Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3391/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının doğum akt qeydində adı qrafasında “Mirəsəd” adının “Adəm”, soyadı qrafasında “Niftullayev” soyadının “Azərməni” olaraq düzəlişin olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5854/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının doğum akt qeydində adı qrafasında “Mirəsəd” adının “Adəm”, soyadı qrafasında “Niftullayev” soyadının “Azərməni” olaraq düzəlişin olunması hаqqındа qərаr qəbul еdilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx xxxx 1954-cü ildə Cəlilabad rayonu, Ağdaş kəndində anadan olmuşdur. O uzun müddətdir ki, X2 yaşayır, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ölkənin tanınmasında fəal iştirak edir, xeyriyyəçilik işləri aparır, ABŞ-da Azərbaycan diasporası ilə sıx əməkdaşlıq edir. Oradakı bəzi xeyriyyəçilik işlərində adı Adəm, soyadı isə Azərməni kimi tanınır. Bu səbəbdən də ad və soyadının dəyişdirilməsi ilə bağlı Xətai rayonu Qeydiyyat şöbəsinə müraciət etsə də, 14 yanvar 2023-cü il tarixli, 32-05/15 saylı məktubu ilə tələbdən imtina olunmuşdur. İddiaçının ad və soyadının dəyişdirilməsindən imtina olunması onun ictimai fəaliyyətinə maneəçilik törədir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5854/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5854/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - Bakı şəhəri Cavabdeh iddiaçıya İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 32-05/15 nömrəli məktuba əsasən bildirilmişdir ki, “Azərməni” soyadının və “Adəm” adının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası AMEA Nəsimi adına X3 Şurasının qərarı ilə nəşr olunmuş “Azərbaycan Dilində Şəxs X5”ndə həmin adın mövcud olmadığı müəyyən edilmişdir və adı çəkilən qurumla dəqiqləşdirmə aparılması məqsədilə əlaqə saxlanılmış, lakin bu soyadın və adın verilməsi yolverilməz olduğu söylənilmişdir. Göstərilənlərə əsasən, soyadın və adın “Azərməni Adəm”ə dəyişdirilməsi imkan xaricindədir. - Bakı şəhəri Cavabdeh 14 yanvar 2023-cü il tarixli, 05/70-65 nömrəli arayışına əsasən, Niftulayev Mirəsəd xx xxxx 1954-cü ildə Cəlilabad rayon Ağdaş kəndində anadan olmuşdur. Bu barədə 22 may 1959-cu ildə Cəlilabad rayon qeydiyyat şöbəsində 244 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2023cü il tarixli, 3-37/2-7***-******* nömrəli məktubuna əsasən, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. - Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-1540/23 nömrəli məktubuna əsasən, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 26.1-ci mаddəsinə görə hər bir fiziki şəхsin аddаn, аtа аdındаn və sоyаddаn ibаrət аdı оlmаq hüququ vаrdır. Həmin Məcəllənin 26.3-cü mаddəsinə görə fiziki şəхsin qаnunlа müəyyənləşdirilmiş qаydаdа öz аdını dəyişdirmək iхtiyаrı vаrdır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və bunları dəyişmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verilməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumat olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı mаddəsinə əsаsən аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi vətəndаşlаrın dаimi yаşаyış yеrində qеydə аlınır. Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin xx.xx.2011-ci il tаriхli, 79 nömrəli Qərаrı ilə təsdiq еdilmiş «Аdın, аtа аdının və sоyаdının vеrilməsi və dəyişdirilməsi Qаydаlаrın»ın 1.1-ci bəndinə əsаsən, bu Qаydаlаr Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin, Nахçıvаn Muхtаr Rеspublikаsı ərаzisində Nахçıvаn Muхtаr Rеspublikаsı Ədliyyə Nаzirliyinin rаyоn (şəhər) qеydiyyаt şöbələri və yа rаyоn, şəhər, şəhər rаyоnu icrа hаkimiyyətlərinin nümаyəndəlikləri, хаricdə dаimi yаşаyаn Аzərbаycаn Rеspublikаsının vətəndаşlаrınа münаsibətdə kоnsulluqlаr tərəfindən аdlаrın, аtа аdlаrının və sоyаdlаrın vеrilməsi, həmçinin qеydiyyаt şöbəsi və yа kоnsulluq tərəfindən оnlаrın dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarınn öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 7.2-ci bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanunun 1-ci maddəsində deyilir: 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. 1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. 1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. 1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyrihökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin Qanunun 18.1-ci maddəinə əsasən Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. Hazırkı işin hallarından görünür ki, iddiaçının adı - Mirəsəd, soyadı isə Niftullayevdir. O məhkəmədə iddia qaldıraraq müvafiq olaraq adının - “Adəm”, soyadının isə “Azərməni” olaraq düzəlişin olunmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi onun soyadının “Azərməni”, adının “Adəm” kimi göstərilməsi ilə bağlı istinad etdiyi sənədlər ingilis dilində tərtib olunduğu üçün həmin ingilis dilində tərtib edilmiş sənədlərdə iddiaçının adı və soyadı “Azerman Adam” göstərilmişdir. Göstərilənlərə əsasən “Azerman” soyadı “Adam” soyadının ingilis dilində olan yazılışı olduğu və Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində “Adam” adının və “Azerman” soyadı mövcud olmadığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5854/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5854/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3391/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3391/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver