Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3392/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilərək istintaqın aparılması öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5819/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək polisin hərəkətsizliyin qanunsuz hesab edilərək istintaqın aparılması öhdəliyinin qoyulması tələbi irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən əmlakına münasibətdə 2017-ci ildə törədilmiş əməllə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib. Nəsimi rayon Polis İdarəsi heç bir araşdırma aparmadan müraciətinə səthi yanaşıb. Nəsimi rayon Polis İdarəsi 5 ildir ki, süründürməçilik edir, müraciətini araşdırmır. Hesab edir ki, həmin əməldə cinayət tərkibi var. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2021-ci qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tairxli məktubla izah edilmişdir ki, X4 və X3 barəsində cinayət işinin başlanması üçün əsas cinayət əlamətlərinə işarə edən kifayət qədər dəlillər müəyyən edilmədiyindən sonuncular barəsində Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Eyn zamanda izah edilmişdir ki, X5 və X3 ilə aralarında olan mübahisə mülkimübahisədir. Bununla bağlı birinci instansiya məhkəməsinə müraciət hüququnun olduğu izah edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 fevral 2022-ci qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmiş və X5 və X1 izahatlarının və hadisə yerinə baxış keçirilməsindən ötrü Nəsimi rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5819/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbi ilə eyni formada əsaslandırılmışdır. ünvan 3 ünvanında yerləşən əmlakına münasibətdə 2017-ci ildə törədilmiş əməllə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib. Nəsimi rayon Polis İdarəsi heç bir araşdırma aparmadan müraciətinə səthi yanaşıb. Nəsimi rayon Polis İdarəsi 5 ildir ki, süründürməçilik edir, müraciətini araşdırmır. Hesab edir ki, həmin əməldə cinayət tərkibi var. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatında iştirak edən iddiaçı hazırki işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi iddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət əməllərinin araşdırılması və ona dair tədbirin görülməsi ilə bağlıdır. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İdida ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı xx.xx.2017-ci il tarixində ünvan 5 ünvanda yerləşən 3 otaqlı evin 2 otağının X2, 1 otağının isə ona məxsus olduğunu, 2017-ci ilin mart ayında Suriddin Rəhimovun həmin evin ona aid olan hissəsində təmir işləri aparan zamanı onun otağının ümumi dəhlizə açılan giriş qapısını ləğv etdiyini, nəticədə onun dəhlizindən və mətbəxdən istifadə etmək imkanını tamamilə məhdudlaşdıraraq yaşamaq hüququnun pozulduğunu bildirmiş və bununla bağlı qanuni tədbirlər görülməsini xahiş etmişdir. Müraciətdə qeyd edilən məsələnin mülki xarakterli olması əsası ilə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Elxan Tağızadə tərəfindən cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqanın qərarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə, cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. İşlərə inzibati məhkəmə icraatı qaydasında baxılmasına dair digər mühüm bir müddəa İPM-in 2.1-ci maddəsində əks olunmuşdur. Buna görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsi isə bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığını birmənalı qaydada müəyyən etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçı məhz inzibati orqanın cinayət işinin düzgün aparılmamasını və tərəfindən qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının qanunvericiliyin tələblərinə zidd qəbul edildiyi göstərilmişdir. Bu halda, Məhkəmə hesab edir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın mübahisələndirilməsi də yenə cinayət-mühakimə icraatı qaydasında aparılmalıdır. Çünki, bu zaman tətbiq ediləcək hüquq «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsində təsbit olunan qaydada inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətə aid olmayacaqdır. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların məhz bu qəbildən fəaliyyətinin qanuniliyi və əsaslılığı yoxlanılır. Cavabdehdə aparılan cinayət işinin istintaqı zamanı həyata keçirilən fəaliyyətlə bağlı tətbiq edilən hüquq isə, ümumi hüquq sahəsinə daxil olsa da, inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə aid hüquqdur ki, bu da iddiaçının tələbinin «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsinin təsirinə düşdüyünə dəlalət edir. Yuxarıda da qeyd edildiyi kimi, istintaq orqanı tərəfindən qəbul edilmiş qərar cinayət təqibinin gedişində qəbul olunmuşdur. Odur ki, həmin qərarın qəbul edilməsinin qanuniliyi və əsaslılığına da yenə cinayət təqibi çərçivəsində məhkəmə nəzarəti qaydasında qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5819/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3392/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3392/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver