Məhkəmə qərarları › İş №2-1(103)-341/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-341/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-341/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndələri qanuni təmsilçisi X20 və Vəkil1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1361/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il. tarixli **********084900 nömrəli Qərarının və onu dəyişdirilmədən saxlamış Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********799500 nömrəli Qərarının ləğv edilməsi və "xxxx" MMC riskli əməliyyat aparan vergi ödəyicindən çıxarılması, məsələyə yenidən baxılaraq, hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1). Sonradan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 nömrəli qərarın və İddiaçı MMC-nin riskli əməliyyat aparan vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınmış dana və ev quşları ətinin topdansatışı sahəsində sahibkarlıq fəaliyyəti göstərmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-nin fəaliyyətinə birbaşa rəhbərlik qanuni təmsilçilik funksiyasına malik direktoru olmaqla X30 tərəfindən həyata keçirilmişdir. "xxxx" MMC-də X23 50% təsisçi payını alınanda müəssisənin heç bir vergi borcu olmamış və risk meyarı aşkar edilməmişdir. Bu barədə ona vergi orqanından arayış təqdim edildiyinə görə alqı-satqı müqaviləsini bağlayıb. Bir müddətdən sonra isə işinə laqeyid yanaşdığına, işçilərlə müəssisənin işini düzgün qurmadığına, işçilərlə münasibətləri qeyriqənaətbəxş olduğuna və iribuynuzlu heyvanların çatdırlmasında nöqsanlara yol verdiyini müəyyən etdiyinə görə müəssisənin rəhbərliyini öz üzərinə götürmüşdür. Həmçinin bildirilmişdir ki, X9 X24 dövlət baş baytar müfəttişi R.Məmmədov tərəfindən 2021-ci il may ayının 28-dən dekabr ayınadək tərtib edilərək imzalanmış və möhürlə təsdiq edilmiş 41 ədəd “Baytarlıq şəhadətnaməsindən görünür ki, X30 tərəfindən əldə edilmiş yoluxucu xəstəlikləri olmayan, üzərlərində peyvəndlənmə aparılmış, xüsusi təklükəli və karantin heyvan xəstəliklərinə görə sağlam sayılan 926 (doqquz yüz iyirmi altı) baş iribuynuzlu heyvan təmizlənib dezinfeksiya edilmiş ** VO *** ATEQO, ** FU *** ATEQO, ** NZ *** ATEQO, ** KV *** ATEQO, ** NF *** ATEQO, ** CO *** ATEQO, ** GM *** ATEQO, ** CE *** ATEQO, ** BJ *** ATEQO, ** VE *** ATEQO, 09 ВТ 599 ATEQO, ** BS *** ATEQO, ** ZB *** ATEQO, ** OL *** ATEQO, ** FV *** ATEQO, ** BO *** ATEQO və ** GF *** ATEQO markalı yük avtomobilləri ilə kəsim üçün Bərdə rayonu-Bakı şəhəri-Abşeron rayonu marşrutu ilə Abşeron rayonu, Novxanı kəndi, ət kəsimi məntəqəsinə yollanmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********084900 nömrəli Qərarla "xxxx" MMC-nə 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində uyğunsuzluq və kənarlaşmalar olduğu üçün 151 263,95 manat vergi məbləği hesablanmışdır. Həmin vaxt "xxxx" MMC-nin direktoru olmuş X16 və Ağdaş rayonlarından iribuynuzlu heyvanların alışının təşkili və yük avtomobilləri ilə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən kəsim sexinə daşınmasını, kəsilib “Araz Marketlər” şəbəkəsinə çatdırılmasına nəzarət və rəhbərlik etmişdir. Lokal Gəlirlər Baş İdarəsinin “Riskli əməliyyatların araşdırılması barədə” məlumatına əsasən, "xxxx" MMC riskli əməliyyat aparan vergi ödəyici hesab olunmuşdur, ona görə ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında "xxxx" MMC tərəfindən elektron qaiməfaktura vasitəsilə təqdim edilmiş cəmi dəyəri 908999,43 manat olan “Dana əti, dana” adlı malların xx.xx.2021-xx.xx.2021-ci il tarixlər aralığında X7 (Ağdaş rayonu, Şəkili kəndi), X3 (Bərdə rayonu, Çərənə kəndi) və X8 (Bərdə rayonu, Çərənə kəndi) alış aktları vasitəsi ilə əldə edildiyi baza məlumatlarında əks olunsa da, adları göstərilən vətəndaşlardan alınmış izahatlara əsasən, həmin alış aktlarının reallığı əks etdirmədiyi müəyyən edilmişdir. MMC-nin ccavabdehin həmin qərarından inzibati şikayəti “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********799500 nömrəli qərarla təmin edilməmişdir (AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarı müəssisəyə rəsmi qaydada 29 aprel 2023-cü il tarixdə verilmişdir.). Vergi orqanının qərarında istinad etdiyi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilmə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli Qərarının 2.1., 2.1.1, 3.1-ci və 3.1.1-ci bəndələrində müəyyən edilmişdir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyat riskli əməliyyat hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Qərarının məzmun və mənasına uyğun olaraq, müəssisə təqdim etdiyi elektn qaimə-fakturalarda aldığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Yəni, elektron qaimə-fakturalara əsasən, müəssisə iribuynuzlu mallar almış, vergi hesabatlarında da onlar olduğu kimi göstərilmişdir. Belə vəziyyətdə isə müəssisənin apardığı əməliyyat riskli əməliyyat hesab oluna bilməzdi. Nəzərə alınmalıdır ki, onun müəssisəsi fəaliyyət göstərdiyi eyni növ fəaliyyətlə məşğul olan heç bir sahibkar və ya hüquqi şəxs real olaraq, bu qədər sənədi hazırlayıb vergi orqanına təqdim edə bilməz. Bu qədər sənədlərin tələb edilməsi heç də sahibkarlıq fəaliyyətinin təşviqinə yönəlmiş hal sayıla bilməz, çünki bu fəaliyyət növü çoxlu vaxt, böyük zəhmət və əziyyət tələb edir. Xüsusilə bildirilmişdir ki, istər X7, istər X3, istərsə də X8 iribuynuzlu mal-qaranın alqı-satqısında birbaşa iştirak etməmişdir, alqı-satqı prosesində müəssisənin əvvəlki rəhbəri X30 iştirak emiş və alış aktlarını fiziki şəxslərlə o tərtib edib imzalamış, alınan mallarla bağlı Baytarlıq xidməti və X10 yerli qurumu tərəfindən lazım olan sənədlər əldə edilmişdir. Bundan başqa, vətəndaşlardan alınan heyvanlara görə ödənişlər qarşı tərəfə nağd şəkildə pul təqdim edilməklə yerinə yetirilmiş, vətəndaşlarla heyvanların alqı-satqısına dair yazılı müqavilələr bağlanmamış, əvəzində şifahi razılaşmalar olmuşdur. Bu səbəblərdən də vətəndaşlarla "xxxx" MMC arasında təhvil-təslim aktları tərtib olunmamış, alınmış heyvanların faktiki təhvil verilməsi ilə kifayətlənmiş, heyvanlar yol avtomaşınları ilə yükdaşıma xidmət haqqı nağd ödənilməklə daşınmışdır. Alınıb Bakı şəhərinə gətirilmiş heyvanlar Abşeron rayonu, Novaxnı qəsəbəsində icarəyə götürdüyü mal kəsimi sexində bununla məşğul olan şəxslər tərəfindən sanitar-gigienik qayda və tələblərə uyğun, müasir avandanlıqlar vasitəsilə kəsilmiş, qablaşdırılmış və “Araz Market” mağazalar şəbəkəsinə satılmışddır. Bu barədə video görüntüləri də iddia ərizəsinə əlavə edilmişdir. Ümumiyyətlə, müəssisəyə hesablanmış verginin məbləği heyvanların alış aktlarından qaynaqlanır. Belə ki, malların vergi bəyannaməsində əks etdirilməsi zamanı təqdim edilən bəyannamədəki malların məbləği ilə DVX-in bazasında olan məbləğ arasında kəskin fərq yaranmışdır. Bunun nəticəsində də DVX-nin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********084900 nömrəli Qərarı birtərəfli və qeyri-obyektiv aparılmışdır. Çünki DVXnin apardığı araşdırma zamanı alış aktında qeyd edilən malları satan şəxslər vergi əməkdaşları tərəfindən dindirilmiş və onların izahatları əsas götürülərək müəssisəyə qarşı belə bir ədalətsiz qərar qəbul edilmişdir. Çünki, alıcı, yəni müəssisənin əvvəlki rəhbəri Azər Mahmudov dindirilməmiş, onun və malları satanların bir-biri ilə qohumluq əlaqələri yoxlanılmamış, alıcı və satıcı tərəfləri dəqiqləşdirilməmişdir. Eyni zamanda Bərdə rayonundan yüklənən iribuynuzlu heyvanların Bakı şəhərinə gətirilməsi dövlət qeydiyyat nişanları yuxarıda göstərilən yol avomaşınlarının sürücüləri ilə həyata keçirilmiş, lakin sürücülərin heç birinin izahatı alınmamış və DVX-nin əməkdaşları bu ciddi məsələni də araşdırmamışdır. Müəssisənin keçmiş rəhbəri Azər Mahmudov iribuynuzlu heyvanları Bərdə rayonunun Gərənə kəndindən almasına baxmayaraq, həmin heyvanların alış aktlarında adları keçən şəxslərin həmin kənddə ünvanlarına baxış keçirilməmiş, satılan heyvanların onlara məxsus olubolmaması aydınlaşdırılmamışdır. İribuynuzlu heyvanların alış aktlarında adları qeyd edilən şəxslər Bərdə rayonu Gərənə kəndində heyvandarlıq sahəsində fəaliyyət göstərirlər. Bu fakt Bərdə rayonu X6 təqdim edilən müvafiq sənədlərdə də öz əksini tapmışdır. Müvafiq sənədlərin olmasına baxmayaraq, DVX tərəfindən X13 heç bir sorğu göndərilməmişdir. Həmin heyvanlar Abşeron rayonu, Novxanı kəndində Qida təhlükəzsizliyinin nəzdində fəaliyyət göstərən mal kəsimi ilə bağlı qurum tərəfindən də təsdiq edilmiş və mal-qaranın satışa yararlı olması barədə məlumat qeyd edilmişdir. Həmin məlumatlar təqdim edilməzsə, heç bir iribuynuzlu heyvanın kəsilməsinə icazə verilmir. Əlavə olaraq, "xxxx" MMC-in riskli vergi ödəyicisi elan edilməsi də düzgün deyildir. Çünki iribuynuzlu heyvanların alış aktları ilə alınmaları faktı nəzərə alınmamış və kameral vergi yoxlaması zamanı müəssisənin xərclər hissəsi düzgün əks etdirilməmişdir. "xxxx" MMC-in gəlirindən xərclərini çıxıb, verginin hesablanmasına etiraz yoxdur. Ancaq, alış aktlarında qeyd edilən şəxslərin iribuynuzlu heyvanlar satmalarına etiraz etmələri xərclər hissəsinə çox ciddi təsir göstərir. "xxxx" MMC qanuni əsasla müəyyən edilmiş hər hansı bir vergini ödəməkdən boyun qaçırmır, yalnız verginin düzgün hesablanmasını tələb edilmişdir. "xxxx" MMC-yə göndərilən qərarda qeyd edildiyi kimi, mal ətini orta hesabla 9,5 manata əldə edib və 9,92 manata təqdim ediblər. Yekunda 3,85% ticarət əlavəsinin olması qeyd edilmişdir. Lakin müəssisənin hər çəkidə 0,20 manat xeyiri olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay ərzində müəssisə tərəfindən elektron alış aktları ilə rəsmiləşdirilməklə, Rəşad Eyyubovdan 1 kq 9,5 manat olmaqla, 28798 kq dana əti və 30 baş iribuynuzlu mal, Birilyand Mahmudovadan 9,5 manat olmaqla 36000 kq dana əti və Ramidə Mahmudovadan 9,5 manat olmaqla, 22000 kq dana əti alındığı inkar edilmir. İddiaçı 2021-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 151.263,95 manat məbləğlə razılaşmır. Müəssisə tərəfindən 2021-ci il ərzində elektron alış aktlarına əsasən X7 (13QYİAK) 323 582 manat, X4 (3JMUTS) 343 000 manat, X8 (433G2QQ) 209000 manat, yekunda 875582 manat məbləğdə iribuynuzlu heyvan alınmışdır. Yuxarıda qeyd edilən qərarda kameral vergi yoxlamasında 2021-ci ilin mənfəət vergisi bəyannaməsində xərclər bölməsində malın dəyərinin sətrində qeyd olunan 761278,87 manat məbləğin elektron alış aktlarında qeyd edilmiş vətəndaşlar tərəfindən vergi orqanına təqdim edilən izahatlarında müəssisəyə mal təqdim etmədiklərini qeyd edildiyinin nəzərə alındığı və bu səbəbdən "xxxx" MMC-yə 151.263,95 manat vergi məbləğinin hesablandığı bildirilmişdir. Müəssisəyə təqdim edilən Dövlət baytarlıq xidmətinin tərtib etdiyi sənədlərlə və X19 tərəfindən verilən məlumatlarla təsdiq edilir ki, bu vətəndaşlar Bərdə və Ağdaş rayonlarında təsərrüfat işləri ilə məşğul olaraq, heyvandarlıq sahəsi üzrə çalışırlar. Həqiqətin aşkar edilməsi məqsədilə vergi orqanı tərəfindən alınan izahatlardan savayı, adları qeyd olunan həmin şəxslərin fermalarına baxış keçirilməsini tələb və xahiş edilmişdir. Müəssisəyə yazılan kameral vergi məbləği başqa vergi ödəyicilərinə də yazıla bilər. Nəzərə alınmışdır ki, iribuynuzlu heyvanların alış aktları bazaya işlənərkən VÖEN-i olmayan vətəndaşlar ancaq FİN məlumatları ilə daxil edilir. Belə nəticəyə gəlmək olar ki, bu şəxslər, başqa sahibkarlara da kənd təsərrüfatı malları və ya heyvan satandan bir neçə müddət sonra həmin malları satdıqlarını inkar etsələr, bu şəxslərdən mal-heyvan alan sahibkarlar çıxılmaz vəziyyətə düşərək, əziyyət çəkib maliyyə itkilərinə məruz qalmalıdır. İddiaçı bu adamları tanımırsa və bu şəxslərdən mal-heyvan almamışdırsa, onların şəxsiyyət vəsiqələri iddiaçıda necə ola bilər? “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İstinad edilən faktlarla və hallarla təsdiq edilir ki, vergi orqanına təqdim etdiyim bütün hüquqmüəyyənedici sənədlər, o cümlədən alış aktları mötəbər sənəd hesab edilməlidir...” Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2021-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyətinin “ət, ev quşlarının ətinin topdan satışı” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 2021-ci il ərzində vətəndaşlardan elektron alış aktı ilə 1 251 582,0 manat dəyərində (126 798 kq və 30 baş inək) ət məhsulları əldə edilmiş, elektron qaimə-faktura ilə 792 999,45 manat ( 79 808,28 kq) dəyərində "xxxx" MMC-yə təqdim edilmiş, Cəmiyyət tərəfindən 1 251 582,0 manat dəyərində alış aktı ilə kənd təsərrüfatı malları əldə edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavənin malların daxilolması sətrində 875 582,0 manat qeyd edildiyi, alış-satış sənədlərinə əsasən Cəmiyyət tərəfindən mal ətini orta qiymətlə 9,5 manata əldə edilməsinə və 9,92 manat təqdim edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ticarət əlavənizin 3,85 % olduğu, vergi ödəyicisinin fəaliyyətinin dayandırmasına baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ilin sonuna 112 000,0 manat mal qalığı göstərildiyi, eyni zamanda 2021-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində 323 582,00 manat məbləğində bir sıra uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar Cəmiyyətə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********830900 nömrəli və xx.xx.2022-ci il tarixli **********862000 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 64 096,61 manat vergi məbləği hesablanaraq xx.xx.2022- ci il tarixli **********785700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Sonra vergi orqanı tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********065000 nömrəli, xx.xx.2022-ci il tarixli **********385100 nömrəli və xx.xx.2022-ci il tarixli **********261900 nömrəli məktublar göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba izahat və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 152 930,01 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********393300 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin analoji uyğunsuzluq və kənarlaşmalar olduğu üçün 151 263,95 manat vergi məbləği hesablanmış, 01,09.2022-ci il tarixli **********084900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il ərzində elektron alış aktlarına əsasən X7 (FİN: 13QY1AK, Ağdaş rayonu, Şəkili kəndi) 323582,0 manat, X1 (FİN: 3JMJUTS, Bərdə rayonu, Gərənə kəndi) 343000,0 manat və X8 (FİN: 433G2QQ, Bərdə rayonu, Gərənə kəndi) 209000,0 manat, ümimilikdə 875582,0 manat məbləğində iribuynuzlu mal-qara (dana) alındığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 792 999,46 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 784 669,17 manat ümumi gəlirdən çıxılan xərc (əmək haqqı 4 527,50 manat, sosial sığorta 911,77 manat, malın dəyəri 761 278,87 manat, icarə haqqı 6 000,0 manat, bank xidməti üzrə xərclər 4 029,01 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 7,0 manat, sığorta üzrə xərclər 151,86 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7 763,16 manat), bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətrinin ’’Hesabat dövrünün əvvəlinə" sütununda 0,0 manat, “Dövr ərzində daxil olmuşdur" sütununda 875 582,0 manat, “Təqdim edilmişdir” sütununda 761 278,87 manat, “Hesabat dövrünün sonuna” sütununda 114 303,13 manat göstərildiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər" bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 761 278,87 manat məbləğin elektron alış aktlarında qeyd olunan fiziki şəxslər tərəfindən vergi orqanına təqdim etdikləri izahatlarında Cəmiyyətə mal təqdim etmədikləri qeyd edilməsi səbəbindən nəzərə alınmamış və bu səbəbdən 151 263,95 manat mənfəət vergisi hesablanmışdır. T.M.Quliyevin izahatında 2021-ci il ərzində Cəmiyyətin əvvəlki rəhbəri X30 tərəfindən əsasən Bərdə və Ağdaş rayonlarından iribuynuzlu mal-qara (dana) alındığını və alınan malların elektron qaimə-fakturalar əsasında "xxxx" MMC-yə təqdim edildiyini, alınmış iribuynuzlu mal-qara (dana) ilə bağlı Azərbaycan Respublikası X9 yerli rayonlar üzrə baytarlıq şəhadətnamələrinin olduğunu, malların alqı-satqı prosesində birbaşa olaraq iştirak etmədiyini, alqı-satqı prosesində Cəmiyyətin əvvəlki rəhbəri X23 iştirak etdiyini və alış aktlarının fiziki şəxslərlə X30 arasında tərtib olunaraq imzalandığını, alınan mallara görə ödənişlərin qarşı tərəflərə nağd şəkildə təqdim olunduğunu, ödənişlə bağlı hər hansı rəsmi sənəd tərtib olunmadığını, alınmış mallarla bağlı müqavilələr, təhvil-təslim aktları tərtib olunmadığını, malların daşınması yol maşınları ilə xidmət haqqı nağd ödənilməklə həyata keçirildiyini qeyd etmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılarkən Cəmiyyətə mal (iri buynuzlu heyvan) satmadıqları barədə fiziki şəxslər X11, X5 və X12 vergi orqanına təqdim etdikləri yazılı izahat nəzərə alınmaqla hesablama aparılmışdır. Uçot baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (3 ay ərzində) Cəmiyyət tərəfindən elekton alış aktı ilə rəsmiləşdirilməklə X7 bir kiloqramı 9,5 manat olmaqla 28798,0 kq ət (dana) və 30 baş iri buynuzlu mal, X1 bir kiloqramı orta hesabla 9,5 manat olmaqla 36000,0 kq ət (dana) və X8 bir kiloqramı 9,5 manat olmaqla 22000,0 kq ət (dana) alındığı müəyyən edilmişdir ki, ümumilikdə alınmış ət məhsullarının həcminin böyük olması, diri malların yetişdirilərək əmtəəlik (ətlik) məhsul halına gətirilməsinin əmək tutumlu fəaliyyət sahəsinə aid edildiyi, əlavə iqdisadi resursların (otlaq və biçənəklərin, təsərrüfat obyektlərinin) tələb olunması adları qeyd olunan şəxslər tərəfindən bu malların satılmasının dəqiqləşdirilməsi zərurətini yaratmışdır. Vergi orqanı tərəfindən malları təqdim edən X7, X1 və X8 xx.xx.2022-ci il tarixdə təkrar izahatlar alınmış və qeyd olunan izahatlarda "xxxx" MMC-yə hər hansı mal təqdim etmədiklərini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqlarını və alış aktlarında olan imzaların onlara məxsus olmadığını qeyd etmişlər. Fiziki şəxslər X14 və X17 izahatlarında X30 ilə (Cəmiyyətin əvvəlki rəhbəri) qohum olduqlarını, şəxsiyyət vəsiqələrinin şəxsi işlərlə əlaqədar qeyd olunan şəxsə təqdim etdiklərini bildirmişlər. Cəmiyyətin xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********948700 nömrəli) müraciətində Cəmiyyətin əvvəlki direktoru X23 təcrübəsiz olduğundan elektron alış aktlarının qohumlarının adına tərtib edildiyi, lakin alınmış mallara görə yenidən aktların tərtib olunacağı qeyd edilmişdir. Lakin "xxxx" MMC-nin rəhbəri X27 xx.xx.2022-ci il tarixdə vergi orqanına təqdim etdiyi izahatında elektron alış aktlarının düzgün tərtib olunduğunu, 875 582,0 manat məbləğində malların diri şəkildə X7, X1 və X8 alındığını qeyd etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisinin elan edilməsi də düzgün deyil, çünki iribuynuzlu heyvanların alış aktları ilə alınmaları faktı nəzərə alınmamış və kameral vergi yoxlaması zamanı müəssisənin xərclər hissəsi düzgün əks etdirilməmişdir. Bildirilmişdir ki, vergi ödəyicisi olan "PREMİUM AQRO” MMC-nin (VÖEN: **********) xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında elektron qaimə-faktura vasitəsilə təqdim edilmiş cəmi dəyəri 908999,43 manat olan "Dana əti, Dana" adlı malların xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında X18, X15 və X8 alış aktları vasitəsi ilə əldə edildiyi baza məlumatlarında əks olunsa da, adları yuxarıda göstərilən vətəndaşlardan alınmış izahatlara əsasən həmin alış aktlarının reallığı əks etdirmədiyi və əmtəəsiz əməliyyat aparılması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın müddəalarına (2.1.1.;3.1.1.) uyğun olaraq riskli vergi ödəyicisi hesab edilərək xx.xx.2023-cü il tarixli, **********667600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1361/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində (2021ci il hesabat dövrü mənfəət vergisi üzrə) qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 nömrəli və riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********667600 nömrəli qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Kameral vergi yoxlaması ilə Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 2021-ci il ərzində vətandaşlardan elektron alış aktı ilə 1 251 582,0 manat dəyərində (126 798 kq və 30 baş inək) ət məhsulları əldə edilmiş, elektron qaimə-faktura ilə 792 999,45 manat ( 79 808,28 kq) dəyərində "xxxx" MMC-yə təqdim edilmiş, Cəmiyyət tərəfindən 1 251 582,0 manat dəyərində alış aktı ilə kənd təsərrüfatı malları əldə edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavənin malların daxilolması sətrində 875 582,0 manat qeyd edildiyi, alış-satış sənədlərinə əsasən Cəmiyyət tərəfindən mal ətini orta qiymətlə 9,5 manata əldə edilməsinə və 9,92 manat təqdim edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ticarət əlavənizin 3,85 % olduğu, vergi ödəyicisinin fəaliyyətinin dayandırmasına baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ilin sonuna 112 000,0 manat mal qalığı göstərildiyi, eyni zamanda 2021-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində 323 582,00 manat məbləğində bir sıra uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar Cəmiyyətə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********830900 nömrəli və xx.xx.2022-ci il tarixli **********862000 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 64 096,61 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********785700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin analoji uyğunsuzluq və kənarlaşmalar olduğu üçün 151 263,95 manat vergi məbləği hesablanmış, xx.xx.2022- ci il tarixli **********084900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, vergi orqanı ancaq qeyd edilən vətəndaşların izahatları ilə kifayətlənmiş, alınan malların elektron qaimə-fakturalar əsasında 792 999,45 manat (79 808,28 kq) dəyərində "Dana əti, Dana" adlı malların "xxxx" MMC-yə təqdim edildiyini (“Araz” supermarketlər şəbəkəsi), alınmış iribuynuzlu mal-qara (dana) ilə bağlı Azərbaycan Respublikası X9 yerli rayonlar üzrə baytarlıq şəhadətnamələrinin, çoxsaylı ekspertiza aktlarının, malların daşınması və kəsilməsinə dair aktların olduğunu nəzərə almamışdır. Bir məsələni nəzərə almaq lazımdır ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni, təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. “Əmtəəsiz əməliyyatlar” anlayışını sadə şəkildə belə izah etmək olar ki, belə əməliyyatlar zamanı faktiki heç bir mal, iş, xidmət təqdim olunmur, hər şey kağız üzərində mövcud olur, qanunsuz olaraq mənfəət əldə olunur. Yəni alınan mallar elektron qaimə faktura əsasında alınsa belə, əməliyyatın əmtəəsiz olmasını aparılan araşdırma nəticəsində bilavasitə malları satan şəxslər tərəfindən verilən izahatlarla sübuta yetirilmişdir. Həmçinin MMC-nin rəhbəri inzibati şikayətin araşdırılması zamanı verdiyi izahatında “2021-ci il ərzində Cəmiyyətin əvvəlki rəhbəri X30 tərəfindən əsasən Bərdə və Ağdaş rayonlarından iribuynuzlu mal-qara (dana) alındığını və alınan malların elektron qaiməfakturalar əsasında "xxxx" MMC-yə təqdim edildiyini, alınmış iribuynuzlu mal-qara (dana) ilə bağlı Azərbaycan Respublikası X9 yerli rayonlar üzrə baytarlıq şəhadətnamələrinin olduğunu, malların alqı-satqı prosesində birbaşa olaraq iştirak etmədiyini, alqı-satqı prosesində Cəmiyyətin əvvəlki rəhbəri X23 iştirak etdiyini və alış aktlarının fiziki şəxslərlə X30 arasında tərtib olunaraq imzalandığını, alınan mallara görə ödənişlərin qarşı tərəflərə nağd şəkildə təqdim olunduğunu, ödənişlə bağlı hər hansı rəsmi sənəd tərtib olunmadığını, alınmış mallarla bağlı müqavilələr, təhvil-təslim aktları tərtib olunmadığını, malların daşınması yol maşınları ilə xidmət haqqı nağd ödənilməklə həyata keçirildiyini” qeyd etmişdir. Məhkəmə qərarında qeyd olunur ki, satışında olmasına baxmayaraq, alışında və ya idxalında həmin əmtəənin olmaması avtomatik olaraq əməliyyatın riskli olması və ya ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Bu, yalnız ödəyicinin xərc(lər)ini təsdiq etməməsi ilə nəticələnə bilər. Odur ki, nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. Əgər müvafiq təqdimetmə əmtəəsiz hesab edilirsə, o zaman həmin əməliyyatdan əldə edilmiş gəlir də vergitutma obyekti kimi nəzərə alınmamış olmalıdır. Lakin vergi orqanı tərəfindən həmin təqdimetmədən əldə edilən gəlir(lər) haqlı olaraq vergitutma obyekti kimi qiymətləndirilir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir; Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır; Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. Qanunvericiliyin tələblərindən aydın olur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Bir daha qeyd edilir ki, əmtəəsiz əməliyyatın anlayışı dedikdə qanunsuz olaraq mənfəət əldə etmək nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsində aparılan əmtəəsiz əməliyyata görə həmin əməliyyatın rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə alınmaması nəzərdə tutulmuşdur. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli2- 1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1361/2024 nömrəli qərarı qanuni və əsaslı deyildir ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında və apellyasiya şikayətində göstərilənlərə uyğun elektron qaimə-fakturalar əsasında 792 999,45 manat (79 808,28 kq) dəyərində “dana əti, dana" adlı "xxxx" MMC-yə təqdim edilən malların məhz izahatları alınmış üç nəfər fiziki şəxs tərəfindən təqdim edildiyi onların izahatları ilə təkzib olunduğundan məhz, həmin mallara görə cəmiyyətə əlavə vergilər hesablandığını qeyd edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsində xərclər bölməsində malın dəyərinin sətrində qeyd olunan 761278,87 manat məbləğin elektron alış aktları üzrə vətəndaşlar - X7, X4 və X12 tərəflərindən müəssisəyə dana əti və dana adlı malların təqdim edilmədyi barədə vergi orqanına təqdim etdikləri izahatlarıa nəzərə alınaraq, iddiaçının həmin şəxslərələ apardığı əməliyytlar əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilərək, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il. tarixli **********084900 nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC-yə, onun tərəfindən hesablanmış mənfəət vergisi çıxılmaqla, əlavə olaraq 151.263,95 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Aşağıdakılar görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən qərarı vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinin tələbinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək; 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etmək vergi ödəyicisinin borcudur. Lakin mübahisələndirilən kameral yoxlama zamanı vergi orqanı tərəfindən müəyyən olunan hallar onu göstərir ki, iddiaçı tərəfindən 2021-ci ildə sahibkarılıq fəaliyyətində vergi qanunvericiliyinin qeyd olunan tələblərinə əməl etməmişdir. Belə ki, sözügedən Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. İş materiallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin qeyd olunan tələbləri qaydısında kameral vergi yoxlaması aparılarkən aşağıdkılar aşkar olunmuşdur: -iddiaçı xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, xx.xx.2021-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyətinin “ət, ev quşlarının ətinin topdan satışı” olduğu müəyyən edilmişdir. -xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 2021-ci il ərzində vətəndaşlardan elektron alış aktı ilə 1 251 582,0 manat dəyərində ət məhsulları əldə edilmiş, -elektron qaimə-faktura ilə 792 999,45 manat dəyərində "xxxx" MMC-yə təqdim edilmiş; -1 251 582,0 manat dəyərində alış aktı ilə kənd təsərrüfatı malları əldə edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavənin malların daxilolması sətrində 875 582,0 manat qeyd edilmiş,; - alış-satış sənədlərinə əsasən mal ətini orta qiymətlə 9,5 manata əldə edilməsinə və 9,92 manat təqdim edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ticarət əlavənizin 3,85 % olmuş; - sahbkarılıq fəaliyyətini dayandırmasına baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ilin sonuna 112 000,0 manat mal qalığı göstərildiyi, eyni zamanda 2021-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində 323 582,00 manat məbləğində bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir Qeyd edilən kənarlaşmalar ilə əlaqədar iddiaçıya uyğunsuzluq məktubları göndərilməsinə baxmayraq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 64 096,61 manat vergi məbləği hesablanaraq xx.xx.2022- ci il tarixli **********785700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçıya bir daha məktublar göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 152 930,01 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********393300 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin analoji uyğunsuzluq və kənarlaşmalar olduğu üçün 151 263,95 manat vergi məbləği hesablanmış, 01,09.2022-ci il tarixli **********084900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Konkret halda, işdən görünən odur ki, 2021-ci il ərzində elektron alış aktlarına əsasən cəmiyyət tərəfindən adıçəkilən Ağdaş r., Şəkili kəndi yaşayan X7 323582,0 manat, Bərdə rayonu Gərənə kənd sakinləri - X1 343000,0 manat və X8 209000,0 manat, ümimilikdə 875582,0 manat məbləğində iribuynuzlu mal-qara (dana) alındığı, eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətrinin ’’Hesabat dövrünün əvvəlinə" sütununda 0,0 manat, “Dövr ərzində daxil olmuşdur" sütununda 875 582,0 manat, “Təqdim edilmişdir” sütununda 761 278,87 manattəsbit olunduğu müəyyən olunur. Halbuki, həmin şəxslər iş materiallarına əlavə edilmiş vergi orqanına verdikləri izahatlarında aşağıdakıları bildirmişlər (İ cild, i.v. 249-251) - “Rəşad Eyyubov, 3 saylı Ərazi Vergilər İdarəsinə verdiyi izahatında yazmışdır ki, İddiaçı MMC –yə heç vaxt mal-qara satmamış, X31 şəxsi tanışıdır, onunla heç bir qohümluq əlaqəsi yoxdur. Alış aktlarında olan imza ona məxsus deyil...” - “Brilyand Mahmudova, 11 saylı Ərazi Vergilər İdarəsinə verdiyi izahatında yazmışdır ki, onun heç bir sahibkarlıq fəaliyyəti yoxdur. Öz adından İddiaçı MMC –yə satılmış 343000 manat dəyərində olan mal-qaradan heç bir əlaqəsi yoxdur və elektron alış aktlarından da məlumatı olmayıb. Elektron aktlarda olan imzalar onların özləri tərəfindən çəkilib. Həmin MMC-nin rəhbəri olmuş X30 ilə qohumluq əlaqələri var. X30 şəxsi işləri ilə əlaqədar onun şəxsiyət vəsiqəsiniistədi, o da verdi. Bütün baş verən hadisələr bundan sonra oldu...” - Ramidə Mahmudova da 11 saylı Ərazi Vergilər İdarəsinə verdiyi izahatında yazmışdır ki, onun sahibkarlıq fəaliyyəti olmayıb. İddiaçı MMC-yə 209000 manat dəyərində satılmışheyvanlardan xəbəri olmayıb. Həmin MMC ilə onunla aralarında bağlanmış elektron alış aktları qanunsuz aldadaraq onların özləri tərəfindən tərtib edilib və imzalanmışdır. Həmin MMC-nin rəhbəri olmuş X30 ilə qohumdur. A.Mahmudov onun şəxsiyyət vəsiqəsini istədi, o da verdi. Bütün bu olanlar bundan sonra baş verdi...” E-Məhkəmə İnformsiyya siteminə yerləşdirilmiş həmin şəxslərlə bağlanmış alış aktları tədqiq olunduqda həqiqətən də onların adından çəkilmiş imzalaların tamamilə fərqli olduğu aşkar surətdə görünür (çıxarışlar işə əlavə olunur). Beləliklə də, tədqiq olunan sübutlarla iddiaçıya qeyd olunan şəxslərdən, ümimilikdə 875582,0 manat məbləğində iribuynuzlu mal-qara (dana) alındığı öz təsdiqini tapmır. Başqa sözlə, həmin şəxslərlə bağlanmış əqdlərin uydurma olduğu aydın görünür və iddiaçı tərəfin konkret olaraq bunun təkzibi mötəbər sübutlarla əsaslandırılmır. Mülki Məcəllənin 340.1-ci maddəsi isə nəzərədə tutur ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçının baytarlıq sənədlərinə istinad olunan dəlillərinə gəldikdə, həmin sənədlər konkret olaraq iddiaçıya əlavə mənfəət vergisinin hesablanmasının əsasını təşkil edən həmin üç vətəndaşdan alındığı qeyd edilən e-alış aktlarına əsasən 875582,0 manat dəyərində malların təqdim edildiyini təsdiq edən e-alış aktlarını əvəz edən sənədlər kimi qiymətləndirilə və iddiaçının 2021-ci ilin mənfəət vergisi hesabatında xərc sənədləri kimi təsbit oluna bilməz. Çünki, adıçəkilən şəxslər tərəfindən imzalanmayan və e-alış aktları mötəbərliyi və faktiki olaraq onlar tərəfindən 875582,0 manat dəyərində iribuynuzlu malqaranın iddiaçıya təqdim edildiyi təkzib olunur. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsi də məhz nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Adıçəkilən əməliyyatların iştirakçısının İddiaçı MMC-nin keçmiş iştirakçısı Azər Mahmudov tərəfindən həyata keçirilməsi ilə bağlı iddiaçının dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə: 52.1.Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, kameral yoxlama nəticəsində cavabdeh tərəfindən 2021-ci ildə iddiaçının adıçəkilən şəxslərlə apardığı əmliyyatlar əmtəəsiz əməliyatlar kimi qiymətələndirilərək ona əvvəlcə, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il. tarixli **********084900 nömrəli Qərarı ilə 2021-ci ilin hesabat dövrü üzrə 151 263,95 manat vergi məbləğində əlavə vergi hesablanması, daha sonra isə onun haqqında riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********667600 nömrəli qərar qəbul etməsi yoxlama ilə əhatə olunan səndələrə və vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Mcəllənin 67.1.1-67.1.3-cü maddələrinə əsasən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüquq var. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi orqanı mübahisəndirilən qərarı qəbul edərkən vergi qanunvericiliyinin qeyd olunan tələblərinə uyğun hərəkət etmişdir. Beləliklə də qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması işdə olan sübutlara və vergi qanunvericiliyinin tələblərinə uyğun düzgün nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillərin işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1361/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1361/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar