Məhkəmə qərarları › İş №2-1(103)-3377/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3377/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3377/2025 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı "cavabdehin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarlarının ləğv olunması" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Cavabdehin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən, ##.##.2022 - ##.##.2023-cü il tarixdə cəmi 109,7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışında "Şayba x20, kəpənək probka, şlanq N ** və s." qeyd olunduğu halda, alışında, idxalında qeyd olunduğu müəyyən edilmədiyindən iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ilə iddiaçıya 2022-ci il üzrə 19700,16 manat əlavə gəlir vergisi hesablanmışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarlar əsassız olmaqla yanaşı, həm də iddiaçının əlavə vergi məsuliyyətinə cəlb olunmasına səbəb olduğundan, ləğv edilməlidir. Cavabdeh iddiaçını riskli vergi ödəyicisi kimi hesab etsə də, onun tərəfindən aparılmış hansı əməliyyatların riskli olduğunu əsaslandıra bilməmiş, ümumiyyətlə formal əsaslara söykənərək iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal hazırlanmışdır. Həmçinin, keçirilmiş kameral vergi yoxlaması nəticəsində cavabdehin ##.##.2023-cü il tarixli qərarı ilə 2022-ci ilin gəlir vergisi üzrə iddiaçıya 19700 manat məbləğində əlavə vergi hesablanmışdır. Cavabdeh həmin vergi məbləğini hesablayarkən iddiaçının riskli vergi ödəyicisi olduğunu nəzərə almış, eyni zamanda, alınan mallar ilə bağlı alış aktının olmadığına əsaslanmışdır. Halbuki cavabdeh iddiaçı tərəfindən alınan malların Bakı Sədərək Ticarət Mərkəzindən alındığını, həmin malların alınmasını təsdiq edən qaimə-fakturaların olduğunu nəzərə almamış, bununla da iddiaçını əlavə vergiyə cəlb etmişdir. Bundan başqa, qanunvericilikdə malların vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən alınmasını qadağan edən və ya məhdudlaşdıran hər hansı hüquq norması mövcud deyildir. Başqa sözlə, hazırkı halda hətta alış aktının və ya elektron qaimə-fakturanın olmaması belə, vəziyyəti iddiaçının ziyanına dəyişmir, çünki iddiaçının malları aldığı fiziki və ya hüquqi şəxslər ilə arasında qaimə-fakturalar mövcuddur. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmetini təşkil edən qərarlar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" sözügedən məsələni tənzimləyir. Belə ki, aparılmış təhlillər zamanı iddiaçı, həmin Meyarların 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarda ##.##.2022 - ##.##.2023-cü il tarixlərdə ümumilikdə 109,7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Şayba x20, kəpənək probka, şlanq N ** və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə iddiaçının alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Təhlil zamanı iddiaçının cari tarixədək riskli əməliyyatlarla əlaqədar təqdim etdiyi qaimə-fakturaları ləğv etmədiyi, o cümlədən əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Iddiaçı öz ərizəsində yuxarıda qeyd olunan halları formal əsaslar adlandırsa da, qeyd olunan əsaslar sözügedən Meyarlarda öz əksini tapdığından heç bir formallıqdan söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Kameral hesablamaya münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" ##.##.2021-ci il tarixli ***-VIQD nömrəli Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilmişdir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyd olunanlarla əlaqədar vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" ##.##.2023-cü il tarixli **************** nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim olunması tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 19700,16 manat gəlir vergisi hesablanmasına dair "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul olunmuşdur. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərar və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərar ləğv edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin yaranmasının səbəbi iddiaçı tərəfindən ##.##.2022 - ##.##.2023-cü il tarixlərdə ümumilikdə 109,7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Şayba x20, kəpənək probka, şlanq № ** və s." qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməməsidir. Iddiaçının qeyd edilən dövr üzrə daxil olmasının 103593,80 manat olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Iddiaçı əldə etdiyi gəlirlərlə bağlı xərc sənədlərini təqdim edə bilməmiş, gəlir vergisi bəyannaməsində vergi öhdəliyini bəyan etməmiş, buna baxmayaraq ödəmə mənbəyində vergi nəzərə alınmadan hesabat dövründə cəmi 6238,30 manat olmaqla gəlir vergisi və sadələşdirilmiş vergi ödəmişdir. Cavabdeh gəlirin əldə edilməsi ilə bağlı yalnız 5092,98 manat xərci nəzərə almış (gəlirdən çıxılan xərc), belə olan təqdirdə vergiyə cəlb olunan gəlir 98500,82 manat olmaqla mübahisələndirilən qərarla cəmi 19700,16 manat gəlir vergisi (98500,82x20%) hesablanmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi xidmət nəticəsində gəliri qəbul edildiyi təqdirdə, həmin xidmətin göstərilməsi nəticəsində xərclərin çəkilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Satışında olmasına baxmayaraq, alışında və ya idxalında həmin əmtəənin olmaması avtomatik olaraq əməliyyatın riskli olması və ya ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Bu, yalnız ödəyicinin xərc(lər)ini təsdiq etməməsi ilə nəticələnə bilər. Odur ki, nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. Əgər müvafiq təqdimetmə əmtəəsiz hesab edilirsə, o zaman həmin əməliyyatdan əldə edilmiş gəlir də vergitutma obyekti kimi nəzərə alınmamış olmalıdır. Lakin vergi orqanı tərəfindən həmin təqdimetmədən əldə edilən gəlir(lər) haqlı olaraq vergitutma obyekti kimi qiymətləndirilir. Həmçinin, riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərinin və xərclərinin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) vergi ödəyicisinin 75 faiz güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. Iddiaçı hesabat dövründə gəlir vergisi ödəyicisi olsa da, ödəyici tərəfindən (yanlışlıqla) ödənilmiş sadələşdirilmiş vergi, eləcə də gəlir vergisi cavabdeh tərəfindən nəzərə alınmamış, bu isə, iddiaçı üçün əlavə vergi öhdəliyi yaratmışdır. Halbuki vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb olunan gəliri 98500,82 manat olmaqla nəzərə alındığı və mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququ tətbiq edildiyi təqdirdə iddiaçının vergi öhdəliyi 4925,04 manatdan çox təşkil etməməli (98500,82 manat-75%=24625,20 manat; 24625,20 manatx20%=4925,04 manat) idi. Vergi orqanı nəzərə almamışdır ki, iddiaçı tərəfindən müvafiq bəyannamədə göstərilməsə belə, 4443,30 manat gəlir vergisi və 1795 manat sadələşdirilmiş vergi (sadələşdirilmiş vergi ödəyicisi olmamasına baxmayaraq), cəmi 6238,30 manat ödənilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə əlavə hesablama ədalətli hesab edilə bilməz. Cavabdeh iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də maddənin tətbiqi şərtlər konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilir ki, iddiaçı hesabatlarının təqdim edilməsində və vergi mükəlləfiyyətlərinin icrasında yanlışlığa yol vermişdir, bu isə onun vergi güzəştindən məhrum edilməsinə əsas ola bilməz. Odur ki, iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması cavabdeh tərəfindən sübut edilməli olan haldır və məhkəmə iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olduğu qənaətinə gəlmir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazın dəlilləri, eləcə də istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSINDƏ APARILAN BIRINCI ICRAAT: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, meyarların hazırda qüvvədə olmayan 3.1.1-ci yarımbəndinə görə, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, şəxs riskli vergi ödəyicisi hesab oluna bilərdi. Bu hala istinad üçün şəxsin həm alışını, həm də satışını təsdiq edən sənədlər mövcud olmalı və həmin malların müxtəlif çeşiddə olduğu müəyyən edilməlidir. Hazırkı halda isə, iddiaçının alışını təsdiq edən sənədlər mövcud deyildir. Belə olan halda, iddiaçının satdığı malların sənədsiz aldığı mallarla fərqli çeşiddə olması (müqayisə üçün hər iki malın mövcudluğu tələb olunduğundan) iddia edilə bilməz. Cavabdeh Meyarların 3.1.1-ci bəndini düzgün şərh etməyərək alışı olmayan malı fərqli çeşiddə olan mal kimi qiymətləndirmişdir. Lakin bunun yolverilməz olduğu nəzərə alındıqda, cavabdehin Meyarların 3.1.1-ci bəndinə istinadən iddiaçını riskli vergi ödəyicisi hesab etməsi əsassız sayılmalıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə kassasiya icraatı zamanı, cavabdeh tərəfindən vəsatət verilərək tərəflərindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın ləğv edildiyi, müvafiq dövr üzrə iddiaçı barəsində yeni - ##.##.2024-cü il tarixli *-**-*- */*-******/**** nömrəli qərarın qəbul edildiyi və yeni qərara əsasən öncəki qərar üzrə hesablanmış əlavə vergi məbləğinin iddiaçının şəxsi hesab vərəqəsində azaldıldığı bildirilmiş və ##.##.2023-cü il tarixli **************** nömrəli qərara münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd edilən vəsatətinə müvafiq qaydada baxmalı, həmin vəsatətə, eləcə də iddiaçı barəsində qəbul edildiyi bildirilən ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərara iddiaçının münasibəti müəyyən edilməli, iddiaçının həmin qərarla razılaşmadığı təqdirdə, iddiaçı ilə tələbinin dəqiqləşdirilməsi imkanlarını müzakirə etməli və ona bu istiqamətdə hüquqi yardım göstərməlidir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" (##.##.2024-cü ilədək qüvvədə olan redaksiyada):

1. Ümumi müddəalar 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

2. Riskli vergi ödəyicisinin meyarları 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

"Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1 Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Apellyasiya icraatı zamanı iddiaçı məhkəmə kollegiyasına ərizə verərək iddia tələbinin həcmini azaltmış və cavabdehin yalnız ##.##.2023-cü il tarixli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi" barədə qərarının ləğv olunmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin qərarda əksini tapmış hüquqi mövqeyə uyğun araşdırma aparmışdır. Iş materiallarına əsasən, cavabdeh mübahisələndirilən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarla iddiaçını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab etmişdir. Bu zaman cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalar üzrə ##.##.2022 - ##.##.2023-cü il tarixlərdə cəmi 109,7 min manat dəyərində müvafiq malların iddiaçının satışında qeyd olunduğu halda, onun alışında və idxalında həmin malların müəyyən edilmədiyinə, başqa sözlə, həmin malların alışına dair sənədlərin mövcud olmadığına istinad edilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında ifadə edilmiş mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Meyarların hazırda qüvvədə olmayan 3.1.1-ci yarımbəndinə görə, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, şəxs riskli vergi ödəyicisi hesab oluna bilərdi. Bu hala istinad üçün şəxsin həm alışını, həm də satışını təsdiq edən sənədlər mövcud olmalı və həmin malların müxtəlif çeşiddə olduğu müəyyən edilməlidir. Hazırkı halda isə, iddiaçının alışını təsdiq edən sənədlər mövcud deyildir. Belə olan halda, iddiaçının satdığı malların sənədsiz aldığı mallarla fərqli çeşiddə olması (müqayisə üçün hər iki malın mövcudluğu tələb olunduğundan) iddia edilə bilməz. Cavabdeh Meyarların 3.1.1-ci bəndini düzgün şərh etməyərək alışı olmayan malı fərqli çeşiddə olan mal kimi qiymətləndirmişdir. Lakin bunun yolverilməz olduğu nəzərə alındıqda, cavabdehin Meyarların 3.1.1-ci bəndinə istinadən iddiaçını riskli vergi ödəyicisi hesab etməsi əsassız sayılmalıdır. Birinci instansiya məhkəməsi isə öz qərarının "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsinə dair hissəsini belə əsaslandırmışdır ki, iddiaçının satışında olmasına baxmayaraq, alışında və ya idxalında həmin əmtəənin olmaması avtomatik olaraq əməliyyatın riskli olması və ya ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. Cavabdeh bu hərəkətləri etmədiyinə görə iddiaçını riskli vergi ödəyicisi hesab etməkdə haqlı olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qərarının qeyd olunan hissəsini düzgün əsaslandırmamışdır. Belə ki, Meyarların hazırda qüvvədə olmayan 3.1.1-ci yarımbəndinə görə, şəxsin riskli vergi ödəyicisi hesab oluna bilməsi üçün vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyinin aşkar edilməsi tələb olunduğu, lakin bunun müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsi buna diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi səhvən hesab etmişdir ki, iddiaçının satışında olmasına baxmayaraq, alışında və ya idxalında həmin əmtəənin olmaması avtomatik olaraq əməliyyatın riskli olması və ya ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz, vergi orqanı ehtimallara deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri (operativ vergi nəzarəti) keçirərək yoxlamanın nəticələrinə əsaslanmalıdır. Deməli, "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı qanunsuz olsa da və iddiaçı onun ləğvini tələb etməkdə haqlı olsa da, birinci instansiya məhkəməsi həmin tələblə bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarını məhz bu səbəbdən ləğv etmişdir. Bundan başqa, iş təkrar apellyasiya baxışında olduğu zaman iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehin yalnız ##.##.2023-cü il tarixli qərarının ləğv olunmasını tələb etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının digər ("Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın ləğv olunması tələbi) hissəsinin də olduğu kimi saxlanılmasına zərurət qalmamışdır. Beləliklə, kollegiya bu qənaətə gəldi ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilməklə, dəyişdirilmiş iddia təmin edilməli və cavabdehin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ləğv olunmalıdır. Apellyasiya şikayəti iddianın rədd edilməsi hissəsində təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ləğv edilsin və yeni qərar qəbul olunsun. Iddiaçı İddiaçı iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar