Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3396/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X22 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “X16 LTD’’ şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3508/2024 saylı, 10 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X16 LTD’’ şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, **********666900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Filial tərəfindən 15 dekabr 2021-ci il tarixində Kürsəngi və X17 daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X33 Sazişinin (bundan sonra “HPBS”) 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək 19 noyabr 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, Filial tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (15 dekabr 1998-ci il) 19 noyabr 2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964.0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. MGBİ Qərarına əsasən, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X36-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X14 X41 X25 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması əsas gətirilərək, vergi orqanı tərəfindən Şirkətə əsassız olaraq 904 479,76 ABŞ dolları məbləğində mənfəət vergisi hesablanmışdır. MGBİ Qərarına cavab olaraq, HPBS-nin tələblərinə uyğun olmayaraq onun 15.9-cu maddəsi əsas göstərilməklə X36-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X14 X41 X25 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınaraq Vergi Orqanı tərəfindən Filiala hesablanmış 904 479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi ilə bağlı 27 mart 2023-cü il tarixdə Filial tərəfindən Dövlət Vergi Xidmətinin X10 Baş İdarəsinə (bundan sonra “İŞBBİ”) **********721900 nömrəli etiraz məktubu təqdim edilmişdir. 27 mart 2023-cü il tarixində Filial tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə İŞBBİ-yə ünvanlanmış inzibati şikayətə münasibətdə Dövlət Vergi Xidməti İnzibati şikayətin təmin edilməməsi haqqında 25 iyun 2023-cü il tarixli, **********717700 nömrəli qərar qəbul etmişdir. 24 iyul 2023-cü il tarixində Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına (bundan sonra - Apellyasiya Şurası) Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli, **********717700 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərara dair şikayət təqdim edilmişdir. Apellyasiya Şurasının 59 nömrəli qərarı 9 oktyabr 2023-cü il tarixində iddiaçıya təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası və daha sonra Apellyasiya Şurası tərəfindən baxılaraq 8 sentyabr 2023-cü il tarixində qərar qəbul edildiyindən və Filiala poçt vasitəsilə 9 oktyabr 2023-cü il tarixində təqdim olunduğundan qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. 15 mart 2022ci il tarixində Şirkət tərəfindən təqdim olunmuş X24 ilə X34 bəyannaməsinə MGBİ tərəfindən 28 fevral 2023-cü il tarixində əlavə vergi hesablanması ilə bağlı göndərilmiş MGBİ Qərarı, yuxarıda qeyd olunan müddətləri nəzərə aldıqda, müvafiq bəyannamənin kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddətini ötürərək, kameral vergi yoxlaması nəticəsində əlavə vergi hesablanması, vergi ödəyicisinin hüquqlarını kobud surətdə pozmuşdur. HPBS-nin 15.3 (d) (i) maddəsində qeyd olunan təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra, "VM") 85.4-cü maddəsində qeyd olunan Vergi Orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 36 ay ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq və verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malik olması ilə analoji olaraq müqayisə edilə bilər. Heç bir halda bu vaxt müddəti yoxlamanın özünün müddəti kimi deyil, əksinə vergi yoxlaması zamanı nəzərdən keçirilə bilən müddət kimi nəzərə alınmalıdır, yəni VM və HPBS çərçivəsində Vergi Orqanlarına vergi ödəyicisi tərəfindən Mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 36 və 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Qeyd olunan müddət Vergi Orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. HPBS-də bununla bağlı heç bir tənzimləmə nəzərdə tutulmadığı üçün VM-nə istinad edilməlidir. Əlavə olaraq, baxmayaraq ki, HPBS-də Vergi qoyulması 15-ci maddə altında nəzərdə tutulur, "Mənfəət vergisi" və "X24 ilə X34" HPBS-də tamamilə müxtəlif iki vergi növü olmaqla, müvafiq iki fərqli hesabatlar şəkildə Vergi Orqanlarına təqdim edilməlidir. Qərarda da qeyd olunduğu kimi, HPBS-də 60 aylıq dövr yalnız Mənfəət vergisi üçün nəzərdə tutulmuş və bu dövrə X24 ilə X34nin əhatə olunduğu 15.9-cu maddəyə heç bir halda istinad etmir. Nəticə etibarilə, X24 ilə X34nin təqdim edilməsindən sonra növbəti 60 ay müddətində istənilən vaxt Filial tərəfindən bəyannamədə əks olunan məlumatlarının Vergi Orqanları tərəfindən kameral vergi yoxlamasına cəlb edilməsi qanunamüvafiq deyildir. Bundan əlavə, HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı Ödənilmiş Məsrəflərin HPBS-də iştirak payının X14 X41 X25 hesablaması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. X1 tərifini müəyyən etmək üçün HPBS-nin 1-ci Əlavəsinə istinad etmək lazımdır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, X5 Əməliyyat Məsrəfləri və Əsaslı Məsrəflərin məcmusu olmaqla, Neft-Qaz Əməliyyatları üçün Podratçının çəkdiyi bütün məsrəfləri əhatə edir. X3 sadalanlar (lakin bununla məhdudlaşmayaraq) daxildir: (i) HPBSdə dəqiq şəkildə X5 kimi göstərilən məbləğlər (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə X7 lazımi şəkildə köçürülmüş məbləğlər. “Kumulyativ Neft-Qaz Məsrəfləri” ifadəsində istifadə edilən “kumulyativ” termini HPBS-də ayrıca müəyyən edilməsə də, Neft-Qaz Məsrəflərinin müəyyən müddət ərzində tədricən artdığını göstərmək üçün istifadə edilən maliyyə termini olduğu üçün o, heç bir qeyri-müəyyənliyə səbəb olmamalıdır. HPBS-nin 3-cü Əlavəsinin 2-ci bölməsinə daxil olan Podratçı tərəflər üçün “Məsrəflər və Xərclər” altında “bu Sazişin şərtlərinə və Neft-Qaz Əməliyyatlarının icrası üçün lazımi şərtlərə əməl etmək məqsədilə Podratçı Neft-Qaz Əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını X7 daxil edir" qeyd edilmişdir. Müvafiq bölmənin tərkibində Məsrəflərin Ödənilməsinə aid edilən bütün xərclər daxil olmaqla hesaba daxil edilən məsrəflərin siyahısı var. Məsrəflərin Ödənilməsi daha geniş termin kimi təsvir edilməklə, özündə həm “Ödəniləsi Məsrəflər - gələcəkdə ödənilməli olan məsrəflər”, həm də “Ödənilmiş Məsrəflər - bundan əvvəl ödənilmiş məsrəflər”i birləşdirir. Beləliklə, Məsrəflərin Ödənilməsi özündə yalnız Ödəniləsi Məsrəfləri deyil, həm də Ödənilmiş Məsrəfləri də ehtiva edir. Nəticə etibarilə, Ödənilmiş Məsrəflər daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəfləri iştirak payının X14 X41 X25 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmalıdır. Həmçinin, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı Tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və Məsrəflərin Ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, iştirak payının Daimi Ötürülməsi zamanı bu cür xərclərin Vergi Çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki, həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin. Vurğulamaq lazımdır ki, HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS-də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmaları özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin, iştirak payının X14 X41 X25 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə edilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilməlidir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X14 X41 X25 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********599000 və xx.xx.2022-ci il tarixli **********485700 nömrəli xidməti məktublarına əsasən aparılan araşdırılma zamanı xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X17 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X33 haqqında Saziş” üzrə “CNPC İnternational (KURA) LTD" (VÖEN: **********) şirkətinə məxsus iştirak payın (25%) xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. “CNPC İnternational (KURA) LTD” tərəfindən xx.xx.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq Mənfəət vergisi bəyannaməsi üzrə Xüsusi Məqsədli Hesabat təqdim edilərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus iştirak payının təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Baş İdarə tərəfindən aparılan araşdırılma zamanı “CNPC İnternational (KURA) LTD” tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6 481,0 min ABŞ dolları, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (xx.xx.1998-ci il) xx.xx.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385 964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379 767,0 min ABŞ dolları zərər göstərilmişdir. Vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neftqaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini nəzərə alaraq, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisinin azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmaması nəticəsində kənarlaşma yaranmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********358600 nömrəli məktubla xx.xx.2021-ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən “CNPC İnternational (KURA) LTD” Sazişdəki iştirak payının (25%) "xxxx" MMC-yə satmağa razılaşmış, tərəflər razılaşıb və etiraf edirlər ki, xx.xx.2021-ci il tarixindən qüvvəyə minən Tamamlanma tarixində bütün qanuni hüquq və öhdəliklər “CNPC İnternational (KURA) LTD” şirkətindən "xxxx" MMC-yə keçməli olduğu bildirilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********698000, xx.xx.2022-ci il tarixli **********481100 nömrəli izahat məktubları təqdim edilmiş, lakin izahat məktublarında təqdim edilmiş bəyannamənin Sazişin 15.9-cu maddəsinə uyğun olaraq tərtib edilmədiyi müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən İştirak payının ötürülməsi ilə X34 bəyannaməsi üzrə xüsusi məqsədli hesabat üzrə 904 479,76 ABŞ dolları əlavə vergi məbləği hesablanaraq, aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********666900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. X24 ilə X34 bəyannaməsi xx.xx.2022-ci İİ tarixində təqdim edilməsinə baxmayaraq, KVY qərarının 60 iş günü müddətini ötürməklə çıxarılması ilə bağlı qeyd edilir ki, vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X17 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X33 haqqında Saziş”inə əsasən aparılmalıdır. Bu Sazişin 15.3 (d)(ii) bəndinə əsasən “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama bitdikdən sonra Vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”. Bununla yanaşı Sazişin 15.3 (d)(i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin Təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub. Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Bundan başqa, Sazişin 15.9 (a) bəndinə əsasən iştirak payı təqdim edilərkən xalis gəlir ümumi gəlir, hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə kumulyativ X8 X28 hissəsi, podratçı tərəfin həyata keçirdiyi və bu sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) qalıq dəyəri və hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər arasındakı fərqdir və xalis gəlirə sazişdə nəzərdə tutulmuş 32% dərəcə tədbiq edilməklə mənfəət vergisi hesablanır. Eyni zamanda, Sazişin 15.9 (a)(ii) bəndinə əsasən qalıq dəyər Sazişə əsasən məsrəfləri ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. Beləliklə, xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X17 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X33 haqqında Sazişin 15.3 (d)(i) maddəsində Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilməli, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edilməli, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməməli, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3508/2024 saylı, 10 may 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, VM-in 85.4-cü maddəsi vergi yoxlamasının əhatə edə biləcəyi (3 il) və yoxlama nəticəsində hesablanmış əlavə məbləğlərin tutula biləcəyi maksimum müddəti (5 il) müəyyən edir və yoxlamanın faktiki olaraq keçirildiyi (davam etdiyi) müddət barədə tənzimləmə nəzərdə tutmur. Göründüyü kimi, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, kameral vergi yoxlamasının keçirilməsi üçün VM-in 37.2-ci maddəsində nəzərdə tutulmuş 60 iş günü ilə vergi yoxlamasının əhatə edə biləcəyi dövrü (3 il) qarışdırmış və nəticədə öz qərarını düzgün qaydada əsaslandırmamışdır. Qeyd olunan müddət vergi orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. Digər tərəfdən, VM-in 2.7-ci maddəsinə əsasən, VM qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X33 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda VM və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Göründüyü kimi, HPBS-nin VM-ə münasibətdə üstün hüquqi qüvvəsi yalnız onlar arasında ziddiyyət olduğu halda tətbiq edilir. VM-in yuxarıda qeyd edilən 85.4-cü maddəsinə analogiya olaraq, HPBS-nin 15.3 (d) (i) maddəsində təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması dedikdə vergi orqanlarına vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Göründüyü kimi, burada qeyd olunan müddət yoxlamanın faktiki olaraq keçirildiyi (davam etdiyi) müddəti nəzərdə tutmur və bu cür tənzimlənmə, HPBS-də, ümumiyyətlə, yer almamışdır. Beləliklə, hazırda mübahisə edilən məsələdə HPBS və VM arasında ziddiyyət mövcud deyildir. Odur ki, müvafiq məsələnin tənzimlənməsi ilə bağlı VM-in müvafiq maddələrinə istinad edilməlidir. Belə ki, vergi yoxlamalarının keçirilmə müddəti kameral və səyyar vergi yoxlamalarına münasibətdə müvafiq olaraq VM-in 37 və 38-ci maddələri ilə müəyyən edilir. VM-in 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən VM-in 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Göründüyü kimi, mənfəət vergisinə münasibətdə kameral vergi yoxlamasının keçirildiyi (davam etdiyi) müddət VM ilə 60 iş günü olaraq müəyyən edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sözügedən mübahisədə VM-in 85.4-cü maddəsinə istinad edilməsi tamamilə əsassızdır. Məhkəmə mübahisənin həlli üçün tətbiq olunan maddi hüquq norması kimi VM-in kameral vergi yoxlamasının keçirilmə müddətini müəyyən edən 37.2-ci maddəsini tətbiq etməli idi. Həmçinin, məhkəmənin öz qərarında qeyd etdiyi “maddi hüquq normalarını düzgün tətbiq etdiyindən, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz” (səh. 11) yanaşması isə qanunun və vergi ödəyicisinin hüquqlarının kobud surətdə pozulmasıdır. Belə ki, məhkəmə qanunverici orqanın VM-də təsbit etdiyi müddətlərin sadəcə olaraq formal tələb olduğu, vergi orqanının istədiyi zaman onları pozmaqla qərarlar çıxarmaq və vergi ödəyiciləri üçün öhdəliklər yaratmaq hüququna sahib olduğu qənaətinə gəlmişdir. Halbuki, həmin müddətlərin ötürülməsi vergi orqanının yoxlama keçirmək və məsuliyyətə cəlb etmək hüququna xitam verməklə yanaşı, vergi ödəyicisinin də müvafiq vəzifələrinə xitam verir. Başqa sözlə, Məcəllədə müəyyən edilmiş müddətlər hər hansısa “formal” tələb yox, öz hüquqi təbiətinə görə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixili qərarında anlayışını verdiyi kimi kəsici müddətə bərabərdir. Belə ki, kəsici müddət dedikdə, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, vergi orqanı qanunun müəyyən etdiyi müddət ərzində - yəni 60 iş günü ərzində hərəkətsiz qalmaqla yoxlama keçirmək hüququnu itirmişdir. Beləliklə, vergi orqanları öz funksiyasını icra edərkən məhkəmənin qeyd etdiyi kimi nəinki hansısa “formal tələbləri” pozmuş, eləcə də VM-də nəzərdə tutulan və onun yoxlama keçirmək hüququna xitam verən müddəti ötürməklə, birbaşa maddi hüquq normalarının tələblərini pozaraq vergi ödəyicisi üçün qanunsuz olaraq arzuolunmaz əlavə öhdəliklərin yaranmasına səbəb olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə Sazişin iştirakçıları üzrə əvvəlki dövrlərdə vergi orqanı tərəfindən keçirilən yoxlamalar zamanı VM-in müvafiq maddələrinə istinad edilməsi ilə bağlı çıxarışlar təqdim edilmişdir. Halbuki, məhkəmə öz qərarında onlara münasibət bildirməmişdir. Həmin aktlardan da göründüyü kimi, vergi orqanı özü də indiyə kimi keçirilən yoxlamalarda VM-də yoxlama müddətlərini tənzimləyən müvafiq maddələrə istinad etməklə yoxlamalarını həmin müddətlər əsasında həyata keçirmişdir. Hazırkı halda isə VM-in tələblərini pozmaqla yoxlamaların aparılması qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həm də inzibati orqanın müvafiq inzibati praktiya da zidd olaraq davranmağının sübutudur. Məhkəmə sözügedən mübahisənin həlli üçün VM-in 85.4-cü maddəsinə istinad etməklə maddi hüquq normasını səhv tətbiq etmiş, eləcə də vergi yoxlamalarının keçirilməsi üçün VM-də müəyyən edilmiş müddətlərin tələblərinə riayət edilməməsini sadəcə olaraq formal pozuntu hesab etmişdir. Halbuki, həmin müddətlərin ötürülməsi vergi orqanlarının yoxlama keçirmək hüququnun, vergi ödəyicisinin isə müqabil vəzifəsinin xitamı üçün əsasdır. Filialda MGBİ tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində MGBİ Qərarı qəbul edilmişdir. Belə ki, Filial tərəfindən 15 dekabr 2021-ci il tarixində HPBS-nin 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək 19 noyabr 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, Filial tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (15 dekabr 1998-ci il) 19 noyabr 2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. MGBİ Qərarına əsasən, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X36-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X14 X41 X25 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmamalı olması əsas gətirilərək, vergi orqanı tərəfindən Şirkətə əsassız olaraq 904 479,76 ABŞ dolları məbləğində mənfəət vergisi hesablanmışdır. İddiaçı MGBİ qərarının ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112) 3508/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, beləliklə, bir sıra maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS-də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmaları özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin, iştirak payının X14 X41 X25 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X14 X41 X25 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir. Məhkəmə 2 fərqli vergi növünü və 2 fərqli vergi tutma bazasını qarışdırmaqla kobud səhvə yol vermişdir. Belə ki, HPBS-ə əsasən Podratçının Mənfəət vergisi (15.2-ci maddə) və X24 ilə X34 (15.9-cu maddə) iki ayrı vergi olmaqla, hər birinin hesablanma metodu və bazası öz maddələrində konkret olaraq ayrıca göstərilmişdir. Məhkəmənin öz qərarında X24 ilə X19 və ondan çıxılmaların hesablanmasını yalnış olaraq 15.2-ci maddəyə əsasən əsaslandırmışdır. Halbuki, məhkəmənin öz qərarında (səh. 8) istinad etdiyi kimi Mənfəət Vergisinin bazasını 15.2-ci maddəyə əsasən “Karbohidrogen Fəaliyyətindən əldə edilən mənfəət təşkil edir. HPBS-nin 15.1-ci maddəsinin (iii) bəndinə əsasən “Karbohidrogen Fəaliyyəti” dedikdə, bu Sazişlə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı Tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-qaz əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növləri deməkdir. Sazişə 1 nömrəli Əlavəyə görə isə, Neft-qaz əməliyyatları dedikdə bu Sazişə uyğun olaraq Karbohidrogenlərin kəşfiyyatı, reabilitasiyası, qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması, təzyiqlənməsi, toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, Çatdırılma məntəqəsinədək nəql edilməsi və Kontrakt sahəsində hasil edilmiş Karbohidrogenlərin satılması və Kontrakt sahəsi ilə bağlı ləğvetmə əməliyyatları deməkdir. Göründüyü kimi, İştirak Payının satışı nə “Karbohidrogen Fəaliyyəti”, nə də “Neft-qaz əməliyyatları”na aidiyyəti yoxdur. Bu səbəbdən də İştirak Payının təqdim edilməsi zamanı vergitutma Sazişin 15.2-ci maddəsinə əsasən həyata keçirilə bilməz. Bu, Sazişin tələblərinə zidd olmaqla yanaşı, adi hüquqi məntiqə də ziddir. Həmin əməliyyat ayrıca verginin bazası olmaqla, 15.9-cu maddə ilə vergiyə cəlb edilməlidir. Belə olan halda, məhkəmə heç bir maddi hüquq normasına (Sazişin maddəsinə) istinad etmədən əsassız olaraq X24 ilə X34nə “Karbohidrogen Fəaliyyətindən əldə edilən mənfəətə tətbiq edilən Mənfəət vergisi” ilə bağlı müddəaları tətbiq etmiş və nəticədə yanlış hüquqi nəticəyə gəlmişdir. Digər tərəfdən, HPBS-də iştirak payının X14 X41 X25 bəyannaməsinin HPBS-nin şərtlərinə tam uyğun olduğunu göstərmək üçün vergi orqanları tərəfindən qaldırılan məsələ ilə bağlı təhlil və arqumentləri aşağıdakılardır: HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı Ödənilmiş Məsrəflərin HPBS-də iştirak payının X14 X41 X25 hesablaması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. 15.9-cu Maddə hər hansı X27 payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü Tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən X41 X25nin hesablanması qaydasını dəqiq müəyyən edir. 15.9-cu Maddəyə əsasən, hər hansı X27 payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsi ilə bağlı X14 X41 X25 Xalis Gəlirdən hesablanır. HPBS-nin 15.9-cu maddəsinin (a) (iii) bölməsində təsvir olunduğu kimi, Xalis Gəlir, Ümumi Gəlirlə aşağıdakılardan ibarət olan Vergi Çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: Hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ X8 X28 hissəsi; Hüquq və öhdəliklərini başqasına verən Podratçı tərəfin həyata keçirdiyi və bu HPBS-ə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflərin) Qalıq Dəyəri; Hüquq və öhdəliklərin bu cür verilməsi ilə əlaqədar çəkilən məsrəflər. Müvafiq olaraq X1 tərifini müəyyən etmək üçün HPBS-nin 1-ci Əlavəsinə istinad etmək lazımdır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, X5 Əməliyyat Məsrəfləri və Əsaslı Məsrəflərin məcmusu olmaqla, Neft-Qaz Əməliyyatları üçün Podratçının çəkdiyi bütün məsrəfləri əhatə edir. X3 sadalananlar (lakin bununla məhdudlaşmayaraq) daxildir: (i) HPBS-də dəqiq şəkildə X5 kimi göstərilən məbləğlər (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə X7 lazımi şəkildə köçürülmüş məbləğlər. HPBS-ə əsasən "Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə X7 lazımi şəkildə köçürülmüş" dedikdə nəyin nəzərdə tutulduğunun təfərrüatlı təhlili üçün mühasibat uçotunun beynəlxalq Neft-qaz sənayesində qəbul olunmuş prinsiplərini müəyyən edən HPBS-nin 3-cü Əlavəsinə istinad edilməlidir. Xüsusilə, HPBS-nin 3-cü Əlavəsinin 2-ci bölməsinə daxil olan Podratçı tərəflər üçün “Məsrəflər və Xərclər” altında “bu Sazişin şərtlərinə və Neft-Qaz Əməliyyatlarının icrası üçün lazımi şərtlərə əməl etmək məqsədilə Podratçı Neft-Qaz Əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını X7 daxil edir" qeyd edilmişdir. Müvafiq bölmənin tərkibində Məsrəflərin Ödənilməsinə aid edilən bütün xərclər daxil olmaqla hesaba daxil edilən məsrəflərin siyahısı vardır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, “Məsrəflərin ödənilməsi” anlayışı özündə həm “Ödəniləsi Məsrəflər - gələcəkdə ödənilməli olan məsrəflər”, həm də “Ödənilmiş Məsrəflər - bundan əvvəl ödənilmiş məsrəflər”i birləşdirir. Beləliklə, Məsrəflərin Ödənilməsi özündə yalnız Ödəniləsi Məsrəfləri deyil, həm də Ödənilmiş Məsrəfləri də ehtiva etməlidir. Nəticə etibarilə, məhkəmə qərar qəbul edərkən Ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəflərini iştirak payının X14 X41 X25 məqsədləri üçün çıxılan məsrəflər kimi hesab edildiyini nəzərə almalı idi. Məhkəmə qərar qəbul edərkən nəzərə almalı idi ki, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı Tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və Məsrəflərin Ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, İştirak payının Daimi Ötürülməsi zamanı bu cür xərclərin Vergi Çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki, həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin. Məhkəmə sözügedən mübahisənin həlli üçün HPBS-nin 15.2 və 15.9-cu maddələrini düzgün təhlil etməyərək maddi normanın tətbiqində kobud səhvə yol vermişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin və Sazişin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilən etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına olan: - Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məlumatından görünür ki, "X42 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış, Filial daha sonra adını “X16 LTD’’ şirkətinin Azərbaycan Respublikasındakı filialı kimi dəyişdirmişdir. - Azərbaycan Respublikası Prezidentinin «Kürsəngi» və «Qarabağlı» neft yataqları daxil olduğu blokun kəşfiyyatı və işlənməsi haqqında» 1998-ci il 17 aprel tarixli, 784 saylı sərəncamına uyğun olaraq, 1998-ci il dekabrın 15-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti («ARDNŞ») ilə Frontera Resorses Azərbaycan Korporeyşn («Frontera»), Delta (Hess (k&k) limited ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti («ONŞ») arasında saziş imzalanmışdır. İş materiallarından məlum olur ki, iddiaçı həmin Saziş üzrə 25% iştirak payına malik olmuşdur. İşdən görünür ki, xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X17 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X33 haqqında Saziş” üzrə “CNPC İnternational (KURA) LTD” (VÖEN: **********) şirkətinə məxsus iştirak payı (25%) müqavilə əsasında xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) keçmişdir. İşdə olan 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsindən görünür ki, iddiaçı 2021ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, vergiyə cəlb edilən mənfəəti 0,00 manat kimi göstərmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********666900 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh İştirak payının ötürülməsi ilə X34 bəyannaməsi üzrə xüsusi məqsədli hesabat üzrə iddiaçıya 904 479,76 ABŞ dolları əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, Sazişin 15.9-cu maddəsində X36-Qaz əməliyyatları üzrə məsrəflərin, iştirak payının satışı ilə X34 hesablanarkən xərclərə aid edilməsi nəzərdə tutulmadığından, ümumi gəlir (6481 min ABŞ dolları) və 15.9(a)(iii)(aa) (3370,5 min ABŞ dolları) və 15.9(a)(iii)(bb) (284 min ABŞ dolları) bəndlərinə əsasən xərc məbləğləri nəticəsində yaranmış Xalis gəlir məbləği (6481- 3654,5= 2826,5 min ABŞ dolları) müəyyən edilərək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş hesabat üzrə 904 479,76 (2 826 499,25x32%) ABŞ dolları məbləğində mənfəət vergisi hesablandı. İş materiallarından görünür ki, iddiaçı bu qərardan narazı qalaraq yuxarı vergi orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş, Xidmət xx.xx.2023-cü il tarixli, **********717700 nömrəli qərarla, "X42 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023cü il tarixli inzibati şikayətini təmin etməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Uçot-baza məlumatlarına əsasən Filialın xx.xx.2005-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “xam neftin hasilatı”ndan ibarət olduğu, xx.xx.2022-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 548,42 kv.m. olan “Ofis” adlı təsərrüfat subyektinin xx.xx.2022-ci il tarixdən vergi orqanında qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Filial tərəfindən təqdim edilmiş “İştirak payının ötürülməsi ilə X34 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı”nda yığılmış neft-qaz xərcləri üzrə 385 964,00 min ABŞ dollarının qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********807700 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə X34 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904 479,76 ABŞ dolları hesablanaraq, xx.xx.2023-cü il tarixli **********666900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və Filiala ünvanlanmışdır. Aparılan araşdırma zamanı “Kürsəngi” və “Qarabağlı” Neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X33 haqqında sazişin 2002-ci ildən etibarən səhmdarlarından olan "X42 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: **********) və “Foçnmeyt Əsets Limited" Şirkətinin Filialına (VÖEN: **********) məxsus payların xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMCyə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. “X42 Si İnternəşnl (Kura) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. “X42 Si İnternəşnl (Kura) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6 481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (xx.xx.1998-ci il) xx.xx.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385 964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379 767,0 min ABŞ dolları zərər göstərilmişdir. xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X17 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X33 haqqında Saziş”in 15.3 (d)(i) maddəsində Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyini, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisi azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmadığını, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməli olduğunu nəzərə alaraq, mövcud vəziyyətdə Filialın xx.xx.2023-cü il tarixli inzibati şikayətinin təmin edilməməsi nəticəsinə gəlinmişdir. İddiaçı bu qərarla da razılaşmayaraq həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş, Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 59 saylı qərarı ilə "CNPC İnternational (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı filialının inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 28 fevral 2023-cü il tarixli **********666900 nömrəli və X10 baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli **********717700 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehin ona əlavə mənfəət vergisi hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. İddiaçı bu zaman iki əsas hala istinad edir:
1. qərarın kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddətinin ötürülməsi ilə qəbul edilməsi;
2. ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəflərinin iştirak payının X14 X41 X25 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması. İddiaçı apelyasiya şikayətində də eyni əsaslara əsaslanmış, o cümlədən VM-in 85.4cü maddəsinin, yəni maddi hüquq normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-cü maddəsinə əsasən aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: 2.4.6. X33 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar. VM-n 2.5-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. VM-in 2.7-ci maddəsinə görə bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X33 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. İşdə olan “Azərbaycan Respublikasında Kürsəngi və X17 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X33 haqqında Saziş”ə əsasən: - Maddə 15.1 (a) Bu Saziş üzrə Podratçının öhdəlikləri şərti kimi, Mənfəət vergisinə dair bu 15-ci Maddədə göstərilən öhdəlik istisna edilməklə, X4 Fəaliyyəti ilə əlaqədar meydana çıxan və ya ona bilavasitə, yaxud dolayısı ilə aid olan hər hansı xarakterli heç bir Vergi tutulmur. (v) “X26” - bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında tətbiq edilən və bu Sazişin müddəti ərzində qüvvədə qalan otuz iki (32) faiz X26 deməkdir. - maddə 15.2. (a) X40 bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında ümumiyyətlə tətbiq olunan və qüvvədə olan 24 dekabr 1996-ci il tarixli Müəssisə və X13 haqqında qanunamüvafiq surətdə, bu Sazişin müddəalarından irəli gələn dəyişikliklər nəzərə alınmaqla öz X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır ("Mənfəət Vergisi"). Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Saziş arasında hər hansı ziddiyyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. X40 özünün Azərbaycan Respublikasında Karbohidrogen Fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə Mənfəət Vergisi ödəmək üçün məsuliyyət daşıyır. - maddə 15.9. X24 ilə X34 Hər hansı X27 payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü tərəfə Satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən alınan Xalis Gəlirlə bağlı hər hansı X24 ilə alınan mənfəətdən vergi faizi aşağıdakılar əsasında müəyyən edilir və ödənilir: (a) Bu 15.9 Maddəsinə münasibətdə aşağıdakı anlayışların mənası aşağıdakı kimidir: (i) “Ümumi Gəlir” öz hüquqlarının başqasına verən Podratçı Tərəfin bu Sazişə uyğun olaraq İştirak Payının hər hansı bir hissəsinin başqasına verilməsi üçün aldığı ümumi haqq deməkdir. (ii) “Qalıq Dəyər” bu Sazişə əsasən Məsrəfləri Ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. (iii) “Xalis Gəlir” Ümumi Gəlir və aşağıdakılardan ibarət olan Vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: (aa) hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ X8 X28 hissəsi, (bb) hüquq və öhdəliklərini başqasına verən Podratçı Tərəfin həyata keçirdiyi və bu Sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) Qalıq dəyəri; (cc) hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər. (b) Hüquq və öhdəliklərin ötürülməsindən alınan əldə olunan Xalis Gəlirə 15.1 (c) (v) bəndində müəyyən olunan X26 tətbiq edilir. Ümumi Gəlir əldə edilərkən hüquq və öhdəlikləri verən X37 Gəliri hesablayır və yuxarıda göstərilən Vergi Dərəcəsini ona tətbiq edir. (c) 15.9 (a) (iii) (aa) bəndində göstərilən məbləğlər Əməliyyat Şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən təsdiq edilir, 15.9(a)(iii)(bb) bəndlərində göstərilən məbləğlər isə məsrəfləri çəkən Podratçı Tərəfin və ya X29 şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən edilir. İş materiallarından görünür ki, X24 ilə bağlı Ümumi Gəlir ******* ABŞ dolları, yığılmış Neft-Qaz məsrəflərinə aid edilməmiş xərclər 284000 ABŞ dolları təşkil etmişdir. Bu rəqəmlər tərəflər arasında mübahisə doğurmamışdır. İşin mübahisəli halı kumulyativ X8 X28 hissəsi ilə bağlı olmuşdur. İşdə olan “Səlyan Oyl Limited” şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixində başa çatan il üzrə Əməliyyat və əsaslı məsrəflər üzrə xüsusi məqsədli hesabatdan görünür ki, xx.xx.1998-ci il tarixindən (başlanğıc) xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə kumulyativ əsaslı məsrəflər ******* ABŞ dolları (50% paya münasibətdə), əməliyyat məsrəfləri isə ******* (50% paya münasibətdə) olmuşdur. Cavabdeh bu hesabata istinad edərək əvəzi ödənilməmiş əməliyyat məsrəfləri – 550000 ABŞ dolları, əvəzi ödənilməmiş əsaslı məsrəflər ******* ABŞ dolları olmaqla, kumulyativ X8 X28 ümumilikdə 33705000 ABŞ dolları olmasını əsas götürərək həmin xərci ümumi gəlirdən çıxmışdır. İddiaçı isə çəkilmiş kumulyativ X8 Tərəfin İştirak Payı dedikdə, təkcə ödənilməmiş deyil, həmçinin ödənilmiş məsrəflərin də nəzərdə tutulduğunu iddia edərək, yığılmış neftqaz xərclərini ********* ABŞ dolları müəyyən etmişdir. Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt reabilitasiya sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Həmçinin, Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt kəşfiyyat sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz həcmləri çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən ildə iyirmi (20) faiz dərəcə ilə amortizasiyası ilə bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Sazişin 15.2. (m) maddəsinə əsasən X30 Qoyulan Mənfəətini və ya X31 hesablamaq məqsədləri üçün həmin X12 Fəaliyyəti ilə əlaqədar olaraq qüvvəyəminmə tarixinədək çəkdiyi bütün məsrəflər (o cümlədən, lakin bunlarla məhdudlaşdılmadan Azərbaycan Respublikasında və ya digər yerlərdə texniki işlə bağlı çəkilən müstəqim, yaxud dolayı məsrəflər, habelə Podratçı Tərəfin Azərbaycan Respublikasındakı nümayəndəlik ofislərinin məsrəfləri) həmin tarixə çəkilən məsrəflər hesab edilir. Yuxanda deyilənlərə baxmayaraq, bu Saziş barəsində danışıqlara, yardımçı tibbi, mədəni və xeyriyyəçilik fəaliyyətinə Saziş bağlananadək çəkilən müstəqim və ya dolayı məsrəflər həmin X30 Qoyulan Mənfəəti və ya X38 hesablanarkən nəzərə alınmır. İstinad olunan normalardan görünür ki, Podratçı Əməliyyat məsrəflərinin əvəzinin ödənilməsi, həmçinin çəkdiyi məsrəflərin mənfəətdən çıxılması hüququna malikdir. İş materiallarındakı 2021-ci il tarixədək illər üzrə olan mənfəət vergisi bəyannamələrindən görünür ki, iddiaçı hər bir il üzrə kontrakt sahəsində kəşfiyyat və qiymətləndirməyə çəkilən xərcləri, hasilata çəkilən xərcləri ümumi xərclərə aid etmiş, nəticədə həmin xərclər çıxılmaqla karbohidrogenlərin təqdim edilməsindən əldə etdiyi mənfəətə vergi tətbiq etmişdir. İddiaçı tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyindən, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilməsinə gətirib çıxarır. Buna görə də nə qədər ki, həmin xərclər artıq bəyan olunmuşdur, iddiaçı yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş, lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid etmək hüququna malikdir. Sazişin 15.2. (o) maddəsində də göstərilmişdir ki, hər hansı Podratçı Tərəf özünün Sazişdə iştirak payını tamamilə və ya qismən başqasına verdiyi halda onun müvəkkili əgər cari Təqvim ili üçün X39 varsa, həmin zərərin hamısına və ya iştirak payını qismən verdikdə X35 proporsional hissəsinə həmin Təqvim ili üçün çıxılmalar kimi baxa bilməsini iştirak payını verən Podratçı Tərəfin həll etmək ixtiyarı var. Göründüyü kimi, Saziş yalnız zərər olduğu halda onun təqvim ili üçün çıxılmalar kimi nəzərdə tutulmasını müəyyən etmişdir. Buna görə də iddiaçı xx.xx.1998-ci il tarixindən (başlanğıc) xx.xx.2020-ci il tarixinədək olan bütün, yəni həmin ödənilmiş, həm də ödənilməmiş məsrəfləri xərcə aid etməkdə haqlı olmamışdır. Cavabdehin kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddətə əməl etməməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Saziş qəbul edildiyi dövrdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minməmiş, həmin dövrdə “Müəssisələrin və X13 haqqında” 1996-cı il 24 dekabr tarixli Qanun qüvvədə olmuşdur. Lakin nə həmin Qanunda, nə də Sazişdə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı bir müddət müəyyən edilməmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinə gəldikdə isə, həmin Məcəllənin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3508/2024 saylı, 10 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev