Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3405/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İHakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-307/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ağır xəstəlikdən əziyyət çəkməyinin araşdırılmadan əsassız olaraq “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə və “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən ona əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarlarının qanunsuz, əsassız və ədalətsiz olması nəzərə alınıb, həmin qərarların ləğv edilməsi, dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə “ÜİX.Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardioskleroz. ÜÇ.İİfs.Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip.Ağır forma,insulin tələbli” diaqnozu üzrə ona ilkin İkinci dərəcəli əlillik təyin edilmişdir. “Əvvəllər keçirilən miokard infarktı.Miokard infarktdan sonrakı kardioskleroz.Stenokardiyanm digər formaları Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla. Durğunluq ürək çatmamazlığı F.S İİİ MÇ İİ dərəcə.Diabetik polinevropatiya.Miopiya. Proqressivləşən damar leykoensefaiopatiyası. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. Qabarıq asteno nevrotik sindrom.İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla Şəkərli diabet ağır forma İİ tip insulin tələbli.Arxa qütbün və ləkənin degenerasiyası.(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi tez-tez baş verən hipertonik krizlərlə İİİ mər.” xəstəliklərdən əziyyət çəkir və bu səbəbdən mütəmadi olaraq ambulator və stasionar müalicə alır. Həmçinin 05 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X15” publik hüquqi şəxsdə stasionar müalicə almışdır. “Əvvəllər keçirilən miokard infarktı.Miokard infarktdan sonrakı kardioskleroz.Stenokardiyanın digər formaları Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla. Durgunluq ürək çatmamazlığı F.S İİİ MÇ İİ dərəcə.Diabetik polinevropatiya.Miopiya.Proqressivləşən damar leykoensefaiopatiyası. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar Qabarıq asteno nevrotik sindrom.İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağaırlaşmalarla Şəkərli diabet ağır foma İİ tip insulin tələbli.Arxa qütbün və ləkənin degenerasiyası.(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi tez-tez baş verən hipertonik krizlərlə İİİ mər” diaqnozu üzrə qeydiyyatda olduğu Bakı şəhəri 4 saylı poliklinikası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “Diaqnoz:Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə” qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə “Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Bu əsassız və qanunsuz imtina qərarından sonra 29 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adına X1” publik hüquqi şəxsdə, 11 aprel 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X15” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı xx.xx.2021-ci il tarixdə Ak.Z.Əliyeva ad.MOM, şəkərli diabetin göz fəsadları şöbəsində müayinə olunmuşdur. D:OU-Yüksək miopiya. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 08 aprel 2022-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçı Akad.Z.Əliyeva ad.MOM-da, müayinədə olmuşdur.D-z:OU-Yüksək dərəcəli miopiya.Başlanğıc katarakta.Miopik makulopatiya. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adına X1” publik hüquqi şəxsin konsultativ-poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 189 nömrəli rəyindən görünür ki, iddiaçıya “20.8 ÜİX: Stabil gərginlik stenokardiyası İİİ F.S. İ25.2 İnfaktdan sonrakı kardioskleroz.El 1.7.Şəkərli diabet tip 2 insulin tələbli. 150.0 X11 birinci F.S. AF 49” diaqnozu qoyulmuşdur. “Medi-style Hospital”ın xx.xx.2022-ci il tarixli 003025 arayışından görünür ki, iddiaçının müayinəsi zamanı aşağıdakı nəticə müəyyən edilmişdir: “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda daha ifadəli olmaqla hər iki ayaqda S1 innervasiyalı əzələlərdə radikulopatiyaya işarət edir. Ps.İncə lif polineyropatiyası inkar olunmur”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X8 xx.xx.2022-ci il tarixli “Aşağı (Yuxarı) Ətrafların Venoz (Arterial) X2 və Doppleroqrafıyası” müayinəsindən görünür ki, 1961-ci il təvəllüdlü, İddiaçı Nəticə: Arterial sistem: Kompleks intima-media qeyri-bərabər diffuz qalınlaşıb, qatları aydın differensiasiya edilmir. Hər iki qalça-bud seqmentdə-28-34%-za çatan stenoz aşkarlanır. Dizaltı arteriyalarda stenoz mötədil (-44-48%), sol ön qamış və hər iki arxa qamış arteriyalarda isə nəzərəçarpan (-72-78%) dərəcəyə çatır. Sağ ön qamış arteriya tam okklüziyaya uğrayıb. Sonuncuda kollateral qan axını çox zəifdir. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (steno-okklüziya+davamiyyətli spastiki vəziyyət). Əsas diaqnoz: “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet tip İİ,insulin tələbli” Ağırlaşma “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya Diabetik angiopatiya. Diabetik retinopatiya (El0-E14 ümumi dördüncü.3 işarəsi ilə) VİSOD=0,4k/e (yüzdə dörd).VİSOS=0,03k/e (yüzdə üç). Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü. 4 işarəsi ilə)”. Yanaşı xəstəliklər “Miopiya. Şüşəyəbənzər cisimin digər bulanmaları. Ürək çatmamazlığı ÜÇ İİ f.S.Stenokardiyanın digər formaları. ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f.s. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi) Arterial hipertenziya İİ dərəcə. Hipertenziv ensefalopatiya. Astiqmatizm OU-Yüksək dərəcəli miopik astiqmatizm. Arxa qütbün və ləkənin degenerasiyası. Əvvəllər keçirilən miokard infaktı.İnfarktdan sonrakı kardioskleroz.” diaqnozu üzrə qeydiyyatda olduğu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X15” publik hüquqi şəxsin 1 nömrəli Poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə cavabdehə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “İmtina:Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur.Həkimin rəyi:2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli elektron cavab məktubundan görünür ki, “İmtina:Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur.Həkimin rəyi:2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 0100003AADFJ nömrəli və xx.xx.2022-ci il tarixli №2709003AADYX nömrəli elektron cavab məktublarında göstərilənlər əsassızdır və ona görə də həmin inzibati aktlar ləğv edilməlidir. İddiaçıda “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1.,2.2.7.,2.2.9.,2.2.10.,2.2.12.-ci yarımbəndlərində göstərilən əlamətlərin olmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “Diaqnoz:Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə “əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə və “İmtina:Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur.Həkimin rəyi:2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd qeyd edilməyib və həmçinin Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci 1 tarixdə qəbul edilmiş qərarlar əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-307/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 11 iyun 2022-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ağır xəstəlikdən əziyyət çəkməyinin araşdırılmadan əsassız olaraq “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə və “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən ona əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarların qanunsuz, əsassız və ədalətsiz olması nəzərə alınıb, həmin qərarların ləğv edilməsi, dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekunda iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı X10 1 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkəli diabet tip İİ.insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik angiopatiya..;.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: əlillik əlaməti təyin edilmir qərarı verilib” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişlərdə xəstənin vəziyyəti, aparılan müalicələr və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilmədiyindən əlilliyin təyin edilməsi mümkün olmamış, bu səbəbdən də xəstənin vəziyyətinin, hədəf orqanlarda olan dəyişiklərin stasionar şəraitdə müayinələrlə dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, iddiaçı xx.xx.2016-cı il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti bitdikdən sonra (xx.xx.2021-ci il tarixdən sonra) tibb müəssisəsinin göndərişləri əsasında vətəndaşım əlillik vəziyyəti iki dəfə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda göndərişdə qeyd edilmiş məlumatlar əsasında əlillik təyinatının aparılması mümkün olmadığından imtina qərarları verilmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmişdir və hazırda məhkəmə qərardadı əsasında tibbisosial ekspetiza müayinəsi keçirilmişdir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı dəri və selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Dərialtı piy qatı kafi inkişaf edib. Dili nəm, ərplidir. Hər iki aşağı ətrafda baldırda tük örtüyü seyrəlib, dəri soyudur, dərinin turqoru azalıb, əzələ tonusu zəifləyib. Hər iki pəncədə art.pedis.dorzalis üzərində nəbz zəifləyib. Nəzərəçarpan trofika pozğunluğu və makroangiopatiya əlamətləri aşkar edilmir. Xəstə dopler müayinəsindən imtina edir. Oftolmoloqun müayinəsi zamanı Vis-OD 0,05 korreksiya ilə 0,5(onda beş), ViS-OS 0,05 korreksiya ilə 0,5(onda beş) görmə itiliyi qeyd edilir. Səhiyyə Nazirliyinin Elmi X3 xx.xx.2022-ci il tarixli 1897 saylı rəyində şəxsə “ÜİX: stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz, Arterial hipertoniya İİİ dərəcə, İV risk qrupu, Şəkərli diaqbet tip 2, insulin tələbli, Xroniki ürək çatmamazlığı İ f.s.” diaqnozu müəyyən edilmiş, ExoKQ müayinəsində AF 49% müəyyən edilmişdir. TƏBİB X15 PHŞ-in xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən 1487/97 saylı epikrizində xəstəyə “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu, vertebro bazilyar sindrom. ÜİX: infarktdan sonrakı kardioskleroz, stabil gərginlik stenokardiyası, Arterial hipertoniya İİ dərəcə” diaqnozu müəyyən edilmişdir. Həmin epikrizdə aşağı ətraf arterialarının dopler müayinəsi zamanı patologiya aşkar edilmədiyi qeyd edilib. Qanın biokimyəvi müayinəsində kreatinin 107 mkmol/l müəyyən edilir ki, bu da böyrək funksiyasının normal olmasını göstərir. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində sonuncu qiymətləndirmə zamanı qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir. Məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X9 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş T439/2023 saylı ekspert rəyindən göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 088 saylı göndərişdə qeyd edilən “X4 İV S - Endokrin sistemin xəstəlikləri, maddələr => Eİ0- E14 - Şəkərli diabet => Eli - İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet Çoxsaylı ağırlaşmalarla, Şəkəli diaabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik polinevropatiya, Diabetik angiopatiya” diaqnozunda olan xəstəliklərə hazırda da rast gəlinir və diaqnoz şəxsin əyani müayinəsi zamanı instrumental müayinələrə göndərilərkən öz təsdiqini bir daha tapmışdır. Beləliklə, işin istinad olunan halları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıda “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirsə də, həmin ağırlaşmaların olması həm işdə olan məhkəmə tibb ekspertizası rəyi, həm də X10 məlumatı ilə öz təsdiqini tapmışdır. Şəxsdə ağırlaşmaların olması halı ekpert rəyi ilə təsdiqlənməmişdir. Məhkəmə bu hissəni iddiaçının xeyrinə tövsif etmişdir. X10 məlumatlarının isə mötəbər olması isə mübahisəlidir. Həmçinin qeyd edilən halları ilə razılaşmayaraq, məhkəmə sırf şəxsdə xəstəliyin olması səbəbindən ona əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin obyektiv müayinəsi zamanı dəri və selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Dərialtı piy qatı kafi inkişaf edib. Dili nəm, ərplidir. Hər iki aşağı ətrafda baldırda tük örtüyü seyrəlib, dəri soyudur, dərinin turqoru azalıb, əzələ tonusu zəifləyib. Hər iki pəncədə art.pedis.dorzalis üzərində nəbz zəifləyib. Nəzərəçarpan trofika pozğunluğu və makroangiopatiya əlamətləri aşkar edilmir. Xəstə dopler müayinəsindən imtina edir. Oftalmoloqun müayinəsi zamanı Vis-OD 0,05 korreksiya ilə 0,5(onda beş), ViS-OS 0,05 korreksiya ilə 0,5(onda beş) görmə itiliyi qeyd edilir. Səhiyyə Nazirliyinin Elmi X3 xx.xx.2022-ci il tarixli 1897 saylı rəyində şəxsə “ÜİX: stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz, Arterial hipertoniya İİİ dərəcə, İV risk qrupu, Şəkərli diaqbet tip 2, insulin tələbli, Xroniki ürək çatmamazlığı İ f.s.” diaqnozu müəyyən edilmiş, ExoKQ müayinəsində AF 49% müəyyən edilmişdir. TƏBİB X15 PHŞ-in xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən 1487/97 saylı epikrizində xəstəyə “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu, vertebro bazilyar sindrom. ÜİX: infarktdan sonrakı kardioskleroz ,stabil gərginlik stenokardiyası, Arterial hipertoniya İİ dərəcə” diaqnozu müəyyən edilmişdir. Həmin epikrizdə aşağı ətraf arterialarının dopler müayinəsi zamanı patologiya aşkar edilmədiyi qeyd edilib. Qanın biokimyəvi müayinəsində kreatinin 107 mkmol/l müəyyən edilir ki, bu da böyrək funksiyasının normal olmasını göstərir. Qanunvericiliyin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun cavabdehə qarşı iddia ərizəsi qismən təmin edilmiş və 11 iyun 2022-ci il tarixdən ona əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti əsassızdır, təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0001 nömrəli qərarı ilə “ÜİX.Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardioskleroz. ÜÇ.İİfs.Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip.Ağır forma,insulin tələbli” diaqnozu üzrə ona ilkin İkinci dərəcəli əlillik təyin edilmişdir. “Əvvəllər keçirilən miokard infarktı.Miokard infarktdan sonrakı kardioskleroz. Stenokardiyanın digər formaları Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla.Durğunluq ürək çatmamazlığı F.S İİİ MÇ İİ dərəcə.Diabetik polinevropatiya. Miopiya.Proqressivləşən damar leykoensefaiopatiyası. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar Qabarıq asteno nevrotik sindrom.İnsulindən asılı olmayan şəkərli diabet,çoxsaylı ağırlaşmalarla Şəkərli diabet ağır forma İİ tip insulin tələbli. Arxa qütbün və ləkənin degenerasiyası.(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi tez-tez baş verən hipertonik krizlərlə İİİ mər”. xəstəliklərdən əziyyət çəkir və bu səbəbdən mütəmadi olaraq ambulator və stasionar müalicə alır. Həmçinin 05 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X15” publik hüquqi şəxsdə stasionar müalicə almışdır. “Əvvəllər keçirilən miokard infarktı.Miokard infarktdan sonrakı kardioskleroz.Stenokardiyanın digər formaları Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla. Durğunluq ürək çatmamazlığı F.S İİİ MÇ İİ dərəcə.Diabetik polinevropatiya.Miopiya.Proqressivləşən damar leykoensefaiopatiyası. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar Qabarıq asteno nevrotik sindrom.İnsulindən asılı olmayan şəkərli diabet,çoxsaylı ağaırlaşmalarla Şəkərli diabet ağır foma İİ tip insulin tələbli. Arxa qütbün və ləkənin degenerasiyası. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi tez-tez baş verən hipertonik krizlərlə İİİ mər” diaqnozu üzrə qeydiyyatda olduğu Bakı şəhəri 4 saylı poliklinikası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə cavabdehə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “Diaqnoz:Əlavə müalicəyə ehtiyacın olması ixtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə “Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Bu əsassız və qanunsuz imtina qərarından sonra 29 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adına X1” publik hüquqi şəxsdə, 11 aprel 2022-ci il tarixdən 26 Aprel 2022-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X15” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçı xx.xx.2021-ci il tarixdə Ak.Z.Əİiyeva ad.MOM, şəkərli diabetin göz fəsadları şöbəsində müayinə olunmuşdur. D.OU-Yüksək miopiya.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 08 aprel 2022-ci il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı Akad.Z.Əliyeva ad.MOM-da, müayinədə olmuşdur. D-Z.OU- Yüksək dərəcəli miopiya.Başlanğıc katarakta.Miopik makulopatiya. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adma X1” publik hüquqi şəxsin konsultativ-poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 189 nömrəli rəyindən görünür ki, iddiaçıya “20.8 ÜİX: Stabil gərginlik stenokardiyası İİİ F.S. İ25.2 İnfaktdan sonrakı kardioskleroz.El 1.7.Şəkərli diabet tip 2 insulin tələbli.150.0 X11 birinci F.S. AF 49 (qırx doqquz)” diaqnozu qoyulmuşdur. “Medi-style Hospital”ın xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının müayinəsi zamanı aşağıdakı nəticə müəyyən edilmişdir: Nəticə:Bu müayinə zamanı əldə olunan elektrofızioloji göstəricilər sağ ayaqda daha ifadəli olmaqla hər iki ayaqda Sİ innervasiyalı əzələlərdə radikulopatiyaya işarət edir.Ps.İncə lif polineyropatiyası inkar olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X8 xx.xx.2022-ci il tarixli “Aşağı (Yuxarı) Ətrafların Venoz (Arterial) X2 və Doppleroqrafıyası” müayinəsindən görünür ki, 1961-ci il təvəllüdlü, İddiaçı Nəticə: Arterial sistem: Kompleks intima-media qeyri-bərabər diffuz qalınlaşıb,qatları aydın differensiasiya edilmir. Hər iki qalça-bud seqmentdə-28-34%-za çatan stenoz aşkarlanır. Dizaltı arteriyalarda stenoz mötədil (-44-48%),sol ön qamış və hər iki arxa qamış arteriyalarda isə nəzərəçarpan (-72-78%) dərəcəyə çatır. Sağ ön qamış arteriya tam okklüziyaya uğrayıb.Sonuncuda kollateral qan axını çox zəifdir. Barmaqların qan təchizatı kəskin azalmışdır.Arteriyalar çox zəif və fraqmentar rənglənirlər,mütamadi olaraq isə heç rənglənmirlər (steno-okklüziya+davamiyyətli spastiki vəziyyət). Əsas diaqnoz: “İnsulindən asılı olmayan şəkərli diabet,Çovsaylı ağırlaşmalarla Şəkərli diabet tip İİ,insulin tələbli” Ağırlaşma “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya Diabetik angiopatiya.Diabetik retinopatiya (ElO-El4 ümumi dördüncü.3 işarəsi ilə)VİSOD=0,4k/e (yüzdə dörd).VİSOS=0,03k/e (yüzdə üç).Diabetik polinevropatiya (E 10- 14 ümumi dördüncü.4 işarəsi ilə)” c) Yanaşı xəstəliklər “Miopiya.Şüşəyəbənzər cisimin digər bulanmaları.Ürək çatışmazlığı ÜÇ İİ f.S.Stenokardiyanm digər formaları ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f.s. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi) Arterial hipertenziya İİ dərəcə. Hipertenziv ensefalopatiya.Astiqmatizm OU-Yüksək dərəcəli miopik astiqmatizm. Arxa qütbün və ləkənin degenerasiyası. Əvvəllər keçirilən miokard infaktı.İnfarktdan sonrakı kardioskleroz.” diaqnozu üzrə qeydiyyatda olduğu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X15” publik hüquqi şəxsin 1 nömrəli Poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə cavabdehə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “İmtina:Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur.Həkimin rəyi:2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əİiyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli elektron cavab məktubundan görünür ki, “İmtina:Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi:2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən ona əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli elektron cavab məktublarında göstərilənlər əsassızdır, ona görə də həmin inzibati aktlar ləğv edilməlidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokardiyası İİİ fs İnfarktdan sonrakı kardioskeleroz. ÜÇ. İİ FS. Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip. Ağır forma, insulin tələbli. - İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokard infarktdan sonrakı kardioskeleroz (xx.xx.2016cı il). Ağırlaşma İ20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokardik tutmalarla. Ağırlaşma İ50.0 Durğunluq ürək çatışmazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-36%). Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə). İmtina səbəbi - Əlavə müalicəyə ehtiyacın olması, İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. -İddiaçı xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya. İmtina səbəbi – Göndərişin natamam doldurulması, 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 xx.xx.2023-cü il tarixli T439/2023 saylı ekspert rəyində qeyd edilir: İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli №088 saylı göndərişdə qeyd edilən “X4 İV S - Endokrin sistemin xəstəlikləri, maddələr => El0-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet Çoxsaylı ağırlaşmalarla, Şəkəli diabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik polinevropatiya, Diabetik angiopatiya” diaqnozunda olan xəstəliklərə hazırda da rast gəlinir və diaqnoz şəxsin əyani müayinəsi zamanı instrumental müayinələrə göndərilərkən öz təsdiqini bir daha tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: ÜİX: stabil gərginlik stenokardiyası İİİ fs İnfarktdan sonrakı kardioskeleroz. ÜÇ. İİ FS. Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip. Ağır forma, insulin tələbli). Sonradan cavabadeh tərəfindən xx.xx.2021-ci ildə əlavə müalicəyə ehtiyacın olması, ixtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verilməsi səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan başqa cavabadeh tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi verilməsi səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi- Ekspertiza və X7 xx.xx.2023-cü il tarixli T439/2023 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli №088 saylı göndərişdə qeyd edilən “X4 İV S - Endokrin sistemin xəstəlikləri, maddələr => El0-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet Çoxsaylı ağırlaşmalarla, Şəkəli diaabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik polinevropatiya, Diabetik angiopatiya” diaqnozunda olan xəstəliklərə hazırda da rast gəlinir və diaqnoz iddiaçının əyani müayinəsi zamanı instrumental müayinələrə göndərilərkən öz təsdiqini bir daha tapmışdır. Həmçinin işdə olan X10 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının sağlamlıq vəziyyətində aşağıdakıların aşkar olunduğu qeyd edilmişdir: 1.Ümumi Ateroskleroz. Aşağı ətrafların diabetik makroangiopatiyası. Hər iki QB arterial seqmentlərin stenozu. Hər iki dizaltı arteriyaların mötədil dərəcədə stenozu. Hər iki qamış arteriyaların kritik dərəcədə stenozları. Hər iki ayaq barmaqlarının tam okkluziyası. Aşağı ətrafların İİİ dərəcəli xroniki işemiyası. X14. İnfarktdan sonrakı kardioskleroz (2014;2016). X11 İİ f.s. AF=49%. 2.EMQ-yə əsasən diabetik polineyropatiya təsdiqlənir. Əzələ zəifliyi və parez yoxdur. Təzahür edən ağrı sindromu vardır. 3.Qeyri-proliferativ diabetik retinopatiya. Tor qişada quru eksudatlar qeyd olunur. Retinal damarlar 1:3. VİSOD=0.03 korreksiya ilə 0.3; VİSOS=0.03 korreksiya ilə 0.3. Görmə sahəsi 20 dərəcəyə qədər daralıb. Venoz anomaliya yoxdur. Miopik makulopatiya müşahidə olunur. Beləliklə, cavabdeh iddiaçıda “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu müəyyən olunması meyarları"na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirsə də, həmin ağırlaşmaların olması həm işdə olan məhkəmə tibb ekspertizası rəyi, həm də X10 məlumatı ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 11.2-ci bəndinə əsasən - Şəkərli diabet – E10-14: 11.2.1. insulindən asılı olmayan şəkərli diabet - E11; 11.2.3. diabetik retinopatiya - H36.0* 11.2.4. diabetik polineyropatiya - G63.2* əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə E11, H36.0* və G63.2* diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-307/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3405/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3405/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver