Məhkəmə qərarları › İş №2-1(103)-342/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-342/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-342/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən sənədin verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7465/2021 saylı 30.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının anası X6 31.08.1993-cü il tarixində Qubadlı rayonundan məcburi köçkün düşmüş, 10 noyabr 2000-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan onların İddiaçı (iddiaçı) dünyaya gəlmişdir. Xaçmaz rayon Məhkəməsinin 01.05.2003-cü il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş və iddiaçının anasının himayəsində qalması müəyyən edilmişdir. Hal-hazırda o, anası ilə birlikdə Xızı rayonu Safbulaq kəndində yaşayır. İddiaçı həmin vaxtdan anası ilə birlikdə yaşayır. Anası Z.Şərifova iddiaçıya da məcburi koşkün statusu və onu təsdiq edən vəsiqə verilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu ona ünvanlanmış 29.01.2019-cu il cavab məktubunda aşağıdakıları bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Habuki, artıq qızın adı 2005-ci ildən etibarən məcburi köçkün kimi Xızı rayonu üzrə ərzaq yardımı siyahısına daxil edilmiş, həmçinin atası ümumiyyətlə aliment ödəməklə valideynlik vəzifəsini yerinə yetirir və 16 ildir anasının himayəsindədir, onunla birlikdə yaşayır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən “valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7465/2021 saylı inzibati iş üzrə 30.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh Komitə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında qeyd edilən əsaslandırma qəbuledilməzdir. İddiaçıya məcburi köçkün statsuna malik olan anasının himayəsində qaldığına görə yemək xərci müavinətinin verilməsi əsas götürülərək iddianın təmin olunması əsassızdır. Çünki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələbinə görə “valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan” və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. Məhkəmənin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə istinadən, valideynlərin bərpabərlik hüququna istinadən “Qaydaları”ın 4.1.6-cı bəndində qeyd olunmuş “valideynlərindən atası məcburi köçkün statusuna malik olan ifadəsinin həmin norma ilə ziddiyyət təşkil etdiyini bildirməsi əsassızdır. Belə ki, “Qaydalar”ın qeyd olunan bəndi istər qadın, istərsə də kişi cinsinə mənsub uşaqların atalarının “məcburi köçkün statusuna malik olması”nı şərtləndirir. Digər tərəfdən diferensasiyanı hüquq münasibətlərində ayrı-seçkilikdən fərqləndirmək lazımdır. Belə ki, diferansasiya ayrı-seçkilik hesab olunmur. Ona görə də Qaydalar”ın 4.1.6-cı bəndinin tələbinə görə “valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan” diferensasiyası da ayrı-seçkilik kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Hüseynov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlilərini iş materialları ilə birlikdə araşdırıb, qanunvericiliyin tələblərini nəzərdən keçirib belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, N-li Azərbaycan Qanunla qəbul edilmiş «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun (21.05.1999-cu il № 668-İQ) 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. İş materiallarına əsasən, o cümlədən, cavabdeh Komitə tərəfindən 22.11.2000-ci il tarixində İddiaçı anası X4 verilmiş AA029056 nömrəli məcburi köçkün vəsiqəsindən, habelə onun şəxsiyyət vəsiqəsindən (Sumqyıt ŞPİ QŞVŞ 01.10.2008) ), Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Başarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25.04.2019-cu il tarixli 10-20/10 nömrəli məktubundan və Xızı Rayon İcra Hakimiyyəti başçısının Altıağac qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14.02.2019-cu il tarixli, 37 nömrəli arayışından, görünür ki: - iddiaçının anası X6 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüş, Qubadlı rayonu Başarat kədində pasport qeydiyyatdadır. Məcburi köçkün statsuna malik olan şəxsdir və 1997-ci ildən Xızı rayonu Saf-Bulaq kəndində yaşayır. 02 oktyabr 2006-cı il tarixindən isə Xızı rayonu İcra Hakimiyyətində məcburi köçkün kimi qeydiyyatına alınmış və ona məcburi köçkünlər üçün yemək xərcləri ödənilir. Eyni zamanda, işə əlavə olunmuş Xaçmaz Rayon Məhkəməsinin 2-173 saylı, 01 may 2003-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallardan, habelə, Xaçmaz rayon Qeydiyyat şöbəsinin 12.10.2017-ci il tarixlt 271573 saylı «nikahın pozulması haqqında» şəhadətnamədən görünür ki: - X6 ilə X1 arasında 10 noyabr 2000-ci il tarixində nikah bağlanmış, həmin nikahdan onların xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (iddiaçı) anadan olmuş, 10.06.2003-cü il tarixində onlar arasındakı həmin nikah qeydi pozulmuş və İddiaçı (iddiaçı) anası X3 himayəsində yaşayır və ona məcburi köçkünlərə ödənilən yemək xərcləri ödənilir. Eyni zamanda, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə (Qubadlı RPŞ 30.10.2017) və Xızı Rayon İcra Hakimiyyəti başçısının Altıağac qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14.02.2019-cu il tarixli, 37 nömrəli arayışına əsasən müəyyən olunur ki: - xx.xx.2001-ci il təvəllüdlü İddiaçı da həmçinin Qubadlı rayonu Başarat kədində pasport qeydiyyatındadır, Xızı rayonu Saf-Bulaq kəndində məcburi köçkün stasuna malik olan anası X6 himayəsində yaşayır. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, İddiaçı qızı - Qubadlı rayonundan məcburi köçkün düşmüş və cavabdeh tərəfindən məcburi köçkün vəsiqəsi verilmiş, başqa sözlə, məcburi köçkün statusuna malik olan X6 ilə onun keçmiş əri X7 ilə birgə nikahından doğulmuşdur. Lakin valideynləri arasındakı nikah qeydi 10.06.2003-cü il tarixində pozulmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı məcburi köçkün stasuna malik olan anası Z.Şərifovanın himyəsində yaşamış, hal-hazırda da Xızı rayonu Saf-Bulaq kəndində birlikdə yaşayırlar və onların hər ikisinə məcburi köçkünlərə ödənilən yemək xərcləri ödənilir. İddiaçıya ünvanlanmış 29.01.2019-cu il tarixli, 01/929 nömrəli imtina məkubunda, habelə, onun hazırkı apellyasiya şikayətinin dəlillərində cavabdeh Komitə, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il tarixli 23 may tarixli qərarı ilə təsdiq edilmiş və 05 iyun 2013-cü il tarixində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinadən, iddiaçının atasının görə valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulduğunu qeyd edərək, dolayısı ilə iddiaçıya məcburi köçkın sütutsu verilməsin»i mümkünsüz sayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya məcburi köçkün statsunun verilməsindən imtina etməsini Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, işin təqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının anası da Qubadlı rayonundan gəlmiş məcburi köçkündür və cavabdeh orqan tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Belə olan halda, cavabdeh Komitənin özü tərəfindən təsdiq edilmiş “ sözügedən Qaydalar”ın 4.1.6-cı bəndi hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq ediliyi təqdirdə iddiasçının konstitusion hüquqları pozulmuş olar . Ən azından ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Konstitusiyanın qeyd olunan normasının ehtiva etdiyi müddəalarının mənası baxımından, kişi ilə qadın eyni hüquqlara malikdir. Qadın cinsinə mənsub olduğuna görə onun hüquqları məhdudlaşdırıla, güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilmz. Kişi ilə bərabər qadının da dövlət orqanlarına və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hüquqları təmin edilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məcbur köçkün statusuna malik olan anasının himayəsində yaşayan (və məcburi köçkün kimi yemək xərcləri də ödənilən) - İddiaçı məcbur kiçkün statusu verilməsindən imtina olunması Konstitusiyaının qeyd olunan normasının tələblərinə ziddir. Birinci instansiya məhkəməsi qərarından da görünür ki, məhkəmə Konstitusiyanın qeyd olunan 25-ci maddəsinin tələbləri baxımından, cavabdehin istinad etdiyi “Qaydaları”ın sonradan qəbul edilmiş 4.1.6-cı maddəsinin iddiaçının vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, ona münasibətdə həmin normanın geriyə tətbiq edilməsini mümkün hesab etməmişdir. “Qaydaların” qeyd olunan 4.1.6-cı bəndi isə 16 noyabr 2020-ci il tarixində cavabdeh Komitənin qərarı ilə əlavə edilmiş və 1 dekabr 2020-ci il tarixində reyestrə daxil edilmişdir. xx.xx.2001-ci il təvəllüdlü iddiaçının isə 16 yaşı xx.xx.2001-ci il il tarixində tamam olur. Göründüyü kimi, məcburi köçkün statusunu almaq üçün qanunvericiliklə müəyyən edilən 16 yaş həddinə çatdığı anda, “Qaydalar”ın qeyd olunan bəndi qüvvədə olmamışdır. Sonradan (2020-ci ildə) qəbul edilən həmin norma isə iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə, həmçinin öz qərarında onu da qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “iddiaçı Yaqut Şıxəliyevanın cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı” 2- 1(102)-506/16 nömrəli iş üzrə 2016-cı il 25 may tarixli qərarına istinad edərək oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblər nəzərə alınmaqla məhkəmə kollegiyasının mövqeyinin hazırkı məzmunda olduğunu vurğulamışdır...” Beləliklə də, qeyd edilənlr onu demyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin – “ Qaydalar”ın 4.1.6-cı bəndinin istər qadın istərsə də kişi cinsinə mənsub uşaqların atalarının “məcburi köçkün statusuna malik olması”nı şərtləndirdiyini və hüquq normasında mövcud olan bu diferensasiyanın ayrı-seçkilik hesab olunmadığını” mübahisələndirən dəlilləri əsassızdır. Başqa sözlə, işin sübutlarla müəyyən edilən halları və qanunvericiliyin tələbləri onu göstərir ki, iddiaçının məcburi köçkün statusunun və onu təsdiq edən sənədin verilməsi barədə iddia tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərinin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina olunması qanunsuzdur və onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını əsaslandıran dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7465/2021 saylı 30.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılmalıdır (İPM, m. 87.6.) Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7465/2021 saylı 30.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar