Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3395/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək N №-li hərbi hissədə Təşkilat Səfərbərlik şöbəsinin nizami bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Məlum olduğu kimi N №-li hərbi hissənin aparatının şəxsi heyəti Müdafiə Nazirinin 062 №-li xx.xx.2021-ci il tarixli əmrilə döyüş əməliyyatlarına cəlb olunmuş hesab edilmişdir. Onun sənədləri müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi məqsədi ilə xidmət etdiyi N №-li hərbi hissə tərəfindən Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilmişdir. Lakin adıçəkilən komissiya tərəfindən sənədləri Nazirlər Kabinetinə göndərilməmişdir. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsi xahişi ilə ona etibarnamə üzrə vasitəsi ilə cavabdehə və N №-li hərbi hissəyə etibarnamə üzrə nümayəndəsi vasitəsilə müraciət etmişdir. Xidmət keçdiyi N №-li hərbi hissədən müraciətinə verilmiş 9234 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, vətəndaş İddiaçı 44 günlük “Vətən Müharibəsi” dövründəki fəaliyyətini nəzərə alınaraq N №-li hərbi hissənin “Vətən Müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiyası tərəfindən sənədləri tələb olunan nümunələrə uyğun tərtib edilərək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixli 3278 №-li məktubla “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya təqdim edilmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi tərəfindən müraciətini cavablandırılmamış və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı dövüs əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları verinə yetirməmiş, hərbi xidmət keçərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qevd olunan ərazilərdə olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarında olan: -N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2018-ci il tarixli əmrindən olan çıxarışında qeyd edilmişdir ki, kapitan İddiaçı, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2018-ci il tarixli 046 nömrəli əmri ilə Təşkilat-Səfərbərlik şöbəsinin nizami bölməsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Kürdəmir rayonu) gəlmiş hesab edilməsi, xx.xx.2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlanılması əmr edilmişdir. -Müdafiə nazirinin müavini - hərbi hava qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmrində qeyd edilmişdir ki, Hərbi Hava Qüvvələrinin X4 üzrə mayor İddiaçı, təyin olunmuş qrupların tərkibindəki heyətlər “Hərbi Hava Qüvvələri üzrə idarə heyətinin döyüşü idarəetmə qruplarının tərkibi və vəzifələri”nə uyğun fəaliyyətlərə cəlb olunması əmr edilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 296 nömrəli əmrindən olan çıxarışda qeyd edilmişdir ki, şəxsi heyət idarəsinin (A1) nizami bölməsinin rəisi mayor İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0656 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, 2023-cü ilin hesabından qalan 60 gün müddətinə məzuniyyət verilməklə xx.xx.2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün SHXÇDX-nin Səbail rayon İdarəsinə göndərilməsi əmr edilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxs barədə arayış-məlumatda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09- xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-cü il tarixli 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmri ilə HHQ-nin X3 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “...işin təsdiqin tapmış hallarına əsasən xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmrinə əsasən Hərbi Hava Qüvvələrinin X4 üzrə mayor İddiaçı, təyin olunmuş qrupların tərkibindəki heyətlər “Hərbi Hava Qüvvələri üzrə idarə heyətinin döyüşü idarəetmə qruplarının tərkibi və vəzifələri”nə uyğun fəaliyyətlərə cəlb olunması əmr edilmişdir. N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09 - xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-cü il tarixli 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmri ilə HHQ-nin X3 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirakı iş materialları ilə öz təsdiqini tapmışdır.” Lakin, Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, yuxarda qeyd olunan qanunvericilik normalarına əsasən, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməli, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli və bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Göründüyü kimi, iddiaçıya “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilməsi üçün iddiaçı döyüş əməliyyatlarında iştirak etməli, ya döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirməli, ya da döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqlarını yuxarda qeyd olunan işğaldan azad edilmiş ərazilərimizdə yerinə yetirməli idi. İddiaçının döyüş əməliyyatlarında iştirak etməməsi və döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirməməsi işin mübahisəsiz halıdır. Döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı isə Kollegiya aşağıdakıları qeyd edir: İş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxs barədə arayış-məlumatda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-cü il tarixli 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmri ilə HHQ-nin X3 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verilən tapşırıqları və göstərişləri yerinə yetirsə də, həmin bu tapşırıqları və göstərişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə deyil, Bakı ərazisində yerinə yetirmişdir. Eyni zamanda Kollegiya bildirir ki, iddiaçı komandanının döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıqlarını və göstərişlərini öz vəzifə səlahiyyətlərinə aid hisədə icra etmişdir (şəxsi heyətin uçotu ilə əlaqədar). Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı nizami bölmə rəisi vəzifəsində xidmət etmiş və onun fəaliyyəti şəxsi heyətin uçotunun təşkili ilə bağlı olmuşdur. İş materiallarından da görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin X3 döyüş fəaliyyəti şəraitində hərbi hissənin kargüzarlığının tam döyüşə hazır olmasında iştirak etmiş, HHQ-nin idarəetmə heyətinin şəxsi heyətinin gündəlik say uçotunu aparmış, ordu korpuslarının qərargahları ilə qarşılıqlı əlaqəni təmin etmiş, şəxsi heyətin gündəlik fəaliyyəti, hərbi qulluqçuların hərəkətinin (ezamiyyətəgöndərilməsi, ezamiyyətdən qayıtması, ərzaq təminatına qoyulması və çıxarılması və s.) gündəlik fasiləsiz olaraq uçotunu aparmış, HHQ-nin qərargahına ünvanlanmış qeyri-məxfi sənədlərin qəbul edilməsini, qeydiyyata alınmasını, komandanlığa məruzə olunmasını, aidiyyəti üzrə rəhbər şəxslərə vaxtında çatdırılmasını təmin etmiş, hərbi hissələrin komandanlığa ünvanladıqları raport və ərizələri qəbul edərək, rəhbər şəxslərə məruzə edilməsini, imzalanmış sənədləri vaxtında icraçılara təqdim olunmasını təmin etmiş, tabelikdə olan hərbi hissələrdə kərgüzarlığın aparılmasına nəzrət etmiş, habelə onlara köməklik göstərmiş və verilmiş digər tapşırıqları icra etmişdir. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatları zamanı xidməti vəzifələrini icra etmişdir. Nəzərə almaq lazımdır ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə verilir. İddiaçı isə həmin istiqamətlər üzrə verilən tapşırıqları yerinə yetirmiş, hansıki həmin tapşırqlar da onun xidməti vəzifəsinin tərkib hissəsi olmuşdur. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi yalnış nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətini əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3395/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3395/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver