Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3375/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçılar X4 və X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8969/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci ildə doğulmuş X2 və xx.xx.2008-ci ilə doğulmuş X3 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). Daha sonra, məhkəmənin qərardadı ilə iddiaçıların qanuni nümayəndəsinin ərizəsinə əsasən ilkin İddiaçı əsl iddiaçılar X4 və X5 ilə əvəz edilmişdir. İddiaçıların tələbi aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı ilə X9 xx.xx.2003-cü ildə nikaha girmişlər. Bu nikahdan tərəflərin iki övladıxx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 doğulmuşdur. Birinci Qarabağ müharibəsi zamanı İddiaçı 1994-cü ildə Ağdamın İlxıçılar kənindən, X9 isə 1993cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşlər. İddiaçı və onun həyat yoldaşı məcburi köçkün statusuna malikdirlər. İddiaçıların qanuni nümayəndəsi cavabdehə müraciət edərək övladlarına məcburi köçkün statusunu təsdiqedən vəsiqənin verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmiş və imtinanın səbəbi kimi Azərbaycan Respublikasında məcburi köçkünlərə statusun və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə istinad edilərək imtina olunmuşdur…” Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək, bunu aşağıdakılarla əsaslandırmışdır: “... Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6cı bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək, həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 doğum tarixindən əvvəl, xx.xx.2000-ci il tarixdə adınıza qeydiyyatdan keçmiş ünvan 1 ünvanında qeydiyyatda olduğunuzdan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8969/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçılar X2 və X3 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventalaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 037173 nömrəli qeydiyyat vəsiqəsinə (Bakı İnzibati Məhkəməsinə qoşmada təqdim edilmişdir) əsasən, İddiaçı adına xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmiş ünvan 2 yaşayış sahəsi aşkar edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırırılır ki, İddiaçıxx.xx.2008-cii il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 doğum tarixindən əvvəl, xx.xx.2000-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmiş ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Göründüyü kimi, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 atası İddiaçı xx.xx.2000-ci il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əlavə olaraq, X4 və X1 anası X9 da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin diqqətinə çatdırılır ki, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini istisna etmir. Bildirilir ki, qanunvericilik “məcburi köçkün” statusunun əldə edilməsi qaydalarından biri “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlara məcburi köçkün statusunun verilməsini mümkün hesab etmir. Bu baxımdan hesab edirik ki, xx.xx.2007-ci il təvəllüdlü X8 anadan olmasından əvvəl, yəni 2001-ci ildə atası İddiaçı ayrıca yaşayış sahəsi əldə etdiyindən və 2005-2007-ci illərdə həmin ünvanda qeydiyyatda olduğundan iddiaçının övladına “məcburi köçkün” statusu verilməsi Qaydaların 4.2.6-cı yarımbəndinə ziddir və bu halda Komitənin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi əsaslı sayılmalıdır...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxlmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun (xx.xx.1999-cu il № 668-İQ) 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunan faktiki hallar aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 064934 nömrəli və AA seriyalı, 004197 nömrəli -məcburi köçkün vəsiqəsinin surətlərinə əsasən müəyyən olunur ki, iddiaçıların valideynləri - atası İddiaçı Ağdam rayonundan, anası X6 isə Xankəndi rayonundan məcburi köçkün düşmüş, məcburi köçkün statusuna malikdirlər və bu barədə onlara müvafiq olaraq xx.xx.2002-ci il və xx.xx.1999-cu il tarixlərdə vəsiqə verilmişdir. İş materiallarına (AZ-İ seriyalı, 018774 nömrəli nikah haqqında şəhadətnamənin, AA seriyalı- ******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərinə) əsasən müəyyən olunur ki, İddiaçı və X6 birgə nikahlarından - xx.xx.2007-ci il tarixdə iddiaçı X4 və xx.xx.2008-ci il tarixdə X4 doğulmuşlar. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçıların qanuni nümayəndəsi tərəfindən iddiaçılara məcburi köçkün statusu verilmsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu qüvvədə olan “Qaydalar”ın 4.2.6-cı bəndinə istinadən imtina edərək bildirmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 doğum tarixindən əvvəl, xx.xx.2000-ci il tarixdə adınıza qeydiyyatdan keçmiş ünvan 1 ünvanında qeydiyyatda olduqlarından, onlara məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən qeyd olunan əsasla iddiaçılara məcburi köçkün adı və vəsiqəsi verilmsindən imtina olunmasını əsassız sayır. Belə ki, birincisi, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçıların hər iki valideyninə məcmuri köçkün statsu onlara verilmiş vəsiqələrlə təsdiq olunur və bu işin mübahisələndirilməyən halıdır. İkincisi, Ağdam rayon İcra Hakimiyyətinin işə əlavə olunmuş, birinci instansiya məhkəməsinin sorğusuna ünvanlanan 13 iyun 2024-cü il tarixli 5-31/2/1-96/2024 saylı cavab məktubunda aşağıdakılar bildirilir: “Ağdam rayonunun Güllicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 iyun 2024-cü il tarixli 22 saylı arayışına əsasən iddiaçıların atası İddiaçı və onun övladları - X4 və X4 və X5 məcburi köçkünlər üçün nəzərədə tutulan vahid aylıq müavinət almış və yalnız 2000-ci ildən daimi qeydiyyatdan çıxdıqlarına görə onlara ödənilən müavinət dayandırılmışdır (işə əlavə olunmuş şəxsiyyət vəsiqələrinə və Bakı şəhəri İH TİMHQİ tərəfindən verilmiş qeydiyyat vsəiqəsinə əsasən xx.xx.2000-c il tarixdə iddiaçı ünvan 2 ünvanında mənzil əldə edərək həmin mənzil onun adına reyestrdə qeydiyyata alınmış və onlar ail üzvəlri ilə birlikdə həmin mənzilə qeydiyyata düşmüşlər)." Üçüncüsü, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydaları aşağıdakıları nəzərdə tuturdu: ...;
3. Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5dən gec olmayaraq Komitəyə təqdim edilir.
4. Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. 6-cı bəndinə əsasən Kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. ...;
7. istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyəti bilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyır. Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş Qaydalardan irəli gələn tələbləri baxımından, konkret halda, iddiaçılar məcburi köçkün statusu almış şəxslər kimi qəbul edilərək məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və dövlət orqanları tərəfindən məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişlər. Məhkəmə kollegiyası cavabdeh iddiaçılara məcburi köçkün statusu verilməsindən imtina edərkən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı bəndinə istinad etməsi ilə əlaqədar isə onu qeyd edir ki, həmin “Qaydalar” 23 may 2013cü il tarixdə qəbul edilmiş, yəni, iddiaçıların doğluduğu vaxt qüvvədə olmamış və ən əsası həmin tarixdən əvvəl doğulmuş və məcburi köçkünlərə verilən güzəştlərdən istifadə edən iddiaçıların hüquqi vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin mənası baxımından, iddiaçıların hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən halların iddiaçılara münasibətdə tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, onların hüquqi vəziyyətini ağırlaşdıran normaların onlara münasibətdə tətbiq olunaması konstitusion hüquqlarının pozulmasıdır. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, qeyd olunanlar nəzərə almaqla iddiaçıların tələbi təmin edilmişdir (Qeyd olunmalıdır ki, eyni hallar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları da mövcuddur). İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8969/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM, m. 87.6.) Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8969/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.