Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-339/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «qərarın ləğvi ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində operativ vergi nəzarəti təyin edilmiş, həmin operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş akta əsasən vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 375090,54 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akt əsasında hazırda iddiaçı tərəfindən mübahisələndirilən, iddiaçıya ümumilikdə 37509,05 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli qərar qəbul edilmişdir, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli qərarı ilə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən ) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********2848 saylı qərarın ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 noyabr 2022-ci il tarixli **********47774 №- li qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tələb edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmiş və nəticəsi barədə 09 dekabr 2022- ci il tarixli DVX seriyalı 000138 №-li akt tərtib edilmişdir. Tərtib edilmiş aktda fiziki şəxsin təsərrüfat subyektinin (obyektinin) anbar, fəaliyyət növünün isə, topdan satış, həmçinin EQF təqdim edilməli olduğu halda, E-QF təqdim etmədən 375 090,54 manat dəyərində malların NKA vasitəsi ilə satıldığının aşkar olunduğu və aşkar olunmuş nöqsana görə Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 saylı qərarının 5.1-ci bəndinin, Vergi Məcəlləsinin 16.1.11-ci və 71-1-ci maddələrinin tələblərinin pozulduğu qeyd edilmişdir. Həmçinin tərtib olunmuş aktla Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37 509,05 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əsas fəaliyyətini Kənd təsərrüffatı təyinatlı gübrələrin və kimyəvi mayelərin satışı təşkil edir. Mallar əsasən idxal olunmuş mallardan ibarətdir. Həmin mallar ƏDV-dən azad olunan mallar hesab olunduğu üçün satış həyata keçirilərəkən heç bir vergidən yayınma halından söhbət gedə bilməz. Satış həm topdan həm pərakəndə qaydada həyata keçirilir. Pərakəndə satış yalnız vergi ödəyicisi olmayan şəxslərlə aparılmışdır. O, pərakəndə sastış aparmaq üçün Nəzarət Kassa aparatı almış və qanunla nəzərdə tutulmuş qaydada həmin aparatı qeydiyyata aldırmışdır. Pərakəndə qaydada satış həyata keçirilərkən müxətlif fermerlər və ya vətəndaşlar tərəfindən obyektə yaxınlaşaraq və ya tapaqro.az saytı üzərindən sifariş əsasında həyata keçirilir. Tapaqro.az saytı Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış elektron ticarət saytıdır ki, burda müxtəlif kənd təsərrüfatı mallarının satışı həyata keçirilir. Bu isə yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında satış həyata keçirilə bilər. Sifarişçi tərəfindən pul vəsaiti bank hesablarına köçürülərək dövriyyədən yayınmamaq məqsədilə nəzarət kassa aparatına nağdız əməliyyat kimi mədaxil olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Aqreqator”adlandırılacaq), direktoru X3 şəxsində, ikinci tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmış fiziki şəxs İddiaçı (bundan sonra –“Partnyor” adlandırılacaq) şəxsində üçüncü tərəfdən, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qeydiyyata alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" ASC (bundan sonra-“Bank” adlandırılacaq), X2 Edilməsi Departamentinin direktoru Mahmud Mahmudov şəxsində Kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin elektron təchizatı (e-commerce) sahəsində bankekvayrinq xidmətlərinin göstərilməsinə dair 15 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Bu Müqaviləniin predmetinə və 1.1 bölməsinə əsasən Aqreqator, Partnyora dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında Partnyorun mallarının alıcılara təqdim edilməsini təmin edən internet mağazanın (www.tapagro.az) formalaşdırılmasını, təkminləşdirilməsini, ona texniki İT xidmətlərini göstərilməsini və internet-mağazada mal/xidmətlər barədə hədəf kütləyə internet mağaza, SMS və ya elektron kabinetlər vasitəsi ilə məlumatların çatdırılması xidmətlərini göstərir. Bağlanmış müqavilənin şərtlərinə əsasən Vergi Məcəlləsinin 13.2.62.- cı maddəsinə tələblərinə uyğun olaraq 375 090,54 manat dəyərində Kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin elektron satışı vergi ödəyicisi olmayan şəxslərə EQF təqdim etmədən NKA vasitəsi ilə hayata keçirilmişdir. Göründüyü kimi tərəfindən aparılmış satış zamanı vergi ödəyicisi olmayan şəxslərə elektron qaimə faktura verilməsə də, bütün əməliyyatlar nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirilmiş, yəni onun vergidən yayınma faktı olmamışdır. Buna baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 27 yanvar 2023-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2848 nömrəli qərarla 37509.05 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar Vergi Məcəlləsinin 16.1.3 və 130-cu maddəsi ilə əsaslandırılmışdır. Gəlirlərin və xərclərin uçotunu dəqiq aparmış, uçotu aparılmayan heç bir əməliyyat olmamışdır. Vergi Məcəlləsinijn 16.1.11-6-cı maddəsinə əsasən müəyyən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək Vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi Qanunverici vergi ödəyicisi üçün mal, iş və xidmətlərlə bağlı elektron qaiməfakturanı yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə göndərmək vəzifəsini müəyyən etmişdir. Onun müştərilərinin əksəriyyəti isə vergi ödəyicisi kimi uçotda olmayan şəxslər, yəni ailə təsərrüfatları aparan şəxslər olmuş, o, həmin şəxslərə malı NKA vasitəsi ilə təqdim etmişdir. Lakin onun vergi ödəyicisi olan müştəriləri də olmuş, bütün vergi ödəyicilərinə E-Qaimə göndərilmişdir. Hətta “tapaqro.az” saytı üzərindən aparılan sifarişlərə də o, vergi ödəyicisi olan şəxslərə E-Qaimə göndərmiş, vergi ödəyicisi olan şəxslərlə E-Qaimə vermədən əmliyyat aparmamışdır. Yəni o, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi qaydalarını pozmadığına görə barəsində maliyyə sanksiyası tətbiq edilməsinə dair Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2848 nömrəli qərar əsassızdır.
5. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində xx.xx.2022-ci il tarixindən xx.xx.2022- ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 375090,54 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 000138 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisinin etirbanamə üzrə səlahiyyətli nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli Qərarı ilə iddiaçı barəsində 37509,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi orqanının xx.xx.2021-ci il tarixli **********4774 nömrəli qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi təyin edilmişdir.Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 000138 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 375090,54 manat dəyərində e-qaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37509,05 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli №**********2848 qərarına əsasən İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Bakı, xx.xx.1992, Yaşayış yeri: AZ 1012, Bakı Şəhəri Yasamal Rayonu, Yeni Yasamal 2, ev.6, m.83, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37509.05 manat məbləğində manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını ilk öncə onunla əsaslandırmişdır ki, Vergi Məcəlləsinin müddəalarında vergi sahəsində yoxlama kimi kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edibedilməməsinə vergi nəzarət forması kimi göstərilmişdir, yəni vergi ganunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir. Habelə yuxarıda qeyd edildiyi normalardan aydındır ki, vergi orqanına vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Belə olan halda, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbig edə bilər. Lakin işin faktki hallarına görə cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Hesab edirlər ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməyərək normativ hüquqi aktın tətbiqində səhvə yol vermiş, qanunu səhv təfsir etmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilə bilər. Məhkəmənin mövqeyi əsas götürüldükdə, vergi ödəyicisi tərəfindən malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı yalnız operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilməlidir ki, maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas olsun. Başqa sözlə, məhkəmənin qənaətinə görə qanun pozuntusu yalnız operativ vergi nəzarəti tədbiri zamanı baş verməli, həmin tədbirdən əvvəl baş verdiyi halda isə qanun pozuntusunu törətmiş şəxs məsuliyyətə cəlb edilməməlidir. Bu cür yanaşma ağlabatan və düzgün hesab edilə bilməz, çünki operativ vergi nəzarətinin həyata keçirildiyini bilə-bilə, vergi orqanının vəzifəli şəxsi qarşısında heç bir vergi ödəyicisi qanunvericiliyi pozmaz və bu cür yanaşma operativ vergi nəzarəti məqsədlərinə ziddir. Operativ vergi nəzarətinin məqsədlərindən biri isə artıq baş vermiş, yəni keçmişdə törədilmiş hər hansı qanun pozuntusunu aşkar edərək qanunu pozmuş vergi ödəyicisini məsuliyyətə cəlb etməkdən ibarətdir. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsin də buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bundan əlavə, elektron qaimə faktura olmadan malların təqdim edilməsi üzrə operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı tərəfindən təqdim edilmiş malların (operativ vergi nəzarətindən əvvəl təqdim edilmiş malların) qanunvericilikdə nəzərdə tutulmuş sənədlərinin olub-olmamasını yoxlanılır. Digər tərəfdən, operativ vergi nəzarətinin ayrıayrı növləri üzrə məsələlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********192100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaların”da (bundan sonra -“Qaydalar") əks edilmişdir. Həmin Qaydaların 14.2-ci bəndinə əsasən nəzarətə başlayarkən birinci növbədə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən təsərrüfat subyektindəki (subyektlərindəki) malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olub-olmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanılıb-saxlanılmaması, malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilib-edilməməsi barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada iltizam alınır. Təqdim olunan iltizamda vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi malların və (və ya) pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən həmin malların və pul vəsaitinin vergi ödəyicisinin təsərrüfat subyektində (subyektlərində) saxlanılmasına hüquqi əsas verən təsdiqedici sənədlər (icarə, saxlama müqavilələri və s.) tələb edilməlidir. Həmin Qaydaların 14.5-ci bəndinə əsasən malların və pul vəsaitinin siyahısının tərtib edilməsi prosesi vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarında nəzərdə tutulmuş müddətdə davam edə bilər. Qaydaların 14.8- ci bəndinə əsasən siyahı tərtib edildikdən sonra malların mədaxilini (alışını) təsdiq edən elektron qaimə-fakturanın, idxal malları olduğu halda həmin malların idxalı ilə bağlı yük gömrük bəyannaməsinin və fakturanın (invoys), topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsinə əsasən aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-fakturasının, mallar təqdim edilərkən elektron qaiməfakturaların tərtib edilməsi, məsələlərinin mövcudluğu araşdırılır. Qaydaların və Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, malların elektron qaimə-faktura əsasında təqdim edilməsi, malların anbarlardan pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsi nəzarət məsələsini əhatə edən operativ vergi nəzarəti zamanı bir tərəfdən, cari vəziyyət yoxlanılır, yəni, vergi ödəyicisinin mal qalığı araşdırılır, müvafiq sənədlər tələb edilir və s., cari vəziyyətin yoxlanmasının məqsədi isə operativ vergi nəzarəti tədbirindən əvvəl satılmış malların elektron qaimə-faktura əsasında təqdim edilibedilməməsi, həmin malların təqdim edilməsinin faktiki olaraq harada (anabr, topdan satış fəaliyyəti üçün nəzərdə tutulmuş təsərrüfat subyekti və s.) müəyyən etməkdir. Hazırki halda da, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən ümumilkdə 375090,54 manat dəyərində malların satışına dair elektron qaimə-faktura olmadığı, həmin malların pərakəndə qaydada nəzarət kassa aparatı vasitəsilə rəsmiləşdirildiyi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyektinin mövcud olduğu, həmin təsərrüfat subyektinin topdan satış fəaliyyəti məqsədləri üçün istifadə edilən anbar olduğu müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə isə qeyd edilən normanı nəzərə almamış, bu istiqamətdə, yəni malların anbardan pərakəndə qaydada satılması məsələsini ümumiyyətlə araşdırmamış, buna hər hansı münasibət bildirməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Normadan göründüyü kimi, qanun pozuntusu faktının nə zaman (operativ vergi nəzarəti zamanı ya ondan əvvəl) baş verməsi əhəmiyyətli deyil. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Məsuliyyətə cəlb etmə ilə bağlı yeganə müddət məhdudiyyəti qeyd edilən normada əks edilib ki, hazırki halda 3 illik müddət ötürülməmişdir. Məhkəmə tərəfindən isə bu normalar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”-nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İşin hallarından göründüyü kimi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (ticarət obyekti) mövcuddur və həmin ticarət obyekti topdansatış ticarəti ilə məşğul olmaq üçün istifadə edilir. Məhkəmə həmçinin bildirmişdir ki, göründüyü kimi topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır, malı əldə edən alıcı vergi orqanında uçotda olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edilsin. Lakin vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, malın kimə, hansı həcmdə və hansı qiymətə satdığını təsdiq edən sənədləri təqdim etməmişdir. Cavabdeh operativ vergi nəzarətinin nəticələri haqqında aktda yalnız kassa çeklərində göstərilən məbləğlərin həcmini əsas götürməklə cavabdehin satdığı malları elektron qaimə -faktura təqdim etmədən satılması (topdan satış kimi) göstərmişdir ki, bununla da yuxarıda istinad edilən normaların tələbləri pozulmuş və belə pozuntu ilə tərtib edilmiş akt əsasında mübahsələndirilən qərar qəbul edilmişdir. Bir daha bildirirlər ki, maliyyə sanksiyasının tətbiq edilməsinə əsas vergi ödəyicisi tərəfindən malların anbardan pərakəndə qaydada satılması faktı olmuşdur ki, hazırki halda malların hansı məqsədlər üçün satılması əhəmiyyətsizdir. Vergi orqanı tərəfindən isə malların pərakəndə qaydada anbardan satılması faktı sübuta yetirilmiş, vergi ödəyicisinin təsərrüfat subyektinin topdan satış məqsədləri üçün istifadə edildiyinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə qeyd edilən halları nəzərə almamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirik ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları). “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarına əsasən mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
10. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının:
26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 50.1 Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.2 Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3 Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 49.2 Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 36.1. Əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmağla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olarag məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 50.1 Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.2 Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3 Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində operativ vergi nəzarəti təyin edilmiş, həmin operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş akta əsasən vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 375090,54 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akt əsasında hazırda iddiaçı tərəfindən mübahisələndirilən, iddiaçıya ümumilikdə 37509,05 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli qərar qəbul edilmişdir, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. İş materiallarından göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli qərarı ilə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən ) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir.
21. Məhkəmə Kollegiyası nəzərə alır ki, Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.( Azərbaycan Respublikasının Vergi Məcəlləsi 50.2)
22. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda operativ vergi nəzarətin keçirilməsi üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir.
23. Məhkəmə cavabdehin operativ vergi nəzarətinin həyata keçiriıməsi barədə qərarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli qərarda vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsaslarını göstərməmiş, həmin qərarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur.
24. Qeyd olunmalıdır ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.2-ci maddəsi)
25. Bundan başqa yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun 61.1 və 61.2-ci maddəsi)
26. Beləliklə Vergi Məcəlləsinin müddəalarında vergi sahəsində yoxlama kimi kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edibedilməməsinə vergi nəzarət forması kimi göstərilmişdir, yəni vergi ganunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir.
27. Habelə tətbiq edilən normalardan (Bu qərarın-13-cü bəndləri) aydındır ki, vergi orqanına vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır.
28. Belə olan halda, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbig edə bilər.
29. Lakin işin faktki hallarına görə cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
30. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktda iddiaçının xx.xx.2022-ci il tarixdə 375090,54 manat dəyərində malların elektron qaimə-faktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən həmin malların həqiqətən də topdansatış qaydasında satılmasına - vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir.
31. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2.-ci maddəsinə əsasən Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 1.2.bəndinə görə Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.4. bəndinə görə Elektron qaimə-faktura yalnız vergi odəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir.
33. Göründüyü kimi topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır, malı əldə edən alıcı vergi orqanında uçotda olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edilsin.
34. Lakin vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, malın kimə, hansı həcmdə və hansı qiymətə satdığını təsdiq edən sənədləri təqdim etməmişdir.
35. Cavabdeh operativ vergi nəzarətinin nəticələri haqqında aktda yalnız kassa çeklərində göstərilən məbləğlərin həcmini əsas götürməklə iddiaçının satdığı malları elektron qaimə faktura təqdim etmədən satılması (topdan satış kimi) göstərmişdir ki, bununla da yuxarıda istinad edilən normaların tələbləri pozulmuş və belə pozuntu ilə tərtib edilmiş akt əsasında mübahsələndirilən qərar qəbul edilmişdir.
36. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır.
37. Məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 38.Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, şikayətdə göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********192100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaların” və Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, malların elektron qaimə-faktura əsasında təqdim edilməsi, malların anbarlardan pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsi nəzarət məsələsini əhatə edən operativ vergi nəzarəti zamanı bir tərəfdən, cari vəziyyət yoxlanılır, yəni, vergi ödəyicisinin mal qalığı araşdırılır, müvafiq sənədlər tələb edilir və s., cari vəziyyətin yoxlanmasının məqsədi isə operativ vergi nəzarəti tədbirindən əvvəl satılmış malların elektron qaimə-faktura əsasında təqdim edilib-edilməməsi, həmin malların təqdim edilməsinin faktiki olaraq harada (anabr, topdan satış fəaliyyəti üçün nəzərdə tutulmuş təsərrüfat subyekti və s.) müəyyən etməkdir. Hazırki halda da, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən ümumilkdə 375090,54 manat dəyərində malların satışına dair elektron qaimə-faktura olmadığı, həmin malların pərakəndə qaydada nəzarət kassa aparatı vasitəsilə rəsmiləşdirildiyi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyektinin mövcud olduğu, həmin təsərrüfat subyektinin topdan satış fəaliyyəti məqsədləri üçün istifadə edilən anbar olduğu müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. 39.Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, hazırda iddiaçının mübahisələndirdiyi iddiaçıya ümumilikdə 37509,05 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli qərarının əsasını iddiaçının elektron-qaimə faktura təqdim etmədən satış həyata keçirməsi (topdan satış kimi) təşkil etmişdir.
40. Odur ki, cavabdeh qəbul etdiyi qərarın əsaslılığını sübut edərkən həmin fakt üzrə iddiaçının elektron-qaimə faktura təqdim etmədən satış həyata keçirməsi (topdan satış kimi) faktı üzrə əsaslandırmadan kənara çıxmağa, başqa faktlara istinad etməyə haqlı deyildir.
41. Lakin vergi orqanı iddiaçı tərəfindən kassa çeklərində göstərilən məbləğlərin həcmini əsas götürməklə iddiaçının satdığı malların həqiqətən də topdansatış qaydasında satılması ilə bağlı vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmişdir.
42. Apellyasiya baxışı zamanı zamanı iddiaçının vəkili kassa çeklərinin tarixi, çeklər üzrə göstərilən məbləğlərə dair əməliyyatları əks etdirən 12 vərəqdən ibarət siyahını məhkəməyə təqdim etmişdir.
43. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə cavabdehin qəbul etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməsi müəyyən edilmir.
44. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.