Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-339/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-2137/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 23.08.2019-cu il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə Azərbaycan Respublikası DİN Polis Akademiyasına imtahan verərək yüksək (584) balla daxil olmuşdur. Onunla birgə tağımda olan X9 ilk gündən fərqli və anormal davranış göstərdiyindən həmin şəxslə məsafəli münasibəti olmuş, lakin sonradan onun xidmət etdiyi tağıma keçirildikdən sonra hər gün bir yerdə xidmət apardıqlarına görə normal münasibətləri olmuşdur. Hətta bəzən birlikdə deyib güldükləri zamanlar da olmuşdur. Lakin, həmin şəxslə onun arasında heç vaxt hər hansı bir formada mübahisə olmamış, münasibətləri normal olmuşdur. 29 iyul 2019-cu il tarixdə akademiyanın birinci kursunu müvəffəqiyyətlə bitirdikdən sonra məzuniyyəti ilə bağlı evinə getmişdir. Növbəti gün, yəni 30 iyul 2019-cu il tarixdə akademiyadan kurs rəisinin müavini Vasif İsmayılov ona zəng edərək kursant yoldaşı X4 onun və başqa 4 (dörd) nəfərin barəsində şikayət etdiyini bildirmiş və valideyni ilə birlikdə sabah səhər 9:00-da akademiyaya gəlməsini tapşırmışdır. Növbəti gün o, atası Zamin Baloğlanovla oxuduğu Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına getmişdir. Nəzarət buraxılış məntəqəsinin önündə atası ilə dayandığı zaman əvvəllər heç vaxt görmədiyi bir qadın və bir kişi qəfil üstünə hücum çəkərək onu vurmağa başlamışlar. Onlar onu həmçinin təhqir edirdilər. Həmin şəxslərin vurduqları yumruq-təpik nəticəsində o, yerə yıxılmış və əlində olan mobil telefonu yerə düşərək qırılmışdır. Həmin vaxt atası ondan aralıda onun kimi Emral Babayevin atası ilə söhbət edirdi və yerə yıxıldığını görən kimi ona kömək etmək, həmçinin məsələni araşdırmaq məqsədilə yaxınlaşdığı anda onu vuran tanımadığı qadınla kişi atasını vurmağa başlamışlar. Bundan sonra növbətçi hissədə olan çavuşlar gələrək həmin şəxsləri onlardan kənarlaşdırmışlar. Daha sonra onu və şikayətlə bağlı çağırılmış digər kursant yoldaşları Emral Babayev, Əli Vəliyev, həmçinin Emralın atası və onun atası birlikdə akademiyanın həyətinə daxil olaraq gözləməyə başlamışlar. Bir müddət sonra akademiyanın rəisinin köməkçisi Osman Vəliyev onları növbətçi hissəyə çağıraraq guya kursant yoldaşları Məhəmməd Haşımova qarşı mənəvi və psixoloji təzyiqlər göstərdiklərini və bununla bağlı həmin şəxsin şikayətini elan edərək oradakı otaqda oturub izahat yazmaqlarını tapşırmışdır. Həmin vaxtı ora digər kursant yoldaşları Tacəddin Məmmədzadə də gəlmiş və onlar onun da, bu məsələ ilə bağlı gəldiyini bildirmişlər. Bundan sonra onlar ayrı-ayrılıqda izahatlarını yazmışlar. Həmçinin onların valideynlərinə də, izahat yazdırmışlar və bundan sonra onlar akademiyanı tərk etmişlər. Bir müddət sonra o, kursant yoldaşlarının bu məsələ ilə bağlı Azərbaycan Respublikası DİN-nin Daxili Təhqiqatlar İdarəsinə çağırıldığını və orada həmin İdarənin əməkdaşı Addıxan Bəxtiyarov tərəfindən onlara təzyiqlər göstərilərək əlehlərinə izahatlar vermələrinin tələb olunduğunu öyrənmişdir. Belə ki, izahat alınmağa çağırılmış kursant yoldaşları onlara adı gedən şəxs tərəfindən vəsiqələrinin alınacağı, polis əməkdaşı olan valideynlərinin tutduqları vəzifələrdən azad olunacaqları ilə hədələndiklərini və məcburən Addıxan Bəxtiyarovun dediyi sözlər əsasında onların əleyhlərinə izahatlar yazdıqlarını bildirirdilər. Sonradan o, özü də 2 (iki) dəfə Addıxan Bəxtiyarov tərəfindən Azərbaycan Respublikası DİN-nin Daxili Təhqiqiatlar İdarəsinə çağırılmışdır. Həmin şəxs onun özünə də, çoxsaylı təzyiqlər göstərərək eləmədiyi hərəkətləri “etiraf” etməsini zorla tələb edirdi. Hətta həmin şəxs onun dediklərini eləmədiyinə görə 3 dəfə onu xidməti otağından qovmuşdur. Sonra həmin şəxs onu İdarənin rəisi Sahib Mirzəyevin otağına aparmışdır. Sahib Mirzəyev isə onu tanımadan və dinləmədən cinayətkar olduğunu və həbs elətdirəcəyini demişdir. O, xeyli danışdıqdan sonra ondan nə səbəbdən ona yalvarmadığını soruşmuş, o, isə bildirmişdir ki, X4 şikayət ərizəsində yazılanlar qətiyyən doğru olmadığından, həmin şəxsə qarşı heç bir qanunsuz, o cümlədən şərəf-ləyaqəti alçaldan hərəkət etmədiyindən heç kimdən yalvarıb kömək istəmək fikri yoxdur. Bundan sonra, Sahib Mirzəyev vəsiqəsini almasını və onun akamediyadan qovulması ilə bağlı sənədləri hazırlamasını əsəbi şəkildə Addıxan Bəxtiyarova tapşırmışdır. O, həmçinin bir daha onu həbs elətdirəcəyi ilə hədələyərək otaqdan çıxmasını demiş və o, İdarəni tərk etmişdir. Bir müddət sonra onu, kurs rəisi Mehman Həsənovu, şikayətçi Məhəmməd Haşımovu və kursant yoldaşı Tacəddin Məmmədzadəni birlikdə Daxili Təhqiqatlar İdarəsinə çağırmışlar. Orada onlara izahat vermiş bütün şəxslərin izahatlarının çap versiyasını göstərmişlər və onlardan yazılanlarla razı olub-omadıqlarını soruşmuşlar. O, əleyhinə yazılan izahatlarla razı olmadığını yazaraq bildirmişdir. Elə həmin günü orada onlara akademiyadan qovulduqlarını bildirmişlər. Bundan sonra, ilk öncə özü akademiyadan xaric olunması barədə əmri rəsmi şəkildə əldə etməyə çalışsa da, lakin, nə Azərbaycan Respublikası DİN Polis Akademiyası, nə də Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsi həmin əmri ona verməmişdir. Bundan sonra, hüquqlarını təmsil edən vəkil tərəfindən 02.09.2019-cu il tarixli, 36/S saylı və 16.09.2019-cu il tarixli 39/S saylı sorğularla Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinə, həmçinin 02.09.2019-cu il tarixli 37/S saylı və 16.09.2019-cu il tarixli 40/S saylı sorğularla Azərbaycan Respublikası DİN Polis Akademiyasına müraciət olunaraq xaric olunması barədə əmrin surətinin verilməsi xahiş edilsə də, müraciətə müsbət cavab verilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Polis Akademiyası heç bir səbəb göstərmədən ümumiyyətlə cavab verməmiş, Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsi tərəfindən isə 11.10.2019-cu il tarixli 023-4113- 1219 nömrəli məktubla sorğuya qətiyyən həqiqəti əks etdirməyən cavab verilərək bildirilmişdir ki, “Müəyyən olunmuşdur ki, DİN-in X10 təhsil fakültəsində təhsil alarkən İddiaçı digər kursantlarla birgə kriminal davranış tərzini təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olduğuna, fiziki və xarakter zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqətli alçaldan və qeyriinsani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətlərilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə, həmçinin mənfi xarakterizə olunmaqla xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərdiyinə görə DİN-in 23.08.2019-cu il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir”. Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsi isə 11.10.2019-cu il tarixli 023-4113- 1219 nömrəli məktubda guya onun kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqətli alçaldan və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətlərində daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə, həmçinin mənfi xarakterizə olunmaqla xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərdiyinə görə daxili işlər orqanlarından xidmətdən xaric edildiyi göstərilsə də, həmin əsasların mövcudluğunu sübut edən hər hansı dəlil göstərilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 23.08.2019-cu il tarixli əmri ləğv edilməlidir. Tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilən kursant yoldaşı Ülvi Ağaverdizadə və Qubad Vəliyev ilə olmuş telefon danışığı zamanı, habelə Əli Qasımlı ilə arasında üzbəüz olmuş görüş zamanı yazılmış səs yazısında adı gedən şəxslər Azərbaycan Respublikası DİN-nin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı Addıxan Bəxtiyarov tərəfindən onlara və digər şəxslərə izahatları alınan zaman özlərinin akademiyadan qovulacaqları, polisdə işləyən valideynlərinin isə işdən qovulacağı ilə hədələyərək onun dediklərini yazmağa məcbur eləmişdir. O cümlədən Əli Qasımlı səs yazısında DİN-nin əməkdaşı olan atasının ürəyində problemlər olduğunu, Addıxan Bəxtiyarovun onu atasını Nazirliyə çağıracağı ilə hədələdiyini və onun atasına bir şey ola biləcəyindən qorxaraq Addıxan Bəxtiyarovun dediyi yalanları izahatda yazdığını, Qubad Vəliyev isə öz sözlərini deyil, Addıxan Bəxtiyarovun dediklərini izahatına yazdığını bildirir. Barəsində hədə-qorxu gəlinməklə yalan izahatlar alındığından və məhz həmin yalan izahatlara əsaslanılaraq daxili işlər orqanlarından xidmətdən xaric edildiyindən həmin əmr ləğv olunmalıdır. Nəzərə alınsa ki, o, dəfələrlə rəsmi müraciət olunmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 23.08.2019-cu il tarixli əmrini bu günə kimi əldə edə bilməmiş, belə olduğu halda həmin əmrin ləğvi ilə bağlı iddia müddət ötürülmədən verilmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı DİN-ə qarşı əmrin ləğv edilməsi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində DİN-in 23.08.2019-cu il tarixli Ə657-001-19 nömrəli əmri ilə əsassız olaraq DİO-da xidmətdən xaric edildiyini, Polis Akademiyasının kursantları Qubad Vəliyev, Əli Qasımlı, eləcə də sabiq kursant Ülvi Ağaverdizadəyə təzyiqlər olunması nəticəsində onun əleyhinə izahat yazdıqlarını göstərmişdir. Sabiq kursant İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən təmin edilməyərək rədd olunmalıdır. Belə ki, DİN-in X10 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun 31.07.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli xidməti təhqiqatın aparılmasına dair Akademiyanın rəisi polis general-mayoru Nazim Əliyevin DİN-in rəhbərliyinə ünvanladığı həmin tarixli raportu əsasında cari ilin avqust ayında DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti təhqiqat aparılmışdır. Müəyyən olunmuşdur ki, intizam qaydalarını kobudcasına pozduğuna görə DİN-in Polis Akademiyasının 29.03.2014-cü il tarixli əmri ilə DİO-da xidmətdən və kursantlar sırasından xaric edilmiş Əli Vəliyev həqiqi hərbi xidməti başa vurduqdan sonra gəncliyi və səmimi peşmançılığı nəzərə alınaraq 13.09.2018-ci il tarixdə, həmçinin 20.05.2017-ci il tarixdə öz arzusu ilə DİO-da xidmətdən (kursantlar sırasından) xaric edilmiş Tacəddin Məmmədzadə də həqiqi hərbi xidməti başa vurduqdan sonra xahişi nəzərə alınaraq 19.02.2019-cu il tarixdə xidmətə yenidən qəbul olunmuş, hər iki kursant Əyani təhsil fakültəsinin İ kursuna bərpa olunmuşlar. Göstərilən etimadı doğrultmaq əvəzinə kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Haşımovun fiziki və xarakterinin zəifliyindən sui-istifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər.Yuxarıda göstərilənlərə əsasən DİN-in 23.08.2019-cu il tarixli Ə657-001- 19 nömrəli əmri ilə kursant İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, həmin tarixdə bu barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. Göstərilənlərdən məlum olur ki, İddiaçı iddia müddətini ötürməklə 2 aydan sonra qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. Məlumat üçün bildirilir ki, xidməti təhqiqat prosesində izahatları alınan kursantlara hər hansı formada təzyiq göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-2137/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş materiallarında iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş cd disk mövcuddur. Həmin cd diskə əlavə edilmiş səs yazılarından və sms mətnlərindən aydın olur ki, iddiaçının əleyhinə izahat verən şəxslər əslində elə bir hadisənin olmadığını, onlara təzyiq edilərək həmin izahatların alındığını etiraf edərək əslində iddiaçının iddia ərizəsində qeyd etdiyi halların tam doğru olduğunu sübut edir. Məhkəmə isə həmin sübutlara hüquqi qiymət verməmişdir. AR DİN Daxili Tədqiqatlar İdarəsi 11.10.2019-cu il tarixli 023-4113-1219 nömrəli məktubda guya onun kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqəti alçaldan və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə, həmçinin mənfi xarakterizə olunmaqla xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə görə daxili işlər orqanlarından xidmətdən xaric edildiyi göstərilsə də, həmin əsasların mövcudluğunu sübut edən hər hansı dəlil göstərməmişdir. Barəsində hədə-qorxu gəlinməklə yalan izahatlar alındığından və məhz həmin yalan izahatlara əsaslanılaraq daxili işlər orqanlarından xaric edildiyindən əmr ləğv olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-2137/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23.08.2019-cu il tarixli, Ə657-001-19 nömrəli “DİN-in Polis Akademiyasının kursant və əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin surətindən görünür ki, intizam qaydalarını kobudcasına pozduğuna görə DİN-in Polis Akademiyasının 29.03.2014-cü il tarixli əmri ilə DİO-da xidmətdən və kursantlar sırasından xaric edilmiş Əli Vəliyev həqiqi hərbi xidməti başa vurduqdan sonra gəncliyi və səmimi peşmançılığı nəzərə alınaraq 13.09.2018-ci il tarixdə, həmçinin 20.05.2017-ci il tarixdə öz arzusu ilə DİO-da xidmətdən (kursantlar sırasından) xaric edilmiş Tacəddin Məmmədzadə də həqiqi hərbi xidməti başa vurduqdan sonra xahişi nəzərə alınaraq 19.02.2019-cu il tarixdə xidmətə yenidən qəbul olunmuş, hər iki kursant Əyani təhsil fakültəsinin İ kursuna bərpa olunmuşlar. Göstərilən etimadı doğrultmaq əvəzinə kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Həşimovun fiziki və xarakterinin zəifliyindən sui-istifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər. X14 həmin əməllərin vaxtında qarşısının alınması üçün zəruri tədbirlər görməmiş, qorxaqlıq və qətiyyətsizlik göstərərək qeyd edilən kursantların göstərişlərini icra etməklə nalayiq və qanunsuz hərəkətlərinə şərait yaratmışlar. “Polis haqqında” Qanunun 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 9, 10, 14, 17 və 22-ci maddələrinin, DİN-in 08.08.2016-cı il tarixli Ə680-001-16 nömrəli əmri ilə təsdiq edilmiş “X1”nin 9.10-cu bəndinin tələblərini pozaraq kursantlar sırasına yenidən qəbul olunmaları ilə bağlı rəhbərlik tərəfindən göstərilən etimadı doğrultmaq əvəzinə kriminal davranış tərzini təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olduğuna, fiziki və xarakter zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqəti alçaldan və qeyriinsani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətlərilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə və mənfi xarakterizə olunduğuna, habelə xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərdiyinə görə DİN-in X10 təhsil fakültəsinin kursantı polis sıravisi X7 Akademiyasının 30.07.2019-cu il tarixli Ə182-034-19 nömrəli əmri ilə elan olunmuş “şiddətli töhmət” intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə, eyni əməllərə yol verdiklərinə görə həmin fakültənin kursantları polis sıraviləri X3 və İddiaçı qeyd olunan maddənin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilməsi barədə əmr verilmişdir. Əmrin verilməsinə əsas Daxili Təhqiqatlar İdarəsinin rəyi olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi polis general-mayoru Sahib Mirzəyev tərəfindən təsdiq edilmiş 23 avqust 2019-cu il tarixli “DİNin Polis Akademiyasının rəisi polis general-mayoru N.Əliyevin DİN-ə daxil olmuş 31.07.2019-cu il tarixli raportu əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” rəyin surətindən görünür ki, DİN-in X10 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun 31.07.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli xidməti təhqiqatın aparılmasına dair Akademiyanın rəisi polis general-mayoru Nazim Əliyevin DİN-in rəhbərliyinə ünvanladığı həmin tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Haşımovun fiziki və xasiyyətinin zəifliyindən suiistifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər. X14 həmin əməllərin vaxtında qarşısının alınması üçün zəruri tədbirlər görməmiş, qorxaqlıq və qətiyyətsizlik göstərərək qeyd edilən kursantların göstərişlərini icra etməklə nalayiq və qanunsuz hərəkətlərinə şərait yaratmışdır. Həmin kursda təhsil alan kursantlar Emral Babayev, Sənan Kazımov, Şahin Əlizadə, Oruc Əliyev, Ülvi Ağaverdizadə, Elxan Şəbanov, Ramil Nəbiyev ayrı-ayrı vaxtlarda kursant yoldaşları Məhəmməd Haşımova qarşı törədilən qanunazidd və nalayiq hərəkətlərin şahidi olsalar da bəzi hallarda seyrçi mövqe tutmuş, bəzi hallarda isə dəstək verməklə həmin “münasibətlərin” uzun müddət davam etməsinə şərait yaratmışlar. X10 təhsil fakültəsinin kurs rəisinin sabiq müavini, hazırda Daxili Qoşunların Baş İdarəsinin sərəncamında olan Azad Paşayev xidməti mövqeyindən şəxsi məqsədləri üçün istifadə edərək kursant X5ydalarına zidd tapşırıqlar vermiş, sonuncuya qarşı kursantlar Əli Vəliyev və digərlərinin qanunsuz hərəkətləri haqda məlumatlı olsa da, qarşısını almamışdır. X10 təhsil fakültəsinin kurs rəisi Mehman Həsənov, onun müavini Vasif İsmayılov tabelikdəki kursantlar arasında qanunçuluğa, daxili nizam qaydalarına və tədris intizamına riayət etmələrinə nəzarəti zəiflətmiş, üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməmələri kursant M.Haşımova qarşı adları göstərilən kursantların qanunsuz hərəkətlərilə nəticələnmişdir. Xidməti araşdırma zamanı Əli Vəliyevin, Tacəddin Məmmədzadənin, İddiaçı, Emral Babayevin və Sənan Kazımovun, Məhəmməd Haşımovun, eləcə də, digər kursantlar Mirtahir Cəfərzadə, Ülvi Cabbarlı, İlham Əkbərli, Şahin Əlizadə, Tofiq Abbaszadə, Əli Qasımlı, Elvin Nəcəfov, Tural Bəxtiyarov, Ramil Nəbiyev, Ülvi Ağaverdizadə, Toğrul Vəlizadə, Qubad Vəliyev, Oruc Əliyev, İbrahim Qanbayev, Nicat İmranlı, Sənan Abdullayev, Elxan Şabanovun, Polis Akademiyasının kurs rəisi Mehman Həsənov, polis polkovnik leytenantı Mehman Həsənovun, Polis Akademiyasının kurs rəisinin müavini Vasif İsmayılovun, X10 təhsil fakültəsinin kurs rəisinin sabit müavini, hazırda DQ-nin sərəncamında olan Azad Paşayevin, X13 sanitariya hissəsinin həkimi Əlinur Hüseynlinin izahatları alınmışdır: - X12, Amil Şirinli, Ülvi Cabbarlı, İlham Əkbərli, Əli Qasımlı, Ülvi Ağaverdizadə, Toğrul Vəlizadə, Qubad Vəliyev və Oruc Əliyev öz izahatlarında - İddiaçı daxil olmaqla digərləri tərəfindən M.Həşimovun hər vəchlə aşağılandığını, M.Həşimovun həmin kursantlardan qorxduğunu, onu əlaltı kimi işlətdiklərini, hətta tədris otağında kursant İddiaçı bir dəfə kursant M.Haşımovun yaxasından yapışıb onun dediyini etmədiyi üçün silkələdiyini və hədələdiyini, kursantlar İddiaçı, Tacəddin Məmmədzadə, Emral Babayev və Sənan Kazımovun özlərini digərlərindən üstün saydıqlarının və birgə gəzdiklərini, kursant Ə.Vəliyevin mütəmadi olaraq kursantlar Tacəddin və Nəzir vasitəsilə Məhəmmədi öz otağına çağırtdığını, İddiaçı və digərlərinin tez-tez jarqon ifadələrdən istifadə etmələrini, özlərini cinayətkar aləmə meyilli şəxslər kimi apardıqlarını, M.Haşımovun İddiaçı qabağında farağat vəziyyətində dayanmasını, İddiaçı M.Həşimova “Onu kaktus bitkisinin üstündə otuzdurar” ifadəsini işlətdiklərinin şahidi olduqlarını, İddiaçı “Bacarırsa Məhəmməd o deyəni etməsin” ifadələrini işlətdiyini, İddiaçı da Məhəmmədi sinifdə üzgüçülərə xas hərəkətlər etməyə məcbur etdiyini, İddiaçı və digər adları qeyd olunan kursantların Məhəmmədi yanlarına təhqiredici ifadələrlə çağırdıqlarını, lakin, sonuncuya qarşı digər qanunsuz hərəkətlərdən məlumatsız olduqlarını bildirmişlər. Aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuşdur ki, DİN-in X10 təhsil fakültəsinin kursantı Əli Vəliyev, həmin fakültənin kursantları Tacəddin Məmmədzadə və İddiaçı kursantlar sırasına yenidən qəbul olunmaları ilə bağlı rəhbərlik tərəfindən göstərilən etimadı doğrultmaq əvəzinə tədris müddətində kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəb olmuş, fiziki və xasiyyətinin zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, onunla ləyaqətini alçaldıcı və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini gördürmüşlər. M.Haşımovun göstərdiyi digər xüsusatlar təsdiqlənməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, DİN-in X10 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun 31.07.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli xidməti təhqiqatın aparılmasına dair Akademiyanın rəisi polis general-mayoru Nazim Əliyevin DİN-in rəhbərliyinə ünvanladığı həmin tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Haşımovun fiziki və xasiyyətinin zəifliyindən sui-istifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər. Aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuşdur ki, DİN-in X10 təhsil fakültəsinin kursantı Əli Vəliyev, həmin fakültənin kursantları Tacəddin Məmmədzadə və İddiaçı kursantlar sırasına yenidən qəbul olunmaları ilə bağlı rəhbərlik tərəfindən göstərilən etimadı doğrultmaq əvəzinə tədris müddətində kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəb olmuş, fiziki və xasiyyətinin zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, onunla ləyaqətini alçaldıcı və qeyriinsani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini gördürmüşlər. Lakin, M.Haşımovun göstərdiyi digər xüsusatlar təsdiqlənməmişdir. Eləcə də, işə əlavə edilmiş səs yazılarına qiymət verərək birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin səs yazıları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Hazırda iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 23.08.2019-cu il tarixli əmrinin ləğv edilməsini xahiş edir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, DİN-in X10 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrıayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun 31.07.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli aparılmış xidməti təhqiqatın nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “DİN-in Polis Akademiyasının kursant və əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə” 23.08.2019-cu il tarixli, Ə657-001-19 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Eləcə də, İddiaçı tərəfindən, DİN Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-2137/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-339/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-339/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver