Məhkəmə qərarları › İş №2-1(103)-3377/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3377/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3377/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmrin ləğvi, rütbənin bərpa edilməsi”) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və XN ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5N38/202N saylı, xx.xx.202N-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 dekabr 2023-cü il tarixli, 0172rt nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissənin Kəşfiyyat rəisi - Kəşfiyyat bölməsinin rəisi polkovnik-leytenant İddiaçı rütbəsi “Mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. Əsas: N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1 nömrəli qərarından çıxarış.

2. N nömrəli hərbi hissənin komandirinin iddiaçının hərbi rütbəsinin bir pillə aşağı salınması barədə 981 nömrəli, 07 oktyabr 2023-cü il tarixli təqdimatı aşağıdakı qaydada əsaslandırılmışdır: “”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə (baş zabitlərin şərəf məhkəməsinin vəsatəti əsasında) müvafiq olaraq, hərbi rütbəsinin bir pillə aşağı salınması üçün təqdim olunur.

3. Zaqatala Hərbi Prokurorluğu tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-3/220/2-003198/23 nömrəli “qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair” Təqdimatda bildirilmişdir ki, həmin material N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı yaxın münasibətdə olduğu vətəndaş X7 ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı sonuncunun Zaqatala Hərbi Prokurorluğuna ünvanladığı 06 iyul 2023-cü il tarixli ərizəsi əsasında qeyd edilən tarixdən prokurorluqda araşdırılır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində polkovnik-leytenant hərbi rütbəsində xidmət edən İddiaçı 2022-ci ilin may ayında Mingəçevir şəhərində tanış olduğu X10 ilə bir müddət qeyri rəsmi ər-arvad münasibətlərində olmuşlar, daha sonra aralarındakı münasibət korlandığı üçür mütəmadi olaraq aralarında baş vermiş mübahisə zamanı polkovnik-leytenant İddiaçı “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə Gülnar Əkbərovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa polkovnikleytenant İddiaçı Gülnar Əkbərova ilə yaxın münasibətdə olduğu müddətdə sonuncuya hərbi xidmətlə bağlı konfidensial hesab edilən məlumatlar göndərmişdir. Qeyd edilən xüsusatlarla bağlı N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəoul edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, polkovnik-leytenant İddiaçı ailəli olduğu halda vətəndaş X10 ilə tanış olduqdan sonra sonuncuya arvadından boşanması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib, onunla qeyrirəsmi ər-arvad münasibətlərində yaşamış, ardınca isə boşanma haqqında müraciəti geri götürüb Gülnar Əkbərovanı aldadaraq hərbi qulluqçu olaraq Azərbaycan Respublikası Silahlı X2 3-cü maddəsinin "hərbi qulluqçu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmalı, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməli” tələblərini pozmuşdur. Aparılan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, polkovnik-leytenant İddiaçı Gülnar Əkbərova ilə yaxın münasibətdə olduğu müddətdə sonuncuya xəyanət etdiyini, ailəsi ilə əlaqə saxlamadığını və olduğu yeri bildirməklə onun dürüst olduğunu sübut etmək üçün hərbi xidmətlə bağlı konfidensial (əldə olunmasına məhdudiyyət qoyulmuş məlumatlar) hesab edilən məlumatları “Whatsapp" sosial şəbəkəsi vasitəsilə Gülnar Əkbərovaya göndərməklə Azərbaycan Respublikası Silahlı X1 3-cü maddəsinin “hərbi qulluqçu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmalı, hərbi sirləri möhkəm saxlamalı” tələblərini kobud surətdə pozmuşdur. Bu kimi hadisələrin gələcəkdə yol verilməməsi, hərbi qulluqçuların öz xidməti vəzifələrinin icrasına, habelə hərbi hissədən kənarda özlərini intizamlı və ləyaqətli aparmaları, cəmiyyətdə yaxşı nümunə olmaları məqsədi ilə əməli tədbirlər görülməli və polkovnik-leytenant İddiaçı intizam qaydasında cəzalandırılması məsələsinə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 8N-cü maddəsinin, "Prokurorluq haqqında" Qanunun 23-cü maddəsinin tələblərini rəhbər tutaraq, Təqdimat müzakirə edilməklə, gələcəkdə bu kimi hadisələrə yol verilməməsi, hərbi qulluqçuların hərbi xidmətlə bağlı məlumatları yaymaması, habelə onların hərbi hissədən kənarda da, hərbi qulluqçu olaraq davranış qaydalarına riayət etmələri üçün müvafiq tədbirlərin görülməsi, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant İddiaçı intizam qaydasında cəzalandırılması məsələsinə baxılması, Təqdimata baxılmasının nəticəsi və görülmüş tədbirlər barədə bir ay müddətində Zaqatala Hərbi Prokurorluğuna yazılı məlumat verilməsi təklif edilmişdir.

4. N №li hərbi hissənin komandiri tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanmış sentyabr 2023-cü il tarixli raportda aşağıdakılar göstərilmişdir: “Məruzə edirəm ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-bölmə (Q2) rəisi vəzifəsində xidmət edən polkovnik leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan ve xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümünə olmasını, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasında, qoşunların hazırkı vəziyyətinin aşkar şəkildə müzakirə etməsi kəşfiyyat məlumatlarının yayılması nəticəsində yarana biiəcək hansısa səbəbin qarşısının əvvəlcədən alınması məqsədi ilə haqqında qərar qəbul edilməsi zərurəti yarandığından baş zabitlərin şərəf məhkəməsində dinlənilməsi barəsində sərəncam verəsiniz.”

5. N №li hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1№li protokolundan görünür ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat bölməsinin (Q2) rəisi vəzifəsində xidmət edən polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olması, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçiiik rejiminə əməl etməyərək hərbi sirrin yayılması, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsi, kəşfiyyat məlumatlarını yaydığına görə hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən şəxsin işinə baxılır. Sədrlik edən polkovnik Ruslan Ağasiyev çıxış edərək N nömrəli hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat bölməsinin (Q2) rəisi vəzifəsində xidmət edən polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olması, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçiiik rejiminə əməl etməyərək hərbi sirrin yayılması, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsi, kəşfiyyat məlumatlarını yayması gələcəkdə hərbi hissənin döyüş hazırlığına mənfi təsir göstərməsi təhlükəsinə səbəb olumuşdur. Hərbi hissə komandanlığı tərəfindən xidmətində olan - nöqsanlara görə ona göstərilən iradlardan heç bir nəticə çıxarmamışdır. Sədirlik edən məhkəməyə cəlb olunan şəxsə verilən xidməti xasiyyətnamənin məzmununu və xidmət vərəqəsində komandanlıq tərəfindən ona verilən cəzaları iclasda iştirak edənlərə çatdırdı. Bundan sonra sədirlik edən məhkəməyə cəlb olunmuş şəxs barədə irad və fikirlərini bildirmək istəyən şəxslərə çıxış etmək üçün söz verdi. N nömrəli hərbi hissənin komandiri polkovnik X11 çıxış edərək bildirdi ki, polkovnikleytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunədir. Qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçiiik rejiminə. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “bir pillə aşağı vəzifəyə” keçirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etdi. N nömrəli hərbi hissənin rabitə rəisi - rabitə şöbəsinin (Q6) rəisi polkovnik Ş.Şirəliyev çıxış edərək bildirdi ki, polkovnik-leytenant İddiaçı hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasına yol verməsi və vacib məlumatların gizli saxlanılmasına əməl etməməsi ciddi nöqsandır. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. N nömrəli hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat şöbəsinin (Q2) rəisi polkovnik- leytenant X5 çıxış edərək bildirdi ki, polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində bir çox nöqsanlara yol vermişdir. Ona tutulan iradlardan nəticə çıxarmır. Hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Məxfiçilik rejiminə əməl etməyərək kəşfiyyat məlumatlarının yayılmasına yol verməsi gələcəkdə hər hansı bir mühüm tapşırığın yerinə yetirilməsinə mənfi təsir göstərə bilər. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “xidməti uyğunsuziuğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. N nömrəli hərbi hissənin qərargah rəisi - hərbi hissə komandirinin müavini mayor X9 çıxış edərək bildirdi ki, polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam- intizamsız bir zabit kimi göstərmişdir. Verilən əmr və tapşırıqları vaxtında icra etməkdə çətinlik çəkir, gündəlik xidməti vəzifələrinə səhlənkar yanaşır, bir hərbi qulluqçu kimi xidməti vəzifələrinin məsuliyyətini dərk etmir, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığı bildirdi. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. N nömrəli hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəisi mayor X6 çıxış edərək bildirdi ki, polkovnikleytenant İddiaçı məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasında, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsi qəbuledilməz haldır. Bu səbəbdən o, polkovnikleytenant İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı salınması" barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. Polkovnik-leytenant İddiaçı çıxış edərək, etdiyi səhv hərkətlərdən peşman olduğunu, gələcək xidmətində bir də belə nöqsanlara yol verməyəcəyinə, xidmətində müsbət tərəfə dönüş yaradacağına məhkəmə iştirakçılarının qarşısında söz verdi və ona köməklik göstərilməsini xahiş etdi.”

6. N №li hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olmasını, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasını, qoşunların hazırkı vəziyyətinin aşkar şəkildə müzakirə etməsini, kəşfiyyat məlumatlarını yayılmasını, özünü nizam-intizamsız bir zabit kimi göstərməsini, verilən əmr və tapşırıqları vaxtında icra etməkdə çətinlik çəkməsini, gündəlik xidməti vəzifələrinə səhlənkar yanaşmasını, bir hərbi qulluqçu kimi xidməti vəzifələrinin məsuliyyətini dərk etməməsini, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən “hərbi rütbəsinin bir piltə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması nəticəsinə gəlinmişdir.

7. N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli söhbət vərəqəsindən görünür ki, hazırkı məsələ ilə bağlı İddiaçı ilə söhbət aparılmışdır.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş iddiaçının xidmət vərəqəsindən görünür ki, ona xx.xx.2023-cü il tarixli əmrlə “töhmət” növündə, xx.xx.2023- cü il tarixli əmrlə isə “şiddətli töhmət” növündə intizam tənbehi verilmişdir.

9. İddiaçı tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanan xx.xx.2023-cü il tarixli Raportundan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) istinad edərək Azərbaycan Ordusundan ehtiyyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək polkovnikleytenant hərbi rütbəsinin əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilməsi haqqında əmrin ləğv edilməsi və polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında'’ Azərbaycan Respublikasının Qanunun həqiqi hərbi xidmətdən ehtiyata buraxılma haqqında N1.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan və sağlamlıq vəziyyətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə məhdud yararlı olan hərbi qulluqçular: zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. İddiaçı kadr zabit heyətinə aid olmaqla 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmiş, hazırda hüququndan istifadə edərək hərbi xidmətdən ehtiyata buraxılmaq niyyətindədir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində Kəşfiyyat bölmə rəisi vəzifəsində xidmət keçir. İddiaçı Komanda üzrə raportla hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixdə 10002 nömrəli qeydiyyatla müraciət etməsinə, Müdafiə nazirinə, Müdafiə Nazirliyinin Hüquq İdarəsinə, Kadrlar İdarəsinə, 218 N və N saylı hərbi hissələrin komandirinə müraciət etməsinə baxmayaraq sənədlərinin müəyyən edilmiş qaydada Müdafiə Nazirliyinə təqdim edilmədiyi, ona qarşı 218, N və N saylı hərbi hissələrin komandalığı tərəfindən qərəzçiliyə yol verildiyini bildirmişdir. İddiaçı 20 ildir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət keçdiyini, NN günlük Vətən Müharibəsində iştirak etdiyini, Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğunu bildirir. O, qeyd edir ki, bir müddət əvvəl münasibətdə olduğu X10 münasibətinin pozulduğu halda bir çox orqanlara onun barəsində əsassız şikayət etmiş, bu barədə Zaqatala Hərbi prokurorluğunda araşdırma aparılaraq əsassız şikayət olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Lakin N nömrəli hərbi hissəsinin komandiri ona qarşı qərəzli mövqe nümayiş etdirməklə xx.xx.2023-cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməsinə göstəriş vermiş, şərəf məhkəməsi keçrilən zaman onun rütbəsinin bir pillə aşağı salınması barədə qərar qəbul edilmiş və təqdimatı yuxarı komandanlığa göndərilmişdir. İddiaçı qeyd edir ki, o, Komanda üzrə raportla hərbi hissə komandirimə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, həmin tarixli müraciəti nəzərə alınmadan təqdimatı göndərilməyərək hüquqları pozulmuşdur. Lakin sonradan qərəzli şəkildə xx.xx.2023-cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatı tez bir zamanda yuxarı komandanlığa göndərilmişdir. Belə olan halda necə ola bilər ki, xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmağı barədə birinci müraciəti nəzərə alınmır, ancaq xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə onun barəsində şərəf məhkəməsi keçirilməklə təqdimatı tez bir zamanda yuxarı komandanlığa göndərilir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə onun barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatının tez bir zamanda yuxarı komandanlığa göndərilməsini əsassız hesab edərək xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmağı barədə birinci müraciətinin nəzərə alınmasını qanuna müvafiq hesab edir. İddiaçı bildirir ki, qanunla müəyyən edilmiş hərbi xidmətdən ehtiyata buraxılmaq hüququndan istifadə etmək istəyir, lakin hərbi hissə və digər yuxarı rəislərin qərəzli mövqeyi və hərəkətsizliyi ilə üzləşir. xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə “Ehtiyata buraxılmağım haqqında hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud vəzifədən, hərbi rütbə və 1-ci məharət dərəcəsi saxlanılmaqla həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı üçün N saylı hərbi hissə tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq əsaslandırılmış təqdimatın komanda üzrə təqdim edilməsi və həmin təqdimat əsasında onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun N1.0.9.-cu maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmaq vəzifəsini və məhkəmə icraatı müddətində xx.xx.2023cü il tarixdə qərəzli şəkildə barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatının yuxarı komandanığa göndərilməsi barədə icraatın dayandırılmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzrəinə öhdəlik qoyulması barədə” müraciət etmişdir. Məhkəmə icraatı vaxtı Müdafiə Nazirliyinə müraciət etmiş, ona məhkəməyə müraciət etdiyi üçün bütün icraatın dayandırıldığı bildirilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində icraat getməsinə baxmayaraq ona qarşı cavabdeh tərəfindən növbəti qərəzli mövqe nümayiş etdirilərək, polkovnik-leytenant hərbi rütbəsi əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilmişdir. Hansı ki, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə “Ehtiyata buraxılmağı haqqında hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud vəzifədən, hərbi rütbəsi və 1-ci məharət dərəcəsinin saxlanılmaqla həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı barədə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, xx.xx.2023cü il tarixdə Bakı İnzibati Məhkəməsinə “Ehtiyata buraxılmağım haqqında hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud vəzifədən, hərbi rütbə və 1-ci məharət dərəcəsi saxlanılmaqla həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı barədə məhkəməyə müraciət etməsinin nəzərə alınmaqla Müdafiə Nazirliyində onun barəsində bütün inzibati icraat dayandırılmadığı üçün polkovnik-leytenant hərbi rütbəsi əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilməsi haqqında əmr ləğv edilməli və polkovnik- leytenant hərbi rütbəsi bərpa edilməlidir.

12. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərvaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və əvvəlki rütbəsinin bərpa olunması tələbinə dair iddia tələbi əsassız olduğundan aşağıdakı səbəbdən təmin edilə bilməz. Belə ki, inzibati işin tam və hərətəfli araşdırılması, həmçinin, məhkəmənin sərəncamının icrasını təmin etmək məqsədi ilə cavabdeh tərəfindən müvafiq sorğular verilmişdir. Şəxsi Heyət Baş idarəsinin 21 mart 202N-cü il tarixli 1N/1N10 nömrəli müşayiət məktubu ilə iddiaçının “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınması barədə əmr və əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Belə ki, Müdafiə nazirinin 23 dekabr 2023-cü il tarixli müvafiq əmri ilə polkovnik- leytenant İddiaçı rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə uyğun olarq “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. Zaqatala Hərbi Prokurorluğunun təqdimatında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsində polkovnikleytenant hərbi rütbəsində xidmət edən İddiaçı 2022-ci ilin may ayında Mingəçevir şəhərində tanış olduğu X10 ilə bir müddət qeyri rəsmi ərarvad münasibətlərində olmuşlar, daha sonra aralarındakı münasibət korlandığı üçün mütəmadi olaraq aralarında baş vermiş mübahisə zamanı polkovnik-leytenant İddiaçı “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Gülnar Əkbərovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa polkovnik-leytenant Ə.Y.X8 ilə yaxın münasibətlərdə olduğu müddətdə sonuncuya hərbi xidmətlə bağlı konfidensial hesab edilən məlumatlar göndərmişdir. Qeyd edilən xüsusatlarla bağlı N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnikleytenant İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə N nömrəli hərbi hissədə xx.xx.2023-cü il tarixdə polkovnik-leytenant İddiaçı barəsində şərəf məhkəməsi keçirilmiş, xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi hərbi qulluqçulara pis nümunə olmasını məxfiçilik rejminə əməl etməyərək hərbi sirrin yayılmasını, qoşunların hazırkı vəziyyətinin aşkar şəkildə müzakirə etməsini, kəşfiyyat məlumatlarının yayılmasını, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə uyğun olarq hərbi “rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bununla da yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı polkovnik-leytenant İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması əsaslı və qanunamüvafiq olmuş və heç bir pozuntuya yol verilməmişdir. Bununla da yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı polkovnikleytenant İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması əsaslı və qanunamüvafiq olmuş və heç bir pozuntuya yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5N38/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti odur ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, 0172rt nömrəli əmrin ləğv edilməsi üçün əsas yoxdur. Başqa sözlə mübahisələndirilən əmr yuxarıda istinad olunan qanunvericilik normalarının tələbləri baxımından qanuni olmuşdur.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5N38/202N saylı, xx.xx.202N-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması mübahisəsil ilə bağlı məhkəmə icraatı müddətində xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə iddiaçının barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatı yuxarı komandanığa göndərilməsi barədə icraatın dayandınlmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzrərinə öhdəlik qoyulması barədə müraciət etmişdir. Məhkəmə icraatı vaxtı Müdafiə Nazirliyinə müraciət etmişdir, ona cavab verilmişdir ki, məhkəməyə müraciət etdiyiniz üçün bütün icraat dayandırılmışdır. Lakin xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində icraat getməsinə baxmayaraq iddiaçıya qarşı cavabdeh tərəfindən növbəti qərəzli mövqe nümayiş etdirilərək, polkovnik-leytenant hərbi rütbəsi əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilmiş və məharət dərəcəsi ləğv edilmişdir.İkinci dəfə məhkəməyə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5N38/202N nömrəli iş üzrə müraciət etmişdir ki, rütbəsi bərpa edilsin, lakin məhkəmə cavabdehin formal xarakterli saxta etirazını nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmağı barədə birinci müraciəti nəzərə almadan, hazırda bu iş barədə icraat getməsinə məhəl qoymadan, əvvəlki iddia ərizəsi üzrə Şirvan İnzibati Məhkəməsinin 2-l(120)-3259/202N nömrəli iş üzrə icraat aparılmasına baxmadan, ətraflı araşdırma aparmadan, iddiaçıya hüquqi yardım göstərmədən, cavabdeh məhkəməni saymayaraq məhkəməyə gəlməməsinə baxmayaraq cavabdehin vəkili rolunda çıxış edərək iddia tələbini təmin etməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 2N.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 2N.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3- cü maddəsinə əsasən, hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. 33.N-cü maddəsinə əsasən, ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Azərbaycan Respublikası Silahlı X3”ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur.

21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: N1-ci maddəsinə əsasən, hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. 69-cu maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 9N.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakı səbəblərə görə iddiaçının apellyasiya şikayətini əsassız hesab edir.

27. Belə ki, hazırkı işin halları ilə müəyyən edilir ki, hərbi qulluqçu olmuş iddiaçının hərbi hissədən kənar davranışı ilə bağlı şikayət əsasında Zaqatala Rayon Hərbi Prokurorluğunda araşdırılma aparılaraq şikayət əsassız olduğu üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, iddiaçının hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı X1 3-cü bəndinin tələblərini pozduğu müəyyən edilmiş və onun intizam qaydasında cəzalandırılması üçün N saylı hərbi hissə komandanlığına qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat göndərilmişdir. Təqdimatın icrası ilə bağlı N nömrəli hərbi hissə komamndirinin yuxarı komandanlıq qarşısında raportu əsasında N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsi təşkil edilmiş, şərəf məhkəməsinin xx.xx.2023-ü il tarixli qərarı ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən iddiaçının “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və hazırda mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0172rt №-li şəxsi heyət üzrə əmri əsasında onun rütbəsi “Mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır.

28. Hərbi hissənin baş zabitlərinin “Şərəf məhkəməsi”nin xx.xx.2023-cü il tarixli protokolundan məlum olur ki, iddiaçı əməlini etiraf edərək gələcək xidmətində belə nöqsanlara yol verməyəcəyini bildirmişdir. Həmçinin iş materialları ilə o da müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli əmrlə “töhmət” növündə, xx.xx.2023-cü il tarixli əmrlə isə “şiddətli töhmət” növündə intizam tənbehi verilmişdir. Həmin əmrlərin ləğv edilməsi, qüvvədən düşməsi, həvəsləndirmə qaydasında vaxtından əvvəl götürülməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya verilmiş hazırkı intizam cəzası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə, həmçinin “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 69-cu maddəsinin və Azərbaycan Respublikasının Silahlı X1 tələblərini pozmamaqla hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmuşdur.

29. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, 0172rt nömrəli əmrin ləğv edilməsi üçün əsas yoxdur.Mübahisələndirilən əmr bu qərarda tətbiq olunan qanunvericilik normalarının tələbləri baxımından qanuni olmuşdur.

30. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması mübahisəsil ilə bağlı məhkəmə icraatı müddətində xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə iddiaçının barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatı yuxarı komandanığa göndərilməsi barədə icraatın dayandınlmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzrərinə öhdəlik qoyulması barədə müraciət etmişdir. Məhkəmə icraatı vaxtı Müdafiə Nazirliyinə müraciət etmişdir, ona cavab verilmişdir ki, məhkəməyə müraciət etdiyiniz üçün bütün icraat dayandırılmışdır. Lakin xx.xx.2023cü il tarixdə ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində icraat getməsinə baxmayaraq iddiaçıya qarşı cavabdeh tərəfindən növbəti qərəzli mövqe nümayiş etdirilərək, polkovnik-leytenant hərbi rütbəsi əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilmiş və məharət dərəcəsi ləğv edilmişdir.

31. Apellyasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı barəsində qərəzli olması iş materialları ilə təsdiqini tapmır.Əksinə hazırkı işin halları ilə müəyyən edilir ki, hərbi qulluqçu olmuş iddiaçının hərbi hissədən kənar davranışı ilə bağlı şikayət əsasında Zaqatala Rayon Hərbi Prokurorluğunda araşdırılma aparılaraq şikayət əsassız olduğu üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, iddiaçının hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı X1 3-cü bəndinin tələblərini pozduğu müəyyən edilmiş və onun intizam qaydasında cəzalandırılması üçün N saylı hərbi hissə komandanlığına qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat göndərilmişdir. Təqdimatın icrası ilə bağlı N nömrəli hərbi hissə komamndirinin yuxarı komandanlıq qarşısında raportu əsasında N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsi təşkil edilmiş, şərəf məhkəməsinin xx.xx.2023-ü il tarixli qərarı ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən iddiaçının “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və hazırda mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0172rt №-li şəxsi heyət üzrə əmri əsasında onun rütbəsi “Mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır.

32. Həmçinin apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə cavabdehin formal xarakterli saxta etirazını nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmağı barədə birinci müraciəti nəzərə almadan, hazırda bu iş barədə icraat getməsinə məhəl qoymadan, əvvəlki iddia ərizəsi üzrə Şirvan İnzibati Məhkəməsinin 2-l(120)- 3259/202N nömrəli iş üzrə icraat aparılmasına baxmadan, ətraflı araşdırma aparmadan, iddiaçıya hüquqi yardım göstərmədən, cavabdeh məhkəməni saymayaraq məhkəməyə gəlməməsinə baxmayaraq cavabdehin vəkili rolunda çıxış edərək iddia tələbini təmin etməmişdir.

33. Apellyasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının cavabdehlə ehtiyata buraxılma ilə bağlı mübahisəsinin, yaxud məhkəmənin icraatında digər işinin olmasına görə hazırkı işin baxılmasına və qanuni qərar qəbul edilməsinə mane olan sübutlar, həmçinin hazırkı işin icraatının dayandırılmasına əsaslar müəyyən edilmir.

34. Həmçinin, iddiaçı şikayətində ətraflı araşdırma aparmadan, iddiaçıya hüquqi yardım göstərmədən məhkəmənin iddia tələbini təmin etməməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, ətraflı araşdırma aparılmamasının nədən ibarət olması, iddiaçıya hansı halla bağlı hüquqi yardım göstərilməli olması ilə bağlı konkret faktlara iddiaçı istinad etməmişdir.

35. Bundan başqa cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinə baxmayaraq məhkəmənin iddia tələbini təmin etməməsi dəlili də əsassızdır.Çünki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir.

36. Həmçinin, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflərin (nümayəndəsi) məhkəmə iclasında iştirak etməməsi məhkəmənin işə baxmasına maneə deyildir.

37. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5N38/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 9N.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5N38/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar