Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3390/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X40 Hüseynin sədrliyi və məruzəsi ilə, Şərafət Asif qızı Məmmədova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Ərizəçilərin vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadından X2, X24 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, X41 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2586/2019 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, X41 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq iddiaçı X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi qərara alınmışdır. X2, X24 və X6 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək inzibati iş üzrə X23, X24 və X4 üçüncü şəxs qismində tanınması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini Bakı şəhəri, X41 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evinə dair eskiz layihəsi ilə əsaslandırmış, məhkəmə orqanına hər hansı bir digər hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, iddiaçı müraciətinə fərdi yaşayış evini tikməyi planlaşdırdığı torpaq sahəsinə və ya orada olan hər hansı tikilinin onun qanuni sahiblik, istifadə və ya mülkiyyətində olmasına dair heç bir sənəd əlavə etməmişdir. Eləcə də müraciətində və eskiz layihədə istinad etdiyi ünvan mövcudluğu və həmin ünvanın onunla bağlılığına dair də heç bir sənəd əlavə etməmişdir. Hətta eskiz layihə də qeyri-müəyyəndir. Həmin eskiz layihəsində sənədin hansı tarixdə tərtib edildiyi öz təsbitini tapmayıb. Eyni zamanda eskiz layihəsində perspektiv görünüşün əks etdirilməsi iddiaçının iddiasına görə həmin ərazidə fərdi yaşayış evinin mövcud olmamağı və iddiaçının həmin eskiz layihəsi əsasında fərdi yaşayış evinin tikintisini planlaşdırdığı anlamına gəlir. Bu xüsusatı İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə yazdığı ərizələrdə də təsdiq etmiş və özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsində yaşayış evi inşa etmək istədiyini bildirmişdir. İddiaçı tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizələrdə və poçt göndərişləri ilə bağlı qəbzlərdə tarix göstərilmədiyindən onu tikmək istədiyi fərdi yaşayış evinin dəqiq olaraq hansı tarixdə inşa edildiyini müəyyən etmək olmur. Buna baxmayaraq, iddiaçı tərəfindən fərdi yaşayış evinin eskiz layihəsini hazırlayan qurum kimi göstərilən "xxxx" MMC-nin “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” ilə əlaqədar əldə etdiyi 20 iyun 2016-cı il tarixli 089566 nömrəli lisenziyasından da məlum olduğu kimi belə qənaətə gəlmək olar ki, həmin fərdi yaşayış evi 2016-cı ilin iyun ayından sonra inşa olunub. Ərizəçilər 1993-cü ildən qeyd edilən mənzili əldə edərək o vaxtdan bəri həmin ünvanda və hazırda iddiaçının onlardan çıxmasını tələb etdiyi mənzildə məskunlaşmışdır. Bu fakt həmin fərdi yaşayış evinin 2016-cı ilin iyun ayından sonra tikilməsi barədə iddiaçının mövqeyini də istisna edir. Bundan əlavə, iddiaçı tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmiş ərizələrdə və poçt göndərişləri ilə bağlı qəbzlərdə tarix göstərilməyib. Eyni zamanda qəbzlərdə poçt göndərişinin kimin tərəfindən göndərilməsi, qəbul edilməsi, göndərişin hansı tarixdə qəbul edilməsi ilə bağlı məlumatlar da qeyd olunmayıb. İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizədə Bakı şəhəri, X41 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də torpaq sahəsinin onun sahiblik, istifadə və ya mülkiyyətində olmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmiş, yalnız yaşayış evinin eskiz layihəsini təqdim etməklə kifayətlənmişdir. Son olaraq, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ərizə ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirsə də həmin ərizə də məhkəməyə təqdim edilməmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********62 nömrəli cavab məktubunda İddiaçı xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizə ilə müraciət etdiyi təsbit edilsə də həmin ərizə məhkəməyə təqdim edilməmiş və məzmunu naməlum qalmışdır. Eyni zamanda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********62 nömrəli cavab məktubunda İddiaçı tərəfindən sözügedən mənzilə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyi əsas gətirilərək haqlı olaraq iddiaçının müraciəti geri qaytarılmışdır. Hazırda ünvan 3 ünvanında X23, X24 və X6 digər ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin ünvan kommunal xidmətlərin göstərilməsi ilə bağlı bəzi müqavilələrdə ünvan 3A kimi qeyd olunmuşdur. 1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu işğal edildikdən sonra 1993-cü ilin oktyabr ayında əvvəlcə 3 nəfər - X25 (ailə başçısı; vəfat edib), X12 (həyat yoldaşı; vəfat edib), X31 (oğlu; vəfat edib) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. xx.xx.1996-cı il tarixdə həmin 3 nəfər məcburi köçkün kimi həmin ünvanda müvəqqəti qeydiyyata alınmışdır. Daha sonra X26 (ailə başçısının digər oğlu) adıçəkilən ünvanda məskunlaşmış, ailəvi narazılıq səbəbindən mənzildə 2-ci (ikinci) giriş qapısı açılmış və o, ailəsi ilə birgə həmin ünvanda məskunlaşmışdır. xx.xx.1997-ci il tarixdən ünvan 5 ünvanında 5 nəfər - X26 (ailə başçısının oğlu), X13 (Hüseynov Xasayın həyat yoldaşı; ailə başçısının gəlini), X27 (ailə başçısının nəvəsi), X28 (ailə başçısının nəvəsi), X32 (ailə başçısının nəvəsi) müvəqqəti qeydiyyata alınmışdır. Hal-hazırda Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evində adıçəkilən şəxslər - X23 (ailə başçısının oğlu), X24 (ailə başçısının nəvəsi), 2011- 2012-ci illərdən etibarən X8 (ailə başçısının nəvəsi; ailə başçısının qızı - X9 oğlu), X14 (ailə başçısının nəvəsi, Hüseynova Ətirin oğlu), 2005-ci ildən etibarən X6 (ailə başçısının qızı) və X29 (ailə başçısının nəvəsi, Hüseynova Məmləkətin oğlu) qeydiyyatsız yaşayırlar. Mənzil 143A kimi (ikinci giriş qapısı) qeyd olunan ünvanda isə X26 yuxarıda adıçəkilən 4 (dörd) nəfər ailə üzvü ilə birgə yaşayır. Hazırda İddiaçı qeyd olunan ünvana gələrək evi aldığını və mənzilə dair çıxarış əldə etdiyini bildirərək Həsənov Füzuli, Həsənov Natiq və Hüseynova Məmləkətin və onların ailə üzvlərinin mənzildən çıxmalarını tələb edir. İddiaçı həmin çıxarışı yuxarıda adıçəkilən məhkəmə qərarı ilə əldə etmişdir. Həmin çıxarışın əsassız və qanunsuz şəkildə əldə olunmasına səbəb olan məhkəmə qərarı Həsənov Füzuli, Həsənov Natiq və Hüseynova Məmləkətin və onların ailə üzvlərinin maraqlarına əhəmiyyətli dərəcədə toxunur. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadına əsasən X2, X24 və X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizələri təmin edilməmişdir. Həmin qərardaddan X2, X24 və X6 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-2586/2019-012 saylı qərardadını tamamilə ləğv edib, 2-1(82)-2586/2019 nömrəli inzibati iş üzrə X2, X6 və X10 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçilərin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadı ləğv edilməli, iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qubadlı rayonu, Həkəri kəndində qeydiyyatda olanlar X18, X33, X19, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 156 ünvanında qeydiyyatda olan X15 və ünvan 8 ünvanında qeydiyyatda olan X20 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış Bakı şəhəri 51 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********955 nömrəli ərizədə bildirmişlər ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində X23, X8, X6, X29, X24 və X14 uzun müddət qeydiyyatsız yaşayırlar. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışında qeyd edilmişdir ki, verilir ondan ötəri ki, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş qonşuların ərizəsinə əsasən X23, X8, X6, X29, X24 və X5.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun ünvan 13 ünvanında yaşayan X16 ünvanladığı xx.xx.2022-ci il tarixli, 12 nömrəli məktubda bildirilmişdir ki, sizin atanız mərhum X1 qeydiyyatı ilə bağlı müraciətinizə baxılmışdır. Bildirilir ki, Qubadlı rayonundan məcburi köçkün olmuş mərhum X25, həyat yoldaşı mərhum X12 və oğlu mərhum X31 ilə birgə ünvan 15 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmuşlar. Paylayıcı adlanan “Azəriqaz İB” və İstehlakçı adlanan X31 arasında bağlanmış ünvan 16 ünvanı üzrə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə xx.xx.2019-cu il tarixli, AKX00930xx/xx-2019 nömrəli müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. ünvan 16 ünvanı üzrə rabitə müəssisəsi olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə istifadəçi X25 arasında xx.xx.2005-ci il tarixli rabitə xidmətlərindən istifadə barədə müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 335 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 18 ünvanında yerləşən yaşayış sahəsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında deyildir. Odur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi dövlət mənzil fonduna aid olmadığından məhkəmə sorğusunda göstərilən müvafiq sənədlərin (order, kirayə müqaviləsi, sərəncam və s.) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 02/981 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adıçəkilən məcburi köçkün X24 haqqında elektron bazada məlumata rast gəlinmədi. Odur ki, vətəndaş barədə məlumat əldə etmək üçün onların daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətlərinə müraciət edilməsi məqsədəuyğundur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 0/186 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 637 nömrəli arayışında göstərilmişdir ki, verilir Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinə ondan ötəri ki, həqiqətən də H.Əliyev 2 saylı evdə 143-də X26, X13 - yoldaşı, X27 - oğlu, X32 - oğlu, X28 - qızı Qubadlı rayon köçkünü kimi yaşayırlar. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 10- 20/13 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X25, mərhum X12, mərhum X34, X23, X24 1993-cü ildə Qubadlı rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş və həmin tarixdən də ünvan 20 ünvanında məcburi köçkün kimi məskunlaşmışdılar. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X41 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə **********6 qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun xx.xx.2022-ci il tarixli, 47 nömrəli məktubunda bildirilmişdir ki, Qubadlı rayonundan məcburi köçkün olmuş mərhum X31, X12 və X25 ünvan 15 ünvanında xx.xx.1996-cı il tarixdə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda alınmışdır. Qubadlı rayonundan məcburi köçkün X23 və X10 Nəsimi rayonu, Həsən Əliyev küçəsi (keçmiş İnqilab küçəsi), ev 2, mənzil 143 ünvanında müvəqqəti qeydiyyatı yoxdur. ünvan 22 ünvanında məcburi köçkün kimi X26, X13, X27, X28, X32 müvəqqəti qeydiyyatdadır. Birinci instansiya məhkəməsi X2, X24 və X6 tərəfindən verilmiş məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(82)- 2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizəsinin rədd edilməsinin əsası kimi qeyd etmişdir ki, məhkəmənin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə mərhələsində müəyyən edəcəyi hal, Konstitusiya Məhkəməsinin də yuxarıda adıçəkilən Qərarında qeyd etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qərarının inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına əsas olub-olmamasıdır. Qeyd edilməlidir ki, hüququn pozulması hüququn mövcudluğunu bilavasitə ifadə edən hüquqmüəyyənedici sənədlər əsasında müəyyən olunur. Nəzərə alınarsa ki, hazırkı iddia predmeti Bakı şəhəri, X41 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evidir, bu halda adıçəkilən daşınmaz əmlaka dair hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə sadalanmış hüquqmüəyyənedici sənədlərdə öz əksini tapa bilər ki, hazırkı iş üzrə ərizəçilərin əmlakla bağlı həmin qanunla sadalanan hər hansı hüquqmüəyyənedici sənədlərə malik olduqları müəyyən olunmur. Ərizəçilərin istinad etdikləri sözügedən ünvanda faktiki yaşama faktı belə üçüncü şəxs qismində cəlb edilməyə hüquqi əsas vermir. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında məhkəmə qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. 3-cü şəxslər apellyasiya şikayətində qeyd etmişlər ki, onlar və ailə üzvləri 1993-cü ildə dövlət qurumlarının müvafiq razılığı ilə köçürülmüşlər. Həmin dövrdə məskunlaşdıqları yaşayış sahəsi dövlətin balansında olduğu üçün köçürülmə əsaslı və qanuni şəkildə olmuşdur. Həmin əmlakdan istifadə hüquqları 2000-ci ildən əvvəl yaranmış və bu hüquq hazırkı vaxtadək mövcuddur. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışında qeyd edilmişdir ki, verilir ondan ötəri ki, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş qonşuların ərizəsinə əsasən X23, X8, X6, X29, X24 və X5.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 10- 20/13 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X25, mərhum X12, mərhum X34, X23, X24 1993-cü ildə Qubadlı rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş və həmin tarixdən də ünvan 20 ünvanında məcburi köçkün kimi məskunlaşmışdılar. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin onun təqdim etdiyi sənədlər üzrə məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmadığını və qərardad qəbul edərkən prosessual qanunvericiliyin tələblərinin pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadı ləğv edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Şərafət Məmmədova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3390/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3390/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver