Məhkəmə qərarları › İş №2-1(103)-3412/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3412/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3412/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar İddiaçı “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” barədə ərizə üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Tələbkar İddiaçı “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5600/2022 nömrəli, 04 iyul 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2958/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 516/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2958/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli icra məktubu ilə qərar qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmişdir.

5. Cavabdehin 20 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli e-2-1(112)-5600/2022 nömrəli qərarının icrası məqsədilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 7010,98 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.

6. Tələbkar xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək qərar üzrə cəmi bir ay ödəniş edildikdən sonra təkrarən icrasının dayandırıldığını bildirmiş, qərarın icra edilməsi üçün icra vərəqəsinin verilməsini, həmçinin cavabdehin 50.000 manatadək məbləğində cərimə edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsi tərəfindən 24 noyabr 2023-cü il tarixində iş üzrə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir.

8. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

9. Tələbkar xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qanuni qüvvəsini almış və icra edilməmiş Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli 2- 1(112)-5600/2022 saylı məhkəmə qərarını əsassız və qanunsuz olaraq icra etməyən cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.2-ci maddəsinə əsasən 50 000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, lakin cəmi bir ay icra edildikdən sonra yenidən icrası dayandırmışdır. Artıq 2 ildir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmir, bununla bağlı icra vərəqəsi verilmiş, icra vərəqəsinin icrası ilə əlaqədar cavabdehə xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.

11. Borclu tərəf ərizəyə yazılı etirazında göstərmişdir ki, iddiaçının xx.xx.1977xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır. Adıçəkilən şəxsin işlədiyi bəzi müvafiq vəzifələr sözügedən Qərarla təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının 52 yaşının tamam olduğu tarixdən deyil, 57 yaşının tamam olduğu 12 yanvar 2014-cü il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2009-cu il tarixindən bərpa edilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli 2-1(112)-5600/2022 nömrəli qərarı ilə inzibati icraatın düzgün aparılması əsas göstərilərək iddia təmin edilib. Sözügedən məhkəmə qərarının icrası məqsədilə adıçəkilən şəxsin cari ilin iyun ayında 7010,98 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixindən bərpa edilib. Yəni, sözügedən məhkəmə qərarı icra edilib. İddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində 11 avqust 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə vəkili Vəkil ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair akt tərtib olunub. Daha sonra iddiaçıya əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib. İddiaçıya artıq ödənilmiş pul vəsaiti 480942,08 manat təşkil edir. Bu barədə 19 dekabr 2023-cü il tarixli 3-17-1/2-M-299172/2023 nömrəli məktubla adıçəkilən şəxsə məlumat verilərək həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunub. İddiaçıya qanunazidd olaraq yüksək məbləğdə (qanunauyğun hesablanmalı olan məbləğdən 5 dəfə artıq) əmək pensiyasının təyinatına nail olunmasında hər hansı cinayət əlamətlərinin mövcudluğu ehtimalının araşdırılması, belə hallar aşkar ediləcəyi təqdirdə müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq sənədlər 26 oktyabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Göstərilənlərə əsasən ərizənin rədd edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) ərizə təmin edilməmişdir.

13. Qərardaddan narazı qalan tələbkar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək, ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsində təqdim edilən ərizənin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

16. Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, məhkəmə qərarının icra edilməməsini nəzərə alaraq cavabdeh orqan cərimə edilməlidir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir; Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir; Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

20. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci iltarixli qərarı: “... 25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.

28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.

29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır”.

MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Belə ki, işin hallarına görə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2958/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-516/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2958/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

24. Bakı İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli icra məktubu ilə qərar qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdehin 20 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli e-2-1(112)-5600/2022 nömrəli qərarının icrası məqsədilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 7010,98 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.

25. Hazırda tərəflər arasındakı mübahisə sözügedən qərarın icra olunubolunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır.

26. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)623/2023 saylı xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə “...məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.”

28. Qanunun və Plenum Qərarının yuxarıda qeyd edilən müdəalarından görünür ki, inzibati mübahisələrə dair işlər üzrə inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə qərarının icrası proseduru 3 hissədən ibarətdir: 1. Qərarı inzibati orqana göndərməklə icra üçün müddət müəyyən edilməsi. 2. İnzibati orqan barəsində cərimə tətbiq edilməsi. 3. Qərar əsasında icra vərəqəsi verilməklə qərarın məcburi icraya yönəldilməsi. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. Bundan sonra isə iddiaçının ərizəsi əsasında iş üzrə icra vərəqəsi verilmiş və məcburi icra tədbirləri görülməsi üçün müvafiq icra qurumuna göndərilmişdir. Həmin icra qurumu tərəfindən icraata başlama barədə qərar qəbul edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə qərarı əsasında icra vərəqəsi verilərək məcburi icraya yönəldildiyindən, qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə bağlı məhkəmənin həyata keçirməli olduğu icra tədbirləri bitmişdir. Həmin tədbirləri davam etdirmək vəzifəsi artıq icra məmurunun üzərindədir.

30. Beləliklə də hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5600/2022 nömrəli, 04 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar