Məhkəmə qərarları › İş №2-1(103)-3387/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3387/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3387/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2368/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İŞİN HALLARİ

1. İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) Nizamnaməsindən (surəti) müəyyən olunur ki, İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır.

2. Milli Gəlirlər Baş İdarəsinin X10 qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № **********11400 saylı çıxarışdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ********** dövlət qeydiyyat nömrəsilə qeydə alınmış və AZ 1005, ünvan 1 ünvanı olan "xxxx" MMC-nin kapitalında “Az-Texnodiaqnostika və Texniki Təchizat Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti – 51% və "xxxx" Şirkəti (Böyük Britaniya və Şimali İrlandiya, Birləşmiş Krallığı) – 49% paya sahibdirlər.

3. xx.xx.2023-cü il tarixli **********168686 nömrəli, “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, Milli Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixli **********165779 saylı qərarına əsasən həmin İdarənin əməkdaşları tərəfindən "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Yoxlama ilə müəyyən olunmuşdur ki, Cəmiyyət tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə 2423592.48 manat gəlir 2021-ci ilin MV bəyannaməsinin gəlirlərində bəyan edilmişdir. Eyni zamanda 2021-ci ilin MV üzrə bəyannaməsinin gəlirlərində 2428567.90 manat gəlir 2022-ci ilin gəlirlərində bəyan edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 104-cü və 135-ci maddəsinin tələblərinin pozulmaqla ümumilikdə MV bəyannamələri (2021-2022) üzrə 2428567.90 manat (2020-ci il üzrə 2423592.48 manat, 2021-ci il üzrə isə 4975.42 manat) gəlirin az göstərildiyi müəyyən olunmuşdur. Bundan başqa cəmiyyətin 2020-ci il gəlirlərində CQBK sazişi üzrə fəaliyyətindən 215992.42 manat gəlirlərinin olduğu müəyyən olunmuş və CQBK sazişinin 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənfəət vergisindən azad olduğuna görə və Vergi Məcəlləsinin 106.1-ci maddəsinin tələblərinə əsasən ümumi gəlirlərdən çıxılaraq cəmiyyətin vergidən azad olunan gəlirlərinə aid edilmişdir. Qeyd olunanlara əsasən cəmiyyətin gəlirlərin düzgün bəyan olunmamasına və CQBK sazişi üzrə gəlirlərinə görə xərclər xüsusi çəki əsasında xərclərə aid edilərək SVY ilə yenidən hesablama nəticəsində cəmiyyətə ümumilikdə 482880.81 manat (2020-ci il üzrə 481885.72 manat, 2021-ci il üzrə 995.09 manat) vergi məbləğinin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə ümumilikdə 241440.40 manat maliyyə sanksiyası hesablanmışdır. ılmasına görə ümumilikdə 241440.40 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, cəmiyyətin təsisçisi olan “Az-Texnodiaqnostika və Texniki Təchizad xidmətləri” MMC-ə 127846.80 manat dividend ödənişlərinin aparıldığı, lakin ödəmə mənbəyində vergiyə cəlb olunmadığı aşkar olunmuşdur. Odur ki, Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulmasına görə ümumilikdə 12784.70 manat (2020-ci il üzrə 3835.40 manat, 2021-ci il üzrə 8949.28 manat) vergi məbləği və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6392.34 manat (2020-ci il üzrə 1917.70 manat, 2021-ci il üzrə 4476.64 manat) maliyyə sanksiyası hesablanmışdır.

4. Cəmiyyətdə çalışan xarici əməkdaşların əmək haqlarının “AİR Resources Limited (United Kingdom)” şirkəti tərəfindən ödənildiyi, əmək müqavilələrinin “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə bağlanıldığı, əmək haqlarının "xxxx" MMC tərəfindən hesablandığı və xarici işçilərin əmək haqqından vergiləri hesablanaraq büdcəyə ödənildii müəyyən olunmuşdur.

5. Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW - 20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR Resources Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır. Qeyd edilənlərlə bağlı xx.xx.2023-cü il tarixində **********171994 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmış, həmin qərara əsasən muzdlu işçi kimi fəaliyyət göstərən xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, paysliplər, əmək haqqı hesablama cədvəlləri, ödəniş sənədləri, İddiaçı MMC ilə “AİR Resources Limited (United Kingdom)” şirkəti arasında servis xidmətləri ilə bağlı ilkin sənədləri (müqavilə, qəbul aktlan, qaiməfaktura, ödəniş sənədləri (alt sənədləri ilə birlikdə) götürülərək protokollaşdırılmışdır.

6. "xxxx" MMC ilə Swift Techincal (Singapore) Pte LTD şirkəti arasında bağlanmış müqavilənin olmadığı bildirilərək verilməsindən imtina edildiyindən, xx.xx.2023-cü il tarixli **********172638 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib edilmişdir.

7. Yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən “Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi’’-nin Bakı filialına tibbi xidmətlər üzrə 9842.43 manat, otel mehmanxana xidmətlərinə görə “X19” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 313501.02 manat, təlim xidmətlərinə görə “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 19040.00 manat, hüquq xidmətlərinə görə “X20 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 23913.13 manat aparılmış ödənişlər Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə vergiyə cəlb edilməmişdir. Yoxlanılan dövr üzrə qeyd olunan şirkətlər tərəfindən göstərilən xidmətlərin dəyərləri (ümumilikdə 366296.76 manat) yuxarıda qeyd edilən Sazişlər çərçivəsində filialın dövriyyəsinə uyğun olaraq bölüşdürülərək “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü” haqqında Sazişinin 12.6-cı maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 manddəsinə əsasən 5% vergi dərəcəsi ilə 18054.37 manat, “Xəzər dənizinin Azərbaycan sektorunda Şah dəniz prespektiv sahəsinn kəşfiyyatı, işlənməsi hasilatının pay bölgüsü haqqında Sazişinin 12.4 maddəsinin (i) bəndinə və Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 6,25 % vergi dərəcəsi ilə 303.56 manat olmaqla ümumilikdə 18357.93 manat vergi hesablanmışdır. Bundan əlavə vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 2481.28 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır. Yoxlamanın ümumi nəticəsi olaraq cəmiyyətə ümumilikdə 2631791,64 manat əlavə vergi məbləğinin hesablanması, bundan əlavə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247833,05 manat, Vergi Məcəlləsinin 57.1 maddəsinə görə 440 manat olmaqla, ümumilikdə 248273,05 manat maliyyə sanksiyasının və "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-a maddəsinə əsasən 255514,74 manat məbləğində faizin (Libor+4%) hesablanması təklif olunmuşdur.

8. xx.xx.2023-cü il tarixli, № **********175216 saylı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericilyinin və icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıda 2019-2022-ci il dövrlərində vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbəti səyyar vergi yoxlaması aparılmış və səyyar vergi yoxlamasının nəticələrinə görə səyyar vergi yoxlaması ilə ümumilikdə 2631791.64 manat əlavə vergi məbləği (mənfəət vergisi üzrə 482880.81 manat, ödəmə mənbəyində tutulan vergilər üzrə 12784,7 manat, xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə 2136125,57 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqları üzrə 0,56 manat) Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247833,05 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə 440 manat olmaqla ümumillikdə 248273,05 manat maliyyə sanksiyalarının və “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” protokolun 3.6-cı maddəsinə əsasən 255514.74 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır.

9. “Vergi borcunun icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********132400 №-li tələbnamədə göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsiinin 23-cü və 49- cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********175216 saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları: - 2631791.64 manat; Vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: - 248273.05 manat; Vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər; - 255514.74 manat Büdcəyə ödənilməli olan cəmi məbləğ 3135579.43 manatı və 0.00 manat ABŞ dolları təşkil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, büdcəyə ödənilməli olan cəmi 3135579.43 Azərbaycan manatın və 0.00 ABŞ dolları vəsaitin 05 gün müddətində ödənilməsi tələb olunmuşdur.

10. X13” şirkəti (“Səhmdar”) ilə İddiaçı MMC (“Şirkət”); arasında bağlanmış xx.xx.2020ci il tarixli, № 001AİRSW-20 №-li “Xidmət müqaviləsi”ndən müəyyən olunur ki; Bənd 1.1. Bu müqavilədə müəyyən olunmuş şərtlərə və BP Exploration (Xəzər dənizi) Limited şirkətinə Layihə İdarəetmə Xidmətlərinin göstərilməsi məqsədilə 9 dekabr 2019-cu il tarixdə imzalanmış 441Q021561 saylı Baş Müqavilənin məqsədlərinə uyğun olaraq, Səhmdar mühəndislərin təmin olunması (Şirkətin tələb etdiyi ixtisasa müvafiq qaydada), onların ümumi və xalis gəlirləri (maaşları və s.), əcnəbi mütəxəssislərin xalis gəlirlərinin Səhmdarın öz vəsaitləri hesabına onların bank hesablarına köçürülməsi də daxil olmaqla Şirkətə işçi qüvvəsinin həlli ilə bağlı xidmətlərin göstərilməsini və bu müqavilədə göstərilən müddət daxilində xidmətlərin göstərilməsi ilə bağlı bütün işlərin aparlmasını öz üzərinə götürür. Bənd 1.2. İddiaçı MMC “X13” şirkəti tərəfindən yerinə yetirilmiş iş və xidmətləri qəbul etməyi və bu Müqavilədə müəyyən olunmuş xidmətlərə görə Səhmdara xidmət haqqı ödəməyi öz üzərinə götürür. Bənd 4.1. Bu müqavilədə müəyyən olunmuş xidmətlərə görə xidmət haqları Səhmdar tərəfindən təqdim olunmuş, Şirkət tərəfindən qəbul olunmuş aktda (aktlarda) göstərilməlidir. Bənd 4.2. Ödəniş, Səhmdarın təqdim etdiyi hesab-faktura əsasında 5 (beş) bank günü ərzində Şirkət tərəfindən Səhmdarın bank hesabına ödənilməlidir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175216 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********165779 saylı qərarına əsasən Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Xüsusi rejimli vergi ödəyicilərinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X8, Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Xüsusi rejimli vergi ödəyicilərinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X9 tərəfindən "xxxx" MMC (VÖEN **********) üzrə 2019-2022-ci illər üzrə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Həmin yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********168686 nömrəli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Aktda yoxlamanın ümumi nəticəsi olaraq cəmiyyətə ümumilikdə 2631791,64 manat əlavə vergi məbləğinin hesablanması, bundan əlavə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247833,05 manat, Vergi Məcəlləsinin 57.1 maddəsinə görə 440 manat olmaqla ümumilikdə 248273,05 manat maliyyə sanksiyasının və “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 255514,74 manat məbləğində faizin (Libor+4%) hesablanması təklif olunmuşdur. Həmin aktda qeyd olunanları nəzərə alaraq, Milli Gəlirlər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri X7 “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixində **********175216 nömrəli Qərar qəbul etmişdir. Qərara əsasən, yoxlamanın ümumi nəticəsi olaraq cəmiyyətə ümumilikdə 2631791.64 manat əlavə vergi məbləği (mənfəət vergisi üzrə 482880,81 manat, ödəmə mənbəyində tutulan vergilər üzrə 12784.7 manat, xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə 2136125.57 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 0,56 manat), Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247 833.05 manat, Vergi Məcəlləsinin 57.1 maddəsinə görə 440 manat olmaqla ümumilikdə 248 273.05 manat maliyyə sanksiyasının və “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” protokolun 3.6-cı maddəsinə əsasən 255514.74 manat məbləğində faizin (Libor+4%) hesablanmışdır. Cavabdeh vergi orqanı iddia edir ki, İddiaçı MMC-də çalışan xarici əməkdaşların əmək müqavilələri “Swift Technical (Singapore) Pte Ltd” şirkəti (“Swift Singapore”) ilə bağlanmış, əmək haqları “Air Resourses Limited (UK)” şirkəti tərəfindən hesablanmışdır. Lakin, xarici işçilərin əmək haqqına Azərbaycanda tətbiq edilən vergilər Cəmiyyət tərəfindən hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanı aşağıdakı arqumentləri irəli sürərək iddia edir ki, Azərbaycanda vergi məqsədləri üçün Cəmiyyətdə çalışan xarici əməkdaşları Cəmiyyətin əməkdaşları kimi qiymətləndirmək olmaz: Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW-20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır. Yoxlanılan dövrdə xarici işçilərin Azərbaycan Respublikasında əldə etdiyi əmək haqqı gəlirlərindən vergilər və Azərbaycan Respublikasında ödənilmiş əmək haqları çıxıldıqdan sonra xarici işçilərin hesablarına ödənilməsi üçün yoxlanılan dövrdə ümumilikdə: “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə 42250174,50 manat ödəniş aparılmışdır. Eyni zamanda ödənilmiş məbləğlərin tərkibinə 2% xidmət haqları da əlavə edilməklə ödənilmişdir. Cəmiyyətin dövriyyəsinin 2020-ci ildə 98,36%-i “Azəri” və “Çıraq”, 1.19%-i “Şah Dəniz”, 0.45%-i “CQBK” Sazişi, 2021-ci ildə 98.9%-i “Azəri” və “Çıraq”, 1.1%-i “Şah Dəniz” Sazişi və 2022ci ildə isə 95%-i “Azəri” və “Çıraq”, 5%-i isə “Şah Dəniz” Sazışləri çərçivəsində xidmətlərdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən vergilər xidmətin dəyərinin üzərindən “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında Sazişinin 12.6-cı maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 5% vergi dərəcəsi ilə, ümumilikdə 2117767,65 manat vergi məbləğinin hesablanması təklif olunur. Bundan əlavə vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” Protokolun 3.6-cı maddəsinə əsasən 253 033,46 manat məbləğində faizin (Libor+4%) hesablanması təklif edilmişdir. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında Sazişinin 12.6-cı maddəsinin (i) bəndinə əsasən Azərbaycan hüdudlarından kənarda yaradılmış Subpodratçılardan (“Xarici Subpodratçılar”) yalnız Azərbaycanın hüdudları daxilində gördükləri işlər və ya göstərdikləri xidmətlər müqabilində alınan ödəniş məbləğlərindən vergi tutulmalıdır. Bununla əlaqədar bildirmək istəyirik ki, “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisində Cəmiyyətə heç bir xidmət və ya mal təqdim edilməyib. Belə ki: İddiaçının xarici əməkdaşlarına əmək haqları “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən Azərbaycan hüdudlarından kənarda hesablanıb və xaricdə ödənilib. “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti bu xidmətləri Azərbaycan Respublikası ərazisində təqdim etməyib; İddiaçı tərəfindən Azərbaycanda işə cəlb edilən xarici əməkdaşlar, Azərbaycan Respublikasında İddiaçı təşkilatın əməkdaşlarıdır və Azərbaycan qanunvericiliyinə əsasən iddiaçı həmin işçilər üzrə işəgötürən hesab edilir. İddiaçı müvafiq xarici əməkdaşları üçün yalnız işəgötürənin ərizəsi əsasında Azərbaycan Respublikasında əmək fəaliyyəti üçün iş icazələrini əldə etmişdir. Həmin iş icazələrinin yalnız işəgötürənin ərizəsi əsasında və işəgötürənin adına verilməsi iddiaçının Azərbaycan qanunvericiliyi məqsədləri üçün müvafiq əməkdaşın işəgötürəni olmasını təsdiq edir. Bundan əlavə, aşağıdakı faktlar müvafiq əməkdaşların Azərbaycan Respublikasında məhz İddiaçının əməkdaşı olmasını sübut edir: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti işçinin iş nəticələri üzrə heç bir məsuliyyət və ya risk daşımır; Azərbaycan Respublikasında işə dair təlimatlar işçilərə yalnız İddiaçı tərəfindən verilir; İşlərin görülməsi iddiaçının nəzarətində və məsuliyyətində olan ərazidə həyata keçirilir; “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə ödənilən məbləğ yalnız işçilərin əmək haqlarından ibarətdir; Materiallar və avadanlıqlar işçilərin sərəncamına İddiaçı tərəfindən təqdim edilib; İşçilərin sayı və ixtisasları yalnız Cəmiyyət tərəfindən müəyyən edilir. Bundan əlavə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında Sazişin” və “Şah Dəniz” Protokollarına (maddə 1.3) əsasən müəyyən edilmişdir ki, “Xarici Subpodratçılar hazırda tətbiq edilən İkiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur.” Beləliklə, Azərbaycan Respublikası Hökuməti, Böyük Britaniya və X6 Krallığı Hökuməti arasında bağlanmış ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında KONVENSİYA mövcud olduğu üçün “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti: Konvensiyada nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər; Belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. Konvensiyanın 7.1-ci maddəsinə əsasən, “Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, yaxud keçiribsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər.” Yuxarıdakıları nəzərə alaraq, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəət Azərbaycan Respublikasında vergiyə yalnız o halda cəlb edilə bilər ki, müvafiq gəlir “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyi vasitəsi ilə əldə edilsin. Vergi Məcəlləsinin 19-cu maddəsinə əsasən isə “Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir”. Konvensiyanın 5.1-ci maddəsinə əsasən: “Bu Konvensiyanın məqsədləri üçün “daimi nümayəndəlik” termini, müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirildiyi daimi fəaliyyət yerini bildirir.” Bununla əlaqədar bir daha qeyd olunur ki, “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycan Respublikasında birbaşa və/və ya müvəkkil edilmiş şəxslər vasitəsi ilə heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməyib/keçirmir və bununla da Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayıb/yaratmır. Belə ki, aşağıdakı əsaslara müvafiq olaraq Cəmiyyətinin işçisi olan xarici əməkdaşlar, vergi məqsədləri üçün Azərbaycan Respublikasında “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin əməkdaşları və/və ya müvəkkil edilmiş şəxslər hesab edilə bilməz. Yuxarıda qeyd etdiyimiz kimi: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti işçilərin iş nəticələri üzrə heç bir məsuliyyət və ya risk daşımır; İşçilər Azərbaycan Respublikasında “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən deyil, məhz İddiaçı tərəfindən təlimatlandırılır; İşçilərin Azərbaycan Respublikasındakı iş yeri İddiaçının nəzarətində və məsuliyyətində olan yerlərdə həyata keçirilir; İddiaçı tərəfindən “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə ödənilmiş məbləğlər yalnız İddiaçının xarici əməkdaşlarının əmək haqqı məbləğlərini təşkil edir; Materiallar və avadanlıqlar işçilərin sərəncamına İddiaçı tərəfindən təqdim edilir; İşçilərin sayı və ixtisasları “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən deyil, məhz İddiaçı tərəfindən müəyyən edilir; İşçilər Azərbaycan Respublikası ərazisində İddiaçı tərəfindən və İddiaçının adına əldə edilmiş iş icazələri əsasında əmək fəaliyyətini həyata keçirirlər. Beləliklə, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasında İddiaçı təşkilat xarici əməkdaşların işəgötürəni hesab edilir və “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin əməkdaşları hesab edilə bilməzlər. Həmçinin, Vergi Məcəlləsinin 19.2.10-cu maddəsinə əsasən, müvəkkil edilmiş şəxslər qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi funksiyalarını həyata keçirən, onların adından fəaliyyət göstərən, onların adından müqavilələri hazırlamaq və ya bağlamaq səlahiyyətlərinə malik olan və adətən belə səlahiyyətləri həyata keçirən şəxslər ola bilər. İddiaçı və ya onun əməkdaşlarının heç biri və ya istənilən hər hansı bir digər üçüncü şəxs Azərbaycan Respublikasında “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti adında hər hansı bir müqaviləni hazırlamaq və ya bağlamaq səlahiyyətinə malik deyil və ya “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti adından fəaliyyət göstərmir. Beləliklə, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasında fəaliyyətini göstərən heç bir müvəkkil şəxs yoxdur və “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycanda sahibkarlıq fəaliyyətindən heç bir gəlir/mənfəət əldə etmir. Beləliklə, yuxarıda qeyd edilən Sazişlərin və Konvensiyanın müddəalarına, həmçinin qeyd edilmiş faktlara əsasən müəyyən olunur ki: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən əmək haqları hesablanan və ödənilən İddiaçının əməkdaşları, Azərbaycan Respublikasında vergitutma məqsədləri üçün İddiaçının əməkdaşları hesab edilir; “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycanda heç bir fəaliyyət göstərmir və daimi nümayəndəlik yaratmır; “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycandan kənarda sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri/mənfəəti (o cümlədən Cəmiyyət tərəfindən “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə İddiaçının əməkdaşlarının əmək haqlarının ödənilməsi üçün ödənilən ödənişlər) Azərbaycan Respublikasında heç bir vergiyə cəlb edilməməlidir; Konvensiyada qeyd edilən güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün heç bir inzibati tədbir görməyə ehtiyac yoxdur. Bunlar nəzərə alınaraq, iddiaçı tərəfindən “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə iddiaçının əməkdaşlarının əmək haqlarının ödənilməsi üçün ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi tutulmamalıdır. Beləliklə, vergi organı tərəfindən qeyd edilən bu iddia üzrə iddiaçıya əlavə olaraq ümumilikdə 2117767,65 manat əlavə vergilərin hesablanması və vergilərin dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə 253033,46 manat məbləğində faizin (LİBOR+4%) hesablanması əsassızdır.

13. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********165779 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli **********168686 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175216 qərar qəbul edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023cü il tarixli **********175216 nömrəli qərarına əsasən vergi ödəyicisinə ümumilikdə 2631791,64 manat əlavə vergi məbləği, 248273,05 manat maliyyə sanksiyası və 255514,74 manat faiz hesablanmışdır. Cəmiyyət tərəfindən mənfəət vergi bəyannamələri üzrə gəlirlərin düzgünlüyü yoxlanılan zaman kənarlaşmanın olduğu müəyyən olunmuşdur. Belə ki, 2020-ci ilin mənfəət vergisi üzrə 2423592.48 manat gəlirin düzgün olmayaraq 2021-ci ilin MV bəyannaməsinin gəlirlərində bəyan edildiyi müəyyən olunmuşdur. Eyni zamanda 2021-ci ilin MV üzrə bəyannaməsinin gəlirlərində isə 2428567.90 manat gəlirin düzgün olmayaraq 2022-ci ilin gəlirlərində bəyan edildiyi aşkar olunmuşdur. Bununla da, Vergi Məcəlləsinin 104-cü və 135-ci maddəsinin tələblərinin pozulmaqla ümumilikdə MV bəyannamələri (2021-2022) üzrə 2428567.90 manat (2020-ci il üzrə 2423592.48 manat, 2021-ci il üzrə isə 4975.42 manat) gəlirin az göstərildiyi müəyyən olunmuşdur. Bundan başqa cəmiyyətin 2020-ci il gəlirlərində CQBK sazişi üzrə fəaliyyətindən 215992.42 manat gəlirlərinin olduğu müəyyən olunmuş və CQBK sazişinin 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənfəət vergisindən azad olduğuna görə və Vergi Məcəlləsinin 106.1-ci maddəsinin tələblərinə əsasən ümumi gəlirlərdən çıxılaraq cəmiyyətin vergidən azad olunan gəlirlərinə aid edilmişdir. Qeyd olunanlara əsasən cəmiyyətin gəlirlərin düzgün bəyan olunmamasına və CQBK sazişi üzrə gəlirlərinə görə xərclər xüsusi çəki əsasında xərclərə aid edilərək svy ilə yenidən hesablama nəticəsində cəmiyyətə ümumilikdə 482880.81 manat (2020-ci il üzrə 481885.72 manat, 2021-ci il üzrə 995.09 manat) vergi məbləğinin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə ümumilikdə 241440.40 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, cəmiyyətin təsisçisi olan “Az-Texnodiaqnostika və Texniki Təchizad xidmətləri” MMC-ə 127846.80 manat dividend ödənişləri aparılmış lakin ödəmə mənbəyində vergiyə cəlb olunmadığı aşkar olunmuşdur. Odur ki, Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulmasına görə ümumilikdə 12784.70 manat (2020-ci il üzrə 3835.40 manat, 2021-ci il üzrə 8949.28 manat) vergi məbləği və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6392.34 manat (2020-ci il üzrə 1917.70 manat, 2021-ci il üzrə 4476.64 manat) maliyyə sanksiyası hesablanmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, cəmiyyətdə çalışan xarici əməkdaşların əmək haqları “AİR Resources Limited (United Kingdom)” şirkəti tərəfindən ödənilmiş, əmək müqavilələri “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə bağlanılmış, əmək haqları "xxxx" MMC tərəfindən hesablanmış və xarici işçilərin əmək haqqıdan vergiləri hesablanaraq büdcəyə ödənilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW- 20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR Resources Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır. Qeyd edilənlərlə bağlı xx.xx.2023-cü il tarixində **********171994 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmış, həmin qərara əsasən muzdlu işçi kimi fəaliyyət göstərən xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, paysliplər, əmək haqqı hesablama cədvəlləri, ödəniş sənədləri, "xxxx" MMC ilə “AİR Resources Limited (United Kingdom)” şirkəti arasında servis xidmətləri ilə bağlı ilkin sənədləri (müqavilə, qəbul aktlan, qaimə- faktura, ödəniş sənədləri (alt sənədləri ilə birlikdə) götürülərək protokollaşdırılmışdır. Lakin, "xxxx" MMC ilə Swift Techincal (Singapore) Pte LTD şirkəti arasında bağlanmış müqavilənin olmadığı bildirilərək verilməsindən imtina edildiyindən xx.xx.2023-cü il tarixli **********172638 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə" Akt tərtib edilmişdir. Bundan başqa yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən “Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi’’-nin Bakı filialına tibbi xidmətlər üzrə 9842.43 manat, otel mehmanxana xidmətlərinə görə “X19” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 313501.02 manat, təlim xidmətlərinə görə “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 19040.00 manat, hüquq xidmətlərinə görə “X20 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 23913.13 manat aparılmış ödənişlər Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə vergiyə cəlb edilməmişdir. Yoxlanılan dövr üzrə qeyd olunan şirkətlər tərəfindən göstərilən xidmətlərin dəyərləri (ümumilikdə 366296.76 manat) yuxarıda qeyd edilən Sazişlər çərçivəsində filialın dövriyyəsinə uyğun olaraq bölüşdürülərək “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü” haqqında Sazişinin 12.6- maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 manddəsinə əsasən 5% vergi dərəcəsi ilə 18054.37 manat, “Xəzər dənizinin Azərbaycan sektorunda Şah dəniz prespektiv sahəsinn kəşfiyyatı, işlənməsi hasilatının pay bölgüsü haqqında Sazişinin 12.4 maddəsinin (i) bəndinə və Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 6,25 % vergi dərəcəsi ilə 303.56 manat olmaqla ümumilikdə 18357.93 manat vergi hesablanmışdır. Bundan əlavə vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 2481.28 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır. İddiaçı “Air Resources Limited (United Kingdom)” şirkəti tərəfindən Azərbaycan Respublikasının ərazisində cəmiyyətə heç bir mal və xidmətin təqdim edilmədiyini və cəmiyyət tərəfindən “Air Resources Limited (United Kingdom)” şirkətinə ödənilmiş məbləğlərin xarici əməkdaşların əmək haqqı olduğunu bildirmişdir. Həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikası Höküməti ilə Böyük Britaniya və X6 Krallığı Höküməti arasında bağlanmış ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınanın qarşısının alınması haqqında Konvensiyaya istinad edilməklə vergilərin hesablanmasının düzgün olmadığını bildirmişdir. “Air Resources” Limited (United Kingdom) şirkəti tərəfindən işçilik xidməti ilə bağlı göndərilmiş xarici işçilərin Azərbaycan Respublikası ərazisində xidmətlər göstərdiyini nəzərə alaraq, Cəmiyyətə “Air Resources” Limited (United Kingdom) şirkəti tərəfindən göstərilən xidmətlərin Azərbaycan Respublikası ərazisindən kənar göstərilməsi ilə bağlı mövqeyi əsassızdır. Bundan başqa, Cəmiyyətin Azərbaycan Respublikası Höküməti ilə Böyük Britaniya və X6 Krallığı Höküməti arasında bağlanmış Konvensiyaya görə ikiqat vergiyə cəlb etməyə yol verilməməsi ilə bağlı mövqeyi barədə bildiririk ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalan”mn 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 forması) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. Lakin “Air Resumes" Limited (United Kingdom) şirkəti tərəfindən belə bir müraciətin edildiyi müəyyən edilməmişdir. İddiaçı tərəf qərarın tam ləğvini tələb etsə də bununla bağlı hər hansı dəlil gətirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

15. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2368/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə (Hakim N.Abıyev) iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya hesablanmış vergilərin əsaslı olması üçün aşağıdakı şərtlər yerinə yetməlidir: - “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; - "xxxx" MMC Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir.

17. Qeyd edilən Protokolların “Təriflər” bölməsinə əsasən, “xarici subpodratçı” Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla).

18. “Subpodratçı” isə podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, işləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir.

19. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı MMC xarici subpodratçıdır.

20. Göründüyü kimi, X1 verginin hesablanmasına dair münasibətlər tənzimlənmişdir və ödənişlərdən tam məbləğdə ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmuşdur.

21. Hazırkı halda iddiaçı onunla SWİFT Technical (Singapore) PTE LTD Şirkəti (podratçı) arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında” Müqaviləyə istinadən iddia edir ki, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti Azərbaycan Respublikasından kənarda müəyyən xidmətlər göstərmişdir.

22. İş materiallarında olan ayrı-ayrı şəxslərlə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti arasında bağlanmış əmək müqavilələrinin surətlərindən müəyyən olunur ki, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti iddiaçının xeyrinə işləməyə razı olan namizədlərin Azərbaycan Respublikasına göndərilərək iddiaçı tərəfindən işə götürülməsinə dair xidmətlər göstərməmiş, əksinə, özü ilə əmək müqaviləsi bağlayan və onun işçiləri olan şəxsləri Azərbaycan Respublikasında müştərisi üçün (BP Exploration) işləməyə göndərmişdir. Başqa sözlə, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti faktiki işçilik xidməti göstərmişdir. Həmin müqavilələrin məzmununda əmək haqlarının həcmi və ən əsası əmək münasibətlərinə xitam vermə ilə bağlı səlahiyyətlərin SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsus olduğu qeyd edilib və həmin müqavilədə işəgötürən kimi bütün hüquq və vəzifələrin iddiaçıya deyil, SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsusluğu müəyyən edilir.

23. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********175216 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanuni və əsaslı olmuşdur.

24. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2368/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, razılaşmadığımız birinci hal: Məhkəmə hazırkı işə tətbiq edilməli olan hüquq normasını düzgün müəyyən etmiş olsa da, həmin hüquq norması əsasında iş üçün əhəmiyyəti olan faktiki halları düzgün müəyyən etməmişdir. Məhkəmə “Azəri və Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”- inə (bundan sonra “AÇG Sazişi”) və “Xəzər Dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”-inə (bundan sonra “Şahdəniz Sazişi”) aid “Xarici subportaçıların vergiyə cəlb olunması haqqında” Protokolların 1.1, 1.1.2, 1.1.3 və 3.1-ci maddələrinə istinad edərək qeyd edir ki (bax qərarın 15-ci səhifəsi, aşağıdan ikinci abzas): “iddiaçıya hesablanmış vergilərin əsaslı olması üçün aşağıdakı aşağıdakı hallar sübut edilməlidir: “Swift Technical (Singapore) Pte Ltd” Şirkəti (?!) Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; İddiaçı MMC (?!) Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir.” Hesab edirik ki, məhkəmə burada iş üçün əhəmiyyəti olan halları düzgün müəyyən etməyibdir. Birincisi, iş üçün əhəmiyyəti olan faktiki hal - “Swift Technical (Singapore) Pte Ltd” Şirkətinin xarici subpodratçı olub-olmaması deyil, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin xarici subpodratçı olub-olmasıdır. Belə ki, iddiaçı ilə xidmət müqaviləsi “Swift Technical (Singapore) Pte Ltd” Şirkəti ilə deyil, məhz “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti ilə bağlanmışdır və iddiaçı tərəfindən xidmət müqaviləsi üzrə ödənişlər “Swift Technical (Singapore) Pte Ltd” Şirkətinə deyil, məhz “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə edilmişdir. Bu baxımdan iş üçün əhəmiyyəti olan hal - “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin xarici subpodratçı olub-olmamasıdır. Məhkəmə isə iş üçün əhəmiyyəti olan bu halı düzgün müəyyən etməyib. İkincisi, iş üçün əhəmiyyəti olan növbəti faktiki hal - İddiaçı MMC-nin deyil, məhz “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirib-yetirməməsidir. Belə ki, məhkənin özünün istinad etdiyi Protokollarda qeyd edilir ki, əgər Xarici Subpodratçı Azərbaycan Respublikasında işlər və xidmətlər görürsə, belə olan halda həmin Xarici Subpodratçıya edilən ödənişlər vergiyə cəlb edilir (Protokolun 1.1-ci maddəsi). Əksinə, əgər Xarici Subpodratçı Azərbaycan Respublikasından kənarda işlər və xidmətlər görürsə, belə olan halda vergi tətbiq olunmur (Protokolun 1.1.3-cü maddəsi). İş materiallarından da görünür ki, iddiaçı ilə “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti arasında imzalanmış müqaviləyə görə iş və xidmətləri “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti görməlidir, İddiaçı MMC deyil. Bu baxımdan iş üçün əhəmiyyəti olan hal - “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirib-yetirməməsidir. Məhkəmə isə burada da iş üçün əhəmiyyəti olan halı düzgün müəyyən etməyib. Beləliklə, hesab edirik ki, Protokollara görə iddiaçıya hesablanmış vergilərin əsaslı olması üçün iş üçün əhəmiyyətli olan hallar aşağıdakılar olmalı idi: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olması; və 8. Məhkəmənin gəldiyi nəticə üçün mühüməhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, bu iki haldan ikinci hal mövcud deyil. Belə ki, “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti xarici subpodratçı olmaqla, o, iddiaçı ilə bağladığı xidmət müqaviləsi üzrə xidmətləri Azərbaycan Respublikasından kənarda yerinə yetirmişdir. “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən xidmətlərin Azərbaycan Respublikasında yerinə yetirildiyinə dair iş materiallarında heç bir sübut yoxdur. Razılaşmadığımız ikinci hal: Məhkəmə qərarında qeyd edir ki (bax: Qərarın 16-cı səhifəsi, yuxarıdan 2-ci abzas): “İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC xarici subpodratçıdır”. Məhkəmənin müəyyən etdiyi bu hal iş materiallarında olan heç bir sənədlə ilə sübut edilmir. Belə ki, məhkəmə Protokolların “Tərif” bölməsinə istinad edərək qeyd edir ki, “xarici subpodratçı” Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş hüquqi şəxsdir. Başqa sözlə, hüquqi şəxsin “xarici subpodratçı” hesab edilməsi üçün onun Azərbaycan Respublikasından kənarda yaradılması (təşkil edilməsi) gərəkdir. Lakin, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC Azərbaycan Respublikasından kənarda deyil, məhz elə Azərbaycan Respublikasından təsis edilmiş hüquqi şəxsdir. Bundan əlavə, İddiaçı MMCnin harada təsis edilib-edilməməsi iş üçün əhəmiyyəti olan hal deyildir. İş üçün əhəmiyyəti olan hal (yuxarıda qeyd etdiyimiz kimi) - “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin harada təsis edilib edilməməsidir. “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti xaricdə təsis edildiyindən, o, xarici subpodratçı hesab edilir. Razılaşmadığımız üçüncü hal: Məhkəmə qərarında qeyd edir ki (bax: Qərarın 16-cı səhifəsi, yuxarıdan 3-4-ci abzaslar): “Hazırkı halda iddiaçı onunla SWİFT Technical (Singapore) PTE LTD Şirkəti (podratçı) arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında” Müqaviləyə istinadən iddia edir ki, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti Azərbaycan Respublikasından kənarda müəyyən xidmətlər göstərmişdir. İş materiallarında olan ayrı-ayrı şəxslərlə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti arasında bağlanmış əmək müqavilələrinin surətlərindən müəyyən olunur ki, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti iddiaçının xeyrinə işləməyə razı olan namizədlərin Azərbaycan Respublikasına göndərilərək iddiaçı tərəfindən işə götürülməsinə dair xidmətlər göstərməmiş, əksinə, özü ilə əmək müqaviləsi bağlayan və onun işçiləri olan şəxsləri Azərbaycan Respublikasında müştərisi üçün (BP Exploration) işləməyə göndərmişdir. Başqa sözlə, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti faktiki işçilik xidməti göstərmişdir. Həmin müqavilələrin məzmununda əmək haqlarının həcmi və ən əsası əmək münasibətlərinə xitam vermə ilə bağlı səlahiyyətlərin SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsus olduğu qeyd edilib və həmin müqavilədə işəgötürən kimi bütün hüquq və vəzifələrin iddiaçıya deyil, SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsusluğu müəyyən edilir.” Bununla bağlı qeyd edirik ki, məhkəmənin müəyyən etdiyi bu hal iş materiallarında olan heç bir sənədlə sübut edilmir. Nə iddiaçının özü “SWİFT Technical (Singapore) PTE LTD” Şirkəti ilə hər hansı bir müqavilə bağladığını bildirməmişdir, nə də ki iş materiallarında belə bir müqavilə mövcud deyil. İşin mübahisəsiz olan hallarından biri odur ki, iddiaçı BP Exploration (Caspian Sea) Limited şirkəti ilə 09 dekabr 2019-cu il tarixli ********* nömrəli Layihə İdarəedilməsi Xidmətlərinin Göstərilməsi məqsədi ilə Baş Müqavilə bağlamışdır (bax: qərarın 12-ci səhifəsi, yuxarıdan üçüncü abzas). Buradan bəlli olur ki, iddiaçı BP Exploration (Caspian Sea) Limited şirkətinə AÇG Sazişi və Şahdəniz Sazişi çərçivəsində xidmətlər göstərmişdir, yəni iddiaçının fəaliyyəti karbohidrogen fəaliyyəti ilə bağlı olmuşdur. İşin mübahisəsiz olan digər halı ondan ibarətdir ki, iddiaçı BP Exploration (Caspian Sea) Limited şirkəti ilə bağladığı müqavilə ilə əlaqədar“AİR RESOURCES Limited (United Kingdom)” şirkəti ilə xx.xx.2020-ci il tarixli 0001AİRSW-20 nömrəli xidmət müqaviləsi bağlayaraq “AİR RESOURCES Limited (United Kingdom)” şirkətindən müəyyən xidmətlər (işçilərin əmək haqlarının hesablanması və ödənilməsi və sair) almışdır (bax: (bax: qərarın 12-ci səhifəsi, yuxarıdan üçüncü abzas). Digər sözlə, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin iddiaçıya müqavilə üzrə göstərdiyi xidmətlərin özü də AÇG Sazişi üzrə və həm də Şahdəniz Sazişi üzrəkarbidrohidrogen fəaliyyəti ilə bağlı xidmətlər olmuşdur. Azərbaycan Respublikasında AÇG Sazişi və Şahdəniz Sazişi üzrə karbohidrogen fəaliyyəti ilə bağlı görülən xidmətlərə görə edilən ödənişlərin vergiyə cəlb edilməsi həmin Sazişlərə aid “Xarici subportaçıların vergiyə cəlb olunması haqqında” Protokollar (bundan sonra “Protokollar”) ilə tənzimlənir. Protokolların 1.1-ci bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət vergiyə cəlb edilir. Protokolların 1.1.2-ci bəndinə əsasən "İşlər və Xidmətlər" dedikdə, Azərbaycan Respublikası ərazisində hər hansı hüquqi şəxs tərəfindən hər hansı hüquqi şəxs üçün hər hansı iş növünün yerinə yetirilməsi və ya hər hansı xidmət növünün göstərilməsi (o cümlədən xammal, materiallar və belə işlərin yerinə yetirilməsi və ya belə xidmətlərin göstərilməsi nəticəsində müstəqil vahid olmayan digər elementlər) başa düşülür. "İşlər və Xidmətlər" dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat, tikinti, modernizasiya, tikinti və maddi-texniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət; inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər. Protokolların 1.1.3-cü bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasından kənarda işlərin görülməsi və xidmətlərin göstərilməsinə yaxud malların təsliminə münasibətdə heç bir vergi tətbiq olunmur. Protokolların 3.1-ci bəndinə əsasən xarici subpodratçılara həyata keçirilən ödənişlərdən bu Protokolun 1-ci maddəsinə müvafiq surətdə hesablanmış vergilər bu ödənişləri həyata keçirən şəxs tərəfindən tutulacaqdır. Yuxarıda qeyd edilənlərdən bəlli olur ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış vergilərin əsaslı olması üçün aşağıdakı hallar sübut edilməlidir: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; və “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir. Protokollardan o da bəlli olur ki, əgər işlər və xidmətlər Azərbaycan Respublikasından kənarda görülübsə, belə iş və xidmətlərə görə edilən ödənişlər vergiyə cəlb edilmir (Protokolların 1.1.3-cü maddəsi). Gəlin baxaq ki, bu iki halların hər biri hazırkı işdə mövcuddurmu. “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin xarici subpodratçı məsələsi: Protokolların “Təriflər” bölməsinə əsasən, “xarici subpodratçı” Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). Subpodratçı” isə podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, işləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir. Hazırkı iş üzrə “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycan Respublikasından kənarda təsis edildiyindən və iddiaçıya təqdim etdiyi xidmətlər karbohidrogen fəaliyyəti ilə ələqədar olduğundan, o, qeyd edilən Protokollara əsasən xarici subpodratçıdır. “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən görülən xidmətləri yeri məsələsi: İddiaçı ilə “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti arasında imzalanmış xx.xx.2020-ci il tarixli 0001AİRSW-20 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndindən görünür ki, iddiaçı “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə işçilərin əmək haqlarının hesablanması və ödənilməsi ilə bağlı xidmətlər sifariş vermişdir. Yəni, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin gördüyü iş əmək haqlarının 9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər hesblanması və ödənilməsindən ibarət olmuşdur. “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti bu xidmət müqaviləsi üzrə xidmətlər Azərbaycan Respublikasında deyil, Azərbaycan Respublikasından kənarda həyata keçirmişdir. Belə ki, əmək haqları xaricdə hesablanmış və xaricdə olan bank hesablarına da köçürülmüşdür. İş materiallarında əmək haqqının hesablanması və ödənilməsinin Azərbaycan Respublikasında həyata keçirildiyini göstərən heç bir sübut mövcud deyil. Beləliklə, “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti bu xidmət müqaviləsi üzrə xidmətlər Azərbaycan Respublikasında deyil, Azərbaycan Respublikasından kənarda həyata keçirmişdir. Protokolların 1.1.3-cü maddəsinə görə əgər karbohidrogen fəaliyyəti ilə bağlı xidmətlər Azərbaycan Respublikasından kənarda həyata keçirilirsə, belə xidmətlərə görə edilən ödənişlər vergiyə cəlb edilmir. Bu səbəbdən iddiaçının “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə etdiyi ödənişlərə cavabdeh tərəfindən verginin hesablanması qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd etdiyimiz kimi iş üçün əhəmiyyəti olan halları düzgün müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi yanlışlığa yol verərək hesab etmişdir ki, guya iş üçün əhəmiyyəti olan hallar aşağıdakılardır: “Swift Technical (Singapore) Pte Ltd” Şirkəti (?!) Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; İddiaçı MMC (?!) Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir.” Artıq yuxarıda qeyd etmişik ki, iş üçün əhəmiyyəti olan faktiki hal - “Swift Technical (Singapore) Pte Ltd” Şirkətinin xarici subpodratçı olub-olmaması deyil, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin xarici subpodratçı olub-olmasıdır. Belə ki, iddiaçı ilə xidmət müqaviləsi “Swift Technical (Singapore) Pte Ltd” Şirkəti ilə deyil, məhz “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti ilə bağlanmışdır və iddiaçı tərəfindən xidmət müqaviləsi üzrə ödənişlər “Swift Technical (Singapore) Pte Ltd” Şirkətinə deyil, məhz “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə edilmişdir. Bu baxımdan iş üçün əhəmiyyəti olan hal - “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin xarici subpodratçı olubolmamasıdır. İkincisi, iş üçün əhəmiyyəti olan növbəti faktiki hal - İddiaçı MMC-nin deyil, məhz “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirib-yetirməməsidir. Belə ki, məhkənin özünün istinad etdiyi Protokollarda qeyd edilir ki, əgər Xarici Subpodratçı Azərbaycan Respublikasında işlər və xidmətlər görürsə, belə olan halda həmin Xarici Subpodratçıya edilən ödənişlər vergiyə cəlb edilir (Protokolun 1.1-ci maddəsi). Əksinə, əgər Xarici Subpodratçı Azərbaycan Respublikasından kənarda işlər və xidmətlər görürsə, belə olan halda vergi tətbiq olunmur (Protokolun 1.1.3-cü maddəsi). İş materiallarından da görünür ki, iddiaçı ilə “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti arasında imzalanmış müqaviləyə görə iş və xidmətləri “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti görməlidir, İddiaçı MMC deyil. Bu baxımdan iş üçün əhəmiyyəti olan hal - “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirib-yetirməməsidir. Məhkəmə qərarında qeyd edir ki (bax: Qərarın 16cı səhifəsi, yuxarıdan 2-ci abzas): “İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC xarici subpodratçıdır”. Məhkəmənin müəyyən etdiyi bu hal iş materiallarında olan heç bir sənədlə ilə sübut edilmir. Belə ki, məhkəmə Protokolların “Tərif” bölməsinə istinad edərək qeyd edir ki, “xarici subpodratçı” Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş hüquqi şəxsdir. Başqa sözlə, hüquqi şəxsin “xarici subpodratçı” hesab edilməsi üçün onun Azərbaycan Respublikasından kənarda yaradılması (təşkil edilməsi) gərəkdir. Lakin, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC Azərbaycan Respublikasından kənarda deyil, məhz elə Azərbaycan Respublikasından təsis edilmiş hüquqi şəxsdir. Bundan əlavə, İddiaçı MMCnin harada təsis edilib-edilməməsi iş üçün əhəmiyyəti olan hal deyildir. İş üçün əhəmiyyəti olan hal (yuxarıda qeyd etdiyimiz kimi) - “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin harada təsis edilib edilməməsidir. “AİR RESOURCES 12. Apellyasiya şikayəti verən şəxsin tələbi 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir digər sənədlər Azad.pdf Endir apellyasiya şikayəti Airswift_appellate complaint.pdf Endir order Order_EO-1304VK-2417_24.pdf Endir etibarnamə Etibarname.pdf Endir ərizə Elektron Ərizə.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Limited (United Kingdom)” şirkəti xaricdə təsis edildiyindən, o, xarici subpodratçı hesab edilir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası Vergi Məcəlləsi:

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 42. Sənədlərin tələb edilməsi. 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 92. Ödəmə mənbəyində verginin tutulmamasına və ya büdcəyə köçürülməməsinə görə məsuliyyət. Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 34.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarına riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 37.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə 2423592.48 manat gəlir 2021-ci ilin MV bəyannaməsinin gəlirlərində, 2021-ci ilin MV üzrə bəyannaməsinin gəlirlərində 2428567.90 manat gəlir 2022-ci ilin gəlirlərində bəyan edilmişdir.

41. Bundan başqa cəmiyyətin 2020-ci il gəlirlərində CQBK sazişi üzrə fəaliyyətindən 215992.42 manat gəlirlərinin olduğu müəyyən olunmuş və CQBK sazişinin 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənfəət vergisindən azad olduğuna görə və Vergi Məcəlləsinin 106.1-ci maddəsinin tələblərinə əsasən ümumi gəlirlərdən çıxılaraq cəmiyyətin vergidən azad olunan gəlirlərinə aid edilmişdir. Qeyd olunanlara əsasən cəmiyyətin gəlirlərinin düzgün bəyan olunmamasına və CQBK sazişi üzrə gəlirlərinə görə xərclər xüsusi çəki əsasında xərclərə aid edilərək SVY ilə yenidən hesablama nəticəsində cəmiyyətə ümumilikdə 482880.81 manat (2020-ci il üzrə 481885.72 manat, 2021-ci il üzrə 995.09 manat) vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241440.40 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.

42. Cəmiyyətin təsisçisi olan “Az-Texnodiaqnostika və Texniki Təchizat Xidmətləri” MMC-ə 127846.80 manat dividend ödənişləri aparıldığı halda, ödəmə mənbəyində vergiyə cəlb olunmadığı aşkar olunmuş, Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulmasına görə ümumilikdə 12784.70 manat (2020-ci il üzrə 3835.40 manat, 2021-ci il üzrə 8949.28 manat) vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6392.34 manat (2020-ci il üzrə 1917.70 manat, 2021-ci il üzrə 4476.64 manat) maliyyə sanksiyası tətbiq olunmuşdur.

43. Cəmiyyətdə çalışan xarici əməkdaşların əmək haqları “AİR Resources Limited (United Kingdom)” şirkəti tərəfindən ödənilmiş, əmək müqavilələri “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə bağlanılmış, əmək haqları İddiaçı MMC tərəfindən hesablanmış və xarici işçilərin əmək haqqıdan vergiləri hesablanaraq büdcəyə ödənilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW- 20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR Resources Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır.

44. Cəmiyyət tərəfindən “Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi’’nin Bakı filialına tibbi xidmətlər üzrə 9842.43 manat, otel mehmanxana xidmətlərinə görə “X19” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 313501.02 manat, təlim xidmətlərinə görə “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 19040.00 manat, hüquq xidmətlərinə görə “X20 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 23913.13 manat aparılmış ödənişlər Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə vergiyə cəlb edilməmişdir.

45. Qeyd olunan şirkətlər tərəfindən göstərilən xidmətlərin dəyərləri (ümumilikdə 366296.76 manat) yuxarıda qeyd edilən Sazişlər çərçivəsində filialın dövriyyəsinə uyğun olaraq bölüşdürülərək “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü” haqqında Sazişinin 12.6-cı maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 manddəsinə əsasən 5% vergi dərəcəsi ilə 18054.37 manat, “Xəzər dənizinin Azərbaycan sektorunda Şah dəniz prespektiv sahəsinn kəşfiyyatı, işlənməsi hasilatının pay bölgüsü haqqında Sazişinin 12.4 maddəsinin (i) bəndinə və Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 6,25 % vergi dərəcəsi ilə 303.56 manat olmaqla ümumilikdə 18357.93 manat vergi hesablanmışdır.

46. Vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 2481.28 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır.

47. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətini və ona dair əlavədə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

48. Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”un (bundan sonra-Protokol) 1.1ci bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət vergiyə cəlb edilir.

49. Protokolun 1.1.2-ci bəndinə əsasən "İşlər və Xidmətlər" dedikdə, Azərbaycan Respublikası ərazisində hər hansı hüquqi şəxs tərəfindən hər hansı hüquqi şəxs üçün hər hansı iş növünün yerinə yetirilməsi və ya hər hansı xidmət növünün göstərilməsi (o cümlədən xammal, materiallar və belə işlərin yerinə yetirilməsi və ya belə xidmətlərin göstərilməsi nəticəsində müstəqil vahid olmayan digər elementlər) başa düşülür. "İşlər və Xidmətlər" dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat , tikinti, modernizasiya, tikinti və maddi-texniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət; inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər.

50. Protokolun 1.1.3-cü bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasından kənarda işlərin görülməsi və xidmətlərin göstərilməsinə yaxud malların təsliminə münasibətdə heç bir vergi tətbiq olunmur.

51. Protokolun 3.1-ci bəndinə əsasən xarici subpodratçılara həyata keçirilən ödənişlərdən bu Protokolun 1-ci maddəsinə müvafiq surətdə hesablanmış vergilər bu ödənişləri həyata keçirən şəxs tərəfindən tutulacaqdır.

52. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya hesablanmış vergilərin əsaslı olması üçün aşağıdakı şərtlər yerinə yetməlidir: - “AİR Resources Limited (United Kingdom)” Şirkəti Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”un (bundan sonra-Protokol) 1.1-ci bəndinə əsasən “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; - “AİR Resources Limited (United Kingdom)” Şirkəti Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir.

53. Qeyd edilən Protokolların “Təriflər” bölməsinə əsasən, “xarici subpodratçı” Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla).

54. "Subpodratçı" isə podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, işləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir. 55.Yuxarıda göstərilənlərin təhlili onu qeyd etməyə əsas verir ki, “AİR Resources Limited (United Kingdom)” Şirkəti “xarici subpodratçı”dır.

56. Hazırkı iş üzrə iddiaçı onunla “AİR Resources Limited (United Kingdom)” Şirkəti (podratçı) arasında bağlanmış 0001AİRSW-20 nömrəli, xx.xx.2020-ci il tarixli Xidmət müqaviləsinə istinadən iddia edir ki, “AİR Resources Limited (United Kingdom)” Şirkəti Azərbaycan Respublikasından kənarda müəyyən xidmətlər göstərmişdir. Eyni zamanda iddia edir ki, “AİR Resources Limited (United Kingdom)” Şirkəti Azərbaycan Respublikası ərazisində heç bir xidmət və ya mal təqdim etməmişdir.

57. Lakin iş materiallarında olan 0001 AİRSW-20 nömrəli, xx.xx.2020-ci il tarixli Xidmət müqaviləsinə əsasən müəyyən olunur ki, “AİR Resources Limited (United Kingdom)” Şirkəti xarici subpodratçıdır və Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirir.

58. Belə ki, həmin müqavilənin 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilədə müəyyən olunmuş şərtlərə BP Exploration (Xəzər dənizi) Limited şirkətinə Layihə İdarəetmə Xidmətlərinin göstərilməsi məqsədilə 9 dekabr 2019-cu il tarixdə imzalanmış 441Q021561 nömrəli Baş Müqavilənin məqsədlərinə uyğun olaraq, “AİR Resources Limited (United Kingdom)” (Səhmdar) mühəndislərin təmin olunması (Şirkətin tələb etdiyi ixtisasa müvafiq qaydada), onların ümumi və xalis gəlirləri (maaşları və s.), əcnəbi mütəxəssislərin xalis gəlirlərinin Səhmdarın öz vəsaitləri hesabına onların bank hesablarına köçürülməsi də daxil olmaqla Şirkətə işçi qüvvəsinin həlli ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı bütün işlərin aparılmasını öz üzərinə götürür.

59. Həmçinin, həmin müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, səhmdarın öhdəliklərinə bu müqavilədə müəyyən olunmuş müddət daxilində xidmətlərin öz işçi heyətinin potensialı və öz vəsaitləri hesabına tələb olunan qaydada təmin olunması aiddir.

60. Hazırkı halda iddiaçı onunla “AİR Resources Limited (United Kingdom)” Şirkəti (podratçı) arasında bağlanmış Xidmət müqaviləsinə istinadən iddia edir ki, “AİR Resources Limited (United Kingdom)” Şirkəti yalnız işçilərin əmək haqlarını ödənilməsi xidmətini göstərmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gətirdiyi dəlillər aşağıda qeyd edilənlərə əsasən təkzib olunur.

62. Belə ki, iş materiallarında olan Xidmət müqaviləsinin (N 0001AİRSW-20) məzmunundan da görünür ki, AİR Resources Limited (United Kingdom) işçilərin əmək haqqının ödənilməsi xidməti ilə deyil, iddiaçı üçün mühəndislərin təmin olunması, hətta onların gəlirlərinin “AİR Resources Limited (United Kingdom) öz vəsaiti hesabına köçürülməsi, eyni zamanda iddiaçının, yəni "xxxx" MMC-in fəaliyyətinin təmin olunması üçün işçi qüvvəsinin təmin olunması ilə bağlı işlərin görülməsi göstərilmişdir. 63.“Müqavilə”nin 1.1-ci bəndinə əsasən "xxxx" MMC-də fəaliyyət göstərən işçilərin əməyinin ödənişi və digər gəlirləri “AİR Resources Limited (United Kingdom)” Şirkətinin öz hesabına həyata keçirilməsi göstərilmişdir.

64. Göründüyü kimi, “AİR Resources Limited (United Kingdom)” Şirkəti işçilərin əmək haqlarının ödənilməsi xidmətini deyil, başqa xidmətləri də (işçilik və s.) göstərmişdir. Həmçinin, “Müqavilə”nin məzmununa diqqət yetirildikdə, mühəndislərin və işçi qüvvəsinin təmin olunması, onların gəlirlərinin və əmək haqlarının ödənişinin “AİR Resources Limited (United Kingdom)” Şirkəti tərəfindən öz hesabın ödənilməsi işçilərin də məhz həmin “Şirkət” in işçiləri olmasına qeyd etməyə əsas verir.

65. Beləliklə də kollegiya qeyd edir ki, “AİR Resources Limited (United Kingdom)” Şirkəti tərəflər arasında bağlanmış Xidmət müqaviləsindən (N 0001AİRSW-20) irəli gələrək Azərbaycan Respublikasında müxtəlif xidmətlər göstərdiyi müəyyən olunmuşdur.

66. Həmçinin məhkəmə kollegiyası, iddiaçının “əməkdaşlarının Azərbaycan Respublikasında məhz "xxxx" MMC-nin əməkdaşı olması” dəlili ilə bağlı bildirir ki, buna dair iddiaçı tərəfindən hər hansı əmək müqavilələri təqdim edilməmişdir. İş materiallarında olan “əmək müqavilələri”nin də iddiçıya heç bir aiddiyyəti olmadığı müəyyən edilmişdir. Belə ki, həmin müqavilələrin surətindən görünür ki, işçilərlə əmək müqavilələrini işəgötürən kimi “SWİFT Technical (Singapore) PTE” LTD Şirkəti bağlamışdır. Müqavilədən də görünür ki, işçilərin əsas iş yeri Azərbaycanda "xxxx" MMC-dir.

67. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2368/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2368/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar