Məhkəmə qərarları › İş №2-1(103)-3384/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3384/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3384/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məlumat vərəqinin göndərilməsi, yaşa görə əmək pensiyasının təyin edilməsi və sair” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2011/2023 saylı, 19 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, onun daxili işlər orqanlarında xidmət müddətinin təqvimi hesablama ilə 20 il, 07 ay, 15 gün; imtiyazlı hesablama ilə 21 il, 05 ay, 15 gün təşkil etməsi və ona pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, onun daxili işlər orqanlarında xidmət müddətinin imtiyazlı hesablama ilə 23 il, 06 ay, 29 gün təşkil etdiyi barədə məlumat vərəqinin Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, ona pensiya təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1996-cı ildə İV kursu bitirdikdən sonra, daxili işlər orqanlarında xidmətə qəbul olunmuşdur. Bakı şəhəri Baş Polis İdarəsinin X4 polis nəfəri kimi xidmətə başlamışdır. 1997-ci ildə V kursu bitirdikdən sonra xidmətini davam etdirmişdir. xx.xx.1999-cu il tarixdə DİN-nin əmri ilə ona polis leytenantı xüsusi rütbəsi verilmiş, Kürdəmir RPŞ-nə polis sahə inspektoru vəzifəsinə təyin olunmuşdur. Kürdəmir Rayon Mərkəzindən uzaqda, ucqar kəndlərdə xidmət aparmışdır. 2000-ci ildə ona polis baş leytenantı xüsusi rütbəsi verilmiş, 2001-ci ildə Kürdəmir Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı vəzifəsinə təyin olunmuşdur. Bir ildən sonra isə DİN-nin xx.xx.2002-ci il tarixli əmri ilə Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi vəzifəsinə təyin olunmuşdur. DİN-nin xx.xx.2003-cü il tarixli əmri ilə ona polis kapitanı xüsusi rütbəsi verilmişdir. Bakı şəhərində X4 xidmət etdiyi müddətdə iş saatı səhər saat 09.00-da başlamış, axşam saat 21.00-da başa çatmışdır. 1996-1998-ci illərdə çox saylı mitinqlər, ixtişaşlar baş verdiyi dövrdə xidmətdə olmuşdur. Xüsusi əhəmiyyətli dövlət tədbirləri və düzülmə komandaları ilə əlaqədar iş saatları səhər saat 05.00-dək davam etmişdir. Daxili İşlər Nazirliyi ona əlavə iş saatlarına görə ödəniş etməsə də, hər gün 24 saat gücləndirilmiş iş rejimində xidmətdə olduğundan xidmət müddətinə əlavə edilməlidir. Lakin onun iş saatları saat 09.00-dan 18.00-dək hesablanmışdır. Bundan başqa, Kürdəmir RPŞ-də işlədiyi müddətdə 5 il məzuniyyətə çıxmamışdır. Məzuniyyət müddətini xidmətdə keçirmişdir. Ona görə də DİN Baş Kadrlar İdarəsi 5 ildə, 5 ay təşkil edən məzuniyyət müddətini də xidmət illərinə əlavə etməlidir. Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən DİN-nin xx.xx.2008-ci il tarixli, 1481 Ş/h nömrəli əmri ilə, xx.xx.2008-ci il tarixdən o, öz arzusu ilə xidmətdən xaric edilmişdir. Ona imtiyazlı hesablama ilə 19 il, 10 ay, 23 gün xidmət müddəti hesablanmışdır. Bu barədə əmək kitabçasında qeydlər aparılaraq DİN tərəfindən möhürlə təsdiqlənmişdir. DİN-nin əmrindən və əmək kitabçasında edilən qeydlərdən məlum olur ki, ona pensiya təyin edilməsi üçün qanuna görə tələb edilən 20 il müddətdən 37 gün çatmır. Həmin dövrdə xidmət illərini az hesablamalarına baxmayaraq, o, 14 il əvvəl xidməti vəsiqəsini təhvil verərək uzaqlaşmışdır. Hazırda isə, DİN Baş Kadrlar İdarəsi 14 il əvvəl verilmiş əmri tanımaq istəmir. O, DİN Baş Kadrlar İdarəsinin xidmət müddətini imtiyazlı hesablama ilə 16 il, 10 ay, 25 gün hesablaması barədə gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Çünki, onun xidmət müddəti hazırkı qaydalarla deyil, 2008-ci ildə DİO-dan öz arzusu ilə xaric edilərkən qüvvədə olan qanunlar və normativhüquqi aktlar əsasında hesablanmalıdır. Bundan başqa DİO-da xidmətdən çıxarkən, onun xidmət müddətini bilərəkdən az hesablamışlar ki, pensiya ala bilməsin. Düzgün hesablansa, xidmət müddəti 20 ildən çoxdur. Belə ki, polis zabitləri 24 saat gücləndirilmiş iş rejimində çalışırlar, şənbə-bazar və bayram günlərində də xidmətdə olurlar. Ona görə də hesab edir ki, DİN onun xidmət müddətini hesablayarkən, 24 saatlıq gücləndirilmiş iş rejimini, istirahət və bayram günlərində də xidmətdə olduğu müddətləri xidmət müddətinə əlavə etməlidir. İl ərzində 11 gün iş günü sayılmayan bayram günləridir. Həmin 11 günü 12 ilə vurduqda 132 gün, yəni 4 ay 12 gün təşkil edir. Bundan başqa, DİN-də hərbi xidmət müddətini də az hesablamışlar. 1987-ci ilin 12 noyabr tarixində hərbi xidmətə getmiş, 1989-cu il 29 dekabr tarixində hərbi xidmətdən buraxılmışdır. Bu barədə hərbi biletində qeydlər var. Ona görə də hərbi xidmət müddəti 2 il, 1 ay, 7 gün deyil, 2 il, 1 ay, 17 gün təşkil edir və xidmət müddətinə əlavə edilməlidir. Həmçinin, 5 il məzuniyyətdə olmadığına görə xidmətdə keçirdiyi 5 ay məzuniyyət müddəti də xidmət illərinə əlavə edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məhkəməyə təqdim etdiyi 0xx/xx-8807-1222 nömrəli, xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı münasibətində iddiaçının xidmət müddətinin təqvimi hesablama ilə 16 il, 00 ay, 25 gün, imtiyazlı hesablama ilə 16 il, 10 ay, 26 gün təşkil etdiyini bildirməklə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialın təqdim etdiyi imtina məktubundan aydın olur ki, cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının heç bir subyektiv hüququnu və qanunla qorunan hüquqi marağını pozmayaraq, xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqinin təqdim olunduğu halda əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacağını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2011/2023 saylı, 19 may 2023-cü il tarixli qərardadı (hakim S.Salahova) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya pensiya təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi eyni əsaslandırılmış və qərardadın ləğv edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilk növbədə xidmət keçdiyi inzibati orqanın onun barəsində xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi verilməsindən imtinasını mübahisələndirməli, həmin mübahisə üzrə müsbət nəticə əldə edildikdən, iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərildikdən sonra, Filial tərəfindən iddiaçıya pensiya təyin edilməsindən imtina edildiyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət edilməlidir Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Qeyd olunanları nəzərə alaraq, sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair məlumat vərəqəsi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə əsasən həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - ...Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində,... və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ...xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 3-cü hissəsinə əsasən həmin Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Göründüyü kimi, qanunvericiliyə əsasən xüsusi rütbəli şəxs ona əmək pensiyasının təyin edilməsi üçün ilk növbədə xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin pensiya təyin edən orqana göndərilməsi üçün xidmət etdiyi orqana müraciət etməlidir. Yalnız həmin məlumat vərəqi pensiya təyin edən orqana göndərildikdən sonra şəxsə pensiya təyini üçün müvafiq hərəkətlər həyata keçirilə bilər. İşin hallarından görünür ki, iddiaçıya daxili işlər orqanlarının əməkdaşı kimi güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ilk növbədə ona xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi verilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, arxiv şəxsi işinə əsasən o, 30 iyun 1996-cı il tarixdən 16 iyul 2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir (12 il, 00 ay, 18 gün). Xidmətdən xaric edilərkən xidmət illərinə hərbi xidməti 02 il, 01 ay, 07 gün, təhsil müəssisəsində təhsil aldığı müddətin yarısı 01 il, 10 ay, 29 gün və müharibə şəraiti ilə əlaqədar 00 il, 10 ay, 01 gün hesablanmışdır. Xidmət müddəti təqvimi hesablama ilə 16 il, 00 ay, 24 gün, imtiyazlı hesablama ilə 16 il, 10 ay, 25 gün təşkil edir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xitmət etmiş əməkdaşlar malikdirlər. Daxili işlər orqanlarında xidmətə görə pensiya hüququ yaranmadığından Daxili İşlər Nazirliyinin xətti ilə ona pensiya təyin olunması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, arxiv şəxsi işinə əsasən o, 30 iyun 1996-cı il tarixdən 16 iyul 2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir (12 il, 00 ay, 18 gün). Xidmətdən xaric edilərkən xidmət illərinə hərbi xidməti 02 il, 01 ay, 07 gün, təhsil müəssisəsində təhsil aldığı müddətin yarısı 01 il, 10 ay, 29 gün və müharibə şəraiti ilə əlaqədar 00 il, 10 ay, 01 gün hesablanmışdır. Xidmət müddəti təqvimi hesablama ilə 16 il, 00 ay, 24 gün, imtiyazlı hesablama ilə 16 il, 10 ay, 25 gün təşkil edir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xitmət etmiş əməkdaşlar malikdirlər. Daxili işlər orqanlarında xidmətə görə pensiya hüququ yaranmadığından Daxili İşlər Nazirliyinin xətti ilə ona pensiya təyin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2011/2023 saylı, 19 may 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2011/2023 saylı, 19 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar