Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3391/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3011/2025 nömrəli, 19 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlillik qiymətləndirilməsinin həyata keçirilib təkrarən 2-ci qrup əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. O, xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş ehtiyatda olan mayordur. Həbi xidmətdə olduğu dövrdə xx.xx.2017-ci il tarixdə saat 20:10-da Qusar rayonu, X5 gecə döyüş atışı keçirərkən ayağı səngərə düşüb başı daşa dəyərək “qapalı kəllə-beyin travması, sağ gicgah və ənsə nahiyəsinin küt travması” xəsarətini almışdır. Aldığı xəsarətlər ilə əlaqədar olaraq huşunu itirmiş, ilk tibbi yardım olduqdan sonra ixtisaslı müayinə və müalicə olunması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. xx.xx.2017- xx.xx.2017-ci ilədək “qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2017-xx.xx.2017-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında Şəhadətləndirilərək xəstəliklər cədvəlinin 23b maddəsinin 3-cü hissəsinə əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə M.Ə.Əfəndiyev adına şəhər kliniki xəstəxanasında, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 5 saylı şəhər kliniki xəstəxanasında, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə 2 nömrəli kliniki psixiatriya xəstəxanasında, xx.xx.2022xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-ci il tarixlərdə M.Ə.Əfəndiyev adına şəhər kliniki xəstəxanasında, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 2 nömrəli kliniki psixiatriya xəstəxanasında, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 2 nömrəli kliniki psixiatriya xəstəxanasında, xx.xx.2024-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli, 3775 №-li xəstəlik haqqında şəhadətnaməyə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə şəhadətləndirilmişdir. Cavabdeh orqan tərəfindən iddaçıya xx.xx.2019-cu il tarixdə 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilmiş, diaqnoz hissəsində isə keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsinin davamlı qalıq əlamətləri, baş beyin funksiyasının mühüm dərəcədə pozulması ilə sağ tərəfli piramid çatışmazlığı, sol tərəfli parez əlamətləri ilə, qıcolma tutmalarla (ayda 7-8 dəfə) və vegetativ damar davamsızlığı ilə nəticələnən post travmatik enesefalopatiya 3-cü mərhələ. OU hipertonik angiopatiya. Diskogen mənşəli sağ tərəfli Sİ radikulopatiya. NSD kardial və hipertonik tipli” kimi göstərilmişdir. Həmin əlillik müddəti bitdikdən sonra iddiaçı yuxarıda göstərilən tarixlərdə müalicə və müayinə olunduqdan sonra təkrar əlillik təyinatı aparılması üçün qeydiyyatda olduğu poliklinika vasitəsi ilə forma 88 göndərmişdir. Həmin forma 88 əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqan tərəfindən əyani müayinə olunmuş və ona əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Halbuki, əlilliyin təyin olunması meyarlarına əsasən iddiaçıya qoyulmuş diaqnozlar T90.5, G40.3, G45, G93.2 olaraq qeyd olunmuşdur. Həmçinin, həmin göndərişdə F07.0, F07.8 qruplaşdırılması da həyata keçirilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3775 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2017), baş beyin silkələnməsinin sağ tərəfli piramid çatışmazlığı və tez-tez təkrarlanan epileptik tutmalarla təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə. Alnın sağ yarısının dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təxminən 2017-ci ildən başlamış qıcolma tutmalarından şikayətlənmişdir. Medikamentoz preparatlardan Depakin qəbul etdiyini söyləmişdir. Tutmalarının ayda 1-3 dəfə baş verdiyini, ayıldıqdan sonra halsızlıq hiss etdiyini bildirmişdir. Ailəli olmadığını, nişanlanıb sonradan ayrıldığını, hal-hazırda heç yerdə işləmədiyini söyləmişdir. Müayinə zamanı alının sağ tərəfində sümükdə zədə əllənmişdir. Nevroloji müayinə zamanı EEQ dalğalar və təqdim edilmiş tutma videosu epitutmalara xarakterik olmamışdır. Xəstə Depakin qəbul etdiyini qeyd edir. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, psixiatrik şikayətlər bildirməmişdir. Emosional labil, intellektualmnestik funksiyaları yaşına və təhsilinə uyğun izlənmişdir. Tənqidi qorunmuşdur. X6 xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin biopotensialların əsasən sol hemisferada artması, paroksizmlərə (müvafik şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsi) meyilliyi” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Baş beyin üzvi xəstəliyi, hərbi əməliyyatlar zamanı KBT nəticəsində şəxsiyyət pozuntuları, koqnitiv pozuntular və tez-tez daxilolmalarla qıcolma tutmaları ilə (ayda 4 dəfə)” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış QKBT) şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. X8 xx.xx.2024-xx.xx.2024-cü tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrıları, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsi. Postravmatik ensefalopatiya, kəllədaxili hipertenziya. Epilepsiya, tez-tez təkrar olunan qıcolma tutmalarla. Üzvi mənşəli (QKBT) şəxsiyyətin davranış pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2025 nömrəli, 19 may 2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddianın təmin edilməsi, İddiaçı ikinci dərəcə əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş və qeyd edilmişdir ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Baxılan halda hazırki iş üzrə iddiaçı sol ayağında hərəkət məhdudluğundan şikayətlənsə də, əyani müayinə zamanı hərəki məhdudluğu mövcud olmamışdır və bildirdiyi xəstəliyinə uyğun müayinə edilmiş tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Bundan başqa, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki: - 3775 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya T90.5. G 40.3. G93.2. keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017), baş beyin silkələnməsinin sağ tərəfli piramid çatışmazlığı və tez-tez təkrarlanan epileptik tutmalarla təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi, F 07.0 Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funskiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə. Alının sağ yarısının dəri çapığı diaqnozu qoyulmuş, hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmişdir. -Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçıya “Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2017) baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Baş beyin funksiyasının mühüm dərəcədə pozulması ilə, sağ tərəfli piramid çatmamazlığı, sol tərəfli parez əlamətləri ilə, qıcolma tutmalarla (ayda 7-8 dəfə) və vegetativ damar davamsızlığı ilə nəticələnən postravmatik ensefotapotaiya Hİ mərbələ. OU hipertonik angiopatiya. Diskogen mənşəli sağ tərəfli S1 radikulopatiya. NSD kardial və hipertonik tipli.” diaqnozu üzrə xx.xx.2019-cu il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli B00192255QTB saylı göndərişə əsasən Bakı Baş Səhiyyə İdarəsi tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün göndəriş verilmiş, göndərişdə iddiaçıya “ Əsas diaqnoz – T90.5. Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2017) baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya, porsial epilepsiya. Tez-tez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları, Ağırlaşma – F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. (Qapalı k/b travması), F06.7- Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozuntularla.(koqnitiv funksiyanın enməsi) diaqnozu qoyulmuşdur, F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş idopatik epilepsiya. Porsial epilepsiya. Tez-tez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları ilə, G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya, Xoşxassəli kəllədaxili hipertenziya. Postravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə” diaqnozu qoyulmuşdur. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təxminən 2017-ci ildən başlamış qıcolma tutmalarından şikayətlənmişdir. Medikamentoz preparatlardan Depakin qəbul etdiyini söyləmişdir. Tutmalarının ayda 1-3 dəfə baş verdiyini, ayıldıqdan sonra halsızlıq hiss etdiyini bildirmişdir. Ailəli olmadığını, nişanlanıb sonradan ayrıldığını, halhazırda heç yerdə işləmədiyini söyləmişdir. Müayinə zamanı alının sağ tərəfində sümükdə zədə əllənmişdir. Nevroloji müayinə zamanı EEQ dalğalar və təqdim edilmiş tutma videosu epitutmalara xarakterik olmamışdır. Xəstə Depakin qəbul etdiyini qeyd edir. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, psixiatrik şikayətlər bildirməmişdir. Emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun izlənmişdir. Tənqidi qorunmuşdur. X8 xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin biopotensialların əsasən sol hemisferada artması, paroksizmlərə (müvafiq şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsi) meyilliyi” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Baş beyin üzvi xəstəliyi, hərbi əməliyyatlar zamanı KBT nəticəsində şəxsiyyət pozuntuları, koqnitiv pozuntular və tez-tez daxilolmalarla qıcolma tutmaları ilə (ayda 4 dəfə)” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış QKBT) şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. X8 xx.xx.2024-xx.xx.2024-cü tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrıları, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsi. Postravmatik ensefalopatiya, kəllədaxili hipertenziya. Epilepsiya, tez-tez təkrar olunan qıcolma tutmalarla. Üzvi mənşəli (QKBT) şəxsiyyətin davranış pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətinin “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozuna uyğun gəlməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Baxılan halda hazırki iş üzrə iddiaçı sol ayağında hərəkət məhdudluğundan şikayətlənsə də, əyani müayinə zamanı hərəki məhdudluğu mövcud olmamışdır və bildirdiyi xəstəliyinə uyğun müayinə edilmiş tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz - “ Əsas diaqnoz – T90.5. Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2017) baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya, porsial epilepsiya. Tez-tez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları, Ağırlaşma – F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. (Qapalı k/b travması), F06.7- Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozuntularla.(koqnitiv funksiyanın enməsi) diaqnozu qoyulmuşdur, F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş idiopatik epilepsiya. Porsial epilepsiya. Tez-tez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları ilə, G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya, Xoşxassəli kəllədaxili hipertenziya. Postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya ilə” - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd: Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-anamnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanın diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il); İddiaçının iddia tələbinin əsaslı olması rəylərlə də öz təsdiqini tapır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 276 saylı ekspert rəyində qeyd edilir ki, İddiaçı ÜZVİ (KEÇİRİLMİŞ KƏLLƏ- BEYİN TRAVMASİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU (F07.0) aşkar olunur. Beləliklə, sualda göstərilən “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, İddiaçı qeyd olunan “üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” diaqnozu koqnitiv pozuntular və davranış pozuntuları ilə müşayiət olunduğundan əlavə psixiatrik diaqnozlara ehtiyac duyulmur. "Respublika Neyrocərrahiyyə Xəstəxanasi" publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki,”... Dəvətə əsasən, vətəndaş xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (AA*******, Fin: xxxxxxx) xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Emil İsmayılov tərəfindən konsultasiya olunmuşdur. İddiaçı deməsinə görə, 2017-ci ildə hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət alıb. İddiaçı qıcolma tutmaları, əsəbilik, gərginlik, emosional dəyişkənlik, baş ağrıları, başgicəllənmə, ümumi halsızlıqdan əziyyət çəkdiyini bildirərək, periodik müalicə aldığını və hazıradək antikolvunsant və psixotrop preparatlar qəbul etdiyini bildirmişdir. Həkimneyrocərrah Emil İsmayılov İddiaçı “Baş-beyin” MRT və “EQQ” müayinələrini təyin etmişdir. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “X9”ndə keçirilmiş “EEQ” və xx.xx.2025-ci il tarixdə “X10”ində keçdiyi “Beyin” MRT müayinə nəticələrinə əsasən: “ (Müayinə zamanı vəziyyəti: sakit və oyaq vəziyyətdə. Qəbul etdiyi preparat:depakin 300mg). Alfa ritm tezliyi 9-10hs, amplitudu 40-60mkv olmaqla arxa aparmalarda üzə çıxır. Ritmikdir, requlyardır, orta modulyasiya olunur. Beta dalğa amplitudu 5-7mkv tezliyi 20-25hs olmaqla ön aparmalarda üzə çıxır. Paylar üzrə məhəlli nisbət və yarımkürələr üzrə simmetriya saxlanıb. Aktivasiya reaksiyası:alfa ritmin tam depressiyası və bərpası. Ritmik FS: fotoritmlərin qəbulu normaldır. Fotoparoksizmal reaksiya yoxdur. Hiperventilyasiya zamanı fon aktivliyi bir qədər ləngiyir.Göz açıb-qapama artefaktları qeyd olunur. Fon yazısı boyu tezliyi 1 hs, max.amplitudu 95mkv olan bilateralsinxron iti-ləng dalğa sıçrayışları qeyd olunur. NƏTİCƏ:1)Biopotensiallar yaş xüsusiyyətlərinə uyğundur.2)Başbeynin bilateralsinxron epileptiform aktivliyi qeyd olunur.3) Dinamik müşahidə məsləhətdir” və “Mega sisterna magna varisasiyası təyin olunur. Hər iki serebellar hemisfer, pons va medulla oblangata normal görünüşdə olub, siqnal intensivliyi homogendir. Sağ vertebral arteriya dominant olub, medulla oblangata-ya təzyiq edir-vertebral arteriya kompressiya sindromuna uyğundur. İV ventrikul normal genişlikdədir. Bazal sisternalar təbiidir. Hər iki internal akustik kanal genişliyi və 7-ci, 8-ci sinir kompleksi normaldır. Hər iki pontoserebellar bucaqlar simmetrikdir. Subaraxnoidal sahələr və beyin sulkusların dərinliyi və genişliyi mülayim dərəcədə olmaqla artmışdır. Bazal qanqlionlar və talamuslar normaldır. Korpus kallozum, pinel vəzinin görünümü və siqnal dağılımı təbiidir. İİİ və hər iki lateral madacik genişliyi normaldır. Hər iki frontoparietal pay subkortikal ağ maddədə və periventrikulyar dərin ağ maddədə 4-5 mm ölçülərdə çox sayda olmaqla T2 FLAİR hiperintens qlial sahələr qeyd edilir-fazekas 1 mikroangiopatiyaya uyğun. Sağ gicgah payı bazal bölgədə 6 mm ölçülərdə ensefalomalazik-gliotik sahə təyin olunur. Bazal qanqlionlar bölgəsində ağ maddədə kiçik ölçülərdə genişlənmiş perivaskulyar sahələr izlənilir. DW rejimlərdə restriksiya göstərən kəskin və ya yarımkəskin dövr işemik ocaq görülmədi. Hipofiz vəz norma daxilində izlənilir. Kavernoz sinus simmetrik olub, siqnal dağılımı homogendir. Hər iki bulbus okuli, okulyar əzələlər, retrobulbar yağ toxuması normal olub, siqnal dağılımı homogendir. Mastoid hücrələrin pnevmotizasiyası təbiidir. MR nəticə: Serebral atrofiya mülayim dərəcəli. Hər iki frontoparietal pay subkortikal ağ maddədə və periventrikulyar dərin ağ maddədə 4-5 mm ölçülərdə çox sayda olmaqla T2 FLAİR hiperintens qlial sahələr qeyd edilir fazekas 1 mikroangiopatiyaya uyğun. Bazal qanqlionlar bölgəsində ağ maddədə kiçik ölçülərdə genişlənmiş perivaskulyar sahələr. Baş beynin mikroangiopatik ensefalopatiyaya uyğun MR görünüm. Sağ vertebral arteriya dominant olub, medulla oblangata-ya təzyiq edir vertebral arteriya kompressiya sindromuna uyğundur. Sağ gicgah payı bazal bölgədə 6 mm ölçülərdə ensefalomalazik-gliotik sahə” qeyd edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə müayinə nəticələri ilə birlikdə tibb müəssisəmizə yenidən ambulator müraciət etmiş və həkim-neyrocərrah Emil İsmayılov tərəfindən müayinə olunmuşdur. Həkim-neyrocərrah Emil İsmayılov baxış zamanı İddiaçı huşu aydın, davranışı ara-sıra dəyişkən, aqressivlik və horizontal nistaqmı qeyd etmiş və ətraflarında hissi pozulma və parez əlamətləri, patoloji reflekslər və meningeal əlamətlər olmadıqlarını bildirmişdir. Eləcə də, həkim-neyrocərrah Emil İsmayılov İddiaçı romberg vəziyyətində nisbi dayanaqlı, koordinasiya sınaqlarını ara-sıra yanılma ilə yerinə yetirdiyini, kognitiv funksiyaları, yəni yaddaş pozulması əlamətləri və tremor (əllərin əsməsi) olduğunu vurğulamışdır”. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunubolunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlilik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış mövqeyinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2025 nömrəli, 19 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2025 nömrəli, 19 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3391/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3391/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver