Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3428/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi və yerləşdiyi torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququnun qeydə alınıb çıxarış verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7651/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi verərək, sonradan isə iddia tələbini dəqiqləşdirərək, Bakı ş, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 16/1 saylı yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi və həmin evin 99 kv.m torpaq (həyətyanı və tikinti altı) sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı ş, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 16/1 saylı yaşayış sahəsi birmərtəbəli mənzil kimi onun xüsusi mülkiyyətindədir Bina tikintialtı sahə və həyətlə birlikdə 11,2x9,2 m sahədə yerləşir, yola ayrıca girişi-çıxışı var, fərdi yaşayış evi quruluşuna malikdir. Evə mülkiyyət hüququna dair ********** qeydiyyat, 0070:1001695-05101-093002 reyestr nömrəli çıxarışı olsa da, torpağa dair mülkiyyət hüququ qeydə alınmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də sonuncu 13 fevral 2024-cü il tarixli cavab məktubu ilə imtina edərək hüquqmüəyyənedici sənədələrin təqdim edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki zəruri olan sənədlərə malikdir və tərəfindən cavabdehə təqdim olunuşdur...” Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Daşınmaz əmlak mənzil kimi qeyd edilmişdir və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin ölçüsü 99 kv.m təşkil etməkdədir. Bu səbəbdən də müraciətin təminindən imtina edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7651/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı ş, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 16/1 saylı yaşayış evinə (ev 16, mənzil 1 formasında olan) dair daşınma əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeyddə düzəliş edilərək mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi və həmin evin yerləşdiyi 99 kv.m torpaq (həyətyani və tikinti altı) sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasınınQanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpağa dair mülkiyyət hüququnun qeydiyyata alınmasını əsaslandırsa da, yerləşdiyi (tikintialtı) torpaq sahəsi ilə yanaşı həyətyanı torpaq sahəsinə dair də qərar çıxarmış, məhkəmə tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Nuriyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi oxşar iş üzrə Ali Məhkmənin qərarını məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (İddiaçı nümayəndəsinin izahatı ilə razı olduğunu bildirmişdir.) İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2.1-ci və 10.2.3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qanunun qeyd olunan tələbləri qarşılığında, iş materialları, araşdırıldıqda, ünvan 1 ünvanında yersaylı yaşayış sahəsi birmərtəbəli yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı aşağıdakılar müəyən olunur. - 25.12. 1999-cu il tarixdə X1 adına tərtib olunmuş Texniki pasporta əsasən ünvan 2 ünvanında 1929-cu il tarixdə tikilmişdir. - xx.xx.2013-cü il tarixdə A.F.İsmayılovanın adına tərtib olunmuş texniki paportuna, 2012ci ildə tərətibolunuş eskiz layihəyə və Bakı şəhəri Nərimanov rayon İHB-nin xx.xx.2013-cü il tarixli və 04.12..2013-cü il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən - həm sənəd, həm də faktiki olaraq 0,01685 ha sahəsində yerləşən və yenidən qurulmuş yaşayış sahəsi (mənzil) mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. -xx.xx.2013-cü il tarixdə, A.F.İsmayılova, notariat qaydasında bağlanmış bağışlama müqaviləsinə əsasən həmin mənzili qardaşı, yəni, hazırkı İddiaçı bağışlamışdır. - xx.xx.2013-cü il tarixdə İddiaçı adına tərtib olunmuş Texniki pasporta və onun adına verilmiş xx.xx.2013-cü il tarixli reyestr çıxarışına əsasən - həm sənəd, həm də faktiki olaraq 0,01685 ha sahəsində yerləşən yaşayış sahəsi (mənzil) İddiaçı adına qeydə alınmışdır. Tədqiq olunan sənədlərə əsasən müəyyən olunan hallardan göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində 0,0165,5 ha (165,5 kv.m) torpaq sahəsində 16 saylı binada yerləşən 1 saylı mənzilə dair əvvəlcə, xx.xx.1999-cu il tarixdə tərtib olunmuş Texniki pasporta əsasən iddiaçının bacısı Firəngiz İsmayılovanın istifadəsində olmuş, 2013-cü ildə o, mənzili yenidən qurduqdan sonra, mülkiyyət hüququ qeydə alınmış, bundan sonra, mənzili qardaşı İddiaçı satmış və sonuncunun həmin mənzilə mülkiyyət hüqüqu reyestrdə rəsmiləşdirilmişdir. Başqa sözlə, mübahisəli ünvanda yerləşən mülkün əsasını xx.xx.1999-cu il tarixdə tərtib olunmuş Texniki Pasport təşkil edir. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin qeyd olunan ələbi baxımından, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin“ Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin əmlak obyekti üzrəində hüququn əldə edilməsi üçün əsasdır. İşə əlavə olunmuş 1999-cu ildə əvvəlki mülkiyyətçinin adına tərtib olunmuş texniki pasportdan isə görünür ki, mənzilin və onun yerləşdiyi torpaq sahəsinin öçüləri göstərilmişdir. Konkret halda, işə əlavə olunmuş müayinə aktında isə qeyd olunur ki, mənzil Texniki pasporta uyğundur hüquqmüəyyənedici sənəd və faktiki sahə uyğunluq təşkil edir, torpaq sahəsi 0,0099 ha (99 kv.m) təşkil edir, mənzil texniki pasporta uyğundur, lakin əlavə oluraq artıq sahə də hasarlanaraq istifadə edilir. İddiaçının tələbindən göründüyü kimi, evin 99 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir, əlavə olaraq tutulmuş artıq sahəyə onun tələbi mövcud deyildir. Göründüyü kimi, evin yerləşdiyi həmin torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün əsas mövcuddur. İddiaçının reyestrdə düzəliş edilərək mənzilin fərdi yaşayış evi kimi qeydə alınması tələbinə gəldikdə, birinci instansiya məhkəməsinin işə əlavə olunmuş yerində müayinə protokoluna və müayinə zamanı çəkilmiş və həmin protokola əlavə olunmuş fotoşəkillərə əsasən müəyyən olunur ki, mənzil kimi reyestrdə qeyd edilən həmin tikilinin ayrıca damı və giriş-çıxışı, digər tikililərə münasibətdə isə müstəqil istifadə imkanı olduğu və başqalarının hüquqi mənafeyinə toxunacaq manelər olmadığı, habelə, eskiz layihə üzrə inşa edilən həmin birmərtəbəli yaşayış sahəsinin texniki pasportda əks olunmuş göstəricilərinə uyğun olduğu - adi gözlə (viual) də müşahidə olunmuşdur. Beləliklə də qeyd olunalar onu deməyə əsas verir ki, iddiaçının tələbinin təmin edilməsini və reyestrdə müvafiq qeydiyyat aparılıb vahid çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Birinci instansiya məhkəməsi tərəfindən isə işdə olan sübutlar hərtərəfli araşdırılmış, həmin sübutlara uyğun olaraq da maddi və prosssual hüquq normalarının tələbələri nəzərə alınmaqla iddianın təmin oolunması barədə düzgün nəticəyə gəlmişdir. İşə əlavə olunmuş, qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarlarına əsasən də müəyən olunur ki, oxşar hallara dair iddia tələblərinin təmin olunması barədə artıq formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, hüquqmüəyyyənedici sənədlər olmadığını, yaşayış sahəsinin yerləşdiyi (tikintialtı) torpaq sahəsi ilə yanaşı həyətyanı torpaq sahəsinə dair də qərar çıxarıldığını və torpağın həqiqi yerləşməsi dəqiq müəyyən edilmədiyini və qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7651/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7651/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3428/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3428/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver