Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3372/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyinat növünün altsistemdə dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2522/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş “ikinci dərəcə əlilliyin” təyinat növünün Tibbi Sosial Ekspertiza və X2 dəyişdirilərək “təkrar” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: "…Ümumi xəstəliyə görə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona TSEK tərəfindən aparılmış müayinə nəticəsində “beyin infarktının nəticələri, xroniki beyin qan dövrü pozğunluğu, sol orta beyin arteriyası hövzəsində işeinsultdan sonrakı vəziyyət, Hemiplegiya, Sol tərəfli hemiplegiya, Disfaziya və afaziya, Total motor afaziya” diaqnozu ilə xx.xx.2017-ci il tarixdə müddətsiz olaraq “birinci dərəcəli əlillik” təyin olunmuşdur. Sonradan məlum olmuşdur ki, heç bir qanuni əsas olmadan, TSEK xx.xx.2019-cu il tarixdə ona təyin edilmiş həmin əlillik dərəcəsi etibarsız hesab edilmiş, bundan sonra, o, TSEK-ə getmiş, ona yenidən müayinədən keçməli olduğunu bildirmişlər. Daha sonra, pandemiya ilə bağlı sənədləri toplamaq və müayinədən keçmək üzrlü səbəbdən uzanmış, xəstəlik sənədlərini toplayıb yenidən müayinədən keçmiş, yenə də eyni xəstəliklərə görə təkrar olaraq İİ dərəcəli əlillik təyin edilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2021-ci il tarixdə iddiaçının xəstəliyi yenidən qymətləndirilmiş və ona xx.xx.2021-ci il tarixdə “ikinci dərəcəli əlillik” təyin olunmuş, təyinatın növü “Təkrar” qeyd olunmuşdur. Tibbi Sosial Ekspertiza və X3 çıxarışdan isə görünür ki, Komissiya tərəfindən xx.xx.2021ci il tarixdə təkrar aparılmış qiymətləndirmənin nəticəsi olaraq, ona təyin olunmuş “ikinci dərəcəli əlilliyin” təyinat növü olan “Təkrar” xx.xx.2022-ci il larixdə etibarsız hesab edilərək təyinat növü “İlkin” göstərilmişdir. Bununla bağlı iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək təyin olunmuş “İkinci dərəcəli əlilliyin” təyinat növünün dəyişdirilərək “Təkrar” kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin sonuncu ona ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Hesab edir ki, TSERA Alt sistemində iddiaçıya təyin olunmuş “ikinci dərəcəli əlilliyin” təyinat növünün “İlkin” olaraq göstərilməsi qanunsuzdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək bunu aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha əvvəl ona xx.xx.2017-ci il tarixdə əlillik təyin edilmiş, lakin müvafiq göndəriş etibarsız edildiyi üçün əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq, iddiaçı müvafiq qərarı mübahisələndirməmiş və barəsində daxil olmuş yeni göndəriş qiymətləndirilərək əlillik təyinatı aparılmışdır. Analoji işlər üzrə iddia ərizələri Ali Məhkəməsinin təcrübəsində rədd edilmişdir (xx.xx.2023-cü il tarixli, 2-1(102)- 824/2022 tarixli qərarı misal gətirilir)...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhvdir. Belə ki, qeyd edirəm ki, ümumi xəstəliyə görə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə müddətsiz olaraq “birinci dərəcəli əlillik" təyin olunmuşdur. TSEK tərəfindən aparılmış müayinə nəticəsində “beyin infarktının nəticələri. Xroniki beyin qan dövrü pozğunluğu. Sol orta geyin arteriyası hövzəsində işeinsultdan sonrakı vəziyyət. Hemiplegiya. Sol tərəfli hemiplegiya.Disfaziya və afaziya.Total motor afaziya” diaqnozu qoyulmuşdur. Ona sonradan məlum olmuşdur ki, heç bir qanuni əsas olmadan xx.xx.2019-cu ildə TSEK tərəfindən təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edilmişdir. Bundan sonra, TSEK-ə getmiş, orada yenidən müayinədən keçməli olduğunu bildirmişlər. Daha sonra, pandemiya ilə bağlı sənədləri toplamaq və müayinədən keçmək üzrlü səbəbdən uzanmışdır. O, xəstəlik sənədlərimi toplayıb yenidən müayinədən keçdi və ona yenə də eyni xəstəliklərə görə təkrar olaraq İİ dərəcəli əlillik təyin edilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2021-ci il tarixdə mənim xəstəliyim yenidən qymətləndirilmiş və ona xx.xx.2021-ci il tarixdə “ikinci dərəcəli əlillik" təyin olunmuş, təyinatın növü “Təkrar" qeyd olunmuşdur. Tibbi Sosial Ekspertiza və X3 çıxarışdan görünür ki, Komissiyası xx.xx.2021-ci il tarixdə təkrar aparılmış qiymətləndirmənin nəticəsi olaraq mənə təyin olunmuş “ikinci dərəcəli əlilliyin" təyinat növü olan “Təkrar" xx.xx.2022-ci il tarixdə etibarsız hesab edilərək təyinat növü “İlkin" göstərilmişdir. Göründüyü kimi,Tibbi Sosial Ekspert Komissiyası tərəfindən mənim səhhətimin təkrar qiymətləndirilməsi nəticəsində ona əvvəllər təyin olunmuş əlillik dərəcəsi dəyişdirilmişdir. Belə olan halda, ona təyin olunmuş “ikinci dərəcəli əliliyin" təyinat növünün “Altsistemdə “İlkin” qeyd olunması əsassız və qanunsuzdur. Həmin təyinat növü “Təkrar" kimi qeyd olunmalıdır. Bunlardan başqa, hesab edir ki, 2019-cu ildə ona müddətsiz təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi vaxtdan növbəti əlillik dərəcəsinin verildiy xx.xx.2021-ci il tarixədək olar dövr üzrə əlillik dərəcəsi bərpa olunmalıdır. Belə ki, ona TSEK tərəfindən aparılmış müayinə nəticəsində “beyin infarktının nəticələri. Xroniki beyin qan dövrü pozğunluğu. Sol orta geyin arteriyası hövzəsində insultdan sonrakı vəziyyət. Hemiplegiya. Sol tərəfli hemiplegiya. Disfaziya və afaziya.Total motor afaziya" diaqnozu qoyulmuş və xx.xx.2017-ci il tarixdə müddətsiz olaraq “birinci dərəcəli əlillik" təyin olunmuşdur. Sonradan məlum olmuşdur ki, heç bir qanuni əsas olmadan, əyani müayinəm aparılmadan xx.xx.2019-cu il tarixdə TSEK tərəfindən ona təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edilmişdir. Lakin ölkədə panedmiya ilə bağlı dövlət qurumlarının fəaliyyətinə məhdudlaşdırma qoyulduğundan TSEK-in tələb etdiyi sənədlərin toplanması, təqdim edilməsi, habelə əyani müayinədən keçməyim mümkün olmamışdır. Bütün bunları, yəni sənədlərin toplanması və quruma təqdim etməsi, habelə, əyani müayinədən keçməyim yalnız məhdudlaşdırma qismən ləğv edildikdən sonra 2021-ci ildə mümkün olmuşdur.Xəstəliyim yenidən qiymətləndirildikdən sonra İsə xx.xx.2021-ci il tarixdə mənə İİ dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, yenidən əyani müayinədən keçdikdən sonra onda olan xəstəliklərin mövcudluğu bir daha təsdiq olunmuş və mənə yenə də əlillik dərəcəsi təyin olunmuşdur. Ona görə də hesab edirəm ki, əvvəllər təyin olunmuş əlillik dərəcəsinin dayandırıldığı 2019-cu ildən növbəti əlillik dərəcəsinin verildiyi 2021-ci ilədək olar dövr üzrə əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır. Lakin işə baxan Bakı İnzibati Məhkəməsi işin bu hallarını araşdırmamış, iş üzrə əsassız, qanunsuz və ən önəmlisi isə ədalətsiz qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli xxxxxxx0004 nömrəli qərarı ilə İddiaçı “beyin infarktının nəticələri, xroniki beyin qan dövrü pozğunluğu, sol orta beyin arteriyası hövzəsində işeinsultdan sonrakı vəziyyət, Hemiplegiya, Sol tərəfli hemiplegiya, Disfaziya və afaziya, Total motor afaziya” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin olunsa da, sonradan, xx.xx.2019-cu il tarixdə TSEK tərəfindən iddiaçının həmin əlillik dərəcəsi etibarsız hesab edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının ilkin əlillik dərəcəsinin isə etibarsız hesab edilməsi o anlamı ifadə edir ki, onun ilkin əlillik dərəcəsi təyin edildiyi andan, yəni, xx.xx.2017-ci il tarixdən etibarsızdır. Başqa sözlə, həmin tarixdən ona əlillik dərəcəsi verilməmiş sayılır və əlillik statusunu əldə etmir. İş materiallarından görünür ki, iddiaçı onun ilkin əlillik dərəcəsinin xx.xx.2019-cu il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə etibarsız hesab edilməsi ilə razılaşaraq onu mübahisələndirməmiş, yəni ləğvini və əlillik dərəcəsinin bərpasını tələb etməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 71.1-ci maddəsinin tələbinə görə maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunan həmin müddətlər çərçivəsində əvvəlki əlilliyinin etibarsızlığı mübahisələndirilməmiş, əlilliyinin etibarsz hesab ediməsinin üstündən 2 il keçdikdən sonra, tibb müəssisəsinin 088 formalı yeni göndərişi əsasında TSEK tərəfindən ona xx.xx.2021-ci il tarixdə əlillik vəziyyətinin qiymətləndirilməsi aparılaraq, qəbul etdiyi qərarına əsasən - “Spastik hemiplegiya, Sağ tərəfli dərin spastik hemiplegiya - əzələ gücü 0,5 bal, sağ ətraflarda bükücü kontraktura. Beyin infarktının nəticələri, Motor afaziya, çanaq orqanları funksiyasının pozulması, Xroniki beyin qan dövranı pozulması dissilkulyator tip 3-cü dərəcə - kəskin kordinator və koqnitiv pozulmalarla. İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2 -ci tib insulin tələbli.orta ağır gedişli. diabetik nevro və nefropatiya ilə. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ B dərəcə, ürək və beyin funksiyasının əhəmiyyətli dərəcədə pozulması ilə. Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı İİ f/s- 1ci dərəcə” diaqnozu üzrə - “İlkin” təyinat növü ilə və səbəbi “Ümumi xəstəlik” olmaqla, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Beləliklə də, iddiaçının əvvəlki əlilliyi verildiyi andan etibarsız sayıldığı halda, sonradan verilmiş tibbi göndəriş əsasında ona təyin edilən əlillik dərəcəsi, “ilkin təyinat” növü statusunu alması istisna olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də göstərilənlər baxımından məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticənin səhv olduğunu və məhkəmə tərəfindən işin bu halları araşdırılmadan, əsassız, qanunsuz və ədalətsiz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3372/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3372/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver