Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3402/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində olan 259 nömrəli yaşayış evinin yerləşdiyi və 03 iyun 2022-ci il tarixli, 04/3122 inventar nömrəli texniki pasporta əsasən sahəsi 591 kv.m olan torpaq sahəsinin mülkiyyətçisi kimi qeydiyyata alınması və bu barədə onun adına çıxarışın tərtib edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.(İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 259 nömrəli yaşayış evini notarial qaydada təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 185954 nömrəli alqı-satqı müqaviləsi əsasında X3 almış, evin torpaq sahəsində yeni ev tikdirmiş və Abşeron Rayon Ərazi İdarəsi tərəfindən evin tam mülkiyyət hüququ üzrə dövlət reyestrindən onun adına xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan üvanda yerləşən ev X4 adına mülkiyyət hüququ əsasında Abşeron RİHB-nin xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamına əsasən qeydə alınmış, 21310 nömrəsilə reyestr kitabına yazılmış və xx.xx.2001-ci il tarixli 422 nömrəli inventar işi açılmışdır. Hazırda İddiaçı tikdirdiyi evin ərazisi Bakı şəhəri Xətai rayonuna aid edildiyi üçün ona DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli yeni çıxarış verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeyd əalınıb adına yeni çıxarışın tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, lakin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyi və evin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşdiyi bildirilərək məsələnin həllindən imtina edilmişdir. Həmin imtina ilə razılaşmır və hesab edir ki, o, ev və torpağı K.Nəsirovadan sonuncunun adına Abşeron Rayon Dövlət Texniki inventarlaşdırma və mlükiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında almış və 19 ildən artıq müddət ərzində həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Eyni zamanda, K.Nəsirovaya verilmiş qeydiyyat vəsiqəsi sənədləşdirilərkən onun tərəfindən mütləq şəkildə hazırda tələb olunan sənədlər alınmasa idi, qeydiyyat vəsiqəsi verilə, torpaq sahəsinin ayrılmasına dair əmr, arxiv arayışı, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (sxem, plan, torpaq sahəsinin təhkm aktı və s) olmadan həmin evə mülkiyyət hüququ K.Nəsirovanın adına rəsmiləşdirilə və həmin ev notarial qaydada İddiaçı satıla bilməzdi. İddiaçının həmin evə mülkiyyət hüququnu təsdiq edən sənədə əlavə olan ev və torpaq sahəsinin sxeminin (çertyojunun) surətinin müraciətə əlavə edilməsinə baxmayaraq müraciət təmin edilməmişdir. Həmçinin, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamı arxivdə saxlanılır, lakin həmin sərəncama adlı siyahı daxil edilmədiyindən vətəndaşa torpaq sahəsiin ayrılıb ayrılmaması barədə heç bir məlumat aşkar edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən tələb edilən sovxoz direktorunun əmrinin surəti, torpaq sahəsinə aid sxemin tapılması qeyri-mümkündür. Həmin sənədləri saxlamağa və qorumağa borclu olan Abşeron rayon Ərazi İdarəsi və 1 saylı Bakı Ərazi İdarəsinin səhlənkarlığı nəticəsində sənədlərin surətlərinin tapılmaması isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) əldə edənə keçir. Bununla əlaqədar İddiaçı ilə K.Nəsirova arasında alqı-satqı müqaviləsi bağlanılarkən belə bir razılaşma olmuşdur. Belə olan halda isə İddiaçı torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır...” Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2 nömrəli Zığ zeytunçuluq sovxozunun ərazisidir və torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin bir hissəsi (373 kv.m) elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********60 nömrəli cavab məktubları ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikilisinin altında olan (tikintialtı sahəsi) 0,01917 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Hakimin qəbul etdiyi qərar əsassızdır. Belə ki, Abşeron Rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsində göstərilmişdir ki, K.Nəsirovanm adına ev mülkiyyət hüququ əsasında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 16 mart 1998-ci il tarixli 71 saylı sərəncamına əsasən qeydə alınmış, 21310 nömrəsilə reyestr kitabına yazılmış və xx.xx.2001 -ci il tarixli 422 nömrəli inventar işi açılmışdır. K.Nəsirovanm adma verilmiş qeydiyyat vəsiqəsinə əlavə olunan texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin koordinatları da qeyd olunmuş və İddiaçınm adma sonradan verilən texniki pasportda torpaq sahəsinin eyni koordinatları qalmışdır. Belə olan halda, yuxarıda göstərilən sənədlər K.Nəsirovaya torpaq sahəsinin ayrılması haqqında hüquqmüəyyənedici sənəd kimi qəbul edilməli, həmçinin, mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas təşkil edir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ barədə bəhs edilir və bu maddənin İddiaçınm mülkiyyətində olan şəxsi evin həyətyanı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Torpaq sahəsinin özəlləşdirilməsi xahişi ilə İddiaçı bir neçə dəfə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pudlik hüquqi şəxsə və 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Həmin idarələr tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət reyestri haqqında" qanunu qüvvəyə minənədək əldə edilmiş daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına istinad edilməklə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2 nömrəli Zığ Zeytun sovxozunun ərazisi olduğu üçün həmin sovxozun direktorunun torpaq sahəsinin ayrılmasına dair əmrin, arxiv arayışının, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin (sxem, plan, torpaq sahəsinin təhkim aktı) təqdim edilməsi tələb olunmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı evi notarial qaydada K.Nəsirovadan sonuncunun Abşeron Rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında almış və 20 ildən aıtıq müddət ərzində həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Belə olan halda, İddiaçı 20 il bundan əvvəl K.Nəsirovanm adma tərtib edilmiş sovxozun direktorunun əmrinin surətinin, torpaq sahəsinin planının və ya sxeminin təqdim olunmasının tələb edilməsi heç bir məntiqə sığmır. Eyni zamanda K.Nəsirovaya verilmiş qeydiyyat vəsiqəsi sənədləşdirilərkən onun tərəfindən mütləq şəkildə hazırda bizdən tələb olunan sənədlər alınmasa idi, Abşeron Rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilməzdi. Beləliklə də, torpaq sahəsinin ayrılmasına dair əmr, arxiv arayışı, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (sxem, plan, torpaq sahəsinin təhkim aktı) olmadan həmin evə mülkiyyət hüququ K.Nəsirovamn adma rəsmiləşdirilə və həmin ev notarial qaydada İddiaçı satıla bilməzdi. Bununla yanaşı, Abşeron rayon dövlət arxivi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli F1122 saylı məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 16 mart 1998-ci il tarixli 71 saylı sərəncamı arxivdə saxlanılır, lakin həmin sərəncama adlı siyahı daxil edilmədiyindən vətəndaşa torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə heç bir məlumat aşkar edilmədi. 1 saylı Bakı ərazi idarəsi tərəfindən İddiaçı tələb edilən sovxoz direktorunun əmrinin surətinin, torpaq sahəsinə aid sxeminin tapılması qeyri-mümkündür. Həmin sənədlərin surətlərini saxlamağa və qorumağa borclu olan Abşeron Rayon Ərazi idarəsi və 1 saylı Bakı ərazi idarəsinin səhlənkarlığı nəticəsində sənədlərin surətlərinin “tapılmasının qeyrimümkün olması” isə İddiaçınm hüquqlarının pozulması ilə nəticələnə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır…” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, eyni zamanda, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində olan 259 nömrəli yaşayış evinin yerləşdiyi 560,6 kv.m olan torpaq sahəsinin mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb ona vahid çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və 3-cü şəxs məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... Həmin Qanunun 10.2.1-ci və 10.2.3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları xronoloji ardıcıllıqla araşdırıldıqda, mübahisəli ünvanda, yəni, Bakı şəhəri Xətai rayonu 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 259 nömrəli yaşayış evinə dair və onun yerləşdiyi torpaq sahəsinə dair aşağıdakı faktiki hallar müəyyən olunur: -Abşeron RİHB-nin xx.xx.1998-ci il tarixli, 71 nömrəli sərəncamının arxiv çıxırşına əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 84 saylı qərarı ilə 2 saylı Zeytun sovxozundan 6 hektar həyətyanı fond üçün torpaq sahəsi ayrıldığı nəzərə alınmaqla, sovxozda həyətyanı torpaq sahəsinə olan ehtiyacı nəzərə alaraq hər ailə üçün 0,06 ha hektar hesabı ilə 25 ailə üçün nəzərdə tutulmuş 1,5 hektar həyətyanı torpaq fondu torpaq qanunvericiliyinə uyğun sovxoz tərəfindən vətəndaşlar arasında bölünməsinə icazə verilmiş və tapşırılmışdır ki, torpaq sovxoz komissiyasının rəyi və sovxozun əmri ilə paylansın. -Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən həmin ünvanda yerləşən evin yaşayış sahəsi 18,6 kv.m, 1 otaqdan ibarət yaşayış evi X4 adına mülkiyyət hüququ əsasında Abşeron RİHB-nin 71 saylı, xx.xx.1998-ci il tarixli sərəncamına işə əsasən qeydə alınmışdır. -xx.xx.2003-cü il tarixdə Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunda bağlanılmış 185954 nömrəli alqı-satqı müqaviləsindən və 4Ə-1-266 reyestr nömrəli notariat işinə əlavə edilmiş Abşeron rayonlararası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003-cü il tarixli, 6700 nömrəli arayışından görünür ki, isə görünür ki, evin əvvəlki mülkiyyətçisi X1 rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən ona verilmiş qeydiyyat vəsiqəsinə əsasən 560,6 kv m torpaq sahəsində yerləşən 18,6 kv.m olan bir otqadan ibarət 259 saylı həmin yaşayış evini hazırkı İddiaçı satmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********0 qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarışına əsasən Abşeron rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 mərtəbəli 141 kv.m yaşayış sahəsi olan 259 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə hazırkı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və onun adına tərtib edilmiş xx.xx.2022- ci il tarixli texniki pasportun “Torpaq sahəsi haqqında məlumat” bölməsində torpaq sahəsinin faktiki ölçüsü 0,05914 ha təşkil edir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallar ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 259 nömrəli fərdi yaşayış evinin ilkin mülkiyyətçisi X5 adında şəxs olmuş, həmin ev Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 84 saylı qərarına (işə arxiv surti əlavə olunur) müvafiq olaraq, Abşeron RİHB-nin 71 saylı, xx.xx.1998-ci il tarixli sərəncamına (surəti işə əlavə edilmişdir) əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə onun istifadəsinə verilmiş 0,06 ha (600 kv m) torpaq sahəsində tikilərək K.Nəsirova tərəfindən öz adına özəlləşdirdikdən sonra, alqı-satqı müqaviləsi əsasında 560,6 kv.m torpaq sahəsində yerləşən həmin evi hazırkı İddiaçı satmış və sonuncunun həmin evə mülkiyyət hüququ cavvabdeh qeydə alınaraq ona reyestrdən çıxarış verilmişdir. r (Cavabdehin hüquq sələfi tərfindən əvvəlki mülkiyyətçi K.V.Nəsirovaya, evin alqı-satıqısı üçün 14 aprel 2003-cü il tarixli 6700 №-li “Forma № 1” arayışdada evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 560,6 kv m olduğu qeyd olunmuşdur.) Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşaış evi özbaşına tutulmuş torpaq sahəsində deyil, Nazirlər Sovetinin qərarına müvafiq olaraq Abşeron rayon İHB tərəfindən verilmiş sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün paylanmış torpaq sahəsində, yəni, qanuni əsaslarla əvvəlki mülkiyyətçinin istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmişdir.Əks halda, ilkin mülkiyyətçiyə qeydiyyat orqanı tərəfindən həmin evin reyestrdə qeydiyyata alınıb qeydiyyat vəsiqəsinin verilməsi mümkünsüz idi. Belə olan halda, birincisi, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.1-ci maddəsindən isə göründyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar həmin daşınmaz əmlak üzərində hüququn qeydə alınmısı üçn əsasdır. İkincisi, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 11-ci abzası nəzərdə tutur ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir. Qanunun qeyd olunan tələbi baxımındpan, deməli, alqı-satqı müqaviləsinə əsasən 60,6 kv m torpaq sahəsində yerləşən fərdi yaşaış evi hazırkı iddiaçıya satılmaqla əvvəlki mülkiyyətçinin həmin torpaq sahəsi üzərində istifadə hüququna artıq xitam verilmişdir. Torpaq Məcəlləsinin digər, 88-ci maddəsinin 1-ci bəndi isə nəzərdə tutur ki, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Konkret halda da məhz, alqı-satqı müqaviləsinin tərəfləri 560,60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşyış evini satılıb-alınması barədə razılığa gəlmişlər. Ən azından, həmin müqavilənin bağlanmasından 20 ildən də çox müddətin keçməsi və bu zaman ilkin mülkiyyətçinin iddiaçıya qarşı evin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir iddia qaldırılmaması, alqı-satqı müqaviləsində evin yerləşdiyi torpaq sahəsi ilə bağlı aralarında müvafiq razılaşma əldə edildiyini deməyə əsas verir. Qeyd olunalar onu deməyə əsas verir ki, iddiaçının tələbinin təmin edillərək mübahisəli fərdi yaşayış evinin yerləşdiyi və 560,6 kv.m torpaq sahəsinin iddiaçının adına reyestrdə mülkiyyət hüququ ilə qeydə alınıb ona vahid çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmənin gəldiyi nəticə işdə olan sübutlara və maddi hüquq normalarının tələblərinə uyğun olmamış, yalnız fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmıb ona çıxaırışın verilməsini həvalə etməklə, məhkəmə tam düzgün nəticəyə gəlməmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və iddiaçının hazırkı mərhələdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla, iddiaçının tələbi təmin edilməli və Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində olan 259 nömrəli yaşayış evinin yerləşdiyi 560,6 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb ona vahid çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı - Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində olan 259 nömrəli yaşayış evinin yerləşdiyi 560,6 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, ona reyestrdən vahid çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3402/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3402/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver