Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3375/2025 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (operativ vergi yoxlaması; topdan və ya pərakəndə satış; malların təqdimedilmə vaxtı) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, ************** nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsi əsası ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə 280303.94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ ## ###### 2022-ci il tarixli, *************** saylı qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olmaqla, vergi ödəyicisi kimi qeydiyyatdadır və xırda sahibkarlıqla məşğul olur. Fəaliyyət göstərdiyi müddətdə, fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı-vaxtında icra etmiş, vergiləri vaxtı-vaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarə tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında keçirilmiş X7nin nəticələri haqqında ##.##.2022-ci il tarixli, ****** nömrəli akta əsasən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli qərar qəbul edilərək Azərbaycan Respublikası VM-nin 58.13-cü maddəsi ilə iddiaçıya 280303,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı hesab etmişdir ki, elektron qaimə ilə 2678217,60 manat məbləğində mal alıb 10 faiz ticarət əlavəsi tətbiq edərək 2803039,36 manat hissədə topdan satışını həyata keçirmişdir. Halbuki, onun fəaliyyəti xırda sahibkarlıqdan ibarət olmuş, topdansatışı heç vaxt həyata keçirməmişdir. İddia ərizəsinə əlavə etdiyi bank çıxarışları da ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il dövrədək olan ticarət dövriyyəsini tam təsdiq edir. ##.##.2022 tarixlə Vergilərin hesablanması barədə **************** saylı Qərarla bəyannamə dövrü 4-cü rüb 2021 üçün Qərarın hazırlandığı tarixə vergi və sığorta haqqları üzrə öhdəlik 280 385.72 manat vergi məbləğinin müəyyən edildiyi əksini tapmışdır. Şəxsi hesab vərəqəsində isə yəni X7 əsasında tətbiq olunan sanksiya kimi əks olunmuşdur. X7 tədbirləri çərçivəsində vergi ödəyicisinə fəaliyyət göstərdiyi bütün dövlər ərzində (AVİS -avtomatlaşdırılmış vergi informasiya sistemi) elektron kargüzarlıq sistemi üzərindən ümumilikdə 2678217.60 manatlıq elektron qaimə daxil olduğu əsas götürülərək topdan satış üzrə 10 faiz ticarət əlavəsi tətbiq etməklə 2 803 039.36 manat satış dövriyyəsi müəyyən edilərək 58.13-cü maddəsinə əsasən 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilərkən VM-nin 3.2-ci maddəsinin tələbi nəzərə alınmamışdır (Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.) Vergi orqanı tərəfindən yalnız və yalnız sahibkarın elektron kargüzarlıq ünvanına (kabinetinə) daxil olan elektron qaimələrin kəmiyyət göstəriciləri əsas götürülmüşdür. Belə ki, siqaretlərin topdan satışı ilə məşğul olan tütün məhsullarının istehsalçıları (inhisarçıları) və topdan satışını həyata keçirən hüquqi şəxslər bir qayda olaraq siqaret almaq üçün yalnız qarşı tərəfi “xxxx" ASC-də müvafiq hesablar (hesablaşma-hesabı və kart hesabı) üzərindən əməliyyatlar aparmaqla hesablaşmaları təmin edirlər. Tütün məmulatları və onların alqı-satqısı təbii monopoliyadadır və yalnız fabrikin (firmaların) müəyyən etdiyi qaydalar əsasında həyata keçirilə bilər. Burada digər əsas tələblərdən biri isə alıcı sahibkarların aldıqları tütün məhsullarının dəyərini yalnız əvvəlcədən və tam şəkildə ödənildikdən bir neçə gün sonra əldə edə bilmələridir. Yəni sahibkar (pərakəndə satış subyekti) siqaret almaq üçün fabrikin və ya firmanın müəyyən etdiyi dəyəri (Elektron qaimə əsasında) ödəniş sənədi əlavə edilməklə əvvəlcədən ödəməli, malı isə sonradan almalıdır. Bu prosedur bir qayda olaraq tətbiq olunur. Belə əməliyyatlarda kreditor borc qalıqlarına yol verilmir. Məsələ ondadır ki, sahibkarın belə əməliyyatlarla bağlı ümumi fəaliyyət göstərdiyi (2020-2022) dövr ərzində elektron kabenetinə 2678217.60 manat dəyərində elektron qaimə daxil olsa da, rəsmi bank çıxarışında bu əməliyyatlar üzrə mədaxil 1.259.412,76 manat, məxaric isə 1.303.311,20 manat dövriyyə məbləği olduğu təsdiqini tapır. Yəni cəmisi 1303311.20 manat dəyərində mal aldığı əksini tapır. EQ ödəniş sənədi deyil, bu yalnız öhdəlik sənədidir. Ödəniş sənədi faktiki ödənişin həyata keçirilməsi barədə bank əməliyyatının (ödəniş tapşırığı) əməliyyat nömrəsi qeyd olunmuş rəsmi təsdiqlənmiş sənəddir. Beləliklə, vergi orqanı əməkdaşı tərəfindən sahibkarın dövriyyə məbləği düzgün müəyyən edilməmiş, yalnız daxil olan EQ-in dəyəri əsas götürülərək maliyyə sanksiyası tətbiq olunmuşdur. Digər uyğunsuzluq: Vergi orqanı tərəfindən tətbiq olunan maliyyə sanksiyasının həyata keçirilməsi proseduru müvafıq hüquq normasının davranış xarakterinin xüsusiyyətlərinə görə düzgün müəyyən olunmamasıdır. Belə ki, vergi orqanı əməkdaşı tərəfindən təxmin edilən fakt guya ki, 3 il ərzində belə iri həcmli ticarət dövriyyəsi yalnız topdan satış qaydasında ola bilməsidir. VM-nin 58.13-cü maddəsin əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Heç bir fakt siqaret köşkünün topdan satış fəaliyyəti ilə məşğul olmasına əsas vermir. Bunun üçün hər hansı nəzarət tədbiri nəticəsində faktlar aşkarlanmamış topdan satışın həyata keçirildiyi barədə xəbərdarlıq, mənbəyi bəlli olan məlumat və heç bir əlavə uyğun tədbirlər görülməmişdir. Sahibkarın həmin tütün məhsullarını pərakəndə qeyrisahibkarlara satmaq hüququ məhdud deyil. İddiaçı hesab etmişdir ki, tərəfindən həmin malları topdan satışına dair EQ və ya hər hansı öhdəliklər yaradan, faktlar olmadan yalnız təxminlər üzərindən qərar qəbul edilmişdir. Yəni tətbiq olunan müddəa fərdi sahibkarın fəaliyyətində qanun pozuntusu hallarının xüsusiyyətlərinə uyğun deyil. Yuxarıdakılardan göründüyü kimi vergi orqanı tərəfindən qərar qəbul edilərkən iqtisadi hadisələr düzgün araşdırılmamış, VM-nin 3.1-ci, 24-cü maddələrinin tələblərini gözləməmişdir. Qərar üzrə göstəricilərlə İddiaçı Bank kart hesabındakı dövriyyə ilə də uyğunsuzluq təşkil etmişdir. Ümumiyyətlə 3 il müddətində 1 303 311.20 manat dəyərində mal (siqaret) almış sahibkar yalnız topdan satış obyekti kimi qiymətləndirilə bilməz. Topdan satış təsərrüfat subyektlərinin analoji dövr üçün satış dövriyyələri yüz milyonlarla manat həcmində yalnız EQ təqdim etməklə həyata keçirilə bilər. Digər məsələ isə ondan ibarətdir ki, tütün məhsulları topdan satış təsərrüfat subyekti (fabrik və ya firma) başqa şəxslərə təqdim etdiyi məhsullara görə də EQ-i İddiaçı adına göndərmiş və satışı onun adı ilə rəsmiləşdirmişdir. Yəni topdan satış təsərrüfat subyektləri tərəfindən İddiaçı göndərilən EQ üzrə malları hamısı heç də İddiaçı Təqdim edilməmişdir. Bütün yuxarıdakılardan aydın olur ki, həm topdan satış subyekti, həm də vergi orqanı tərəfindən hüquqları pozulmuş fərdi sahibkar İddiaçı tətbiq olunmuş maliyyə sanksiyası barədə qərar ləğv olunmalıdır. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ##.##.2022-ci il tarixli ************** nömrəli “X7nin həyata keçirilməsi haqqında” Qərarına əsasən R X3 və R X4 tərəfindən ##.##.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN:1901932282) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev ** saylı ünvanında yerləşən mağazasında keçirilmiş X7 tədbiri zamanı elektron qaimə əsasında aldığı 2678217,60 manat məbləğində malların elektron qaimə təqdim etmədən 10 faiz ticarət əlavəsi tətbiq edilməklə 2803038,30 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. Bu barədə ##.##.2022-ci il tarixli DVX seriyalı ****** nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş X7nin nəticəsi haqqında" aktın tərtib edildiyi və aktın vergi ödəyicisı tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən ##.##.2022-ci il tarixli ************** nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 280303,94 (iki yüz səksən min üç yüz üç, 94 qəpik) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibat cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda ##.##.2021-ci il tarixli, **************** nömrəli məktubun vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə saat 11:05-da oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, ümumi fəaliyyət göstərdiyi dövr ərzində (2020-2022) elektron kabinetinə 2678217,60 manat dəyərində elektron-qaimə faktura daxil olsa da, rəsmi Bank çıxarışında bu əməliyyatlar üzrə mədaxil 1259412,76 manat, məxaric isə 1303311,20 manat dövriyyə məbləği təsdiqini tapır. Yəni cəmi 1303311,20 manat dəyərində mal aldığı əksini tapır. Məsələ ondadır ki, elektron-qaimə faktura ödəniş sənədi deyildir. Bu yalnız öhdəlik sənədidir, ödəniş sənədi faktiki ödənişin həyata keçirilməsi barədə bank əməliyyatının (ödəniş tapşırığı) əməliyyat nömrəsi qeyd olunmuş rəsmi təsdiqlənmiş sənəddir. İddiaçının ərizəsində qeyd etdiklərinin əksinə bildirilir ki, İddiaçı ##.##.2022-ci il tarixli etirafedici izahatında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev ** saylı ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin mülkiyyət sənədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirlci içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları “xxxx” QSC, “xxxx" QSC, "xxxx" QSC, "X1 LTD" MMC, “xxxx" MMC, “xxxx" MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2021-ci ildə elektronqaimə faktura əsasında 1.335.238 manat (bir milyon üç yüz otuz beş mln iki yüz otuz səkkiz), 2022-ci ildə 1.384.981 manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) dəyərində mal almışdır, iki il ərzində 2.678.217,60 manat (iki milyon altı yüz yetmiş səkkiz min iki yüz on yeddi manat altmış qəpik) dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olunan məbləğin 130000 manatını (yüz otuz min) vətəndaşlara satdığını qeyd etmişdir. Yoxlama ilə aşkar edilmiş sənədsiz malların onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını qeyd etmişdir. Əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 71- 1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura mallar göndərilən (verilən) vaxt verilir. Yəni, ödənişin olubolmamasından asılı olmayaraq, elektron qaimə-faktura mallar göndərilən vaxt təqdim olunur. Beləliklə, X7 tədbiri zamanı İddiaçı ##.##.2022-ci il tarixli izahatına əsasən 2021-2022-ci il ərzində elektron qaiməfaktura əsasında aldığı 2678217,60 manat dəyərində malın 130000,0 manat dəyərində olan hissəsini 10% ticarət əlavəsi tətbiq edilməklə pərakəndə qaydada satdığını, qalan hissəsini isə 10% ticarət əlavəsi tətbiq edilməklə 2803039,36 manat dəyərində topdan satdığı aşkar olunmuş, 42001,30 manat dəyərində malın obyektdə olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X7 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Səlma Salahova) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ ## ###### 2022-ci il tarixli *************** saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərarında cavabdehin 2021- 2022-ci illər ərzində 2803039,36 manat dəyərində malın iddiaçı tərəfindən topdan satıldığı təsdiqedici sənədlərlə sübuta yetirilə bilmədiyi və cavabdeh iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə, bununla bağlı sübutları məhkəməyə təqdim etməli olduğunu qeyd etmişdir. Qeyd olunanlarla əlaqədar bildirilir ki, iddiaçı ##.##.2022-ci il tarixli etirafedici izahatında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev ** saylı ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin mülkiyyət sənədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirici içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları “xxxx” QSC, “xxxx” QSC, "xxxx” QSC, "X1 LTD" MMC, “xxxx" MMC, “xxxx” MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2021-ci ildə elektron-qaimə faktura əsasında 1335238 manat (bir milyon üç yüz otuz beş min iki yüz otuz səkkiz), 2022-ci ildə 1384981 manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) dəyərində mal almışdır. İki il ərzində 2678217,60 manat (iki milyon altı yüz yetmiş səkkiz min iki yüz on yeddi manat altmış qəpik) dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olunan məbləğin 130000 manatını (yüz otuz min) vətəndaşlara satdığını qeyd etmişdir. Nəzarət tədbiri ilə aşkar edilmiş sənədsiz malların onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını bildirmişdir. İddiaçının izahatından da görünür ki, yalnız 130000 manat dəyərində mallar vətəndaşa təqdim edilmişdir. Yəni, qalan mallar topdansatış qaydasında təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev ** saylı ünvanında yerləşən təsərrüfat obyektində qeydiyyatda olan nəzarət kassa aparatı olmamışdır. Hansı ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi kimi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X7 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanının həmin illəri (2021-2022-ci illər) başqa növ yoxlama tədbiri üzrə yoxlamaq imkanı olmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya məxsus ticarət köşkündə keçirilən X7 tədbiri ilə alınmış mallar ümumilikdə 2678217,60 manat məbləğində elektron qaimə-faktura verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 280303,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh 2021-2022-ci illər ərzində 2803039,36 manat dəyərində malın iddiaçı tərəfindən topdan satdığı təsdiqedici sənədlərlə sübuta yetirə bilməmişdir. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Lakin cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olduğu üçün VMin 16.1.3-cü maddəsinə əsasən malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş sənədlər əsasında həyata keçirməlidir. Bu səbəbdən də iddiaçının həmin hissədə apardığı ticarətin vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etmədən malların topdansatış qaydasında təqdim edilməsi kimi qiymətləndirilmişdir. Bir halda ki, cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Nəzərə alınmalıdır ki, pərakəndə ticarət qaydasında malların satışını həyata keçirərkən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi, iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edən dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olmasına dair məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarını nəzərə almalı idi. Həmin normaya əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Cavabdehin istinad etdiyi yeganə dəlil iddiaçının yoxlama zamanı vergi orqanına verdiyi izahatdan ibarətdir. Lakin qeyd olunan izahatda iddiaçı 130 min manat dəyərində malı vətəndaşlara satdığını qeyd etsə də, malın qalan hissəsinin hansı qaydada, yəni topdan, yaxud pərakəndə qaydada satıldığı dəqiqləşdirilməmişdir. Başqa sözlə, vergi orqanı malın 130.000 manat dəyərində hissəsinin pərakəndə qaydada satılmasını müəyyən edərək, bununla işini bitmiş hesab etmiş, qalan hissəsinin topdan satıldığı qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı heç vaxt topdansatış həyata keçirmədiyini bildirmiş, vergi orqanı tərəfindən də əksini sübut edən hər hansı dəlil təqdim olunmamışdır. Belə olan halda, vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini şərtləndirən faktiki halların mövcudluğunu sübut edə bilməmiş, daha çox ehtimallar əsasında iddiaçı üçün əlverişsiz nəticələr yaradan inzibati akt qəbul etmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının vergi orqanına verdiyi izahat etiraf kimi qəbul edilsə belə, bu hal məsələni cavabdeh vergi orqanının xeyrinə dəyişmir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçınnn nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X7ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. X7 tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. 50.1. X7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.2-ci maddəsinə əsasən X7nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən X7 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X7 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X7nin müddəti və X7ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən X7 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X7ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X7 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”: 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaiməfaktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ##### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”: - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. -bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. -bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ ## ###### 2022-ci il tarixli, *************** saylı qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının X7 tədbirinə qədər olan müddətdə satdığı mallardan tədbir zamanı müəyyən olunan mal qalığı hissəsi çıxılaraq qalan məbləğə Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə maliyyə sanksiyası tətbiq edilmişdir. X7 tədbiri Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir zamanı riayət edilib-edilməməsini yoxlamaq məqsədilə vergi ödəyicisinin anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən nəzarət formasıdır. Belə ki, qeyd olunan maddələrin Vergi Məcəlləsinin digər müddəaları ilə qarşılıqlı təhlili zamanı müəyyən olunur ki, X7 tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb olunması, obyektdə sənədsiz malların aşkar olunması və s.). Lakin hazırkı işdə X7 tədbiri ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, 2021-2022-ci il tarixlərdə olan və vergi nəzarəti dövrünə təsadüf etməyən (cavabdeh bu halın əksini sübut edən dəlil təqdim etməmişdir) əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı X7nin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və məqsədlərinə uyğun deyildir. Belə olan halda isə, hüquqmüəyyənedici rəsmi sənəd olmadan cavabdehin X7 tədbiri zamanı qərardan əvvəlki hər hansı dövrə öz seçimi ilə münasibət bildirməsi yolverilməzdir. Başqa sözlə desək, inzibati orqanın həyata keçirdiyi nəzarət tədbiri barədə qərarda qanunla müəyyən olunmuş qaydada hansı dövrün göstəricilərinin hansı müddət ərzində yoxlanılması dəqiq müəyyən edildiyi halda əsaslı hesab oluna bilər. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Göründüyü kimi, vergi orqanının həmin dövrləri (2021- 2022-ci illər) başqa növ yoxlama tədbiri üzrə yoxlamaq imkanı olmuşdur. Sadalanan əhəmiyyətli prosessual pozuntular inzibati aktın ləğv olunmasına kifayət etsə də, məhkəmə həmçinin tətbiq olunan maliyyə sanksiyasının mahiyyətinə də münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ##.##.2022-ci il tarixli etirafedici izahatında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev ** saylı ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin mülkiyyət sənədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirici içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları “xxxx” QSC, “xxxx” QSC, "xxxx” QSC, "X1 LTD" MMC, “xxxx" MMC, “xxxx” MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2021-ci ildə elektron-qaimə faktura əsasında 1335238 manat (bir milyon üç yüz otuz beş min iki yüz otuz səkkiz), 2022-ci ildə 1384981 manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) dəyərində mal almışdır. İki il ərzində 2678217,60 manat (iki milyon altı yüz yetmiş səkkiz min iki yüz on yeddi manat altmış qəpik) dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olunan məbləğin 130000 manatını (yüz otuz min) vətəndaşlara satdığını qeyd etmişdir. Nəzarət tədbiri ilə aşkar edilmiş sənədsiz malların onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını bildirmişdir. İddiaçının izahatından da görünür ki, yalnız 130000 manat dəyərində mallar vətəndaşa təqdim edilmişdir. Yəni, qalan mallar topdansatış qaydasında təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının 19-21-ci bəndlərində qeyd olunmuşdur ki:
19. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarın qanuniliyinə qiymət verilməsi üçün aşağıdakılar müəyyən edilməlidir: - iddiaçı tərəfindən 2.678.217,60 manat məbləğində malların təqdim edilib-edilməməsi; - malların pərakəndə, yaxud topdan təqdim edilməsi; - malların nə vaxt təqdim edilməsi.
20. Qeyd edilməlidir ki, iddiaçının adına malların ona satıldığına dair satıcı şirkət tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar var. İddiaçı həmin malların bir qismini faktiki almadığını, elektron qaimədəki məlumatların mötəbərliyini mübahisələndirsə də, qeyd edilməlidir ki, bu qədər müddət keçməsinə baxmayaraq, iddiaçı tərəfindən elektron qaimə-fakturaların ləğvi istiqamətində hər hansı addım atılmamışdır, başqa sözlə, elektron qiamə-fakturalar qüvvədədir və iddiaçının faktiki olaraq həmin mallara görə bank hesabından ödəniş həyata keçirməməsi malların təqdim edilməsini istisna etmir (belə ki, mallara görə nağd və ya başqa formada da ödəniş həyata keçirilə bilər). Bundan əlavə, satıcı şirkət tərəfindən də elektron qiamə-fakturalar ləğv edilməmişdir. Həmçinin, iddiaçı ilə satıcı arasında da malların təqdim edilməsindən irəli gələn hər hansı mübahisə olması müəyyən edilmir. Odur ki, iddiaçının faktiki olaraq malları almaması ilə bağlı dəlilləri iş üzrə mötəbər sübutlarla təkzib olunur.
21. Malların pərakəndə, yaxud topdan satılması ilə bağlı məsələyə gəldikdə isə qeyd olunmalıdır ki, mallar hər hansı formada rəsmiləşdirilməmişdir (elektron qaimə və ya nəzarət kassa aparatı vasitəsi ilə). Odur ki, malların satışına dair sənədlərdən, malların təqdim edilməsi formasının müəyyən edilməsi qeyri-mümkün görünür. Bununla yanaşı, iddiaçının izahatında onun tərəfindən malların topdan satışının həyata keçirildiyi bildirilir. Belə olan halda, iddiaçının pərakəndə satışla deyil, topdan satışla məşğul olmasının sübut edilməsini cavabdehdən tələb etmək, vergi orqanının üzərinə həddən artıq ağır sübutetmə yükü qoymuş olar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələri “topdansatış” və “pərakəndə satış” fəaliyyətinə hüquqi anlayış verib. Belə ki, həmin normalara əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; “topdansatış” isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən həm də bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) görə maliyyə sanksiyası tətbiq edilir. Həmin sanksiya topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsinin yaratdığı risklərin qarşısının alınması üçün müəyyən edilmişdir. Bu sanksiyanın hüquqi təbiəti ondan ibarətdir ki, o, maliyyə məsuliyyəti tədbiri olmaqla preventiv və caydırıcı xarakter daşıyır. Lakin, bu maliyyə sanksiyası yalnız inzibati xarakterli tədbir deyil, həm də iqtisadi şəffaflığın mühüm alətidir. Onun məqsədi fiskal intizamı təmin etmək, kölgə iqtisadiyyatını məhdudlaşdırmaq, ədalətli rəqabət mühitini qorumaq və istehlakçı maraqlarını müdafiə etməkdir. Hüquqi mahiyyətinə görə bu sanksiya dövlətin həm maliyyə, həm iqtisadi, həm də sosial siyasətini dəstəkləyən çox şaxəli bir mexanizmdir. Qanunvericilikdə əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasına verilən anlayışlardan müəyyən olunur ki, həmin əməliyyatları bir-birindən ayıran əsas meyar əməliyyatın predmetini təşkil edən malın alış məqsədidir. Başqa sözlə, qanunvericilik topdan və pərakəndə satış zamanı malın sayına və həcminə, o cümlədən əməliyyatın dəyərinə münasibətdə hər hansı tənzimləyici limitlər müəyyən etməmişdir. Nəzərə alınsa ki, vergi ödəyiciləri eyni malın satışını həm topdan, həm də pərakəndə qaydada həyata keçirə bilmək hüququna malik olduqlarından malın alıcısının malı alma məqsədinin (özünün bununla bağlı bəyanı olmadığı halda) satıcı tərəfindən araşdırılmasını və müəyyən edilməsini tələb etmək ağlabatan görsənmir. Belə ki, malın satıcısının malın alınma məqsədini müəyyən etməklə bağlı vergi qanunvericiliyindən irəli gələn öhdəliyi yoxdur. Bu hal ilk baxışdan malın satıcısına malı alan şəxsin özünü vergi ödəyicisi kimi təqdim etmədiyi hallarda apardığı bütün əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirməyə hüquq vermiş kimi görsənir, başqa sözlə, maliyyə sanksiyasının tətbiqi üçün əsas yaratmaması təəssüratını yaradır. Lakin nəzərə alınmalıdır ki, malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi yuxarıda qeyd edilənlərə əsasən yalnız malın alıcısına deyil, satıcısına da qanunsuz üstünlüklər yaratmaq ehtimalı olduğundan, başqa sözlə, malın satıcısı da vergi orqanları qarşısında “şübhəli” vəziyyətə düşə biləcəyindən öz sahibkarlıq fəaliyyətində vicdanlı davranmalı, “topdansatış” təəssüratı yaradan əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirilməsinə şərait yaratmamalıdır. Yuxarıda qeyd edildiyi kimi, qanunverici malların dəyərinə və həcminə görə topdansatış və pərakəndə satışı fərqləndirmədiyindən, bu zaman, əməliyyatların hansına aid olmasının müəyyən edilməsi zamanı bu sahədəki vergi hüquq münasibətlərinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla bu halda sübutetmə baxımından “obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq olunmalıdır. Belə qəbildən olan işlərin xüsusiyyəti ondan ibarətdir ki, operativ yoxlama zamanı həm də əvvəlki dövrdəki əməliyyatlar qiymətləndirildiyindən geriyə dönük vergi orqanından vergi ödəyicisinin satdığı malın alıcısının hansı məqsədlə malın almasını sübut etməyi gözləmək, vergi orqanının mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar. Belə ki, malların satışına dair sənədlərdən malın alıcısını identifikasiya etmək və malı alma məqsədini müəyyən etmək təxminən qeyri-mümkün olur. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə vergi məsuliyyətinə cəlb etmə barədə qərar çıxarıldıqda, sübutetmə yükü qərarı qəbul etmiş vergi orqanının üzərinə düşür. Bu zaman əsas prinsip qüvvədə olur - sübutetmə yükü daşıyan vergi orqanı dəqiq, aydın, bəlli və mübahisəsiz dəlillərlə iddia olunan məsuliyyət yaradan halın mövcud olduğunu sübut etməlidir. “Obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq edildikdə isə bu qaydada sübutetmə tələb olunmur. Birmənalı və mübahisəsiz sübutetmə halı mövcud olmasa belə, əsaslı şübhə standartına cavab verən sübutetmə varsa, hal sübut olunmuş qəbul oluna bilər. Əsaslı şübhə üçün isə ciddi, konkret və yetərli sübutlar mövcud olmalıdır. İstinadı bəlli olmayan, ehtimallara və ya adi risk qiymətləndirilməsinə görə qərar qəbul edildikdə, eləcə də konkret dəlil olmadan, yaxud ziddiyyətli dəlillərə əsaslanıldığı hallarda əsaslı şübhə yaranmaz. Beləliklə, “obyektiv hallardan yaranan əsaslı şübhə” iddia olunan qanunsuz hərəkətə (topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir. Bu baxımdan, “ağlabatanlıq meyarları” şübhənin sadəcə inzibati ehtimaldan hüquqi əsaslı şübhəyə keçidini təmin edən əsaslar kimi çıxış edir. Məhz “ağlabatanlıq meyarları”nın tətbiqi vergi orqanları tərəfindən irəli sürülən əməliyyatın düzgün şəkildə rəsmiləşdirilmədiyinə dair ehtimalların obyektiv və yoxlana bilən faktlara söykənən, birbirini tamamlayan göstəricilərlə dəstəklənən, iqtisadi məntiqə uyğun gələn, alternativ izahla zəiflədilməyən, proporsional və hüquqi prosedurlarla qorunan hallarda hüquqi əsaslı şübhəyə çevirilməsinə imkan verir. İşin hallarından müəyyən olunur ki, vergi ödəyicisinin əsas fəaliyyət növü ixtisaslaşmış mağazada geyimlərin pərakəndə satışı olsa da, faktiki dövriyyənin tamamilə kənar sahəni—aksizli malların (siqaret) ticarətini əhatə etmişdir. X7 həyata keçirilən zaman 42819 manat dəyərində mal aşkar olunmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı malların pərakəndə satışı ilə bağlı mötəbər sübut təqdim etməmişdir. Belə ki, pərakəndə satış nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilirdisə, yoxlama zamanı kassa aparatı ümumiyyətlə mövcud olmamışdır. Bu hal isə malların pərakəndə satış ehtimalını tamamilə istisna edir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının 22-25-ci bəndlərində aşağıdakılar qeyd olunmuşdur:
22. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yoxlamanın aparıldığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin müddəalarına əsasən Vergi Məcəlləsində operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkanı nəzərdə tutulmamışdır. Belə ki, qanunverici X7 zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Lakin iş üzrə materiallardan görünür ki, maliyyə sanksiyası yalnız nəzarət tədbiri anında baş tutan deyil, operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir
23. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin əks etdirdiyi hüquqi mövqeni oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab etsə də, bildirir ki, bu mövqe o halda haqlı hesab oluna bilərdi ki, hazırkı işdə iddiaçı tərəfindən malların operativ vergi yoxlamasının əhatə etdiyi dövrdən əvvəl satıldığı sübuta yetirilmiş olsun.
25. Odur ki, hazırda qiymət verilməli olan məsələ (İPM-in 12.1-ci maddəsinə əsasən) iddiaçı tərəfindən operativ vergi yoxlaması zamanı aşkar edilməyən və satıldığı iddia olunan malların nə vaxt təqdim olunduğunun müəyyən edilməsidir. Belə ki, iddiaçıya münasibətdə qəbul edilmiş qərarın qanuniliyinə hüquqi qiymət verilməsi üçün həmin malların təqdim edilmə tarixinin müəyyən edilməsi zəruridir. Məlumdur ki, vergi qanunvericiliyinə edilmiş dəyişiklikliyə görə X7 tədbiri zamanı həm də vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrü yoxlanıla bilər. Belə ki, # ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 50.4- 1-ci maddə əlavə edilmiş və həmin norma 2024-cü il ## ###### tarixdən qüvvəyə minmişdir. Həmin normaya görə, bu Məcəllənin 50.1-ci maddəsi üzrə X7 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Qeyd olunan məsələrin araşdırlması məqsədilə işin apellyasiya icraatı zamanı tərəflərdən aşağıdakı məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: 1) ##.##.2020-##.##.2022-ci il tarixləri üzrə ƏDV bəyənnamələri; 2) Qeyd olunan tarixlər üzrə gəlir vergisi bəyannamələri; 3) Alış qaimələri; 4) Satışın hansı müddətdə həyata keçirilməsinə dair məlumat; 5) Satışın həyata keçirildiyi obyekt barədə ətraflı məlumat. Cavabdehin # ###### 2025-ci il tarixli və ## ###### 2026-cı il tarixli məktubları ilə müvafiq sənədlər təqdim edilmişdir.İddiaçı tərəfindən isə qeyd olunan suallara tam cavab verəcək mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükü müəyyən bir faktın mövcud olub-olması barədə tələb irəli sürən tərəfin üzərinə qoyulan prosessual öhdəlikdir. Hazırkı halda sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələbləri baxımından iddiaçı malların operativ vergi yoxlamasının əhatə etdiyi dövrdən əvvəl satıldığını sübut etməlidir. Qeyd olunmalıdır ki, sübutetmə vəzifəsinin formal və maddi növləri hüquq nəzəriyyəsində xüsusi yer tutur. Formal sübutetmə vəzifəsi tərəflərin öz təşəbbüsü ilə mübahisəli faktları sübut etmək öhdəliyini ifadə edir, maddi sübutetmə vəzifəsi isə faktların sübut edilə bilməməsi halında tərəflərin hüquqi nəticələrlə üzləşməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, faktların araşdırılması zamanı müəyyən halların (qərar təsir edən halların) sübut olunması mümkün deyildirsə, bu zaman “non-liquet” adlandırılan vəziyyət yaranmış olur. Belə halların xüsusiyyəti ondan ibarətdir ki, faktların araşdırılmasından sonra belə, həmin halın mövcud olub-olmaması müəyyən edilə bilmir. Belə olan halda faktın mövcudluğuna da, mövcud olmamasına da eyni dərəcədə şübhə ilə yanaşılır. Bu halda maddi sübutetmə vəzifəsindən bəhs ediləcəkdir. Maddi sübutetmə adından fərqli olaraq “vəzifə” yaratmır. Çünki aidiyyəti tərəfdən müəyyən hərəkətin edilməsi tələb edilmir. Bu halda maddi sübutetmə vəzifəsi olan tərəf non-liquet vəziyyətində faktın sübut edilə bilməməsinin mənfi nəticələrinə məruz qalır və sonda sübut olunması tələb olunan faktın mövcudluğu təsdiq olmadığından proses tərəfin ziyanına başa çatır. Maddi sübutetmə vəzifəsi hüquqi nəticənin meydana gəlməsi üçün iddia olunan arqumentlərin təsdiq edilməsi öhdəliyidir. Roma hüququndan irəli gələn “in re dubia contra eum qui celavit praesumitur” və “in obscruis minimum est sequendum quod verisimus est aut quod plerumque fieri solet” qaydası isə onu nəzərdə tutur ki, şübhəli məsələni gizlədən şəxsin əleyhinə ehtimal olunur və şübhəli hallarda daha çox ehtimal edilən qəbul edilir. Əgər şəxs faktı gizlədibsə, həmin gizlətmənin nəticələri onun ziyanına təfsir olunur. Həmin qayda MPM-in 97.5-ci maddəsində belə göstərilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, iddiaçı elektron qaiməfaktura əsasında təqdim edilməyən malların topdan və ya pərakəndə satıldığını, habelə həmin mallara dair elektron qaimə-fakturanın təqdim edildiyini və ya NKA-dan çek vurulduğunu təsdiq edəcək sənədlərini, nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmiş və iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması, məhz X7nin keçirilməsi zamanı müəyyən edilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.