Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3413/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğv edilməsi və rütbənin bərpa edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3781/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kapitan rütbəsinə endirilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmrinin ləğv edilməsi və onun 1-ci dərəcəli kapitan rütbəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı uzun müddət Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində xidmət etmiş, xidmət ərzində 1-ci dərəcəli kapitan dərəcəsinə qədər yüksəlmişdir. 16 iyun 2021-ci il tarixdə növbəti məzuniyyətə buraxılmış, məzuniyyətdə olduğu vaxt, 15 iyun 2021-ci il tarixdə ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixində onun rütbəsi 1-ci dərəcəli kapitan rütbəsindən 2-ci dərəcəli kapitan rütbəsinə endirilmiş, bundan sonra 13 sentyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarmaqla silahlı qüvvələrin ehtiyata buraxılmışdır (əmr xx.xx.2021-ci il). Qüsursuz xidmətinə görə müxtəlif medallarla təltif edilmişdir. Cavabdeh heç bir əsas olmadan, hətta ona xəbər vermədən, qeyri-qanuni olaraq onun rütbəsini aşağı salmışdır. Hərbi xidmətdən ehtiyata buraxılmasından yalnız 2021-ci ilin iyun ayının 15-də növbəti məzuniyyətdə olarkən xəbərdar olmuş, Dövlət Sərhəd Xidmətinin rəisinin bu barədə xx.xx.2021-ci il tarixli əmri ona elan edilməmiş və həmin əmrin surəti ona verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3781/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxmaqla iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən yalnız cavabdehin istinad etdiyi hallara diqqət yetirmiş, həmin halların sübuta yetirilməsi məsələsi arxa plana keçirilmiş, qeyri-qanuni qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş,Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı aşağı rütbəyə endirilməsi barədə cavabdeh Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 0122 nömrəli əmrinin ləğv edilməsini tələb edir İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçı tərəfindən cavabdehin inzibati aktlarından qanunvericiliyin qeyd olunan normaları ilə təsbit olunan 30 günlük iddia müddəti ötürülmüşdür. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, inzibati aktın qəbul edilməsi haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi yolu ilə də verilir. Cavabdeh Dövlət Sərhəd Xidmətinin rəisinin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 0122 nömrəli əmrindən görünür ki, iddiaçı hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə onun hərbi rütbəsi Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq bir pillə aşağı endirilmiş və həqiqi hərbi xidmətdən ehtiyatına buraxılması üçün müvafiq sənədlərin hazırlanması qərara alınmışdır. Qüvvədə olan “Azərbaycan Respublikası Silahlı X2”nin 67-ci maddəsinə əsasən, zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Həmin Nizamnamənin 98-ci maddəsində isə nəzərdə tutulur ki, “verilmiş intizam cəzaları zabitlər, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə-baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. ...Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər”. Nizamanamənin qeyd olunan tələbi qaydasında, hazırkı mübahisənin predmeti olan iddiaçının intizam cəzası qaydasında hərbi rütbəsinin bir pillə aşağı endirilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli 0122 nömrəli əmri barədə məlumatın iddiaçıya verilməməsinin mümkünlüyü istisna edilir. Belə ki, işə əlavə olunmuş AR Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinin X3 şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətinə, habelə, hərbi hissəsinin işə əlavə olunmuş digər göndərmə məktubuna və qeydiyyat kitabından çıxarışa (və s.) əsasən müəyyən olunur ki, Sahil Mühafizəsinin sabiq hərbi qulluqçusu olan 2-ci dərəcəli kapitan İddiaçı ilə xx.xx.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılaraq, ona Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmr elan olunmuş və o, əmrlə tanış olması üçün Sahil Mühafizəsinə dəvət edilmiş, sonuncu xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinə gəlmiş və Sahil Mühafizəsinin nəzarət buraxılış məntəqəsində kontr-admiral X4 tərəfindən təyinat vərəqəsi ona təqdim olunmuş, bu barədə təyinat kitabına imza etmiş və sənədlərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Nərimanov rayon İdarəsinə göndərilməsini xahiş etmiş, sənədlər həmin İdarəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan cavabdeh Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmrindən xx.xx.2021-ci il tarixdə məlumatı olmuşdur. Ən azından, həmin tarixdə ona SHXÇDX-nin Bakı şəhəri Nərimanov rayon İdarəsinin sərəncamına getməsi üçün, təyinat kitabına imza etdirilməklə, ona təyinat vərəqi təqdim edilməsi (iş vərəqi 77-79), onun mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmrdən məlumatlı olmasını deməyə əsas verir. Lakin iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı həmin əmrin ləğv olunması tədləbinə dair hazırkı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixində müraciət etmiş, bununla da prosessual qanunvericiliklə müəyyən olunan 30 günlük şikayət vermə müddətini 120 ( 4 ay) ötürmüşdür (Müddətin buraxılmasının üzrlü səbəblərinə dair əsaslanıdırıcı sübutlar təqdim edilməmişdir). Müddətin ötürülməsi ilə verilən iddianın isə, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilir. Belə olan təqdirdə, məhkəmə kollegiyası həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qeyri-qanuni qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-3781/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-3781/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-3413/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3413/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver