Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3390/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi verilməsi” tələbinə dair iş üzrə QƏRARİ X3 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X11 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş 461 nömrəli, xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bu səbəbdən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ATSC-nin adına qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Həmçinin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər şəxsə məxsus olan texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********88 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən 150 kv.m əmlakın mərhum X7 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-02/2-M1268/02-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş xx.xx.2003-cü il tarixli 461 nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3- ü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanunvericiliyə əsasən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" X29 Cəmiyyətinin adına qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış ölçmə işləri zamanı göstərilən sahənin elektron kadastr məlumatlarına əsasən “Bakı Nəqliyyat Tikinti Dəmir- Beton” ATSC-nin bir hissəsi olması və sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin digər şəxsə məxsus texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
4. X17 və X13 arasında bağlanılmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən ünvan 3-də yerləşən Bakı Nəqliyyat Tikinti Dəmir Beton ATSC-nin dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahəsi 150 kv.m sahəsi X1. Bakı Nəqliyyat Tikinti Dəmir Beton ATSCnin dülgər sexinin planından görünür ki, dülgər sexinin uzunluğu 49m, eni 10m, ümumi sahəsi 490 kv.m, həyətyanı sahəsinin uzunluğu 37,5 m, eni 4,0 m, ümumi sahəsi 150 kv.m-dir.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş AB seriyalı 004995 saylı arayışa əsasən xx.xx.2003-cü il tarixinə "xxxx" SC-nin nizamnamə kapitalını təşkil edən səhmləri girovda deyil və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə bu səhmlər üzrə məhkəmənin qərardadı və səhmlərə qadağanın qoyulması barədə hüquq mühafizə orqanları tərəfindən heç bir məlumat daxil olmamışdır.
6. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X29 Cəmiyyətinin səhmdarların iclasının 3 nömrəli protokolundan 2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan dülgər sexi (490 kv.m) və sex boyu həyətyanı sahə (gələcəkdə özəlləşdirmək şərti ilə) satılması qərara alınmışdır. X29 Cəmiyyətinə əsas tikili dülgər sexi (490 kv.m) Cəmiyyətin üzvü X2 qərara alınmışdır.
7. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X29 Cəmiyyətinin səhmdarların iclasının 2 nömrəli protokolundan xx.xx.2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahənin 150 kv.m sahəsinin satılması qərara alınmışdır. X29 Cəmiyyətinin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və 150 kv.m həyətyanı sahəsinin vətəndaş X2 qərara alınmışdır.
8. AZ-İİ seriyalı 169766 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
9. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X29 Cəmiyyətinin səhmdarların iclasının 3 nömrəli protokolundan xx.xx.2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan sahəsi 490 kv.m dülgər sexinin satılması, 150 kv.m həyətyanı sahənin (gələcəkdə özəlləşdirmək şərti ilə) səhmdar X9 verilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 12949/2023 **********49 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 533 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhər 15 saylı notariat ofisində xx.xx.2003-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə əsasən notariat ofisində saxlanma müddəti bitdiyindən dövlət notariat arxivinə təhvil verilmişdir. Odur ki, həmin alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətini əldə etmək üçün dövlət notariat arxivinin rəisinə müraciət etmək xahiş edilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 31010/2023 **********10 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Özbəkistan küçəsi 24 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. "xxxx" ATSC-nin adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X12 xüsusi mülkiyyətindədir. 002490 saylı xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən 2121,6 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X15r. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Özbəkistan küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 490 kv.m, faktiki olaraq 495 kv.m-dir. xx.xx.2003-cü il tarixli müqavilədə qeyd olunan 150 kv.m həyətyanı torpaq sahəsi 11/1824 inventar nömrəli xx.xx.2011-ci il tarixli **********70-12301 reyestr nömrəli texniki pasportda öz əksini tapmışdır, həmin pasportla üst-üstə düşür. Qeyd olunan texniki pasportda düzəliş olunduqdan sonra bu işə baxılması məqsədə uyğundur. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Komitə sifarişində sözügedən torpaq sahəsi ərazinin ümumi torpaq sahəsinə daxil edilməmişdir. Obyektə giriş, qonşu obyektin Bakı Nəqliyyat Tikinti Dəmir ATSC ərazisindədir. Təqdim olunmuş eskizə və yerləşmə mövqeyinə uyğundur. Müqaviləyə əsasən ümumi sahədə 5,9 kv.m artıq fərq var. Eskizdə göstərilən torpaq sahəsində əlavə tikili və qurğular var. Faktiki vəziyyətə eskiz və baş plan tərtib edilərək işə əlavə edilmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-16530/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət ProqramTna uyğun olaraq, X4 “Azəravtonəqliyyattikinti” Layihə-Sənaye Tikinti Birliyinin X5 baş müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 91 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixdə tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan əmlakların siyahısının da daxil olduğu emissiya prospekti (özəlləşdirmə planı) səhmdar cəmiyyəti özəlləşdirilən zaman Cəmiyyətin icra orqanına təqdim edilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3160/6-11-8729/4 saylı xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.2003-cü il tarixdə 4Ə-3-461 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti təqdim edilmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 2609/2024 **********9 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, X4 “Azəravtonəqliyyattikinti” Latihə-Sənaye Tikinti Birliyinin X5 və "xxxx" X29 Cəmiyyətinin istifadəsində (mülkiyyətində) qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. “Azəravtonəqliyyat” Dövlət Konserni 4 saylı Bakı Taksimator Parkının balansında olmuş ünvan 5 kompleksi kimi müəssisəyə dair sənədlərin və "xxxx" ATSC-yə aid aşkar olunmuş digər sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
17. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 91 saylı xx.xx.2001-ci il tarixli sərəncama əsasən «Azəravtonəqliyyat» Dövlət Konserninin tabeliyində olmuş Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 24 ünvanında yerləşən «Azəravtonəqliyyattikinti» Layihə-Sənaye Tikinti Birliyi-X25 Zavodu Baş Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır.
18. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı ********** (bir milyard iki yüz səksən dörd milyon beş yüz səksən min) manat həcmində müəyyən edilmişdir.
19. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri özəlləşdirmə üsullarına görə müvafiq nisbətdə bölüşdürülmüşdür: a) əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər - 15%; b) pul hərracına yönəldilən səhmlər - 30% v) ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər - 55 %. Orta və iri müəssisələrin özəlləşdirilməsinin təşkili departamentinə tapşırılmışdır: qanunvericiliklə müəyyən edilmiş qaydada Bakı Nəqliyyattikinti Dəmir-beton» açıq səhmdar cəmiyyətinin idarə heyəti sədrinin və üzvlərinin təyin edilməsi ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri dövlətdə qaldığı dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cəmiyyətin dövlət paylarına görə idarə olunması və səhmdarların birinci ümumi yığıncağı keçirilənədək olan dövrdə cəmiyyətin Müşahidə Şurasının səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi; Cəmiyyətin səhmlərinin buraxılışının və emissiya prospektinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmasının təmin edilməsi. Respublika Auksion Mərkəzinə tapşırılmışdır ki, bu Sərəncama uyğun olaraq Cəmiyyətin səhmlərinin satışının təşkili ilə bağlı zəruri tədbirləri həyata keçirsin. Hüquq departamentinə tapşırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasını təmin etsin. Mətbuat və reklam xidmətinə və analitik informasiya xidmətinə tapşırılmışdır ki, səhmləri satışa çıxarılacaq "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında zəruri məlumatların dərc edilməsini və «İnternet» şəbəkəsi vasitəsi ilə yayılmasını təmin etsinlər. Katibliyə bu Sərəncamın surətinin Nazirliyin müvafiq struktur bölmələrinə çatdırılmasının təmin edilməsi tapşırılmışdır. Sərəncamın icrasına nəzarət nazir müavini K.Həsənova həvalə edilmişdir.
20. Baş planda əks edilmiş təsnifatın “İ” qrafasından görünür ki, dülgər sexinin əsas sahəsi 1022,6 kv.m-dir. Azəravtonəqliyyattikinti Layihə-Sənaye Tikinti Birliyi DBMZ baş müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il vəziyyətinə əsas vəsaitlərin inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair aktın 5-ci qrafasından görünür ki, dülgər sexinin istismara verildiyi tarix xx.xx.1983-cü il, əldə edildiyi tarix xx.xx.1983-cü il, ilkin balans dəyəri 13272,0 manat, yenidən qiymətləndirmə əmsalları 25, 45, 16, balans dəyəri 238896,0 manat, şifr 10004, amortizasiya norması 2,5%, istismar müddəti (il) və ya yürüş (km) 14,0, köhnəlmə (amortizasiya) 35,0%, köhnəlmə məbləği 83613,6 manat, köhnəlmə 8,8%, köhnəlmə məbləği 20903,4 manat, ümumi köhnəlmə amortizasiya məbləği 104517,0 manat, qalıq dəyəri 134379,0 manat, yararlılıq dərəcəsi 0%, qalıq bərpa dəyəri 0 manatdır.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********383100 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X29 Cəmiyyətinin xx.xx.2003-cü il tarixdə 0103-P21-38004 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.
22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin “Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli, 91 nömrəli sərəncamda qeyd edilmiş özəlləşdirmə planı (emissiya prospekti) və nizamnamənin təsdiq edilmiş surətinin təqdim edilməsi” barədə sorğusuna cavab olaraq 3- 21-3-30/2-15889/2024 **********89 saylı xx.xx.2024-cü il tarixli məktub ilə müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
23. Cavabdeh tərəfindən Azəravtonəqliyyattikinti Layihə-Sənaye Tikinti Birliyi DBMZ baş müəssisəsi tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 91 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş özəlləşdirmə planının (emissiya prospekti) təsdiq edilmiş surəti təqdim edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
24. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı Nəqliyyat Tikinti Dəmir-Beton ATSCdən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490 kv.m hissəsindən və 150 kv.m həyətyanı sahədən ibarət əmlakın mərhum atası X10 məxsus olması barədə arayışın və həmin əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə vəfat etmiş atam X6 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 51 sayh notariat ofisinə müraciəti əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə 51 saylı Notariat ofisindən ünvan 5 ünvanında yerləşən "Bakı Nəqliyyat Tikinti Dəmir-Beton” ATSC-dən xx.xx.2003- cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490 kv.m. hissəsindən və 150 kv.m. həyatyanı sahədən ibarət əmlaka dövlət reyestrindən çıxarış verilməsi üçün DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə zəruri sənədlər əlavə olunmaqla müraciət ünvanlanmışdır. DƏDKR publik hüquqi şəxsin 1 saylı ünvan 8sinə göndərilmiş **********18 nömrəli xx.xx.2022-ci il tarixli məktubda çıxarışın verilməsindən bir neçə mübahisəli əsaslarla faktiki imtina olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə istinadən hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması bildirilmiş, lakin açıqlama verilməmişdir. Halbuki həmin maddənin 8.0.3-cü bəndində daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi birmənalı göstərilir. Daha sonra təqdim edilmiş 461 nömrəli xx.xx.2003-cü il tarixli notarial alqı-satqı müqaviləsinin qanunazidd tərtib olunduğu qeyd edilmişdir. Bununla əlaqədar bir neçə keçmiş və hazırda fəaliyyət göstərən dövlət notariuslara müraciət etmiş və hər biri qeyd etdiyi müqavilənin bağlandığı vaxt qanunvericiliyin tələblərinə uyğun olduğunu əminliklə bildirmişlər. Məktubda istinad olunan Mülki Məcəllənin hazırki 146-cı maddəsinin 3-cü bəndi xx.xx.2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmiş, Daşınmaz əmlakın dövlət reyestri haqqında 713-İ1Q nömrəli Qanunu isə xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci paraqrafına əsasən “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Sözügedən məktubda daha sonra vurğulanır ki, “müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər şəxsə məxsus olan texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür”. Bunu belə anlamaq olur ki, XX əsrin 70-ci illərindən fəaliyyət göstərən müəssisədə 1982-ci ildən həmin dülgər sexinin müdiri işləmiş, 90-cı illərdən faktiki, xx.xx.2003-cü il tarixdən isə 22.01,2022-ci il tarixdə vəfat edənə qədər rəsmən sahibi olmuş mərhum atası X7, hazırda isə övladlarının sahibliyi və istifadəsində olan sahə gizli şəkildə digər şəxslərin adına rəsmiləşdirilib. xx.xx.2022-ci il tarixdə "xxxx" ATSC-dən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490 kv.m. hissəsindən və 150 kv.m. həyatyanı sahədən ibarət əmlakın mərhum atam X10 məxsus olması barədə arayış verilməsi üçün DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir) istinad olunmuşdur. Müraciətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş cavab isə ümumiyyətlə səthi xarakter daşıyır. Qeyd olunur ki, mərhum atasının adına həmin ünvanda 150 kv.m. əmlak aşkar olunmamışdır. Həmin məktubda 490 kv.m-lik dülgər sexi isə ümumiyyətlə yaddan çıxarılmışdır. Belə laqeyd münasibətlə qarşılaşdığı üçün xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməli olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş cavabda əvvəlki kimi eyni əsaslarla imtina olunmuş, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Həmin cavab ona poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 24 ünvanında yerləşən "xxxx" ATSC-nin nəzdində fəaliyyət göstərmiş bir neçə müəssisənin sahiblərinə dövlət reyestrindən çıxarışlar verilmişdir.
26. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X19 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
27. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Bakı Nəqliyyat Tikinti Dəmir-Beton ATSC-dən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 495.9 kv.m hissəsindən ibarət əmlakın (alqı-satqı müqaviləsində 490.0 kv.m, müayinə aktında isə 495.9 kv.m qeyd edilmişdir) mərhum X10 məxsus olması barədə arayışın və həmin əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
28. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X12 iş üzrə üçüncü şəxs qismində qismində iştirakına xitam verilmişdir.
29. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi ““Bakı Nəqliyyat Tikinti Dəmir Beton” ATSC-dən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490.0 kv.m hissəsindən ibarət əmlaka mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
30. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş 461 nömrəli,xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bu səbəbdən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ATSC-nin adına qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Həmçinin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin 134 kv.m hissəsi digər şəxsə (X19) məxsus olan texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti olmaqla 4 №-li Taksi-motor parkının ərazisində yerləşir.
31. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
32. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. apellyasiya şikayətinin dəlilləri
33. Cavabdehin apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun iddiaçıya ünvanladığı imtina məktubunun, birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
35. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
37. Mülki Məcəllə:
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 22.2. müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
39. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1Q saylı Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”:
1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir.
4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir.
7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir: 7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur. 7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədləri qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir. 7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi aktına əsasən müəyyən edilir. 7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.
8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə ilə müəyyən edilir.
9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
40. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”:
2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədi ilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir.
3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır.
6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir.
11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir.
29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin), bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir.
41. “İnzibati icraat haqqında” Qanun:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
43. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mülkiyyətçi kimi faktiki sahiblik və istifadə etdiyi qeyriyaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən arayış verilməsini xahiş etmişdir.
46. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 91 saylı xx.xx.2001-ci il tarixli sərəncama əsasən «Azəravtonəqliyyat» Dövlət Konserninin tabeliyində olmuş Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 24 ünvanında yerləşən «Azəravtonəqliyyattikinti» Layihə-Sənaye Tikinti Birliyi-X25 Zavodu Baş Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı ********** (bir milyard iki yüz səksən dörd milyon beş yüz səksən min) manat həcmində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri özəlləşdirmə üsullarına görə müvafiq nisbətdə bölüşdürülmüşdür: a) əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər - 15%; b) pul hərracına yönəldilən səhmlər - 30% v) ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər - 55 %. Sərəncama əlavə edilmiş Baş planda əks edilmiş təsnifatın “İ” qrafasından görünür ki, dülgər sexinin əsas sahəsi 1022,6 kv.m-dir. Azəravtonəqliyyattikinti Layihə-Sənaye Tikinti Birliyi DBMZ baş müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il vəziyyətinə əsas vəsaitlərin inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair aktın 5-ci qrafasında dülgər sexi qeyd edilmişdir. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X29 Cəmiyyətinin səhmdarların iclasının 2 nömrəli protokolundan xx.xx.2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahənin 150 kv.m sahəsinin satılması qərara alınmışdır. X29 Cəmiyyətinin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və 150 kv.m həyətyanı sahəsinin vətəndaş X2 qərara alınmışdır.
47. X17 və X13 arasında bağlanılmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonuÖzbəkistan küçəsi 24-də yerləşən Bakı Nəqliyyat Tikinti Dəmir Beton ATSC-nin dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahəsi 150 kv.m sahəsi X1. Həmin müqavilə mübahisələndirilməmişdir və qüvvədədir.
48. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
49. Həmin Məcəllənin 146.2-ci madddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
50. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
51. Həmin Məcəllənin 146.8-cı maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.
52. Göründüyü kimi dövlət notariat ofisində təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyri-yaşayış sahəsinin iddiaçının mərhum atasına satılması alqı-satqı müqaviləsinə əsasən notarial qaydada rəsmiləşdirilmişdir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, "... Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.”
54. İşin yuxarıda şərh edilən hallarından göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan müvafiq sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin iddiaçının mərhum atasına qanuni əsaslarla satılmış əmlak sahəsinə hüquqların məxsusluğu barədə arayışı verməkdən imtinası onun gözlənilən mülkiyyət hüququnu pozmuşdur.
55. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
56. Cavabdehin formal dəlilləri ilə baglı məhkəmə bildirir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, ...müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
57. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir...
58. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.
59. X26 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
60. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
61. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
62. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir.
63. Məhkəmə xüsusilə vurgulayır ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya təqdim etdiyi eyni əsaslı sənədlərlə mülkiyyət hüququ ilə bağlı müxtəlif şəxslərə çıxarışlar verilmişdir. Belə olan halda iddiaçının mərhum atasının hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu da pozmuşdur.
64. Yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur.
65. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının xx.xx.2003-cü il tarixli, 15 nömrəli dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə alınmış, ünvan 3 ünvanında yerləşən dülgər sexinin 490.0 kv.m hissəsinə mərhum atası X7 mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçıların üzərinə həddən artıq yük qoymuşdur.
66. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Əkbərov Kamran Pərviz Hüseynov