Məhkəmə qərarları › İş №2-1(103)-3425/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3425/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3425/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İddiaçıının cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehin məcburi qaydada ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7739/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının İddiaçıı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin məcburi qaydada ləğv edilməsi barədə qərar çıxarımasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC 2021-ci ilin 2-ci rübü üzrə müəyyən olunmuş formada və müddətdə hesabat təqdim etmədiyi üçün Azərbaycan Respublikası İddiaçıı tərəfindən MMC-yə 30 iyun 2021-ci il tarixdə yazılı göstəriş – təqdimat verilmişdir. Təqdimat icra edilmədiyinə görə MMC-yə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya İddiaçıın 2021-ci il 29 sentyabr tarixli qərarı ilə dayandırılmışdır. MMC tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə uyğun olaraq İddiaçıın İdarə Heyətinin 1 aprel 2022-ci il tarixli 11 nömrəli qərarı ilə sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün quruma Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən 23 iyul 2013-cü il tarixli 000969 nömrəli lisenziya ləğv edilmişdir. MMC-nin lisenziyası ləğv edilərkən həmin Qanunun 102, 103, 106 və 107-ci maddələrinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 22 və 24cü maddələrinin tələbləri yerinə yetirilmişdir. «Sığorta fəaliyyəti haqqında» Qanunun 108.8-ci maddəsinə görə müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1,2-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edildikdə, maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın ləğv edilməsi barədə qərarın qəbul edildiyi gündən 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7739/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətində göstərilən əsaslara görə inzibati orqan kimi, nəzarət subyekti İddiaçıla Cəmiyyət arasında publik hüquq münasibətləri mövcuddur. Çünki bu münasibətdə inzibati orqan olaraq, İddiaçı xüsusi hüquq münasibətlərinin (icarə, əmlak kirayəsi podrat, alqı-satqı, tapşırıq, xidmətin göstərilməsi və s.) bərabərhüquqlu subyekti qismində çıxış etmir və “Sığorta fəaliyyəti haqqında” Qanunun 108.8-ci maddəsinə görə İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasına səbəb cəmiyyət tərəfindən Qanunun nəzarət subyektinin (cəmiyyətin) inzibati orqana münasibətdə riayət etməli olduğu, məhz, publik hüquqi normalarının pozulması olmuşdur. Odur ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2-ci maddəsinn tələbi qaydasında baxılmalıdır. Qeyd edilənlərdən çıxış etməklə, həmin Məcəllənin 2.2.9-ci maddəsinə münasibətdə qanunun analogiyası prinsipinin tətbiqi mümkündür. Məhkəmə qeyd edilənləri nəzərə almamış əsassız qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında ihtirak edən iddiaçının nümayəndəsi E.Muradbəyli apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan, işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə görə lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, maliyyə bazarlarına nəzarət orqanı bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir. Həmin Qanunun 108.8-ci maddəsinə əsasən sığortaçının, hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2 – 107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, «Sığorta fəaliyyəti haqqında» Qanunun qeyd olunan normalarına istinadən hesab etmişdir ki, maliyyə bazarlarına nəzəarəti həyata keçirən İddiaçı tərəfindən cavabdehin lisinziyası ləğv edilmiş, daha sonra, publik hüquq münasibətlərindən irəli gələn münasibətlər zəmnində, İPM-in 2.2.9-ci maddəsinin tələb nəzərə alınmaqla qanunun analogiyası üzrə inzibati icraat qaydasında cavabdeh sığorta təşkilatının ləğv edilməsi barədə inzibati məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə kollegiaysı iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki dövriyyənin iştirakçısı olan cavabdeh sığorta təşkilatının maliyyə bazarlarına nəzarəti həyata keçirən Mərkəzi Mank tərəfindən verilmiş lisenziyasının “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1-ci maddəsinin tələbi qaydasında ləğv edilməsi, onlar arasında inzibati hüquq münasibətlərini ehtiva etsə belə, bundan sonrakı prosedur, yəni, lisenziya ləğv edildikdən sonra sözügedən Qanunun 108.8-ci maddəsinin tələbi qaydasında həmin qürumun məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılarkən İddiaçı artıq mülki dövriyyəinin iştirakçısı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri aşağıdakıları nəzərdə tutur: - “lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, «Banklar haqqında», «Sığorta fəaliyyəti haqqında» və «İnvestisiya fondları haqqında» Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə” (59.2.3). Mülki qanunvericilyin qeyd olunan normasından görünüdüyü kimi, lisenziyalı fəaliyyətlə məşğul olan hüquqi şəxs hər hansı formada qanunvericilyin tələblərini kobud surətdə pozulqda, habelə, «Banklar haqqında» və İnvestisiya fonları haqqında” Qanunlarda nzərədə tutulan hallarda məcburi qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (“İPM”) isə həmin hallardan yalnız, bankların “Banklar haqqında” Qanuna müvafiq olaraq inzibati məhkəmə icraatı qaydasıda məcburi qaydada ləğv edilməsini nəzərdə tutur. Belə ki, həmin Məcəllənin 2.2.9-cu maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə - inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, Mülki Məcəllənin 59.2-ci maddəsində sadalanan xüsusi qanuvericilyin müəyyən etdiyi hallardan, yalnız, bankın lisenziyasının ləğv edilməsi zamanı “Banklar haqqında” Qanununa müvafiq olaraq bankın məcburi qaydada ləğv edilməsi, iflas prosesinə başlanılması (və s.) kimi məsələlərin inzibati məhkəmə icraatı qaydasında həlli müəyyən edilmişdir. Deməli, qalan hallarda, o cümlədən, «Sığorta fəaliyyəti haqqında» haqqında xüsusi qanunvericiliyi ilə müəyyən edilən hallarda, lisenziyanı ləğv edən nəzarət orqanı, mülki dövriyyənin sərbəst iştirakçısı kimi, lisenziyası ləğv edilən həmin sığorta təşkilatın məcburi ləğvi məsələsini mülki və mülki prosessual qanunvericiliklə müəyyən etdiyi qaydalar çərçivəsində həll etməlidir. Başqa sözlə, İddiaçıın hazırkı iddiasının İPM-in 2.2-ci maddəsinin müddəalarında nəzərdə tutulan iddia növlərinə uyğun gəlmədiyindən, inzibati məhkəmə icraatına aid edilməsi istisna olunur. Belə olan halda, iddiaçının hazırkı iddiası, İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilə və inzibati məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7739/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7739/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar