Məhkəmə qərarları › İş №2-1(103)-3423/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3423/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№2-1(103)-3423/2025 09.04.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI İddiaçıX4cavabdehDövlətSosialMüdafiəFondupublikhüquqişəxsinXüsusiŞərtlərlə TəyinatüzrəMərkəziFilialınaqarşı“əməkpensiyasınıntəyinedilməsi”tələbinədairişi üzrə Açar sözlər: (ədliyyə qulluqçusui kimi əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə,DəmirovaNəciməArifqızınınkatibliyi, İddiaçınınnümayəndəsivəvəkiliX1, CavabdehinnümayəndəsiX2iştiraklarıilə, İddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarıqəbuletdi. İşin halları İddiaçı X4 ərizə ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraicət edərək, ona ədliyyə qulluqçusu kimi əmək pensiyasının təyinedilməsinixahişetmişdir. Cavabdehin ## ####### 2024-cü il tarixli imtina məktubunda qeyd edilir ki, iddiaçının xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə ## #### 2017-ci il tarixinədək qulluq stajı 25 ildən az, hazırda 35 ildən az olduğundan ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi mümkün olmamışdır. Nazirlər Kabinetinin ** nömrəli ## ###### 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qayda şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də ədliyyə işçisikimipensiyatəminatınahəminQaydaşamiledilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyəmüraciətetmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək 2016-cı ilin iyun ayının 6-dan ədliyyə qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraataqəbuledilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət keçdikdən sonra Məhkəmə Ekspertiza Mərkəzində müxtəlif vəzifələrdə işləmiş, ədliyə işçisi kimi pensiya təyin edilməsi ilə əlaqədar müraciət etsə də, müraciətin təminindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, onun ədliyyə orqanlarında qulluq stajı 33 il təşkil edir, ## #### 2016-cı il tarixdə 25 il ədliyyə qulluq illəri tamam olmuşdur. Onun # #### 2017-ci il tarixinədək ədliyyə orqanlarında 25 illik qulluq stajıtamamolmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə ## #### 2017-ci il tarixinədək qulluq stajı 25 ildən az, hazırda 35 ildən az olduğundan ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinin tələbinə əsasən mümkün olmamışdır. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanunun 2.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluğa qəbulvə qulluq keçmə“X7”Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğunaqəbul edilməkhüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə,dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinəvə dövlət qulluğunun digər prinsiplərinəaid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsinəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. 23.10-cu maddəyə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı“Əmək pensiyaları haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin **** nömrəli ## #### 2021-ci il tarixli Fərmanının “X7” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi tapşırılmışdır. Qanunun həmin müddəası dövlət qulluqçularının pensiya təminatı adlı 23-cü maddədən fərqli olaraq dövlət məvacibinə həsr edilmişdir.Dövlətqulluqçusuvəxüsusirütbəlişəxslərqanunvericilikləbirbirindənfərqlənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimOrxanHəsənov)iddiatələbininrəddedilməsiqəraraalınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2-1(112)-4158/2025 nömrəli qərarınınləğvedilməsinivəiddiatələbinintəminedilməsinixahişetmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarının 4.3-cü bəndində təsbit edilmişdir ki, “Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il ## ###### tarixli *** nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il ## #### tarixli ** nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il # #### tarixli *** nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006cı il # ###### tarixli * nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il ## ####### tarixli *** nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlət Kabinetinin“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəli qərarının II hissəsinə əsasən ədliyyə orqanları işçilərinin qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət (2.2.3-1-cibənd)daxiledilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” ## ### 2006-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 23.10-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. "Əmək pensiyaları haqqında" AR Qanunundaədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçmiş şəxslərin pensiya təminatı üçün müstəqil əsas nəzərdə tutmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.13-cü maddəsinə görə ədliyyə orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir. Məhkəmə əsasən iddiaçının ## ##### 1993-cü il tarixdən ## ###### 1995-ci il tarixədək tutmuş olduğu laborant vəzifəsinin dövlət qulluğunun yardımçı vəzifə olmasını və həmin vəzifənin xüsusi rütbə nəzərdə tutan vəzifə hesab edilmədiyini, ona ilk xüsusi rütbənin 2003-cü ildə verildiyini əsas gətirməklə iddiaçının ## #### 2017-ci il tarixədək xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajının tamamlanmadığını qeyd etmişdir ki, bu hal tamamilə qanunsuz və əsassızdır. Belə ki, “xüsusi rütbə nəzərdə tutulan vəzifədə işləmək” bu rütbənin formal verilmə tarixindən yox, faktiki vəzifə tələblərindən irəli gəlir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə ekspertiza idarələri və elmi-tədqiqat orqanları da bu qanunun tətbiq sahəsinə aiddir və bu orqanlarda çalışanlar da ədliyyə qulluqçusu sayılır. Eyni qanunun 2.2-ci maddəsi dövlət qulluğuna qəbul və qulluq keçmənin “X7” Qanun və digər aktlarla tənzimləndiyini göstərir, lakin 23.10-cu maddə pensiya təminatını bilavasitə “Əmək pensiyaları haqqında” Qanunla tənzimləyir. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1.10cu bəndinə görə, ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət qulluq stajına daxil edilir. Bu müddət ədliyyə orqanında keçibsə (Məhkəmə Ekspertiza Mərkəzi), işin spesifik xüsusiyyətinə görə xidmət xarakteri daşıyır və xüsusi rütbə nəzərdə tutmasa belə, staj kimi nəzərə alınmalıdır. Üstəlik, "yardımçı vəzifə" anlayışının rütbə şərti ilə eyniləşdirilməsi hüquqi baxımdan əsassızdır. Burada əsas olan vəzifənin ədliyyə orqanı daxilində olması və qanunla nəzərdə tutulan səlahiyyətlərin icrasıdır. İddiaçının ədliyyə orqanlarında ümumi qulluq müddəti 33 ildir. ##.##.2017-ci ilədək 26 il 25 gün xüsusi dövlət qulluğu stajı mövcuddur (2 il 8 ay 13 gün yardımçı vəzifə). Bu müddətin içindəki 2 il 8 ay 13 gün rəsmi şəkildə ədliyyə orqanında keçib və faktiki qulluqdur. Bu halda xüsusi rütbə olmadan, lakin qanunla tanınan ədliyyə qulluğu mövcuddur və bu da “Əmək pensiyaları haqqında” qanunun əvvəlki redaksiyasının 9.7-ci maddəsinin tələbinə cavab verir. Azərbaycan Respublikası Nazirlət Kabinetinin“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəli qərarının II hissəsinə əsasən ədliyyə orqanları işçilərinin qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət (2.2.3-1-ci bənd) daxil edilir. Qeyd edilən qulluq illərinin hesablanması zamanı dövlət qulluğunun inzibati vəzifəsi ilə yardımçı vəzifəsinin bir-birindən ayrılmasına dair heç bir norma olmadığı halda məhkəmə təkidlə cavabdehin mövqeyindən çıxış etməklə qanunvericilikdə təsbit olunmayan iddiaçının ## ##### 1993-## ###### 1995-ci il tarixədək, yəni 2 il 8 ay 13 günün dövlət qulluğunun yardımçı vəzifəsində xidmət etdiyini əsas gətirərək ona pensiya təyin edilməməsi üçün çalışmışdır. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən normativ-hüquqi aktlarda dövlət qulluqçusunun inzibati və yardımşı vəzifədə işləməsindən asılı olmayaraq həmin dövrlər dovlət qulluğu stajı kimi nəzərə alınır. Hesab ediriki ki, bu baxımdan məhkəmə qüvvədə olan qanunvericiliyin mahiyyətini düzgün izah etməmişdir. "Xidmətkeçmə" – şəxsin qanunla nəzərdə tutulmuş dövlət orqanında və ya dövlət orqanına daxil olan qurumda rəsmi qaydada təyin olunaraq, müəyyən şərtlərlə hüquq və vəzifələrə malik olaraq fəaliyyət göstərməsi, yəni qulluq çərçivəsində işləməsidir. Məhz bu səbəbdən də zamanla qəbul edilmiş normativ aktlarla şəxslərin xidmət illərinin düzgün hesablanması üçün qanuvericilikdə olan boşluqları aradan qaldırılmışdır. Yəni xüsusi rütbə nəzərdə tutan şəxslə xüsusi rütbə nəzərdə tutmayan şəxsin xidmət illərinin bərabər şəkildə hesablanması qaydası tənzimlənmişdir. Çünki əks halda orataya belə bir sual çıxa bilər - əgər ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işləmiş şəxs xidmət (qulluq) etmiş sayılırsa, xüsusi rütbəsi olmayan şəxsin həmin orqandakı əmək fəaliyyəti nə sayılır, yəni o, həmin müddət ərzində xidmət (qulluq) etməmişdirsə bəs nə etmişdir?! Məhkəmə iddiaçının “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri”nin tələblərinə əsasən onun dövlət qulluğunda olduğu müddətin, eləcə də yardımçı dövlət qulluğu vəzifəsində olduğu müddətin xüsusi rütbə nəzərdə tutulan vəzifəyə aid edilməsi olmasına istinad etsə də göstərilən Qayda və Şərt Qanunun 22.7.2-ci maddəsinin, yəni dövlət məvacibinin müəyyən edilməsinə aid olduğunu, yəni pensiya təyin edilməsi zamanı xidmət illərinin hesablanmasına aid olduğuna işarə etmişdir ki, bu hal da qanunvericiliyin tələblərinin kobud şəkildəpozulmasıdır.İlknövbədəonagörəki,dövlətqulluqçusunundövlətqulluğununxüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına və dövlət qulluğu stajının onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi “X7” Qanunun dövlət məvacibi maddəsində öz əksini tapsa da, həmin müddəanın pensiya təyin edilməsi zamanı nəzərə alınmaması düzgün mövqe deyil. Çünki əks halda X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin doldurularaq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2023-cü il tarixli, e-2- *(***)-*****/**** saylı qərarında qanunun eyni maddəsi dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına və dövlət qulluğu stajının onun “X7” Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsibəndiarqumentkimiirəlisürülməzdi. Cavabdeh təşkilat mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı əsasında öz maraqları naminə izah etməklə əsaslandırmağa çalışmışdır. Ali Məhkəmənin qeyd edilən qərarında göstərilmişdir ki, “cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ## ### 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “X7” Qanuna əlavə edilmiş 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanmasıAzərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli, **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bununla əlaqədar olaraq ərizənizdə qeyd edilən dövlət qulluğunda işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajına hesablanması zamanı nəzərə alınaraq ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər”. Göründüyü kimi cavabdehin özü belə “X7” Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin hələ qaydalar müəyyən edilmədiyindən o məsələyə baxa bilmədiyini vurğulamışdır. Həmin qaydalar isə ## ###### 2024-cü il tarixində qəbul edilmişdir. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə ## ###### 2024-cü il tarixli, ** saylı qərarının 3-cü bəndində (Dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi) qeyd edilmişdir ki, dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır: 3.1.1. dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; 3.1.2. dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; Həmin qərarın 4.2-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir ki, Dövlət Gömrük Komitəsi də haqlı olaraq məlumat vərəqəsini hazırlamış və aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Həmin qərarın 4.4-cü bəndində qeyd edilmişdir ki, “Bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş və dövlət qulluğu vəzifəsinə qəbul edilmiş, habelə dövlət qulluğunda işləmiş və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin qulluq (xidmət) illəri(qulluqstajı)buQaydayauyğunolaraqyenidənhesablanır. “X7” Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Həmin qanunun 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Yuxarıda göstərilən normaların məzmunundan çıxış edərək hesab edirik ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinə uyğun olaraq şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində qulluq stajı xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməyə bərabər tutulur. Konstitusiya Məhkəməsi hətta vətəndaş məhkum edilsə belə onun sosial təminat hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi qənaətinə gəlmişdir. Hazırkı mübahisə üzrə isə məhkəmə iddiaçının pozulmuş konstitusion hüququnu bərpa etmək əvəzinə, cavabdehin xeyrinə əsassız qərar çıxarmaqla ən ali qanun olan Konstitusiyanın tələblərini kobudşəkildəpozmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz verərək iddiaçı X4tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək ona ## ##.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan şəxs kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan ##.##.2024-cü il tarixli, *-**-*/*-Q-******/**** nömrəli məktuba əsasən sözügedən pensiyanın iddiaçıya təyin edilməsindən imtina etmişdir. İddiaçıya müvafiq əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin səbəbi isə şəxsin qanunvericiliyin ##.##.2017-cil tarixədək olan redaksiyası, eləcə də cari redaksiyasında nəzərdə tutulmuş minimum qulluq stajına malik olmamasıdır. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ədliyyə orqanlarında xüsusi rütbə nəzərə tutulan iş stajı ##.##.2017-ci il tarixədək 25 ildən, hazırda isə 35 ildən azdır, iddiaçı V.Quliyevin ədliyyə orqanlarında qulluq stajı 30 il 3 ay 16 gün (##.##.2017-ci il tarixinədək 23 il 4 ay 11 gün (## ##.1989-## ##.1991-ci il və ##.##.1995- ##.##.2017-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il 11 ay 5 gün (##.##.2017- ##.##.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9 7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (# #### 2017-ci il tarixinədək 25 il) qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasının (bundan sonra - Qayda) 4 3-cü maddəsinin tələbinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqır verilməsi Qaydasfnın təsdiq edilməsi haqqında" 2008-ci il ## ### tarixli *** nömrəli qərara uyğun şəkildə həyata keçirilir. Müvafiq müddəanın tətbiqi ilə əlaqədar məhkəmə haqlı olaraq qeyd edir: “Qanunvericiliyin tələbindən də göründüyü kimi əmək pensiyasının təyin edilməsi baxımından sosial sığorta stajının hesablanması üçün aidiyyəti normativ hüquqi aktlar sadalanmış, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasrnın təsdiq edilməsi haqqında" 2008-ci il ## ### tarixli *** nömrəli qərarı da orada göstərilsə də, iddiaçı tərəfindən istinad edilən Qayda pensiya təyinatı, onun üçün zəruri olan sığorta stajının müəyyən edilməsi ilə əlaqədar olmayıb, dövlət məvacibi ilə əlaqədardır." İddiaçı apellyasiya şikayətində hər nə qədər ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək olan dövrü Qanunun 9.7-ci maddəsinə uyğun olaraq pensiya təyin edilməsi üçün zəruri olan stajın tamamlanması üçün uyğun görsə də, yuxarıdakı normaların qarşılıqlı təhlilindən də aydındır ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrin müəyyənləşməsi həmin qurumun səlahiyyətində olan məsələdir. Elə məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra - Mərkəz) ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubuna əsasən ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək olan dövr, yəni laborant vəzifəsi xüsusi rütbə nəzərdə tutulan vəzifə deyildir. Mərkəzin ## ##.2025-ci il tarixli. *-**-**/*-***/**** nömrəli məktubunda bildirmişdir ki, müvafiq dövr yardımçı vəzifə hesab edilir. Qanunun tələbi isə xüsusi rütbə nəzərdə tutulan dövrün olmasıdır. Apellyasiya şikayətində müvafiq yardıçı vəzifənin xüsusi rütbəyə uyğunlaşdırılmasına çalışılsa da. sözügedən halın olması qəbuledilməzdir. Belə ki, Azərbaycan Respublikası "X7" Qanununun birinci maddəsində verilmiş əsas anlayışlara nəzər yetirsək, təsnifat aşağıdakı kimidir: 1.Dövlət qulluğu: 2.Dövlət qulluğunun xüsusi növü. Dövlət qulluğunun xüsusi növü dedikdə xüsusi rütbə nəzərdə tutulan dövlət qulluğu keçmə başa düşülür. İddiaçının müoahisələndirdiyi dövr isə yardımçı vəzifə olaraq göstərilmişdir, yəni xüsusi rütbə nəzərdə tutulmayan vəzifədir, başqa sözlə desək, iddiaçı ilk xüsusi rütbə nəzərdə tutan vəzifəsinə ##.##.1995-ci il tarixindən etibarən başlamışdır. Müvafiq stajın müəyyən edilməsinin şəxsin çalışdığı dövlət orqanından, iddiaçıya münasibətdə Mərkəzin cavabından asılı olan məsələdir. Bu hissədə, məhkəmə özünün qərarında haqlı olaraq aşağıdakıları qeyd etmişdir: “Lakin, maddənin tələbindən də göründüyü kimi 25 il ədliyyə qulluq stajı özüözlüyündə göstərilən şərtə uyğun olaraq pensiya təyinatına əsas vermir Belə ki, göstərilən qulluq stajının məhz xüsusi rütbə nəzərdə tutan vəzifə üzrə olması mütləqdir Maddənin tələbindən də göründüyü kimi xüsusi rütbənin olmaması da pensiya təyinatı halını istisna etməsə də, vəzifənin xüsusi rütbə nəzərdə tutan vəzifə olması mütləqdir. Göstərilən səbəbdəndir ki, məhkəmə 2003-cü il tarixdə iddiaçıya ilk xüsusi rütbə verilməsindən əvvəlki dövrlərdə Mərkəzdə işlədiyi müddətləh də hesab edir ki, xüsusi rütbə nəzərdə tutan vəzifə hesab edir. ... bir-neçə məhkəmə sorğusu nəticəsində Mərkəzin təqdim etdiyi məlumatdan da görünür ki, həmin vəzifə xüsusi rütbə nəzərdə tutan vəzifə hesab edilmir. Bu isə o deməkdir ki, iddiaçının ## #### 2017-ci il tarixədək xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajından söhbət gedə bilməz." “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə ## ###### 2024-cü il tarixli. ** nömrəli qərarına münasibətdə isə qeyd edək ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunun 2.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluöu haqqında" Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 23.10cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2021ci il tarixli, **** nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Nazirlər Kabinetinə “X7" Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi tapşırılmışdır. Sözügedən Qanunun 22-ci maddəsi, dövlət qulluqçularının pensiya təminatı adlı 23-cü maddədən fərqli olaraq dövlət məvacibinə həsr edilmişdir. Belə ki, 22.7-2-ci maddəsi isə qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini tənzimləyir. Göründüyü kimi sözügedən Nazirlər Kabinetinin qərarı yalnız “X7" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu olan şəxslərin əmək fəaliyyətini tənzimləyən qayda və şərtləri özündə ehtiva edir. Ədliyyə orqanlarında işləmiş şəxslərin pensiya təminatı isə yalnızca “Əmək pensiyalarıhaqqında"AzərbaycanRespublikasınınQanunuilətənzimlənir. “Normativhüquqi aktlar haqqında’ Azərbaycan Respublikası Qanunun 30.3-cü maddəsinə əsasən normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən giriş hissəsidir. Həmin Nazirlər Kabinetinin Qərarının preambulasında qeyd edilənlərdən əldə edilən nəticə isə yuxanda da qeyd etdiyimiz kimi, həmin Qərar Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli, **** nömrəli Fərmanının 2.1-ci bəndinin icrası məqsədi daşıyır, başqa sözlə dövlət məvacibinin hesablanması qaydasını müəyyən edir. Yəni bunun əmək pensiyasının təyinatı ilə əlaqəsi yoxdur, bu qulluq edən şəxsin əmək fəaliyyəti ilə bağlı tənzimləyicinormativhüquqiaktdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)- ****/****nömrəliqərarınınləğvedilməsinivəiddiatələbinintəminedilməsinixahişetmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2-1(112)- 4158/2025nömrəliqərarınındəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (əvvəlki redaksiya 25 il) qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləriistisnaolmaqla)yaşagörəəməkpensiyasıhüququvardır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun: 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı“Əmək pensiyaları haqqında”Azərbaycan Respublikasının Qanununauyğunolaraqhəyatakeçirilir. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqınverilməsiQaydası”nın: 2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlərdaxiledilir: 2.1.1.ədliyyəorqanlarındaxüsusirütbənəzərdətutulanvəzifədəişlədiyimüddət; 2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədəişlədiyimüddət; 2.1.10.ədliyyəorqanlarındadövlətqulluğuvəzifəsindəişlədiyimüddət. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.Sosialsığortastajınınhesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılaraəsasənmüəyyənedilir: 4.3. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il ## ###### tarixli *** nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il ## #### tarixli ** nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il # #### tarixli *** nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il # ###### tarixli * nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında”2002-ci il ## ####### tarixli *** nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəliqərarlarınauyğunolaraqhəyatakeçirilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işimüvafiqinzibatiməhkəməyə göndərə bilər: inzibatiməhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibatiməhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və yainzibati məhkəmə icraatınıniştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiyaməhkəməsininqərarıdəyişdirilmədənqüvvədəsaxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona 2016-cı ilin iyun ayının 6-danədliyyəqulluqçusukimiəməkpensiyasınıntəyinedilməsinənailolmaqdanibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi, hazırkı inzibati mübahisə iddiaçının ədliyyə qulluqçusu kimi pensiya təyinatının aparılıb-aparılmaması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, hazırkı inzibati mübahisənin həlli ilə əlaqədar ədliyyə orqanlarında qulluq stajına uyğun olaraq ədliyyə qulluqçusu kimi pensiya təyinatının aparılmasına dair Qanunun yuxarıda göstərilən 9.7-ci maddəsinin köhnə redaksiyasının tələbinin aydınlaşdırılması zəruridir. Belə ki, maddənin tələbindən də göründüyü kimi, ## #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyaya əsasən 25 il qulluq stajı pensiya təyinatı üçün əsas hesab edilir. Lakin maddənin tələbindən də göründüyü kimi, 25 il ədliyyə qulluq stajı öz-özlüyündə göstərilən şərtə uyğun olaraq pensiya təyinatına əsas vermir. Belə ki, göstərilən qulluq stajının məhz xüsusi rütbə nəzərdə tutan vəzifə üzrə olması mütləqdir. Maddənin tələbindən də göründüyü kimi, xüsusi rütbənin olmaması da pensiya təyinatı halını istisna etməsə də, vəzifənin xüsusi rütbə nəzərdə tutan vəzifə olması mütləqdir. Göstərilən səbəbdəndir ki, məhkəmə 2003-cü il tarixdə iddiaçıya ilk xüsusi rütbə verilməsindən əvvəlki dövrlərdə Mərkəzdə işlədiyi müddətləri də hesab edir ki, xüsusi rütbə nəzərdə tutan vəzifə hesab edir. Lakin qeyd olunmalıdır ki, göstərilən vəzifələrdən biri xüsusi rütbə nəzərdə tutulan vəzifə hesab edilmə baxımından istisnadır. Belə ki, ## ##### 1993-cü il tarixdən ## ###### 1995-ci il tarixədək iddiaçının tutmuş olduğu laborant vəzifəsi dövlət qulluğunun yardımçı vəzifəsidir və bir-neçə məhkəmə sorğusu nəticəsində Mərkəzin təqdim etdiyi məlumatdan da görünür ki, həmin vəzifə xüsusi rütbə nəzərdə tutan vəzifə hesab edilmir. Bu isə o deməkdir ki, iddiaçının ## #### 2017-ci il tarixədək xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajından söhbət gedə bilməz. Qanunvericiliyin tələbindən isə görünür ki, ədliyyə orqanlarında məhz xüsusi rütbə nəzərdə tutulan vəzifə onun ədliyyə qulluqçusu kimi ## #### 2017-ci il tarixədək qüvvədə olan redaksiyaya uyğun 25 il qulluq stajına uyğun olaraq pensiya təyinatı üçün əsasdır. Digər tərəfdən, iddiaçı “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin tələblərinə əsasən onun dövlət qulluğunda olduğu müddətin, eləcə də yardımçı dövlət qulluğu vəzifəsində olduğu müddətin xüsusi rütbə nəzərdə tutulan vəzifəyə aid edilməsi olmasına istinad etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən qayda və şərt Qanunun 22.7.2-ci maddəsi, yəni dövlət məvacibinin müəyyən edilməsinə aiddir. Dövlət qulluqçusunun pensiya təminatı isə 23cü maddə ilə tənzimlənir və həmin maddədən görünür ki, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əmək pensiyasının təyin edilməsi baxımından sosial sığorta stajının hesablanması üçün aidiyyəti normativ hüquqi aktlar sadalanmış, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəliqərarı da orada göstərilsə də, iddiaçı tərəfindən istinad edilən Qayda pensiya təyinatı, onun üçün zəruri olan sığorta stajının müəyyən edilməsi ilə əlaqədar olmayıb, dövlət məvacibi ilə əlaqədardır. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, 25 illik minimum müddət müəyyən edən xüsusi rütbə nəzərdə tutulan vəzifədə ## #### 2017-ci il tarixədək iddiaçının işləmə halı müəyyən edilmir, yardımçı dövlət qulluğu vəzifəsi heç bir halda xüsusi rütbə nəzərdə tutan vəzifəyə aid edilə bilməz. Belə ki, laborant vəzifəsinə uyğun ümumiyyətlə hər hansı xüsusi rütbə də mövcud deyildir. Odur ki, yardımçı dövlət qulluğu vəzifəsi dövlət qulluğu vəzifəsi kimi xüsusi dövlət qulluğu dövrünə aid edilsə belə, ədliyyə qulluqçusunun pensiya təminatı üçün məhz xüsusi rütbə nəzərdə tutulan vəzifədən söhbət getdiyindən iddianın təmininiistisnaedilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onlarıyenidəntəkrarlamağalüzumgörmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakılarıqeydetməyizərurihesabedir. İşin hallarından müəyyən olunur ki, ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək iddiaçının tutmuş olduğu laborant vəzifəsi dövlət qulluğunun yardımçı vəzifəsidir və o, həmin illər də nəzərə alınmaqla ## ##.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan şəxs kimi əmək pensiyasının təyin edilməsinə nail olmaq istəyir. Qeyd etmək lazımdır ki, ##.##.2017-ci il tarixədək iddiaçının sonuncu vəzifəsi ekspertolmuşdur. İlk növbədə nəzərə almaq lazımdır ki, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “X7” Qanunun müəyyən normaları nəzərə alınmaqla,AzərbaycanRespublikasınınbaşqaqanunlarıilətənzimlənir. Belə ki, bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdətutur. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi laborant vəzifəsi xüsusi rütbə nəzərdə tutan vəzifə deyildir. Ancaq iddiaçının çalışdığı ekspert vəzifələri (aparıcı və s.) isə xüsusi rütbə nəzərdə tutanvəzifələrdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, X11 ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək işlədiyi laborant vəzifəsi hazırda Məhkəmə Ekspertizası Mərkəzində dövlət qulluğunun yardımçı vəzifəsi hesab olunan böyük mütəxəssis (inspektor) vəzifəsinə uyğundur. Böyükmütəxəssis(inspektor)aşağıdakıvəzifələriicraedir:  daxil olan sənədləri və müraciətləri Mərkəzin Katibliyindən götürür və onların qeydiyyatını aparır;  daxil olan sənədləri şöbənin (bölmənin) rəisinə təqdim edir;  sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, onların icra müddətinin gözlənilməsi ilə bağlı şöbənin (bölmənin) rəisinə məlumat təqdim edir;  sənədlərin icra qeydiyyatını aparır, göndərilməsi üçün Mərkəzin Katibliyinə təqdim edir;  icra olunmuş sənədlərin səliqə ilə işə tikilməsini və şöbədə (bölmədə) saxlanılmasını təmin edir;  xidməti fəaliyyətlə bağlı şöbə (bölmə) rəisinin digər tapşırıqlarını yerinə yetirir. “Məhkəmə ekspertizasıfəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert)—məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almışşəxsdir. Göründüyü, ekspert prosessual statusa malik olan şəxsdir və o, CM-in 297-ci maddəsinə əsasən bilə-bilə yalan rəy verməyə görə xəbərdar olunur. Başqa sözlə, həmin vəzifənin xarakteri iləböyükmütəxəssis(inspektor/laborant)vəzifəsininxarakteritamamiləfərqlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, “X7” Qanunun 13.3-cü maddəsinə əsasən yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsilli olması kifayətdir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərardadında qeyd olunmuşdur ki, “...Nəzərə alınmalıdır ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluğunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur. Bu halda, məsələn, 24 il dövlət qulluğu stajı olan şəxs cəmi 1 il hərbi qulluqçu və ya həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan xüsusi rütbəli şəxs kimi xidmət etdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edir. Bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilər...” Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı mübahisənin məzmunu ilə oxşarlıq təşkil edən *-*(***)-****/**** saylıqərarımövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinindəlilləriəsassızolduğundantəminedilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbərtutaraq,məhkəməkollegiyası qərara aldı: İddiaçıtərəfindənverilmişapellyasiyaşikayətitəminolunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədənqüvvədəsaxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri,Y.Səfərovküçəsi14,1193-cüməhəllə)kassasiyaşikayətiveriləbilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qəraronuntəqdimolunduğugündən1aykeçdikdənsonraqanuniqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar