Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3421/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X2 qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək pensiyasının bərpa olunması və ona pensiya ödənişinin dayandırılmış tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2757/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək pensiyasının bərpa olunması və ona pensiya ödənişinin dayandırılmış tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2757/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia təmin edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instan siyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apelyasiya baxışı zamanı iş materialları araşdırılan zaman müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2757/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixli məktubla cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ünvanına göndərilmiş, cavadeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən 2-1(112)-2757/2022 saylı qərar üzrə verilmiş apelyasiya şikayəti isə Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İş materiallarından görünür ki, apelyasiya şikayəti surətli poçt xidməti vasitəsi ilə göndərilmişdir. Lakin, şikayətin göndərilməsini təsdiq edən müvafiq poçt qəbzinə baxış keçirilən zaman müəyyən edilir ki, qəbzin müvafiq bölməsində cavabdeh orqan tərəfindən şikayətin göndərilmək üçün xidmətə verildiyi tarix əlyazısı ilə xx.xx.2022-ci il, poçt xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə çatdırıldığı tarix isə xx.xx.2022-ci il kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal ağlabatan deyildir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Kollegiya bildirir ki, ümumi praktikadan da bəlli olduğu kimi surətli poçt xidməti gecikmələrin qarşısının alınması və təcili çatdırılmaların maksimum surətli təmin edilməsinə xidmət edir. Belə olan halda, qəbzdə cavabdeh tərəfindən təhvil verilmə tarixinin xx.xx.2022-ci il kimi qeyd edilməsi və surətli xidmət olmasına baxmayaraq müvafiq apelyasiya şikayətinin demək olar ki 4 ay sonra (xx.xx.2022) Bakı İnzibati Məhkəməsinə çatdırılmış olması apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin yoxlanılması zamanı kollegiya tərəfindən şübhəli hal kimi qiymətləndirilir. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-2757/2022 saylı qərarın icrası ilə bağlı cavabdeh orqana müraciət edilən zaman, xx.xx.2022-ci il tarixli, **********5 saylı cavab məktubu ilə həmin qərardan xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verildiyi bildirilmişdir. Halbuki, poçt qəbzində qeyd edilən tarixə əsasən, apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Məhkəmə kollegiyası tərəfindən əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə işin qeyd edilən ziddiyyətli halları ilə bağlı hüquqi izah verilmiş, müvafiq şikayətin poçt xidmətinə həqiqətən xx.xx.2022-ci ildə çatdırılmaq üçün təhvil verilməsini təsdiq edən sübutlar təqdim edilməsi təklif edilmişdir. Növbəti məhkəmə iclasında iştirak edən digər nümayəndə isə poçt gecikdirilməsi ilə bağlı hər hansı məlumatlarırnın olmadığını bildirmiş, ziddiyyətli hallar ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cavabdeh tərəfi olduqları mübahisə üzrə inzibati orqanın hüquqlarını pozduğu hesab edilən məhkəmə aktından verilmiş şikayətin həlli məsələsi ilə bağlı 4 ay hər hansı məlumat alınmamış olmasının özü də inandırıcı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Hazırki iş üzrə cavabdeh tərəf prosessual müddətin bərpasına dair ərizə təqdim etməmiş və yuxarıda qeyd edilən ziddiyyətli hallara da aydınlıq gətirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2757/2022 saylı qərardadından verdiyi apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək pensiyasının bərpa olunması və ona pensiya ödənişinin dayandırılmış tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2757/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3421/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3421/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver