Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3423/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsininə qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10533/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsininə qarşı məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 iyun 2024-cü il tarixli **********911900 saylı və 08 iyul 2024-cü il tarixli **********277100 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 10 iyun 2024- cü il tarixli **********911900 nömrəli qərara əsasən "xxxx" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 42.784,04 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar ("xxxx" MMC 17.08.202 3 EBDM 323503 12815,6 2306,81 2023.08 150641990; "xxxx" MMC 19.09.202 3 EBDO 610895 11085 1995,3 2023.09 ********* ; "xxxx" MMC üzrə 213920.78 (ƏDV-siz)) manat tərəfinizdən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2023-cü ildə əməkdaşlıq etdiyi bir neçə vergi ödəyicisinin hazırda riskli vergi ödəyicisi statusu daşıması səbəbindən həmin ödəyicilərdən əldə edilmiş elektron qaimə-faktura məbləğlərinin gəlirdən çıxılan xərc kimi təsdiqlənmədiyi qeyd edilmişdir. "xxxx" MMC və "xxxx" MMC haqqında isə qeyd etmək istəyirik ki, müvafiq olaraq xx.xx.2023-cü il tarixli GS170823 nömrəli alğı-satqı müqaviləsinə, həmin tarixli EBDM seriya 323503 nömrəli eqaiməyə əsasən ƏDV-siz dəyəri 12 815.60 manat olmaqla, xx.xx.2023 cü il tarixli LMN19/23 nömrəli alğı-satqı müqaviləsinə, elə həmin tarixli EBDO seriya 610895 nömrəli e-qaiməyə əsasən 11 085.00 manat olmaqla müxtəlif adda və çeşiddə tikinti materialları alınmışdır. İddiaçı tərəfindən İnternet Vergi İdarəsinin "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" axtarış sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********383500 nömrəli, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********427000 nömrəli, “X5 Pearl” MMC isə xx.xx.2024-cü il tarixli **********617900 nömrəli qərarla riskli vergi ödəyiləri kimi dəyərləndirildikləri müəyyənləşir. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda, hazırda riskli vergi ödəyicisi statusu daşıyan hüquqi şəxs ilə qarşılıqlı həyata keçirilmiş əməliyyatların həmin hüquqi şəxsin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutduğu aydın olur. Hazırda riskli vergi ödəyicisi statusunda olan hüquqi şəxslərdən 2023-cü ildə malların alınması, işlərin təhvilinin üzərindən 1 ilə yaxın vaxt keçmişdir və həmin vergi ödəyiciləri bitən hesabat ilində riskli vergi ödəyicisi kimi dəyərləndirilməmişdilər. Vergi Məcəlləsinin müddəalarına əsasən riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə alınsa, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə edilmiş elektron-qaimə fakturaların ƏDV-nin əvəzləşdirilməsi və vergitutma məqsədləri baxımından xərc kimi tanınması zamanı nəzərə alınmaması halında yarana biləcək vergi yükünü düşünərsək, iddiaçının əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağı olmamışdır. Lakin, məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. İddiaçının qarşı tərəflərlə əməkdaşlığı həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər, həmçinin malların alışı faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X4 müvafiq məlumatlar daxil edildiyi andan görür. Həmçinin, riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaiməfakturalar üzrə xidmətlərin dəyərinin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması, lakin həmin xidmət əsasında təqdim edilmiş elektron qaimə-fakturaların dəyərinin gəlir kimi tanınması vergi qanunverciliyinə ziddir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Ümumilikdə 21.3920,78 manat mal, iş və xidmətlərin əldə edilməsi ilə bağlı elektron qaimə-fakturaların riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC, "xxxx" MMC, “X5 Pearl” MMC-dən əldə edildiyi müəyyən edilmiş və göstərilən şəxslər riskli vergi ödəyiciləri hesab edildiyindən aparılan iddiaçının apardığı həmin əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərc kimi nəzərə alınmamışdır. Vergi ödəyicisinə kameral üçün uyğunsuzluq məktubları göndərilərək məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli **********911900 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin mənfəət vergisi üzrə 42.784,04 manat; 08 iyul 2024-cü il tarixli **********277100 nömrəli qərara əsasən aprel 2024-cü il əlavə dəyər vergisi üzrə 34.206,63 manat əlavə vergi hesablanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10533/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli **********911900 saylı və 08 iyul 2024-cü il tarixli **********277100 saylı qərarları ləğv edilmişdir. Cavabdeh həmin qərarlarla razılaşmamış, apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə tərəfindən iddaçının əməliyyat apardığı şəxs müqavilə münasibətləri yarandığı dövrdə riskli vergi ödəyicisi hesab olunmaması formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, aşağıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Digər tərəfdən, məhkəmənin, “proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olması ilə əlaqədar bildiriləir ki, məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Birmənalı olaraq, maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. İddiaçı MMC barəsində keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Nümayəndə isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında mübahisələndirmə haqqında iddia vasitəsilə, cavabdeh vergi orqanının kameral yoxlamanın nəticələri üzrə qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” iki qərarının: 10 iyun 2024-cü il tarixli **********911900 saylı və 08 iyul 2024-cü il tarixli **********277100 saylı qərarlarının ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, aşağıdakılara görə hər iki halda, cavabdehin qeyd olunan qərarları ilə iddiaçya əlavə vergilər hesablanmasını əsassızdır. Cavabdehin işə əlavə olunmuş 10 iyun 2024-cü il tarixli birinci qərarından görünür ki, 2023-cü ilin hesabat dövrü üzrə əlaqəli məlumatlara görə iddiaçıya 4242.784,04 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Qərarda bu hesablamanın əsası kimi, bildirilir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş e-fakturalar üzrə 213920,78 manat təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmamışdır. Qərarda adıçəkilən nəzərə alınmayan xərc səndələrinin nədən ibarət olduğu əsaslandırılmasa da, cavabdehin iddia ərizəsinə etirazı və ona əlavə edilmiş sənədlərə və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyn olunur ki, sözügedən əlavə mənfəət vergisinin hesablanması ondan irəli gəlmişdir ki, iddiaçı riskli vergi ödəyiciləri hesab edilən şəxslərədən o cümlədən: - "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli EBDM 323503 nömrəli e-vergi qaimə faktura ilə dəyəri 12815,6 manat, ƏDV-si 2307 manat; - "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli EBDO 610895 nömrəli e-vergi qaimə faktura ilə dəyəri 11085 manat, ƏDV-si 1995,3 manat; - "X5 Pearl" MMC-dən xx.xx.2023-cü il tarixli EBDMJ 318027 nömrəli e-vergi qaimə faktura ilə dəyəri 190020,18 manat, ƏDV-si 34203,63 manat olan – mallar almış və qeyd edilən ƏDV məbləğləri Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əvəzləşdirilmişdir. Cavabdehin digər işə əlavə edilmiş 08 iyul 2024-cü il tarixli qərarından isə görünür ki, iddiaçıya 2024-cü ilin aprel ayına hesablanmış 34.203,63 manat məbləğində əlavə dəyər vergisi, onun 2023-cü ilin iyul ayına görə əvəzləşmə üçün təqdim etdiyi EBDMJ 318027 nömrəli e-qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləməyə əsas verməməsi səbəbi ilə iddiaçının 34.203,63 manat məbləğində əvəzləşməsi vergi orqanı tərəfindən nəzərə alınmasından imtina olunmuşdur. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, hər iki qərarla vergilərin hesablanmasının əsasını iddiaçının riskli vergi ödəyiciləri ilə aprdığı əməliyytlar təşkil etmişdir. Halbuki, işə əlavə edilmiş “İnternet Vergi İdarəsinin "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" axtarış sistemindən çıxarışlara əsasən isə müəyyən olunur ki, həmin şəxslərin riskli vergi ödəyicisi hesab edilmələri barədə qərarlar – "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə, “X5 Pearl” MMC barəsində xx.xx.2024-cü il tarixdə - vergi orqanı tərəfindən qəbul edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının sözügedən vergi ödəyiciləri ilə 2023-cü ilin iyun, avqust və sentyabr ayında əməliyyatlar aparıldığı halda, sonuncular 2024-cü ildə 5-7 ay sonra yalnız, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Belə çıxır ki, iddiaçı 2023cü ildə həmin əməliyatları ararkən 2024-cü ildə əməliyyatlar apardığı həmin şəxslər barəsində nələr baş verəcəyini görməli və bilməli idi ki, onların aparılmasından çəkinmiş olsun. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, iddiaçı tərəfindən hüquqa zidd, təqsirli hərəkətlərə yol verildiyi müəyyən olunmur. Əksinə, onun 2023-cü ildə əməliyyatlar apardığı hər üç vergi ödəyicisinin adları riskli vergi ödəciləri siyahısında mövcud olmamış, mülki dövriyyənin sağlam iştirakçıları olduqları halda, vergi orqanı özü vergi qanunvericiliyin tələblərini pozaraq iddiaçıya əsassız vergilər hesablamışdır. Bütün bunlar isə onu deməyə əsas veir ki, iddiaçı ona əlavə vergilər hesablanmasına verən hüquq pozuntusu hadisəsi törətməmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 54.0.1-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması və 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməni istisna edir. Beləliklə də, cavabdehin mübahisələndirilən qərarları ilə iddiaçının üzərinə əlavə mənfəət vergisi və əlavə dəyər vergisi hesablanmasının qanunsuz olduğu sübuta yetirilir. Belə olan halda həmin qərarlar iddiiaçının qanunla qorunan hüquqnu pozur. İPM-in 70.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, 2-1(112)-10533/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (Eyni hallar üzrə Ali Məhkəmənin təcrübəsi üzrə iddianın təmin olunması ilə bağlı qanuni qüvvəsini almış çoxsaylı məhkəmə qərarıları mövcuddur). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10533/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3423/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3423/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver