Məhkəmə qərarları › İş №2-1(103)-3379/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3379/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3379/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs "xxxx" MMC cəlb olunmaqla) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının ünvan 3 ünvanına aid olan hissəsinin, "xxxx" MMC tərəfindən zəbt edilməyən ünvanda MMC tərəfindən inşa edilmiş 13 mərtəbədən ibarət olan binanın altında (tikintialtı) olmayan, faktiki olaraq istifadəsində olan 360 kv.m-lik həyətyanı torpaq sahəsi üzərində ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sərəncam onlara məxsus olan hissəsində qəbul edildiyi andan (xx.xx.2019-cu il) ünvanın mülkiyyətçilərinin konstitusion əsas hüquqlarını kobud pozmaqla qanuni mənafelərinə toxunmuşdur. Belə ki, ünvana məxsus olan 552.8 m2 -lik həyətyanı torpaq sahəsi Sərəncamın qəbulundan öncədən Nərimanov Rayon Məhkəməsində atası A.Mövlamovun iddia ərizəsi əsasında (ƏMDX DƏDRX-ə, payçılar: Hümbətova və Həşimova qarşı) başlamış – may 2019-cu il tarixdən2(005)- 2874/2019 saylı mülki iş üzrə məhkəmə mübahisə predmeti olmuşdur. Bu barədə cavabdeh RİH-in dəftərxanasına şəxsən təqdim edilərək, surətlərinə müvafiq qeydlər (tarix, ştamp) edilməklə dəfərlərlə yazılı xəbərdarlıqlar edilmiş, Konstitusiyanın 71-ci maddəsinə riayət edilməsi tələb edilmişdir. AR Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR qanunu qəbul edilənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinin tələb və göstərişinə tam uyğun olaraq Təbriz küçəsi, ev 34 ünvanına dair tərtib edilmiş 1961-ci il tarixli (xx.xx.2001-ci il tarixədək) texniki pasportun 1-ci səhifəsində həyətyanı torpaq sahəsinin ölçüsü barədə qeyd – 552.8 m2 göstərilmişdir ki, bu da hüquqmüəyyənedici sənəd qismində çıxış edir. DƏDKR phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin bunu təsdiq edən xx.xx.2023-cü il tarixli məktubu, həmçinin MMC-nin ünvana münasibətdə (sərəncam əsasında) hər hansı bir hüququnun DƏDKR-da qeydə alınmadığına dair xx.xx.2023-cü il tarixli məktubları da iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasına sübut göstərərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3274/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13683/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadları RİH-in Sərəncam qəbul edərkən 2874/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasını – həyətyanı torpaq sahəsi üzərində mübahisələndirilən hüquqa məhkəmədə aydınlıq gətirilənədək gözləməli olduğunu təsdiq edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı ərizə ilə ünvan 5 ünvanında mərhum atası Allahverdi Mövlamova məxsus fərdi yaşayış evində "xxxx" MMC tərəfindən hüquqlarının pozulması, mübahisəli torpaq sahəsi üzrə hüquqlarının qeydiyyatına dair müvafiq inzibati aktın qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixli, 5-14.7- M-51.4- 071/3/2024 №-li məktub ünvanlanmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamı ilə RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir (Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquqi qüvvəsindədir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 №-li Qərarının 4-cü bəndi ilə 1 avqust 2018-ci il tarixinədək Pilot layihə çərçivəsində tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi haqqında sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə davam etdirilməsi nəzərdə tutulmuşdur. Şikayətdə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxsaylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də, mübahisə predmeti üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh başçısının 21,06.2019-cu il tarixli, 161 №-li Sərəncamının ləğv edilməsi yolverilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 2-3(103)-30/2024 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Nərimanov RİH-in xx.xx.2019-cu il tarixli 161 nömrəli Sərəncamının qanunauyğunluğunun yoxlanılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Qeyd edilənlərlə əlaqədar, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərar (qərardad) qəbul edilməsi xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək ünvan 3 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsinə aid olan hissəsində AR Konstitusiyasının 7-ci, 12-ci,13-cü, 26-cı, 29-cu, 60-cı, 68-ci, 71-ci maddələrinin tələblərinə zidd olduğunu, 148-ci maddəsinin tələbinin (hissə V) kobud pozulması ilə qəbul edildiyini, 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanla (“Siyahı”nın 2.4-cü bəndi) yarandığı müəyyən edilmiş hüququn həyata keçirilməsini (DƏDKR-da dövlət qeydiyyatına alınmasını) məhdudlaşdırdığını (Fərmana ziddi olduğunu), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3274/2019 saylı (xx.xx.2019), Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-13683/2019 saylı (xx.xx.2019) qərardadlarını, 2(103)-2107/2021 saylı (xx.xx.2021), 2(103)-675/2022 saylı (xx.xx.2022) qətnamələrini, AR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 5603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını nəzərə alaraq, cavabdehin 161 saylı (xx.xx.2019) Sərəncamının AR İPM-in 2.2.2ci və 33-cü maddələrini əldə rəhbər tutaraq, hissəvi - Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan 552.8 m2 -lik həyətyanı torpaq sahəsinin, "xxxx" MMC tərəfindən zəbt edilməmiş 360 (üç yüz altmış) kvadrat metrədək ölçüsü olan torpaq sahəsi üzərində etibarsız hesab edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadı (hakim T.Məlikov) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin hallarına uyğun iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası A.M.Mövlamov xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ünvan 3 ünvanında A (111,5 kv m) tikilisinin 13/256 hissəsinin, B (118,4 kv.m.) tikilisinin isə tam hissəsinin hüquq sahibi olmuşdur. Bakı 1 saylı ASAN xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli şəhadətnaməsinə əsasən iddiaçı və bacısı A.İ.Qurbanova ataları A.Mövlamovun hüquqi varisləri olaraq tanınmışlar. İşdən də aydın göründüyü kimi, Cavabdehin xx.xx.2019-cu il tarixli, 161 nömrəli sərəncamı ilə ən ali konstitusion hüquqları olan mülkiyyət hüququ pozulmuş, şəxsin iradəsinə zidd olaraq mülkiyyətindən məhrum edilməsinə gətirib çıxaran akt qəbul edilmişdir. Hesab edirlər ki, sözügedən sərəncam qəbul edildiyi andan etibarsız olmuşdur, odur ki, aktın etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. İddia ərizəsinə əlavə edilmiş ƏMDX DƏDKR PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubu, ünvan 6 ünvanlı fərdi yaşayış evinə dair tərtib edilmiş 1961-ci il tarixli (xx.xx.2001-ci il tarixinədək) Texniki Pasportda həyətyanı torpaq sahəsi barədə məlumat (552.8 kv m) qeyd edilmişdir ki, bu da hüquq müəyyən edici sənəddir. Cavabdeh ünvan 7 ünvanın mülkiyyətçilərinin Fərmanla (439 saylı, xx.xx.2015.) müəyyən edilmiş hüquqlarının həyata keçirilməsini torpaq üzərində xüsusi növ mülkiyyət hüququnun dövlət qeydiyyatını məhdudlaşdırmışdır. Sərəncam Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsinə aid olan hissəsində AR Konstitusiyasının 148-ci maddəsinin 1-ci və 5-ci hissələrinin tələblərinin pozulması ilə qəbul edilib və qəbul edildiyi andan etibarsızdır. Məhkəmə iddiaçının konstitusion əsas hüququnun cavabdehin Konstitusiyaya zidd Sərəncamı əsasında pozulması faktına göz yumub. Məhkəmə iddiaçının aktın ləğvini nəzərdə tutduğunu əsas gətirərək iddiaya mübahisələndirmə növündə iddia kimi qiymət vermişdir. Məhkəmə həm də ona görə bu qənaətə gəlmişdir ki, etibarsızlığın tanınması ilə bağlı şərtlər (ən azı qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir. Məhkəmə, inzibati aktların etibarsızlığının tanınması haqqında iddiaların xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabe olduğunu bildirərək, hazırkı iş üzrə həmin şərtlərin olmadığını göstərsə də, öz qərarını həmin hissədə əsaslandırmamış və sadəcə qısa müddətdə tanınma marağının olmadığını bildirmişdir. Halbuki, işdən də aşkar surətdə görünür ki, mübahisəli əmlak vərəsəlik qaydasında xx.xx.2023-cü il tarixdə keçmişdir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir, iş materiallarından göründüyü kimi iddiaçının atası eyni sərəncamın ləğv edilməsi üçün əvvəllər inzibati məhkəmədə iddia qaldırmış, həmin icraat çərçivəsində iddiaya hüquqi qiymət verilmiş, mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Həmçinin iddiaçıya və digər şəxslərə qarşı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə qaldırılmış iddialarda da yuxarıda qeyd edildiyi kimi, Nərimanov RİH-in xx.xx.2019-cu il tarixli, 161 nömrəli sərəncamının rekvizitləri və məzmunu aşkar göstərilmiş, məhz həmin sərəncama istinadən iddiaçıya və digər şəxslərə qarşı mənzilin boşaldılması ilə bağlı iddia qaldırılmışdır. Həmçinin məhkəmə iclası zamanı verdiyi izahatda iddiaçı özü də qeyd edilən sərəncamdan 2019-cu ildən məlumatlı olduğunu inkar etməmiş və qeyd olunan mülki məhkəmə icraatı üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etdiyini bildirmişdir. Buna baxmayaraq iddiaçı hüquqlarını məhdudlaşdırdığını hesab etdiyi həmin inzibati aktdan təkzibolunmaz şəkildə məlumatlı olmasına baxmayaraq həmin aktın etibarsız hesab edilməsi ilə bağlı təxminən 5 il sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəmə iddia irəli sürmüş, bununla da, mübahisələndirilən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür, odur ki, məhkəmə hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi addımını əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi və iddiaçı tərəfindən tükənmiş hüquqi müdafiə vasitələrinin davamı kimi qiymətləndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin növünü əsassız olaraq mübahisələndirmə növündə iddia kimi qiymətləndirməklə və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etməklə iddia tələbini mümkünsüz saymışdır. Belə ki, iddiaçı hazırki iddia tələbinin hüquqi əsası kimi Cavabdeh başçısının belə sərəncam qəbul etməkdə səlahiyyətli olmadığına istinad etmişdir. Bu əsasla da iddiaçı həm birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı, həm də apellyasiya icraatı zamanı təqdim etdiyi ərizələrdə tələbinin məhz Bakı şəhəri Cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının iddiaçının faktriki sahiblik və istifadəsində olan torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsindən ibarət olduğunu qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ ilə müxtəlif paylarda payçıların, o cümlədən hazırki iş üzrə iddiaçının atası X1 payı 13/256 hissə olmaqla müvafiq olaraq xx.xx.2010 və xx.xx.2014-cü il tarixlərdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Çıxarışda fərdi yaşayış evinin yerləşdiyi O,0291 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, payçıların istifadəsində olması qeydə alınmışdır. Bakı şəhəri Nərimanov rayon İHB-nın xx.xx.2017-ci il tarixli 267 №li sərəncamı ilə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,884 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İHB-nın xx.xx.2019-cu il tarixli 161 №li sərəncamı ilə Bakı şəhəri Nərimanov rayon İHB-nın xx.xx.2017-ci il tarixli 267 №li sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0,884 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair vaxtilə iddiaçının babası X2 adına verilmiş hüquqmüəyyənedici sənədlər, tikilinin reyestrindən çıxarışı və bır sıra müqavilələr məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gətirdiyi dəlil də inzibati aktın ləğvi üçün deyil, onun məhz etibarsızlığı üçün əsas yaratdığını birinci instansiya məhkəməsi nəzərə almamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbinin qanuni əsasını İnzibati icraat haqqında Qanunun 65.1.2-ci maddəsi təşkil etdiyi halda birinci instansiya məhkəməsi hazırki tələbə mübahisələndirmə haqqında iddia növündə qiymət verərək iddianın mümkünlüyü üçün müddətlə bağlı xüsusi şərtə istinad etmişdir. Halbuki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınması haqqında iddia qaldırılması üçün müddət məhdudiyyəti mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar