Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3399/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7679/2022 saylı 01 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların dövlət qeydyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. 4Ə-24 reyestr nömrəli 27 yanvar 2009-cu il tarixli alqı-satqı müaviləsinə əsasən İddiaçı (adından etibarnamə üzrə nümayəndə X4) Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsini X1. İddiaçı ona “COVİD-19 pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 3 saylı Ərazi Məşğulluq Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o, torpaq mülkiyyətçisi olduğuna görə 190 manat birdəfəlik ödəmə ilə bağlı imtina edilir. Müvafiq hüququ araşdırılarkən məlumatları ümumiləşdirilmiş informasiya bazasından əldə edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “birdəfəlik ödəmənin ona verilməsini” xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, koronavirus səbəbindən əhalinin müəyyən təbəqəsinə verilən 190 manat məbləğində dövlət yardımını almaq üçün müvafiq məşğulluq mərkəzinə müraciət etmiş, lakin ona yardım verilməsindən imtina edilmişdir. Onun mərhum həyat yoldaşı X14 1994-cü ildə şəhid olmuş və onun adında olan torpaq sahəsi iddiaçının adına keçmişdir. X22 Komissiyasının 68 saylı 27 avqust 1999-cu il tarixli qərarı ilə X8 0,06 ha torpaq sahəsi verilmiş və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 1314 nömrə ilə kitabda qeyd edilmişdir. Şəmkir rayon 1 saylı DNK-nun 2V- 119 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli, qərarı üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmiş **********62 reyestr nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınaraq, DƏDRX-dən ******* saylı çıxarış verilmişdir. Lakin 27 yanvar 2009-cu il tarixdə, Şəmkir rayon 1 nömrəli DNK-da İddiaçı adına etibarnamə əsasında çıxış edən X4 ilə X18 arasında həmin torpağın alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin alqı-satqı müqaviləsində göstərilmişdir ki, 01 iyun 2008-ci ildə Bakı şəhəri 30 nömrəli NK-dan İddiaçı əvəzindən 7E-13476 nömrəli etibarnamə əsasında X4 imza etmişdir. O, həmin sözügedən torpağı satmış, onun adından öz adlarına keçirmədiklərindən xəbərsizdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq X11 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı barədə MEİS-in “Təhlil” alt sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçı torpaq mülkiyyətçisi olduğuna görə birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Habelə, iddiaçı barədə “Məşğulluq" altsistemindən araşdırma aparılan zaman onun X15 (FİN: 1V9UXSJ) ilə evli olduğu və ərinə də birdəfəlik ödənişdən “istifadəsində nəqliyyat vasitəsi olduğuna görə” imtina edilmişdir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.12-ci yarımbəndinə əsasən, mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara birdəfəlik ödənişin verilməsindən imtina edilir. İstinad edilən Qərarın 2.3.10-cu yarımbəndinə əsasən, bu Qaydanın 2.3.1- 2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadının da birdəfəlik ödənişi almaq hüququ yaranmır. İddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması, habelə əri- X6 mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəblərindən iddiaçının birdəfəlik ödəniş hüququ yaranmamış və haqlı olaraq da ödəmənin verilməsindən imtina edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7679/2022 saylı 01 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsassız və qanunsuz olmaqla, maddi və prosessual hüquq pozulmaqla çıxarılmışdır. Qərarda göstərilən hallar yalnız formal mülahizələrdən ibarət olmaqla, heç bir mötəbər, tutarlı sübutlara əsaslanmamışdır. O, mülkiyyətində olan torpaq sahəsini 2009-cu ildə V.Musayevlə alqı-satqı etməklə özgəninkiləşdirmişdir. V.Musayev həmin vaxtdan halhazıradək aldığı torpaq sahəsinin üzərində sahiblik və istifadə hüququnu həyata keçirir. Torpaq sahəsinin üzərində sərəncam hüququnun həyata keçirilməsi üçün alıcı V.Musayev Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməlidir. Bu vəzifə İddiaçı aid deyildir. Hazırda faktiki və hüquqi nöqteyi nəzərdən İddiaçı mülkiyyətində torpaq sahəsi yoxdur. Digər hal kimi məhkəmə qərarında onun əri Ziyad Qurbanovun nəqliyyat vasitəsindən istifadəsi göstərilmişdir. Onun əri Z.Qurbanova nəqliyyat vasitəsi istifadə etmək üçün deyil (yəni nəqliyyat vasitəsini gəlir əldə etmək məqsədi ilə icarəyə vermək və s.), nəqliyyat vasitəsinin idarə etmək hüququ ona etibarnamə əsasında verilmişdir. Həmin hüquq dövlət reyestr xidmətində qeydiyyata alınmır, bu hüquq yalnız Dövlət yol polis idarəsində qeydiyyata düşür. Çünki bu növ etibarnamələr, qeyd edildiyi kimi, avtomobilə sahiblik və istifadə edilməsi üçün deyil, yalnız idarə edilməsi üçün verilir. Onun əri həmin nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində gəlir əldə edib-etməməsinə dair hər hansı sübut mövcud olmadığı halda məhkəmə bu halı da iddia tələbinin rədd edilməsi üçün əsas kimi göstərmişdir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı, məhkəmə qərarında göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmsını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin ona ödənilməmiş aylar üzrə, yəni 06 ay üzrə ümumilikdə 1140 manat birdəfəlik ödəmənin ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “onun torpaq mülkiyyətçisi olması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin xx.xx.2009-cu il tarixdən X9 mülkiyyətinə verilməsinə baxmayaraq sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına və iddiaçının ərinin istifadəsində nəqliyyat vasitəsinin olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan fərdi məşğulluq alt sisteminin məlumatlarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə işsizlik statusu verilmişdir. “Məşğulluq haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); 1.1.6. işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; (-). Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı: 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra-pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”: (-). 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”: (-). İİ. Məşğulluq və sosial rifaha dəstək sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində (-). 4. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi- ƏƏSMN-2020-ci ilin aprel, may ayları (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası.
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: [2] 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyrimaddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir. 23 iyun 2020-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 805) ilə 2-1-ci hissədə “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na yeni məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 3.8. Bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya pandemiya ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödənişin verilməsindən onun “mülkiyyətində torpaq sahəsinin olması” səbəbindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş **********37 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı adına daşınmaz əmlakın olub-olmaması və xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququ ilə bağlı aparılmış qeydlərin qüvvədə olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, İddiaçı adına (arxiv əsaslarında təvəllüd göstərilməmişdir) Şamaxı şəhəri, Şirvan küçəsi, ev 19, mənzil 3 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda bildirilir ki, Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X7 adına tam mülkiyyət hüququ ilə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindəm Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə JN-104A saylı 27 dekabr 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmin torpaq sahəsi Şəmkir 1 nömrəli dövlət notariat kontorunun 09 aprel 2008- ci il tarixli, 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı adına özgəninkiləşdirilmiş və ona 16 aprel 2008-ci il tarixli, ********** qeydfiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Daha sonra qeyd edilən torpaq sahəsi Şəmkir 1 nömrəli dövlət notariat kontorunun 27 yanvar 2009-cu il tarixli, 4Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X9 adına özgəninkiləşdirilmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemində iddiaçıya aid qohumluq məlumatları bölməsindən çıxarışdan görünür ki, X2 Rəna Misir qızının həyat yoldaşıdır. xx.xx.1963-cü il təvəllüdlü X15 (FİN1V9UXSJ) işsiz kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, işaxtaran kimi qeydiyyatda olduğu müddət 764 gündür. X6 ********* telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə 08:43:07 vaxtında ƏM nömrəli "mülkiyyətində nəqliyyat vasitəsi olduğuna görə" açıqlaması ilə SMS göndərilmişdir. Elektron məhkəmə informasiya sistemində X6 adına avtomobil nəqliyyat məlumatlarından görünür ki, X6 adına qeydiyyat şəhadətnaməsi AB182921, mercedes 220 minik, 90EJ087 dövlət qeydiyyat nişanlı, ban nömrəsi WDB2020221A369998 olan nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Göründüyü kimi, 190 manat birdəfəlik ödəmənin verilməsini tələb edən şəxs mülkiyyətində daşınmaz əmlakı olmasa da, birdəfəlik ödəmə üçün müraciətin yoxlanılması zamanı real vaxt rejimində sistemdə onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlər qalmış, bu səbəbdən də iddiaçıya avtomatik olaraq elektron sistem tərəfindən imtina barədə ismarıc göndərilmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırki iş üzrə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydlərin qalması onun təqsirliliyi kimi qəbul olunmur və bu hal onun ziyanına təfsir oluna bilməz. Lakin bu imtina əsası aradan qalxsaydı belə, iddiaçıya yenə də birdəfəlik ödəmənin verilməsi üçün hazırki vəziyyətdə əsaslar mövcud deyildir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əri Ziyad Qurbanovun da ona birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmuş və həmin müraciətə münasibətdə onun adına nəqliyyat vasitəsinin olması əsası ilə imtina verilmişdir. Hazırki vəziyyətdə də bu halın mövcudluğu iddiaçının ərinin adına nəqliyyat vasitəsi olan şəxs olması əsası ilə iddiaçıya yuxarıda adı çəkilən Qaydaların 2.3.10, 2.3.11 və 2.3.12-ci bəndlərinə əsasən cavabdeh inzibati orqan tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi üçün əsas yaradır. Beləliklə, işin sadalanan halları ilə iddiaçının mülkiyyətində daşınmaz əmlakın, habelə həyat yoldaşının istifadəsində minik avtomobilinin olması tam təsdiq olunur. Bu barədə iddiaçı apellyasiya şikayətinə həyat yoldaşının idarəetməsində nəqliyyat vasitəsinin olmasını təsdiq edən etibarnaməni də əlavə etmişdir, hansı ki, idarəetmə özüözlüyündə nəqliyyat vasitəsini üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi kimi qəbul olunur və bu zaman gəlirin əldə olunub-olunmaması əsas yoxlanılmalı məsələ deyildir. Göründüyü kimi, inzibati orqan yuxarıda adı çəkilən qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə etməklə əldə edilmiş məlumatlara istinadən hərtərəfli araşdırma apararaq iddiaçıya tələb etdiyi 190 manat məbləğində birdəfəlik ödənişin verilməsindən haqlı olaraq imtina etmiş və bu zaman onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu fakt iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir, lakin cavabdeh inzibati orqan tərəfindən belə inzibati aktın qəbul edilməsini istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Apellyasiya şikayətində göstərilmiş dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv olunub, iddiaçının tələbinin təmin olunması üçün əsas vermir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7679/2022 saylı 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7679/2022 saylı 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Məmməd Məmmədov