Məhkəmə qərarları › İş №2-1(103)-338/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-338/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-338/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X15 və üçüncü şəxs X7 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar "xxxx" mənzil tikinti kooperativinin, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6748/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar "xxxx" mənzil tikinti kooperativi (bundan sonra mətndə "xxxx" MTK), İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdehnə və Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv. metr sahəsi olan zirzəminin üçüncü şəxs X9 icarəyə verilməsi və alqı-satqı müqaviləsi əsasında satılması ilə bağlı cavabdehin qərarlarının, icarə müqavilələrinin, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında X9 verilmiş RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” saylı kooperativ binası "xxxx" MTK-ya məxsusdur, 1975ci ildə inşa olunmuşdur və istifadəyə verilmişdir. Həmin binanın və zirzəminin MTK-ya məxsus olmasını ƏMDK tərəfindən verilmiş “Reyestrdən Çıxarış”ın surəti təsdiq edir. İnşa işləri kooperativin üzvlərinin vəsaiti hesabına aparılmışdır. Həmin bina 9 mərtəbədən və zirzəmidən ibarətdir. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli evin 32 saylı mənzili - İddiaçı2 və Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli evin 13 saylı mənzili - İddiaçı3 xüsusi mülkiyyətlərindədir. Həmin mənzillərə dair dövlət reyestri xidməti tərəfindən müvafiq sənədlər verilmişdir. Bu yaxın vaxtlarda, onlara məlum olmuşdur ki, üçüncü şəxs X12 Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli evin altındakı zirzəminin bir hissəsini alqı-satqı vasitəsi ilə özəlləşdirmişdir. 2020-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər, uzun çəkən məhkəmə mübahisələrindən sonra müəyyən olunmuşdur ki, mübahisə ilə bağlı İnzibati Məhkəməyə müraciət olunmalıdır. Bununla əlaqədar olaraq, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” ünvanında yerləşən 150.6 kv.metr zirzəminin icarəyə verilməsi və özəlləşdirilməsi barədə qərarların, icarə və alqı-satqı müqavilələrinin və dövlət əmlakının Registrindən çıxarışın ləğv edilməsi barədə ƏMDX-yə ərizə ilə müraciət ediblər. Müraciətlərinə cavab olaraq, ƏMDX-nin 28 yanvar 2022-ci il tarixli, **********56 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi"nə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” ünvanında yerləşən qeyriyaşayış sahəsi dövlət mülkiyyətində olmuş və həmin əmlaka dair dövlət əmlakının registrində qeydiyyat aparılmışdır. Dövlət mülkiyyətində olan qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirildiyi bildirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli 9 mərtəbəli bina və altındakı zirzəmi binanın sakinlərinə məxsusdur və həmin zirzəmidən bütün sakinlər istifadə etmək hüquqları vardır, həmin zirzəmilərdən binanın komunikasiya xətləri keçir. Mübahisəli olan zirzəminin, icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından iddiaçıların heç bir məlumatları olmamışdır. Hazırda sakinlərin vəsaiti hesabına tikilən binanın altındakı ümumi istifadəyə nəzərdə tutulan zirzəmi alqı-satqı əsasında müqavilə ilə satıldığından hüquqları pozulur. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət ediblər. Qanunvericiliyə görə zirzəmidən kommunikasiya xətləri keçdiyindən, satıla bilməzdi. Bundan başqa həmin mübahisəli olan sahə zirzəmi olduğu halda çıxarışda həmin sahə sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir, halbuku həmin sahə zirzəmidir. Hazırda həmin icarə müqaviləsi, alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış binanın sakinlərinin hüquqlarını pozur və maraqlarına toxunur, çünki həmin zirzəmidən bütün binanın sakinləri istifadə edə bilər, lakin hazırda zirzəmi xüsusi mülkiyyətə verildiyindən həmin zirzəmiyə daxil olmaq mümkün olmayacaq, baxmayaraq ki, binanın bütün kommunikasiya xətləri zirzəmidən keçir. Üçüncü şəxs X14 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə (müddətin tətbiqi ilə bağlı) göstərilmişdir ki, qeyd olunan mübahisəli, qeyri-yaşayış sahəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qanuni əsaslarla, alqı-satqı müqaviləsinə əsasən ona satılmış və həmin əraziyə dair onun adına 28 fevral 2014-cü il tarixdə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edir ki, iddiaçılar müxtəlif vaxtlarda 28 fevral 2014-cü il tarixdən onun mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” ünvanda yerləşən və ölçüsü 150,6 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə onunla bağlanmış icarə müqaviləsinin, həmçinin həmin sahənin ona satılmasına dair müqavilələrin ləğv edilməsi tələbləri ilə məhkəməyə müraciət etmişlər. Odur ki, onlar mübahisəli ərazinin 28 fevral 2014-cü il tarixdən onun mülkiyyətində olmasını bilmişdirlər. İddiaçıların əvvəlki mübahisələri üzrə iddia tələbləri təmin edilməmiş və həmin işlər üzrə mövcud olan məhkəmə qərarları Ali Məhkəmənin qərarına əsasən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçılar hər dəfə, qəsdən cavabdehlərin və ya iddiaçıların sayını artırmaqla eyni predmet barəsində iddialarla məhkəməyə müraciət edirlər. İddiaçılar, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılmasını və 28 fevral 2014-cü il tarixli “Çıxarışa” əsasən onun mülkiyyətində olmasını göstərsələr də, onlar, İPM-nin 38-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti hansı üzürlü səbəbdən ötürmələri barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçılar mübahisəli qeyryaşayış sahəsinin 28 fevral 2014-cü ildən onun mülkiyyətində olmasını etiraf etsələr də, yəni hüquqlarının həmin tarixdən pozulmasını bildirsələr də, hazırki iddia tələbi ilə məhkəməyə yalnız 25 fevral 2022-ci il tarixdə, yəni 8 il keçdikdən sonra müraciət etmişlər. İddiaçılar, hazırkı mübahisə ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində deyil, yalnız 25 fevral 2022-ci il tarixdə, yəni iddia müddətinin 8 il bitməsindən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir əsas məhkəməyə təqdim etməmişlər. Qanunvericilikdə, iddia müddətinin üzürsüz səbəbdən ötürülməsi halı, iddianın yolverilməzliyinə dair qərardad qəbul edilməsi üçün əsasdır. İddiaçılar müxtəlif vaxtlarda 28 fevral 2014-cü il tarixdən onun mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” ünvanda yerləşən və sahəsi 150,6 kv. metr olan qeyri-yaşayış sahəsi üzrə onun adına bağlanmış icarə müqaviləsinin, həmçinin həmin sahənin ona satılmasına dair müqavilələrin ləğv edilməsi tələbləri ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, iddiaçılar hər dəfə, qəsdən cavabdehlərin və iddiaçıların sayını artırmaqla eyni predmet barəsində iddialarla məhkəməyə müraciət edirlər. Qanunvericiliyə uyğun olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Cavabdeh ƏMDX tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. İlk növbədə iddia "xxxx" MTK tərəfindən qaldırılsa da, onun tərəfindən nə hazırda qeyd olunan hüquqi şəxsin mövcud olması, nə də iddianı imzalamış İddiaçı1 (Məmmədova) həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Beləliklə, iddiaçı "xxxx" MTK o halda iddia qaldırmaq hüququna malik ola və əmlakın hüquqi şəxsə məxsus olduğunu iddia edə bilər ki, hüquqi şəxs dövlət qeydiyyatına alınmış olsun. Qeyd olunanlara əsasən iddianı imzalamış İddiaçı1 (Məmmədova) yalnız "xxxx" MTK-nın dövlət qeydiyyatına alınmasından sonra mübahisə predmeti olan əmlakla bağlı kooperativin adından qaldırılmış iddia ərizəsini imzalaya bilərdi. Bundan əlavə iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olmuş qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə sübut olunmuşdur. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh “Murad- 95” firmasına qarşı “hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə haqqının ödənilməsi və həmin sahənin boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə bunun üçün əsas kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun "xxxx" MTK-ya deyil, dövlətə məxsus olmasını qeyd etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə təqdimat ünvanlayaraq, qeyd edilən qeyri-yaşayış sahəsindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qanunamüvafiq tədbirlər görüb, bu barədə qanunla müəyyən olunmuş müddətdə məhkəməyə məlumat verilməsinin təmin olunmasının xahiş etmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ümumi sahəsi 150.6 kv. metr təşkil edən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X8 və X14 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4981 nömrəli icarə müqaviləsinə əsasən sonuncuların icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 14 fevral 2014-cü il tarixli, 6189 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X7 icarəsinə verilmişdir. X3 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Komitənin xx.xx.2014-cü il tarixli, 59 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5276 nömrəli əmlakın alqı-satqı müqaviləsi ilə həmin sahə sonuncu tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan sahə ilə bağlı Komitə ilə Tahir Quliyev arasında ilkin icarə müqaviləsi 2007-ci il tarixdə bağlanmış və 15 il ərzində həmin sahə sonuncunun istifadəsində olmuş və iddiaçılar bundan xəbərdar olmuşdur. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi həmin sahənin dövlət mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçılara məlum olmuşdur. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçılar tələbin əsası kimi mübahisəli qeyri-yaşayış sahəsindən binanın kommunikasiya xətlərinin keçdiyini və bu səbəbdən həmin sahədən başqa məqsəd üçün istifadənin yolverilməz olmasını qeyd etmişlər. Halbuki qeyd olunan hallar iddiaçılar tərəfindən bundan əvvəl hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırılan zaman qeyd olunsa da, məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyi ilə həmin halların əsassızlığı sübut olunmuşdur. Belə ki, qeyd olunan iddiaya Yasamal Rayon Məhkəməsində baxılan zaman məhkəmənin müvafiq qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6 “A” ünvanında yerləşən X7 mülkiyyətində olan 150.6 kv. metr olan qeyri-yaşayış sahəsindən həmin binanın kommunal xətlərinin keçib-keçməməsi, keçdiyi təqdirdə bu hal iddiaçıların və eləcə də, digər şəxslərin hər hansı bir şəkildə mənafeyinə toxunub-toxunmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 10/3427 nömrəli ekspert rəyinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsindən kommunal xətlərin keçmədiyi müəyyən olunmuş və həmin sahədən binanın kommunal xətləri keçmədiyindən, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Beləliklə özəlləşdirmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci və həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndlərinə uyğun olaraq həyata keçirilmiş, özəlləşdirmə zamanı iddiaçıların hər hansı hüquqları pozulmamışdır. Müvafiq qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericiliyin hər hansı normalarının pozulmasına yol verilməməsi və iddiaçıların onların hüquqlarının pozulmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsi səbəbindən hazırkı iddia tələbi əsassızdır. Sonradan iddiaçılar "xxxx" MTK, İddiaçı2 və İddiaçı3 tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, cavabdeh qismində ƏMDX və üçüncü şəxs qismində X14 qeyd olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv. metr sahəsi olan zirzəminin üçüncü şəxs X9 icarəyə verilməsi və alqı-satqı müqaviləsi əsasında satılması ilə bağlı cavabdehin xx.xx.2014-cü il tarixli 59 №li sərəncamının və onun nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2022 saylı, 19 may 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. Yenidən iddiaçılar tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, cavabdeh qismində ƏMDX və üçüncü şəxs qismində X14 göstərilməklə, məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6“A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.metr sahəsi olan zirzəminin üçüncü şəxs X9 və digər şəxs X6 icarəyə verilməsi barədə cavabdehin 02 aprel 2007-ci il tarixli 78 №li sərəncamın və alqı-satqı müqaviləsində satılması ilə bağlı cavabdehin xx.xx.2014-cü il tarixli 59 nömrəli sərəncamının və onun nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçılar müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati aktdan şikayət verilməsi ilə bağlı buraxılmış müddəti üzürlü hesab edib müddətin bərpa edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin olunmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: N.Abıyev) İddiaçılar müddətin bərpasına dair ərizənin təmin olunmaması barədə qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-338/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar eyni zamanda Bakı İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətində qeyd etmişlər ki, məhkəmə hesab etmişdir ki, hazır ki iş üzrə iddiaçıların iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik deyillər. Belə ki, iddiaçılar hazırki mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüquqi və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Hesab edirlər məhkəmə düzgün hüquqi qiymət verməmişdir, ümumiyyətlə məhkəmə iddiaçıların subyektiv hüquqa malik olmadığını göstərsə də hansı əsasla gəlməsini göstərməmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsindən göründüyü kimi, İddiaçı2 Fridinovna mübahisəli olan zirzəminin üstündə olan binanın, yəni ünvan 4 ünvanda yerləşən 32 saylı mənzilin mülkiyyətçisidir. İş materiallarında olan DƏDRX verilmiş çıxarışdan göründüyü kimi, Ağayev ƏH Ağabala oğlu mübahisəli olan zirzəminin üstündə olan binanın, yəni ünvan 4 ünvanda yerləşən 13 saylı mənzilin mülkiyyətçisidir. Məhkəməyə təqdim edilmiş 098016 №-li şəhadətnamədən görünür ki, "xxxx" MTK həqiqətən vergi ödəyicisi kimi uçota alınmışıdır. Məhkəməyə təqdim etdikləri Bakı şəhər İcra Hakimiyyətinin Baş Əsaslı Tikinti və Təmir İdarəsinin xx.xx.2006-cı il tarixli, 21/09-230 №-li məktubdan görünür ki, ünvan 4 ünvanda yerləşən 9 mərtəbəli kooperativ binanın toplu smetasına əsasən həmin evin 2 mərtəbəsi tam, zirzəmi hissəsinin 24% dövlət hesabına, zirzəminin 76% isə sakinlərin vəsaitinə tikilmişdir. MM-nin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədə yerləşən 6A nömrəli yaşayış binası və zirzəmisi ümumi mülkiyyətdədir, ona görə də, həmin sahədən istifadə hüququ həmin ünvanda yaşayan bütün mülkiyyətçilərə aiddir və hazırda bütün mülkiyyətçilərin maraqlarına toxunur və hüquqlarını pozur. MM-nin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-nin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Göründüyü kimi onlar bütün mülkiyyətçilərin xeyrinə tələb edirlər. Hazırda yaşadıqları binanın altındakı zirzəmi 3-cü şəxsin xüsusi mülkiyyətinə verildiyindən onların hüquqlarını pozur və maraqlarına toxunur, çünki həmin zirzəmidən bütün binanın sakinləri istifadə edə bilər, lakin hazırda zirzəmi xüsusi mülkiyyətə verildiyindən həmin zirzəmiyə daxil olmaq mümkün olmayacaqdır. Məhkəməyə təqdim etdikləri "xxxx" MTK-nın üzvlərinin xx.xx.2022-ci il tarixli ümumi iclasının 10 saylı protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədə yerləşən 6A nömrəli 9 mərtəbəli binanın altında 150,6 kv.m sahəsi olan zirzəmin satılmasına sakinlər etiraz edərək həmin sahə mühəndis qurğularının yerləşdirilməsi, binanın kommunikasiya xətlərinin çəkilməsi (su, elektrik, kanalizasiya və sair) və hərbi vəziyyətlə əlaqədar olaraq bina sakinlərinin mülki müdafiə və yığınacaq yeri kimi istifadəsi nəzərdə tutulduğu üçün, həmin zirzəminin satılmasına sakinlər etiraz edərək qeyd olunan sahədən təyinatı üzrə istifadəsinin təmin edilməsi zəruriliyini tələb edirlər. Həmin protokolu 14 nəfər sakinlər imza etmişdir. Məhkəməyə təqdim etdikləri MTK-nın arayışından görünür ki, "xxxx" MTK tərəfindən inşa 4 edilmiş Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədə yerləşən 6A nömrəli 9 mərtəbəli binanın altında 150,6 kv.m sahəsi mühəndis qurğularının yerləşdirilməsi, binanın kommunikasiya xətlərinin çəkilməsi və hərbi vəziyyətlə əlaqədar olaraq bina sakinlərinin mülki müdafiə və sığınacaq yeri üçün nəzərdə tutulmuşdur. Məhkəmə iddianı mümkün sayılmamasında 2-ci arqumenti kimi iddia müddətinin keçməsini göstərmişdir. Mübahisələndirilən inzibati qərarın qəbul olunmasından 15 ildən çox vaxt keçdikdən sonra yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət olunduğunu əsas götürmüşdür. Hesab edirlər məhkəmə bu halda düzgün hüquqi qiymət verməmişdir. Belə ki, binanın altındakı zirzəminin satılmasından ümumiyyətlə məlumatları olmamışdır. Biləndən dərhal sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Uzun çəkən məhkəmə mübahisələrindən sonra müəyyən olunmuşdur ki, mübahisə ilə bağlı İnzibati Məhkəməyə müraciət olunmalıdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-246/2021 saylı qətnaməsi ilə iddiaları rədd olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4599/2021 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq icraata xitam verilmişdir. İddiaçılara izah olunmuşdur ki, bununla bağlı onlar əldə etmək istədikləri hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə müraciət əsasında qəbul olunmuş qərar (verilmiş cavab) onları qane etmədiyi halda həmin orqanın qərarından inzibati qaydada aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə şikayət verilə bilər. Həmin qərardaddan kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-5644/2021 saylı qərarı ilə kassasiya şikayətləri təmin olunmamışdır. Bundan sonra cavabdehə müraciət etmişlər və cavabdehin 28 yanvar 2022-ci il tarixli imtina məktubunu aldıqdan sonra Bakı İnzibati Məhkəməyə müraciət etmişlər. Əvvəlki məhkəmə iclasında iddiaçılar "xxxx" mənzil tikinti kooperativinin nümayəndəsi İddiaçı1 və İddiaçı2 nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X15 və üçüncü şəxs X7 nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan “ASAN 3” tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 (iddia ərizəsini "xxxx" MTK-nın sədri kimi imzalamış şəxs) ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 259368 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən 32 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən 13 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 məxsusdur. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********606600 saylı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MTK-nın qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil-təslim işləri ilə bağlı təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********986400 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, dövlət reyestrində "xxxx" MTK-nın xx.xx.1969-cu il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin Kooperativə aid qovluq aşkar edilməmişdir. ƏMDX-nin **********14 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı: - Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 78 №-li, xx.xx.2007-ci il tarixli Sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005ci il tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutaraq, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının icrasının təmin olunması məqsədilə kiçik özəlləşdirmənin təşkili, icarə və torpaq şöbəsi tərəfindən icarə müqavilələrinin bağlanması üçün təqdim olunmuş icarə obyektlərinin siyahısının təsdiq edilməsi və s. qərara alınmışdır. - Sərəncama əlavə olunmuş Bakı şəhəri və Respublikanın digər şəhər və rayonları üzrə icarə müqaviləsi bağlanmasına dair təqdim olunmuş obyektlərin siyahısından görünür ki, X8 və X7 icarəsində olan Parlament prospekti 6A ünvanında zirzəmi, sahəsi 150,6 kv. metr olan yaradıcılıq emalatxanası siyahıda 18 № ilə qeyd olunmuşdur. - Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə ünvanlanmış 087 №-li, xx.xx.2013-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Rəssamlar İttifaqı, Rəssamlar İttifaqının üzvü rəssam X11, Parlament prospekti № 6 “A”, məhəllə 500 ünvanındakı zirzəmidə yerləşən (150,6 kv. metr sahəli) yaradıcılıq emalatxanasının mülkiyyətinə çevrilməsinin Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli sərəncama əsasən rəsmiləşdirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul olunmuş “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” 59 №-li xx.xx.2014-cü il tarixli sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə və “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na uyğun olaraq Bu sərəncamın 1-ci bəndində göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakı 100 faiz dəyəri ilə icarəçilərə satın alınmaq üçün təqdim edilməsi qərara alınmışdır. (2-ci bənd). - Sərəncama əlavə olunmuş İcarəçilərə təklif olunan icarəyə verilmiş daşınmaz dövlət əmlakının siyahısından görünür ki, siyahıda X7 icarəsində olan Bakı şəhəri Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti 6 A ünvanında 9 mərtəbəli binanın zirzəmisində yerləşən 150,6 kv. metr qeyri yaşayış sahəsinin satış qiyməti 7801 manat qeyd olunmuşdur. (№ 2) - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X14 arasında bağlanmış Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 6189/813 №-li xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli, 49 saylı əmrinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 6 a, (registr № ***-*******3- 002) ünvanında yerləşən ümumi sahəsi 150,6 kv. metr təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi sonuncunun müddətli istifadəsinə vermişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal rayon MKTB-nin (qeydiyyat № 1144) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, 1975-ci ildə istismara verilmiş Bakı şəhəri Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti 6A ünvanında yerləşən mənzil-tikinti kooperativ binasının qeyri yaşayış sahəsi olan 150,6 kv. metr zirzəmisi xx.xx.2014-cü il tarixli 6189 saylı müqaviləyə əsasən X7 icarəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X14 bağlanmış “icarəyə verilmiş əmlakın alqı-satqısına dair” 5276 №-li xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2014-cü il tarixli 6189 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 150,6 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. Həmin Müqavilənin 1.2-ci bəndində əsasən “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, 500cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən 150,6 kv.m qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 7801.00-yeddi min səkkiz yüz bir manata birbaşa satır, “Alıcı” isə onu satın alır. Həmin Müqavilənin 1.3-cü bəndində əsasən əmlakın satış qiymətinin 100 faizi ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İş materiallarında olan ƏMDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 11/159 inventar nömrəli (**********04-05301-083003 reyestr nömrəli) xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, qeyd olunan pasport balans saxlayıcısı Bakı şəhər İcra Hakimiyyəti MKTD, Yasamal rayon MKTB olan Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə, Parlament prospekti 6 a ünvanında yerləşən qeyriyaşayış sahəsinin icarəçisi və istifadəçisi olan X7 adına tərtib olunmuşdur. İş materiallarında olan RX seriyalı ******* №-li reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə Parlament prospekti 6a ünvanında yerləşən sahəsi 150,6 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12643 nömrəli vərəqində qeydə alınmışdır. RX seriyalı ******* №-li reyestrdən çıxarışın verilməsinə əsas 5276 №-li xx.xx.2014-cü il tarixli icarəyə verilmiş əmlakın alqı-satqısına dair müqavilə olmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-246/2021 saylı qətnmaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh X9 və üçüncü şəxs ƏMDK-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK-nın cavabdeh X9 və üçüncü şəxs ƏMDK-yə qarşı “müqavilənin etibarsız hesb edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4599/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı2 və İddiaçı3, həmçinin "xxxx" MTK-nın nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-246/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin “Tahir Quliyevin zirzəmidən əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, zirzəminin MTKya təhvil verilməsi” tələblərinin təmin edilməməsi hissəsində habelə məhkəmə xərcləri ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2- 1(102)-5644/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4599/2021 saylı iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan iddiaçıların hazırki iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh ƏMDX-nin **********56 №li, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən "xxxx" MTK-ya məxsus ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Dövlət mülkiyyətində olan qeyd edilən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilmişdir. İşdən görünür ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6“A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.metr sahəsi olan zirzəminin üçüncü şəxs X9 və digər şəxs X6 icarəyə verilməsi barədə cavabdehin 02 aprel 2007-ci il tarixli 78 №li sərəncamın və alqı-satqı müqaviləsində satılması ilə bağlı cavabdehin xx.xx.2014-cü il tarixli 59 nömrəli sərəncamının və onun nəticələrinin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;

5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyillər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: 1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində; 2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən inzibati qərarların qəbul olunmasından 15 ildən çox vaxt keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüş, bununla da iddiaçılar həmin qərarları mübahisələndirmək imkanını itirmişlər. Məhkəmə qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçılar hazırda baxılan mübahisə üzrə iddia müddətini də ötürdüklərindən, və onlar tərəfindən məhkəməyə təqdim olunmuş müddətin bərpasına dair vəsatət məhkəmənin eyni tarixli qərardadı ilə təmin olunmadığından iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ümumi sahəsi 150.6 kv. metr təşkil edən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X8 və X14 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4981 nömrəli icarə müqaviləsinə əsasən sonuncuların icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 14 fevral 2014-cü il tarixli, 6189 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X7 icarəsinə verilmişdir. X3 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Komitənin xx.xx.2014-cü il tarixli, 59 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5276 nömrəli əmlakın alqı-satqı müqaviləsi ilə həmin sahə sonuncu tərəfindən özəlləşdirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçıların hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçılar cavabdehin 02 aprel 2007-ci il tarixli 78 №li sərəncamın və alqı-satqı müqaviləsində satılması ilə bağlı cavabdehin xx.xx.2014-cü il tarixli 59 nömrəli sərəncamının və onun nəticələrinin ləğv edilməsini xahiş edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli 78 №li sərəncamın ləğv olunması barədə iddiaçıların iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçılar hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər, yalnız sərəncamın qəbul edildiyi və onlara məlum olduğu vaxtdan sonra məhkəməyə müraciət edərək, mübahisələndirilən sərəncamın ləğv olunmasını xahiş etmişlər. Belə ki, iş materiallarından görünür ki, ünvan 7 ünvanında yerləşən 32 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına xx.xx.2006-cı il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyatdan keçmişdir. ünvan 7 ünvanında yerləşən 13 saylı mənzil isə xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ümumi sahəsi 150.6 kv. metr təşkil edən mübahisə predmeti olan dövlət mülkiyyətində olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X8 və X14 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4981 nömrəli icarə müqaviləsinə əsasən sonuncuların icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 14 fevral 2014-cü il tarixli, 6189 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X7 icarəsinə verilmişdir. X3 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Komitənin xx.xx.2014cü il tarixli, 59 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5276 nömrəli əmlakın alqı-satqı müqaviləsi ilə həmin sahə sonuncu tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan sahə ilə bağlı Komitə ilə Tahir Quliyev arasında ilkin icarə müqaviləsi 2007-ci il tarixdə bağlanmış və 15 il ərzində həmin sahə sonuncunun istifadəsində olmuşdur. Göründüyü kimi iddiaçılar mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 14 il sonra məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Bundan əlavə iddiaçılar tələbin əsası kimi mübahisəli qeyri-yaşayış sahəsindən binanın kommunikasiya xətlərinin keçdiyini və bu səbəbdən həmin sahədən başqa məqsəd üçün istifadənin yolverilməz olmasını qeyd etmişlər. Halbuki qeyd olunan hallar iddiaçılar tərəfindən bundan əvvəl hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırılan zaman qeyd olunsa da, məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyi ilə həmin halların əsassızlığı sübut olunmuşdur. Belə ki, qeyd olunan iddiaya Yasamal Rayon Məhkəməsində baxılan zaman məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən binanın zirzəmisində yerləşən cavabdeh X7 mülkiyyətində olan ümumi sahəsi 150,6 kv.m olan qeyri-yaşayış sahəsindən həmin binanın kommunal xəttlərinin (su, qaz, işıq, rabitə, telekommunikasiya, yüksək gərginlikli xəttlər) keçibkeçməməsi, keçdiyi təqdirdə bu hal iddiaçıların və eləcə də, digər şəxslərin hər hansı bir şəkildə mənafeyinə (hər hansı bir halda) toxunub-toxunmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 10/3427 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən binanın zirzəmisində yerləşən cavabdeh X7 mülkiyyətində olan ümumi sahəsi 150.6 kv.m olan qeyri-yaşayış sahəsindən həmin binanın kommunal xətlərinin, o cümlədən su, qaz, işıq, rabitə, telekommunikasiya, yüksək gərginlik xətlərinin keçmədiyi müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsindən həmin binanın hər hansı kommunal xətləri keçmədiyindən, qərardadın ikinci sualı üzrə tədqiqal aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçıların apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar