Məhkəmə qərarları › İş №2-1(103)-3391/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3391/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3391/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) “mənzilin ünvanının firmaların hüquqi ünvanı kimi göstərilməsindən çıxarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1680/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (**********), "xxxx" MMC (VÖEN **********) və sair adlı firmaların onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.ünvan 2 ünvan kimi göstərilməsindən çıxarılması və gələcəkdə Bakı şəhəri, Nizami rayonu, C.ünvan 3 ünvan kimi göstərilməsinə qadağa qoyulması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1680/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (**********), "xxxx" MMC (VÖEN **********) adlı hüquqi şəxsləri iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1680/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan ona Dövlət Vergi Xidmətinin əsasnaməsi üzrə verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Əsasnamə və qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh inzibati orqanının hər hansı 3-cü şəxs tərəfindən edilmiş müraciət əsasında hüquqi şəxsin reyestrində dəyişiklik aparmaq səlahiyyəti mövcud deyildir. Belə ki, sözügedən məhkəmə işi üzrə hüquqi şəxsin ünvan məlumatlarında dəyişiklik aparılması da qanunvericiliklə tənzimlənmişdir. Hüquqi şəxsin hüquqi ünvanı barədə yazının reyestrdən çıxarılması hüquqi şəxsin (MMC-nin) nizamnaməsində də dəyişikliyin aparılmasını zəruri edir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Hazırki məhkəmə işi üzrə göründüyü kimi, qanunvericilik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinin icra mexanizimini müəyyən edib. Hüquqi şəxsin hüquqi ünvanın və nizamnaməsinin dəyişdirilməsi səlahiyyəti, cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Odur ki, İnzibati orqan iş üzrə onun səlahiyyətinə aid edilməyən və qanunvericiliklə dəyişdirilməsi mexanizmi mövcud olan iş üzrə cavabdehlik daşıya bilməz. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən qurumun hüquqi ünvanı Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməli məlumatdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan sənədlər : Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 191504 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 saylı evin 46 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 982 saylı reyestr kitabında 147542 səhifədə 30/9199 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli, **********214800 nömrəli məktubunda bilidirlmişdir ki, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2019cu il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin hüquqi ünvanına dair məlumatlar təsisçi Nümayəndə1, "xxxx" MMC-nin hüquqi ünvanına dair məlumat isə təsisçi Nümayəndə2 tərəfindən elektron qaydada doldurulmuşdur. Əlavə olaraq bildirilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin tələb edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-16395-1221 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanında xx.xx.1967-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-1151-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü Nümayəndə1 xx.xx.2004-cü il tarixdən hazırkı vaxtadək Beyləqan rayonu, Təzəkənd kəndində, xx.xx.1994-cü təvəllüdlü Nümayəndə2 xx.xx.2014-cü il tarixdən hazırkı vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********654100 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən məktuba əlavə edilmiş həmin hüquqi şəxslərin dövlət qeydiyyat sənədlərinin surətindən görünür ki:

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli, **********114000 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2019-cu il tarixdə ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 5əmsilçi Nümayəndə2dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin hüquqi ünvanı AZ1096, ünvan 6r. Cəmiyyətin təsisiçisi Nümayəndə2dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı: "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə2, Ş/V seriyası: AZE, Ş/V nömrəsi: ********, doğum tarixi: xx.xx.1994, ünvan: AZ6600, Yexlav rayonu, ünvan 7 ünvanı: AZ1096, ünvan 8” Məhdud Məsuliyyətli Cəmiyyəti - Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2013-cü il tarixli, **********472700 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2013-cü il tarixdə ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 9i Nümayəndə1dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin hüquqi ünvanı AZ1096, ünvan 10yyətin təsisçisi Nümayəndə1dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə1, Ş/V seriyası: AZE, Ş/V nömrəsi: 07192733, doğum tarixi: xx.xx.1983, ünvan: AZ1200 Beyləqan rayonu, Təzəkənd, Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı: AZ1096, ünvan 12KL” Məhdud Məsuliyyətli Cəmiyyəti - Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2013-cü il tarixli, **********410400 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2013-cü il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 9i Nümayəndə1dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin hüquqi ünvanı AZ1118, ünvan 13 təsisçisi Nümayəndə1dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə1, Ş/V seriyası: AZE, Ş/V nömrəsi: 07192733, doğum tarixi: xx.xx.1983, ünvan: AZ1200, Beyləqan rayonu, Təzəkənd, Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı: AZ1118, ünvan 15 55” Məhdud Məsuliyyətli Cəmiyyəti - Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2013-cü il tarixli, **********478900 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2013-cü il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 9i Nümayəndə1dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, hüquqi ünvanı AZ1096, ünvan 13 təsisçisi Nümayəndə1dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə1 , Ş/V seriyası: AZE, Ş/V nömrəsi: 07192733, doğum tarixi: xx.xx.1983, ünvan: AZ1200, Beyləqan rayonu, Təzəkənd, Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı: AZ1096, ünvan 16espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********393200 nömrəli məktubda bildirilmişdir ki, bir neçə kommersiya hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinə dair müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduğunuz Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 24, mənzil 46 ünvanı 2013-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) elektron dövlət qeydiyyatı zamanı təsisçilərin elektron müraciətləri əsasında həmin hüquqi şəxslərin hüquqi ünvanı kimi dövlət reyestrinə daxil edilmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5- 1-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi tələb edilmir. Bildirilir ki, qanunvericiliyə əsasən qeydiyyat orqanına öz təşəbbüsü ilə hüquqi şəxsin hüquqi ünvanını dəyişdirmək səlahiyyəti verilməmişdir. Hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi üçün təsisçilər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər (ərizə, qeydiyyat şəhadətnaməsi (VÖEN), təsisçilərin qərarı, nizamnaməyə dəyişiklik) qeydiyyat orqanına təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, qeyd olunan hüquqi şəxslərin təsisçilərinə xx.xx.2021-ci il tarixli **********446500 və **********453100 nömrəli məktublarla hüquqi ünvan dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim etmələri bildirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyət hüququ ilə məxsus mənzil ünvanının hüquqi şəxslərin ünvan məlumatından çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçisi və rəhbəri (qanuni təmsilçisi) Nümayəndə1, "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçi və rəhbəri (qanuni təmsilçisi) Nümayəndə2dur. Hüquqi şəxslər yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətləri olmaqla elektron qaydada dövlət qeydiyyatına alınmışlar. Qeyd edilən hüquqi şəxslərin hüquqi ünvanı kimi ünvan 17əmin hüquqi şəxslərin təsisçiləri olmuş adları çəkilən Nümayəndə1 və Nümayəndə2 tərəfindən elektron qaydada doldurulmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı 2 qaydada həyata keçirilir - adi qaydada və sürətli qaydada. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.10-cu maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. -2.0.11-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı - müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır. -2.0.12-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır. -5-1.1-ci maddəsinə görə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin sürətli elektron qeydiyyatı hüquqi şəxsin ünvanı ilə yeganə təsisçisi olan fiziki şəxsin yaşayış yeri ünvanı eyni olduqda həyata keçirilir. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. İş materiallarından müəyyən edilir ki, hüquqi şəxsin təsisçisi və rəhbəri (qanuni təmsilçisi) eyni şəxslərdir, hüquqi şəxsin ünvanı onun təsisçisi kimi çıxış edən şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni deyildir, yəni yuxarda qeyd edilən hüquqi şəxslərin elektron qeydiyyatı adi qaydada həyata keçirilmişdir. Cavabdeh apelyasiya şikayətində Dövlət Vergi Xidmətinin əsasnaməsi üzrə verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərildiyini, əsasnamə və qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh inzibati orqanının hər hansı 3-cü şəxs tərəfindən edilmiş müraciət əsasında hüquqi şəxsin reyestrində dəyişiklik aparmaq səlahiyyətinin mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 24 saylı evin 46 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Yuxarda qeyd edilən normalardan da göründüyü kimi, mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Nəzərə alsaq ki, hazırkı mübahisə də cavabdeh – “hüquqi şəxslərin elektron qeydiyyat qaydalarını, həmin qaydalara bilavasitə tətbiq və nəzarət edən” dövlət orqanıdır, belə olan halda Kollegiya hesab edir ki, iddiaçının hüquqlarının pozulmasına səbəb olan maneələri aradan qaldırmaqda sonuncunun vəzifəsidir. Cavabdeh apelyasiya şikayətində cəmiyyətin nizamnaməsini dəyişdirməyin məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğunu bildirirək, belə bir səlahiyyətlərinin olmadığını bildirsə də, Mülki Məcəlləyə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasına nəzarət etmək dövlət orqanının səlahiyyətinə aid edilmişdir. Belə ki, Mülki Məcəllənin : 48.1 Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. Qeyd edilən normanının təhlilindən də görünür ki, hüquqi şəxsin qeydiyyata alınması prosesinə nəzarət mexanizmi mövcuddur və bu səlahiyyət cavabdeh inzibati orqana məxsusdur. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1680/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar