Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3372/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 təyinat üzrə Mərkəzi Filialına qarşı “12 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9899/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 12 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9899/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə dair inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız olmaqla ləğv edilməlidir. Belə ki, iddiaçı ünvan 3 ünvanda yerləşən cavabdeh təşkilat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəliyin qoyulmasından şikayət etmiş, məhkəmə isə heç bir əsas olmadan iddiaçını yaşayış yeri üzrə nəzərdə tutulan Şirvan İnzibati Məhkəməsində baxılması qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yaşayır və hazırki iş yeri də Səngəçal qəsəbəsində yerləşir. Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə yaransa da, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının güzəştli şərtlərlə pensiya verilməsindən imtina etmişdir və iddiaçı həmin orqanın imtinasından şikayət etmişdir. Şikayət etdiyi təşkilat isə Bakı şəhərində yerləşir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ünvan 4i ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 5 ünvanında qeydiyyatsız yaşayır, iş yeri də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “12 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi” barədədir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ünvan 4i ünvanında qeydiyyatda olsa da, hazırda ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunmalıdır ki, İPM-nin 8.1.2-ci maddəsinə yeni məzmunda 4-cü cümlə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununun 1.1-ci maddəsi ilə əlavə edilmişdir. Həmin Qanun 2021-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minmişdir. Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. Hazırki işdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Belə olan halda Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını “öhdəliyin icrası haqqında” iddia növünə aid edərək, işin aidiyyatını İPM-nin 8.1.2ci maddəsinin sonuncu cümləsinə uyğun həll etmiş və düzgün olaraq Lerik rayonunun Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidi olmasına istinad edərək hazırki işin iddiaçının yaşayış yeri üzrə olan Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Odur ki, hazırki iş üzrə iddiaçının tələbinə baxılması üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər bu qərardadın əsaslandırıcı hissəsində göstərilərlərlə bağlı əsassızdır, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9899/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 9, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9899/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3372/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3372/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver