Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-342/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X24 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X17, X15, X18, X19 və X20) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5983/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş apelyasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki pasporta əsasən ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 058033 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X17 (xx.xx.1987-ci il təvəllüdlü), X15 (xx.xx.1990-cı il təvəllüdlü), X18 (xx.xx.2008-ci il təvəllüdlü), X19 (xx.xx.2011-ci il təvəllüdlü) və X20 (xx.xx.2015-ci il təvəllüdlü) ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16 ünvanında qeydiyyatdadırlar.
4. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 179 nömrəli Arayışda qeyd olunmuşdur ki, X17, X15, X18, X19 və X20 ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16 ünvanında qeydiyyatdadırlar, lakin yaşamırlar.
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə hazırki tələblə müraciət etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, 16 saylı mənzil ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. İddiaçının məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu bildirilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü şəxslər X11, X4, X5, X6 və X7 ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16- ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, 174, mənzil 16-da yerləşən mənzilə dair iddiaçıya xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi № 058033 saylı qeydiyyat nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan 3-cü şəxslər X21, X15, X18, X19 və X20 qohumluq əlaqəsi olsada (sabiq gəlinləri) lakin onlar iddiaçının evində yaşamırlar. Buna əsasən Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfatı birliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin Arayışını təqdim etmişdir və onlara məxsus mənzildə heç bir əmlak yoxdur. Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək mülkiyyətində olan 3-cü şəxslər X16, X8, X12, X13 və X14 ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16-da ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin müraciətinə rəsmi olaraq imtina edilməsi barədə məktub verilmişdir. Onlarla qohumluq əlaqəsi olsada 3-cü şəxslərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır.
8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X17, X15, X18, X19 və X20 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5983/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, X9, X4, X5, X6 və X7 ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan üçüncü şəxs X15 tərəfindən apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5983/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş X4 ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Qərar elekron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, tanış olduqdan sonra qəradadan narazı qaldığı üçün apellyasiya şikayəti vermək qərarına gəldik. X2 iddaçı İddiaçı yaşadığı mənzilə ünvan 2i rayonu, X26 küç, ev 174, 16 saylı mənzilə onun oğlu X23 ilə xx.xx.2014-cü tarixdə nigaha daxil olduqdan sonra həmin mənzilə köçüb yaşamışdır. Qaynatası yəni iddacı İddiaçı Məhhəməd rəsmi qaydada yəni notarial qaydada razılığı ilə onu yuxarıda qeyd olunan ünvana yəni mənzilə qeydiyyata alınmış. Həmin mənzildə yaşadığı müddətdə xx.xx.2015-ci il təvəllüdlü X20 anadan olmuşdur. Ailə qurduğu ilk vaxtlar münasibətləri normal olsa da sonradan iddacının oğlu ilə ona qarşı laqeydlik, hörmətsizlik və ailə münasibətlərinə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Nəticədə ünvan 2i rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1265/20212(006)-1265/2021 saylı qətnaməsi ilə X23 ilə nikahlarına xitam verilmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, o, iddacıya məxsuz ünvan 2i rayonu, X26 küç, ev 174, 16 saylı mənzildə pasport qeydiyyatındadır. İddaçının oğlu ilə nigahımiz pozulduqdan sonra o əsassız olaraq həmin mənzilə onu yaşamağa buraxmamış və əsasız olaraq yaşamaq hüququndan qeyri qanuni olaraq məhrum edilmişdir. Bu səbəbdən azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X20 ilə birlikdə sığınacaqda və sonradan kirayədə yaşamağa məcbur qalmışdır. Onun və övladının daimi yaxudda müvəqqəti yaşayış yeri ilə təmin etməyə imkanı çatmır. Hətta aliment öhdəliklərinin vaxtında yerinə yetirmir. Ümumiyyətlə bildirmək istəyir ki, iddiçı yəni keçmiş qaynatası və onun oğlu yəni keçmiş həyat yoldaşı ilə əlbir olaraq onuvə azyaşlı uşağını mənzildən qovmaq yaşamağa imkan verməməyi əsas səbəbi gəlin köçdüyü evi, mənzili satmaq niyyətləri vardır. Məhkəmənin belə bir qərar qəbul etməsi onun və azyaşlı qızının hüquqlarının kobud surətdə pozur. Yəni bizi həmin mənzildən qeydiyyatdan çıxarmaqla faktiki olaraq məni və azyaşlı uşağını gələcəkdə təhsil və tibbi muayinədən məhrumiyyətlər yaradacaqdır. Çünki rəsmi qeydiyyatda olmayan şəxslər həmin müəssisələrdən istifadəyə hüququ məhdudlaşır. Hesab edir məhkəmə bu hallararı nəzərə almayaraq ədalətsiz qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz Azərbaycan Respublikasının 60ci maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatı[29]əks olunmuşdur. Belə ki, İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Məhkəmin diqqətni çatdımaq istəyir ki, X15 hüquqlarını müdafiəsi ilə bağlı rəsmi qayda müqavilə bağlanmış, vəkil müraciəti əsasında order və etibarnəməni eleketron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Növbəti məhkəmə iclası barədə hər hansı bir məlumat verilməmiş, məhkəmə prosesində dinlənilmək hüququ pozulmuşdur. Təsadüfən məhkəmə ilə əlaqə saxlayan zaman ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Bununlada onun yuxarıda qeyd olunan konstutusyon hüquqları pozulmuşdur.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz iddia tələbinin tələbinə uyğun əsaslandırılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5983/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanmasını və verilmiş apellyasiya şikayətinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Tərəflərin izahatları
13. 09 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iddiaçı, cavabdeh və üçüncü şəxslər X17, X18, X19 və X20 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli 3-13-51/2-63450/2025 nömrəli məktubla məhkəmə iclasında işə cavabdeh qurumun iştirakı olamadan baxılmasına etirazı olmadıqlarını bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı, üçüncü şəxslər X9, X5, X6 və X7 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-c-ci il tarixli Qərarı: ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir...“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. ... Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə birinci instansiya məhkəməsinin qərarınından yalnız üçüncü şəxs X15 apellyasiya şikayəti verdiyindən və qərarı tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə ona münasibətdə yoxlayır.
23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və belə iddialar üzrə inzibati orqana müraciət şərti məcburi olsa da, məhkəməyə müraciət olunması ilə bağlı müddət qanunla müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi inzibati orqan tərəfindən təmin edilmədikdən sonra o, iddia ilə məhkəməyə müraciət etmişdir ki, buna da sübyektiv hüququ mövcud olduğundan iddia mümkündür.
24. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı tələbi üçüncü şəxslər X9, X4, X5, X6 və X7 ünvan 2i rayonu, Ş.Əzizbəyov küçəsi, ev 174, mənzil 16- ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin həvalə edilməsi barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal müəyyən edilməlidir.
1. şəxsin həmin yaşayış evində yaşamaması və
2. həmin evə dair əmlak hüquqlarının mövcud olmaması.
27. İş materiallarından müəyyən olunur ki, iddiaçının üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi mənzil xx.xx.2000-ci il tarixdən iddiaçının mülkiyyətindədir. X1 iddiaçının oğlu ilə nikah bağladıqdan iddiaçının mənzilinə köçmüşdür. Üçüncü şəxsin iddiaçının oğlu ilə nikahı pozulduqdan sonra həmin ünvandan köçmüşdür və iddiaçı həmin tarixdən həmin mənzildə yaşamadığını apellyasiya şikayətində etiraf etmişdir.
28. Hazırki işin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı X15 övladı xx.xx.2015-ci il təvəllüdlü X20 ilə birlikdə ünvan 2i rayonu, X26 küç, ev 174, mənzil 16-a köçürülməsinə və həmin mənzildən istifadə hüquqlarının bərpa olunmasına dair qətnamə qəbul edilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin icraatında olan 17 oktyabr 2024-cü il tarixli e-2(006)-3746/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
29. Həmin qərardan iddiaçı X15 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilməmiş və qərar qanuni qüvvədə saxlanılmışdır. Həmin qərar hal-hazırda qanuni qüvvəsini almışdır.
30. Beləliklə müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi mənzilə məhkəmə tərəfindən apellyatorun istifadə hüququ müəyyən edilməmişdir. Üçüncü şəxs hazırda qeyd olunan ünvanda qeydiyyatda olsa da, orada yaşamır. Üçüncü şəxs iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadır.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır.
32. Bu səbəbdən yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5983/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5983/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı üçüncü şəxs X10 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev