Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3420/2025 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı İddiaçı, cavabdehin hüquq varisinin nümayəndəsi X6 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli inzibati aktının ləğv edilməsi və müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində yerləşən 900 kv.m torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Bələdiyyə tərəfindən "Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxemi" tərtib olunaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən ##.##.2005-ci ildə Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinə torpaq alqı-satqısı üçün 12240000 manat pul ödənilmiş və ona bu barədə *** nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. İddiaçı və Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi arasında ##.##.2005-ci ildə "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. İddiaçı ##.##.2024-cü ildə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək göstərilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin həmin Idarə ##.##.2024-cü il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir və "Torpaqların alqısatqısına dair akt" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli inzibati aktının ləğv edilməsi və müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, torpaq sahəsinin tam dəyərini ödəmiş və bələdiyyə ilə bütün rəsmiləşdirmə işlərini tamamlamışdır. Eyni zamanda, torpaq sahəsinin eskiz sxemi də bələdiyyə tərəfindən ona təqdim edilmişdir. Cavabdehin imtina əsası kimi istinad etdiyi Komitə tərəfindən rəyin verilməməsi məsələsinə gəldikdə isə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2023-cü il tarixli qərarına əsasən, belə rəylər maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmaq keyfiyyətinə malik deyildir. Şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin bələdiyyə qərarı çıxış edir. Cаvаbdеh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi iddianı qəbul etməmiş və iddiaya etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 762 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağı olmaqla Maştağa qəsəbə hüdudları daxilində Vişnyovka bağ massivi ərazisində yerləşir. Habelə, təqdim edilmiş cizgidə istinad və məsafələr qeyd edilmədiyindən və perimetrik ölçü və konfiqurasiyalarda fərqlər olduğundan sahənin yerləşməsini dəqiqləşdirmək mümkün olmamışdır. Bundan başqa, məhkəmənin sorğusuna əsasən, torpaq sahəsi cavabdeh tərəfindən müayinə olunaraq ##.##.2024-cü il tarixli "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı", torpaq sahəsinin koordinatları və ortofoto görüntüsü məhkəməyə təqdim olunmuşdur. "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı"nda göstərilmişdir ki, torpaq sahəsi faktiki olaraq 0,0762 ha təşkil edir, hasar daxilindədir, Vişnyovka bağ massivində yerləşir. Torpaq sahəsinin Bilgəh Bələdiyyəsinin hüdudları daxilində olmasına dair elektron bazada məlumat yoxdur. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: № X Y 0 420537.352 4489157.209 1 420566.009 4489164.362 2 420568.877 4489135.895 3 420544.590 4489130.057 4 420541.900 4489142.057 Birinci instansiya məhkəməsi tərəfindən arxivə və cavabdehə sorğu verilərək Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı tələb olunmuş, lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı ##.##.2024-cü il tarixli cavab məktubunda həmin bələdiyyənin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyini bildirmiş, cavabdeh isə ##.##.2024-cü il tarixli cavab məktubunda Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə aid arxiv sənədlərinin oxunması mümkün olmadığı üçün Arxiv Idarəsinin ##.##.2009-cu il tarixli aktına əsasən məhv edildiyini bildirmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi iddiaya yazılı münasibət bildirməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, iddiaçının istinad etdiyi nə ##.##.2005-ci il tarixli *** nömrəli qərarı, nə də torpaq sahəsinin yerləşmə cizgisi Bilgəh Bələdiyyəsinin arxivində, eləcə də dövlət arxivində aşkar olunmamışdır. Eləcə də, torpaqayırma sənədi olan ##.##.2005-ci il tarixli qərarda bələdiyyənin iclas protokoluna istinad edilməmişdir. Iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl olunmamış, torpaq sahəsinin alqı-satqı aktı DTXK tərəfindən təsdiq edilməmiş və Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyi alınmamışdır. Bundan başqa, iddiaçıya fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin ölçüsü qanunun yol verilən tələbləri daxilində olmamışdır. Eyni zamanda, cavabdehin həm imtina məktubu, həm də məhkəmə sorğusuna cavabında vahid elektron kadastr baza məlumatlarına əsasən, naturada göstərilən mübahisəli torpaq sahəsinin bağ massivi olduğu, “Vişnyovka-1” bağ massivində yerləşməklə, "779" ilə başlayan bağların ərazisinə uyğun gəldiyi, dövlət mülkiyyəti torpağı olduğu, sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, qonşu torpaq sahələri 779b, *** nömrəli bağ sahələri olmaqla dövlət mülkiyyətində, Vişnyovka bağ massivinə aid olmaqla X9 və Istismarı Birliyi ilə bağlanmış bağların icarəyə verilməsi ilə bağlı müqavilələri, BTK-ya aid order əsasında vətəndaşların istifadəsinə verilmiş və qeydiyyata alınmış torpaq sahələridir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Iddiaçı apellyasiya şikayətində iddia ərizəsinin dəlillərini təkrarlamış, əlavə olaraq isə bildirmişdir ki, birinci instansiya məhkəməsi sübutlara və hüquqi əsaslara tam və obyektiv qiymət verməmiş, mövcud normativ aktları və Ali Məhkəmənin təcrübəsini nəzərə almamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək, iddiasını dəqiqləşdirdi və 762 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdi. Cavabdehin hüquq varisinin nümayəndəsi X6 iddianın dəqiqləşdirilməsinə razı olduğunu bildirdi, eyni zamanda, məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsini məqsədəuyğun hesab etdi. Bu səbəbdən iddianın dəqiqləşdirilməsi kollegiya tərəfindən qəbul edildi. Iddiaçı İddiaçı izahat verərək bildirdi ki, torpaq sahəsi sənəd üzrə 900 kv.m olsa da, faktiki 762 kv.m olmuşdur. Bu səbəbdən yalnız mövcud olan sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir. Cavabdehin hüquq varisinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə Sistem vasitəsilə EHIS-də yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi": 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: ... 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.3. Iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır ki, nəticədə mahiyyəti üzrə düzgün olmayan qərar qəbul olunmuşdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaldırılmış iddiada formal xətalara yol verilmiş və aydın olmayan iddia tələbləri irəli sürülmüşdür. Belə ki, cavabdehin ##.##.2024-cü il tarixli hər hansı inzibati aktının mövcud olması müəyyən edilmədiyi halda, iddiaçı həmin inzibati aktın ləğv olunmasını xahiş etmiş, bundan başqa, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etsə də, hansı növ hüququn (mülkiyyət, istifadə və sair) qeydiyyata alınmasını göstərməmişdir. Birinci instansiya məhkəməsi isə məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiada yol verilmiş formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində iddiaçıya yardım etməyə borclu olduğu halda, bunu etməmiş və həmin tələblərə baxaraq yekun qərar qəbul etmişdir. Iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu zaman, iddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək, iddiasını dəqiqləşdirmiş və 762 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Işdən göründüyü kimi, Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində yerləşən 900 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçı İddiaçı mülkiyyətinə verilməsi qərara alınmış, bələdiyyə tərəfindən "Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxemi" tərtib olunmuş, iddiaçı ##.##.2005-ci ildə bələdiyyəyə torpaq sahəsinin dəyərini ödəmiş və ##.##.2005-ci ildə iddiaçı ilə bələdiyyə arasında "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə, həm də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, bələdiyyənin göstərilən qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Cаvаbdеhin imtinasının dəlilləri aşağıdakılar olmuşdur: - ərizəyə əlavə olunmuş sənədlər surətdir, - "Torpaqların alqı-satqısına dair akt" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Cavabdeh iddiaya etirazında aşağıdakı əlavə dəlillərə də istinad etmişdir: - torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir, - torpaq sahəsinin faktiki ölçüsü 762 kv.m təşkil edir, - vahid elektron kadastr baza məlumatlarına əsasən, sahə dövlət mülkiyyəti torpağıdır, - cizgidə istinad və məsafələri qeyd edilmədiyindən və perimetrik ölçü və konfiqurasiyalarda fərqlər olduğundan sahənin yerləşməsini dəqiqləşdirmək mümkün olmamışdır. Yuxarıda sadalanan bütün dəlillər məhkəmə kollegiyası tərəfindən araşdırılmışdır. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində deyilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Lakin işdə cavabdehin iddiaçıya sənədlərin əslini, yaxud lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməsi ilə bağlı yardım etməsi müəyyən olunmur. Ona görə də kollegiya cavabdehin iddiaçının ərizəsinə əlavə olunmuş sənədlərin surət olması barədə dəlilini əsaslı hesab etmir. "Torpaqların alqı-satqısına dair akt"ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmaması, torpaq sahəsinin yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməməsi barədə cavabdehin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarında (41-ci bənd) ifadə edilmiş hüquqi mövqeyə əsasən, alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan forma tələbinin pozulması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. Ona görə də işdə olan "Torpaqların alqı-satqısına dair akt"ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmaması və torpaq sahəsinin yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməməsi torpağa mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas verə bilməz. Torpaq sahəsinin faktiki ölçüsünün bələdiyyə qərarında göstərildiyi kimi 900 kv.m deyil, 762 kv.m olması barədə cavabdehin dəlili isə əsaslı olsa da, iddiaçı tələbini dəqiqləşdirərək yalnız 762 kv.m torpaq sahəsinə qeydiyyatın aparılmasını tələb etdiyinə görə artıq bu dəlil aktuallığını itirmişdir. Bundan başqa, cavabdehin digər dəlili vahid elektron kadastr baza məlumatlarına əsasən, iddia olunan torpaq sahəsinin sahə dövlət mülkiyyəti torpağı olması barədədir. Iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu müddətdə Bakı Inzibati Məhkəməsi tərəfindən cavabdehə ##.##.2025-ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məktublarla üç dəfə müraciət olunaraq torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi xahiş olunmuş, lakin cavabdeh məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Bundan sonra məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən 900 kv.m torpaq sahəsinin koordinatları (sahə sərhədləri), ölçüsü, təyinatı, kateqoriyası, mülkiyyət növü (dövlət və ya bələdiyyə torpağı olması) müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ##.##.2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin faktiki ölçüsünün 762 kv.m olduğu müəyyən olunmuşdur. "Torpaq islahatı haqqında" Qanunun 7-ci maddəsində göstərilənləri nəzərə alaraq, həmin sahənin bələdiyyə torpağı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məclləsinin 18-ci maddəsində göstərilənləri nəzərə alaraq, sözügedən torpaq sahəsinin təyinatı üzrə kateqoriyasının "yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları" kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət deyil, bələdiyyə mülkiyyətində olması ekspert rəyi ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi isə belə bir araşdırma aparmamış və yalnız cavabdehin dəlillərinə, o cümlədən qonşu torpaq sahələrinin dövlət mülkiyyətində olmasına əsaslanaraq iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olması qənaətinə gəlmişdir. Kollegiya ayrıca qeyd edir ki, qonşu torpaq sahələrinin dövlət mülkiyyətində olması sözügedən torpaq sahəsinin də dövlət mülkiyyətində olması qənaətinə gəlmək üçün yetərli deyil. Çünki yanaşı yerləşən bir neçə torpaq sahəsinin müxtəlif mülkiyyət növlərinə aid olması mümkündür və istisna olunmur, bu səbəbdən hazırkı işdə məhkəmənin müəyyən etməli olduğu hal qonşuların deyil, məhz iddiaçının istifadəsində olan 762 kv.m torpaq sahəsinin kimin mülkiyyətində olmasıdır. Kollegiya cizgidə istinad və məsafələr qeyd edilmədiyindən və perimetrik ölçü və konfiqurasiyalarda fərqlər olduğundan sahənin yerləşməsini dəqiqləşdirməyin mümkün olmaması barədə cavabdehin dəlilini də əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən ##.##.2024-cü ildə torpaq sahəsinin yerində müayinəsi keçirilərək naturada göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib olunmuşdur. (İ cild, vərəq 110-111). Göründüyü kimi, Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi tərəfindən tərtib edilmiş "Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxemi"ndə koordinatlar, istinad və məsafələr qeyd olunmasa da, ayrılmış torpaq sahəsinin dəqiq yeri, koordinatları artıq bəllidir və sahə hasar daxilindədir. Torpaq sahəsinin faktiki vəziyyəti ilə cizgi arasında olan perimetrik ölçü və konfiqurasiya fərqlərinə gəldikdə isə, torpaq istifadəçiliyində mövcud uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.50-ci bəndi ilə həmin Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Ona görə də cavabdehin şərh olunan dəlilləri də əsassızdır. Bundan əlavə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının istinad etdiyi ##.##.2005-ci il tarixli *** nömrəli bələdiyyə qərarının və torpaq sahəsinin yerləşmə cizgisinin Bilgəh Bələdiyyəsinin arxivində və dövlət arxivində aşkar olunmamasına da əsaslanmışdır. Kollegiya bununla razılaşmır və qeyd edir ki, bu hal sözügedən sənədlərin mötəbərliyini şübhə altına almaq üçün kifayət deyil. Belə ki, Bilgəh Bələdiyyəsinin ##.##.2024-cü il tarixli arayışı ilə müəyyən olunduğu kimi, həmin bələdiyyənin 2000-2008-ci illərə aid arxiv sənədlərinin oxunması mümkün olmadığı üçün Arxiv Idarəsinin ##.##.2009-cu il tarixli aktına əsasən məhv edilmişdir. Bələdiyyənin iddiaçıya aid qərarı məhz həmin müddət aralığına aid olduğuna görə qərarın və cizginin əslinin tapılmaması başadüşüləndir. Digər tərəfdən, bələdiyyənin ##.##.2005-ci il tarixli *** nömrəli qərarının və yuxarıda sadalanan digər torpaqayırma sənədlərinin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmişdir. Həmin sənədlərin həqiqiliyinin qəbul edilməməsi üçün əsas müəyyən olunmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsi, yaxud "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsi bələdiyyə qərarının arxiv nüsxəsinin mövcudluğunu qeydiyyat üçün şərt kimi nəzərdə tutmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi torpaqayırma sənədi olan ##.##.2005-ci il tarixli qərarda bələdiyyənin iclas protokoluna istinad edilmədiyinə əsaslanmışdır, halbuki qanunvericilikdə belə bir imperativ norma yoxdur. Birinci instansiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi bir əsas isə torpaq sahəsinin satılması ilə bağlı Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyinin alınmamasından ibarətdir. Kollegiya qeyd edir ki, bu əsaslandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə ziddir. Belə ki, həmin qərarın 38 və 39-cu bəndlərinə görə, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq səlahiyyətli orqanların rəylərinin alınması və ya həmin orqanlarla razılaşdırmaların aparılması torpaq sahəsinin ayrılması üzrə icraatın tərkib hissəsini təşkil edir. ... Lakin nəzərə almaq lazımdır ki, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmaq keyfiyyətinə malik deyildir və bu baxımdan inzibati akt kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə hər hansı təsir göstərmir. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarda istinad etdiyi başqa bir əsas iddiaçıya fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin ölçüsünün qanunun yol verilən tələbləri daxilində olmamasıdır. Kollegiya bildiir ki, bu əsaslandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən *-*(***)- ****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə ziddir. Həmin qərarın 42-ci bəndində deyilir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə ... Bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. ... Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Beləliklə, yekunda məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək dəqiqləşdirilmiş iddia təmin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin "Ekspertiza xərclərinə dair bildiriş"indən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı əsasında keçirilmiş tikinti-texniki obyektləri tədqiqatının dəyəri 300 manat təşkil edir. Iddia təmin olunduğuna görə kollegiya hesab edir ki, həmin məbləğ cavabdehin hüquq varisinə aid edilməli və ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə görə, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı dəqiqləşdirilmiş iddiası təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə ayrılmış və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin 762 kv.m hissəsinə iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Keçirilmiş tikinti-texniki obyektləri tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul cavabdehin hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.