 46 yaşdan pensiya hüququ yaranmışdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3799/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar