Məhkəmə qərarları › İş №2-1(103)-3404/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3404/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3404/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Açar sözlər: (qərarın ləğvi, riskli vergi ödəyicisi, əmtəəsiz əməliyyat) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(112)- 3068/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-236995/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iyun 2024-cü il üzrə 18458,52 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı ilə “Universal Lesinvest” MMC arasında xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 519496 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə “Universal Lesinvest” MMC arasında xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 372269 nömrəli nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə “Universal Lesinvest” MMC arasında xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 935362 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə “Universal Lesinvest” MMC arasında xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 851654 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə “Universal Lesinvest” MMC arasında xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 803706 nömrəlielektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə “Universal Lesinvest” MMC arasında xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 375245 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə “Universal Lesinvest” MMC arasında xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 293504 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; Dövlət Vergi Xidmətinin xx.xx.2024 tarixli **********386400 nömrəli qərarı ilə “Universal Lesinvest” MMC riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı hazırda cavabdehin qəbul etdiyi bu qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iyun 2024-cü il ƏDV üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-92478/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iyun 2024-cü il ƏDV üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-236995/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış əlavə dəyər vergisi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla hesab edilir ki, qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlığa belə cavab təqdim edilmişdir: “Nəzərinizə çatdırılır ki, müəssisə mal alışı və satışı ilə əlaqədar olaraq qanunvericiliklə nəzərədə tutulmuş qaydada, qanunvericilik aktlarının tələblərinə uyğun şəkildə müqavilə bağlayan zaman müvafiq araşdırmalar aparmış və məktubda qeyd edilmiş “Universal Lesinvest” MMC-nin hər hansı riskli vergi ödəyicisi və ya riskli əməliyyat aparıldığı aşkar edilmədiyi üçün həmin müəssisə ilə müqavilə bağlayaraq əməkdaşlıq etməyə və mal alışının həyata keçirilməsinə başlamışdır. Əlavə olaraq, 2023-2024-cü il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat aşkar edilməmiş və bu barədə hər hansı qərar olmamışdır. Həmçinin, ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDN seriyalı 375245 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar 08.2023 tarixində, EBDE seriyalı 519496 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar 04.2023 tarixində, EBDİ seriyalı 851654 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar 06.2023 tarixində, EBDK seriyalı 803706 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar 07.2023 tarixində, EBDH seriyalı 935362 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar 06.2023 tarixində, EBDP seriyalı 293504 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar 09.2023 tarixində əvəzləşdirilmişdir. Lakin, yuxarıda qeyd edilən bütün əvəzləşdirilmiş məbləğlər 2024-cü il üzrə təqdim edilmiş ƏDV üzrə kameral hesablanmışdır. Halbuki, həmin qaimələrdən heç biri kameral vurulan ay üzrə əvəzləşdirilməyə salınmamışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı ilə aşağıda qeyd etdiyimiz xüsusatlara əsasən razılaşmırıq və hesab edirik ki, qərar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Uçot-baza məlumatlarına əsasən "Azeri Home” MMC-nin (VÖEN: **********) xx.xx.2016-cı il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2016-cı il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "Taxta materiallarının topdan satışı” ndan ibarət olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı, 519496 nömrəli, EBDF seriyalı, 372269 nömrəli, EBDH seriyalı, 935362 nömrəli, EBDİ seriyalı, 851654 nömrəli, EBDK seriyalı, 803706 nömrəli, EBDN seriyalı, 375245 nömrəli və EBDP seriyalı, 293504 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verilmir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 18458,52 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamədə 18458,52 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-91537/2024 nömrəli uyğunsuzluq məktubu göndərilərək məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyun ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinə 18 458. 52 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-236995/2025 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının ƏDV bəyannəməsində əvəzləşmə üçün təqdim etdiyi EBDV seriyalı, 140403 nömrəli elektron qaimə-faktura Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********386400 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "UNİVERSAL LESİNVEST" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə aparılan qarşılıqlı əməliyyatla əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1 -ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(112)-3068/2025 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-236995/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(112)- 3068/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2016-cı il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2016-cı il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Taxta materiallarının topdan satışı”ndan ibarət olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanıvergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı, 519496 nömrəli, EBDF seriyalı, 372269 nömrəli, EBDH seriyalı, 935362 nömrəli, EBDİ seriyalı, 851654 nömrəli, EBDK seriyalı, 803706 nömrəli, EBDN seriyalı, 375245 nömrəli və EBDP seriyalı, 293504 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verilmir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 18458.52 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamədə 18458.52 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 91537/2024 nömrəli uyğunsuzluq məktubu göndərilərək məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyun ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinə 18 458. 52 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2025-ci il tarixli, 3-21- 2-3/2- 236995/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının ƏDV bəyannəməsində əvəzləşmə üçün təqdim etdiyiEBDV seriyalı, 140403 nömrəli elektron qaimə-faktura Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********386400 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "UNİVERSAL LESİNVEST" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə aparılan qarşılıqlı əməliyyatla əlaqədardır. Mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas İddiaçı MMC tərəfindən 2024-cü ilin iyun ayı ərzində "UNİVERSAL LESİNVEST" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş elektron qaimə-fakturaların xərc kimi nəzərə alınmaması olmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Qanunvericiliyin müddəalarından göründüyü kimi qarşılıqlı əməliyyatların aparıldığı vergi ödəyicisinin əməliyyatların aparıldığı tarixdən sonrakı dövrdə riskli vergi ödəyicisi hesab edilməsinin vergi ödəyicisinin 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir digər sənədlər VM çıxarış.pdf Endir əmr Əmr kuratorluq sonuncu xx.xx.2025_0001.pdf Endir ərizə Elektron Ərizə.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: xeyrinə şərh edilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Vergi orqanının daha əvvəl cavabdeh qismində çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. İddiaçı «Metan Ticarət və Tikinti» MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2- 1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərinizə çatdırırıq: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Apellyasiya şikayətinə etirazın dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, "UNİVERSAL LESİNVEST" MMC-dən sonuncu dəfə xx.xx.2024-cü il tarixində mal alınmışdır, həmçinin "UNİVERSAL LESİNVEST" MMC-yə ən sonuncu ödənişin tarixi isə xx.xx.2024-cü il tarixində olmuşdur. "UNİVERSAL LESİNVEST" MMC riskli vergi ödəyicisi olduğu barədə isə xəbərdarlıq xx.xx.2024-cü il tarixində **********378500 saylı məktubla iddiaçının onlayn kargüzarlığına daxil olmuşdur. Xəbərdarlıq məktubunda da "UNİVERSAL LESİNVEST" MMC-nin xx.xx.2024-cü il tarixli **********386400 saylı qərarla riski vergi ödəyici olduğu qeyd olunmuşdur. Yəni müəssisə "UNİVERSAL LESİNVEST" MMC ilə əməkdaşlıq edərkən heç bir heç bir risklilik qərarı, xəbərdarlıq məktubu mövcud olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geriyə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3068/2025 saylı qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(112)- 3068/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixinə, saat 10:15-ə təyin edilmiş məhkəmə iclasına hazırda yol hərəkətində yaranmış ləngimələrlə əlaqədar gecikəcəkdir. İclasın iştirakın olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2- 3/2-236995/2025 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyat tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaiməfaktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyat əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Cavabdeh vergi orqanı iddiaçı ilə “Universal Lesinvest” MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilibedilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə həmin hüquqi şəxsin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, “Universal Lesinvest” MMC iddiaçı ilə alqısatqı əməliyyatı həyata keçirdikdən sonrakı tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxsin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətində qanunvericilik normalarının tələblərini sadalamaqla İddiaçı MMC-nin “Universal Lesinvest” MMC ilə müvafiq əməliyyatlar aparmasına istinad etmiş və iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı, 519496 nömrəli, EBDF seriyalı, 372269 nömrəli, EBDH seriyalı, 935362 nömrəli, EBDİ seriyalı, 851654 nömrəli, EBDK seriyalı, 803706 nömrəli, EBDN seriyalı, 375245 nömrəli və EBDP seriyalı, 293504 nömrəli elektron qaiməfakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə bir daha qeyd edir ki, müvafiq əməliyyatlar “Universal Lesinvest” MMC xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki, İddiaçı MMC tərəfindən həmin müəssisə ilə aparılan bütün əməliyyatlar həmin tarixdə əvvəl icra edilmiş, hətta sonuncu əməliyyat xx.xx.2024cü il tarixdə olmuşdur. Belə olan halda iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı “Universal Lesinvest” MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Məhkəmə tərkibi qeyd edirki, riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxsin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə əməliyyatın riskli hesab olunması yalnız malların alışı və təqdim edilməsi ilə bağlı (malların hərəkəti-alışı, satışına dair) müəyyən edilmişdir. Müəssisə tərəfindən alınmış xidmətlərə münasibətdə əməliyyatın riskli hesab olunması meyarları müəyyən edilməmişdir. Odur ki, cavabdeh vergi orqanının iddiaçının xərclərini nəzərə almaması əsassız olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iyun 2024-cü il ƏDV üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 2-3/2-236995/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının (hazırkı mübahisələndirilən qərarın) icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-cı il tarixli, 15(112)-91/2025 saylı qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin olunmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 236995/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrasının dayandırılması qərara alınmışdır. Cavabdehin şikayətinə əsasən həmin ərizə üzrə işə Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli 2-1(112)-3068/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar