Məhkəmə qərarları › İş №2-1(103)-3382/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3382/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3382/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya kapitalının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(112)-3251/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək DSMF-də yığılan kapitalının hesablanıb verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü il yanvar ayının 10-dan etibarən təqaüdə çıxmışdır. Dövlət qulluqçusunun pensiya təyini haqqında qanunun 2-ci bəndinə əsasən məcburi dövlət sosial fonduna dövlət büdcəsindən əlavə olunan pensiya kapitalı yanvar ayından indiyə qədər hesablanmır. İddiaçı daha sonra məhkəməyə müraciət edərək iddia tələbinin “Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində yığılan məzuniyyət pulunun hesablanması və pensiya kapitalının hesablanaraq pensiyanın üzərinə əlavə edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(112)-3251/2024 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilərək, İddiaçı iddia tələbi “2009- 2013-cü illərdə Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində ödənilmiş məzuniyyət pulu nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” hissəsində təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində ödənilmiş məzuniyyət pulu nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması hissəsində rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi 03 dekabr 2024-cü il tarixli vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək işin məhkəmədənkənar qaydada həll edildiyini, İddiaçı pensiyasının yenidən hesablandığını nəzərə alaraq Azərbaycan Respublikası İPM-in 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə və iş üzrə icraata xitam verilməsinə dair vəsatətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində yığılan məzuniyyət pulunun hesablanması və pensiya kapitalının hesablanaraq pensiyanın üzərinə əlavə edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-21450/2024 nömrəli qərarına əsasən İddiaçı 1100,79 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 1100,79 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanması barədə qərar qəbul edilməsi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Belə ki, vəsatətdən müəyyən olunur ki, yenidən hesablama zamanı əsas götürülən dövlət məvacibi aşağıdakılardan ibarət olmuşdur: vəzifə maaşı – 730 manat; ixtisas dərəcəsinə görə əlavə - 80 manat; qulluq stajına görə əlavə - 192,21 manat; mükafatlar – 243,33 manat; hakimiyyət səlahiyyətinin icrasına görə əlavə - 74,83 manat; məzuniyyətə görə əlavə - 8,38 manat. Əvvəlki hesablama zamanı məzuniyyət pulu (8,38 manat) qeyd edilmədiyindən pensiya məbləği daha az hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar