Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3380/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2179/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-ci il tarixdə Şəki şəhərində doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-ci ildən 1987-ci ilə qədər Azərbaycan Mühəndis İnşaat institutunda təhsil almışdır. xx.xx.1977-ci ildən hazıradək işləyir, o cümlədən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) xx.xx.1987-ci il tarixdən usta, xx.xx.1990-cı il tarixindən iş icraçısı, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək 2-ci dərəcəli Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı, 01 aprel 2002-ci il tarixindən 31 oktyabr 2004-cü il tarixinədək “X2s İnk.” şirkətində quraşdırıcı, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Barama” kiçik müəssisəsində iş icraçısı, "xxxx" Birgə Müəssisəsinin Tikinti sahəsində xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək usta, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək inşaat işləri üzrə usta, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək quraşdırma işləri üzrə usta vəzifələrində işləmişdir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Bundan sonra, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi şəxsin xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması (6 il 10 ay 24 gün) qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, "xxxx" Birgə Müəssisəsinin xx.xx.2020-ci il tarixli AZF-2020/05-K saylı arayışında iddiaçının işlədiyi sahələrlə yanaşı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində, “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vermişdir. Cavabdeh tərəfindən iddiaçının "xxxx" Birgə Müəssisəsində usta kimi işlədiyi xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək olan dövrlər yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə kimi nəzərə alındığı halda, iddiaçının “Azərdəniz neft inşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək usta kimi və 01 aprel 2002-ci il tarixindən 31 oktyabr 2004-cü il tarixinədək “X2s, İnk.” şirkətində quraşdırıcı kimi işlədiyi dövrləri yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə kimi nəzərə almamışdır. Göründüyü kimi iddiaçının ümumilikdə 13 ildən çox (13 il 09 ay 18 gün) zərərli iş stajı mövcuddur. Bütün bu sadalananlardan belə müəyyən olunur ki, iddiaçının tələb olunan 25 il ümumi, 12 il 6 ay zərərli iş stajı mövcud olmasına baxmayaraq, DSMF orqanı tərəfindən ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “McDermott” şirkətində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı qeyd olunan dövrlərdə “McDermott” şirkətində quraşdırıcı vəzifəsində işlədiyi ilə bağlı adıçəkilən müəssisə tərəfindən 20 fevral 2020-ci il tarixli UCCİ/01/2020 nömrəli arayış təqdim edilmişdir. Lakin həmin arayışda iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 10 ay 24 gün (xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.2007xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu İl, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilənlərə əsaslanaraq, İPM-in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2179/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2179/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya verilən etirazın məzmununa oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) usta vəzifəsində işləmişdir. Məhkəmə tərəfindən İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının (Siyahı) “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsinin “b) rəhbərlər və mütəxəssislər" alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b—23419) vəzifəsi ilə eyniləşdirilmişdir. Göründüyü kimi, iddiaçı “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) usta vəzifəsində işləmişdir. Lakin məhkəmə tərəfindən iddiaçının Neft Daşlarındakı usta vəzifəsi müvafiq Siyahının Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində usta vəzifəsi ilə uyğunlaşdırılmışdır. Halbuki, iddiaçının işlədiyi sahə ilə (Neft daşları) məhkəmə tərəfindən uyğunlaşdırılan sahə (Bina, qurğu və digər obyektlərin inşaası) tamamilə fərqli sahələr olmuşdur. Eyni zamanda, iddiaçı xx.xx.2002-xx.xx.2006-cı illərdə “X3 İnc” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işləmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq Qərarında iddiaçının “X3 İnc” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - 2290100a-18576 tikinti çilingərləri vəzifəsinə uyğun olduğu qeyd edilmişdir. İddiaçı “X3 İnc” Şirkətində quraşdırıcı vəzifəsində işləmişdir. Lakin məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifə tamamilə fərqli vəzifə olan tikinti çilingəri vəzifəsinə uyğunlaşdırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, SOCAR tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışında bildirilir ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçı- xx.xx.1987-ci il tarixli 17 лс nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsinə qəbul edilmişdir. İddiaçı-xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixli 55/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. İddiaçıxx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixli 61 a nömrəli əmrə əsasən 2-ci dərəcəli Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis vəzifəsinə keçirilmişdir. İddiaçıxx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixli 78/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən köçürmə yolu ilə işdən azad edilmişdir. İddiaçı- xx.xx.1992-ci il tarixli 111/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmişdir İddiaçı-xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixli 95/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən köçürmə yolu ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş (halhazırda qüvvədən düşmüş), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölmənin “b” bəndinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə) əsasən tikinti quraşdırma işləri üzrə usta və iş icraçısı güzəştli şərtlərlə pensiya hüququ verir. Məlumat üçün bildirilmişdir ki, “Neftqaztikinti" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Əsas: şəxsi vərəqə-T2, kadr əmrləri. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diplomun surətindən görünür ki, iddiaçı 1982-1987-ci illər ərzində Azərbaycan Memarlıq və İnşaat institutunda təhsil almışdır. Əmək kitabçasından görünür ki, iddiaçı 1977-ci ildən 60 yaşının tamam olduğu tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur, hazırda da işləyir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı “Azərdənizneftinşaat” trestində (indiki "xxxx" tresti) usta, iş icraçısı, əməyin təşkili və normalaşdırılması üzrə mühəndis vəzifələrində çalışmışdır. İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının (Siyahı) "Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsinin “b) rəhbərlər və mütəxəssislər" alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b—23419) vəzifəsi ilə, iş icraçısı vəzifəsi həmin bölmədəki “iş icraçıları” (kod: 2290000b—24441) vəzifəsi ilə uyğunluq təşkil edir. Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis vəzifəsi Siyahının yuxarıda qeyd olunan bölməsində (kod:2290000a-dan 2290000b—24441-dək) və Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi öz əksini tapmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində “X2 və Ofşor Fabrikatorz” Məhdud Məsuliyyətli Cəmiyyəti (KOFMMC) adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı Panamanın "X3 İnc." Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə 401 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1095, ünvan 1 barədə məlumat mövcuddur. Məhkəmənin “X3 İnc” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı İddiaçı “X5” MMC-də xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarında nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan peşələrin siyahısına uyğun olan vəzifələri (peşələri) barədə məlumat verilməsi barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, arxiv sənədləri araşdırılmış və müvafiq işçi ilə bağlı aşağıdakı məlumatlar əldə edilə bilmişdir: İddiaçı (doğum tarixi: xx xxxxxx 1960-cı il): xx.xx.2002-ci ildən xx.xx.2004-cü il tarixədək “X3 İnc.” Şirkətində 6-cı dərəcə Quraşdırıcı (Structural Fitter gr. 6) vəzifəsində çalışmışdır; xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X5” Məhdud Məhsuliyyətli Cəmiyyətində 6-cı dərəcə Quraşdırıcı (Structural Fitter gr. 6) vəzifəsində çalışmışdır. Bildirilmişdir ki, “X5” MMC xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və dövlət reyestrindən çıxarılmışdır. Məhkəmənin “X3 İnc” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.2002-xx.xx.2004-cü illərdə və xx.xx.2004-xx.xx.2006-cı illərdə “X3 İnc” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı (Structural fitter gr.6) vəzifəsində çalışmışdır və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 22900000, 2290100a-18576 tikinti çilingərləri vəzifəsinə uyğundur İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajı və pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə iddiaçının ümumi stajı 40 ilə yaxındır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mübahisələndirilir. İddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə mübahisələndirilməyən iş stajı 6 il 10 ay 24 gündür. İddiaçının xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsində işlədiyi, eləcə də xx.xx.2002- xx.xx.2006-cı illərdə “X3 İnc” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işlədiyi dövr əmək şəraiti zərərli və ağır olan işlər kimi nəzərə alınmır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçının xx.xx.2002xx.xx.2006-cı illərdə işlədiyi dövrlə bağlı iddiaçının əmək müqavilələri məhkəməyə təqdim edilmiş və “X3 İnc” Şirkəti tərəfindən həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 22900000, 2290100a-18576 tikinti çilingərləri vəzifəsinə uyğun olması təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Qeyd edilən dövlər nəzərə alındığı təqdirdə (mübahisələndirilən 2 il 8 ay 28 gün və 4 il 1 ay 22 gün olmaqla, cəmi 6 il 10 ay 20 gün) iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə stajı (iddiaçının mübahisələndirilməyən 6 il 10 ay 24 gün stajı var) 13 il 9 aydan çoxdur. Cavabdeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda tərtib edildiyindən qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozması barədə düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2179/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3380/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3380/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver